Архив тегов | Bodlerdən tərcümələr

ŞARL BODLER. Ejen Fromantenə[i] özünü onun dostu adlandıran bir naqqalla bağlı

бодлер

À M. Eugène Fromentin à propos d’un importun qui se disait son ami 

 

Mənə söylədi ki, o, çox varlıdır,

Yatalaqdan ancaq yamanca qorxur.

 — Qızıla-gümüşə qəlbi bağlıdır,

Ancaq Operaya sevgisi çoxdur.

 

Dedi təbiətin o, dəlisidir,
Müsyö Koro ilə yaxşı tanışdır.

— Dedi ekipajı  yoxudur indi
Ancaq bu, tezliklə düzələn işdir.

 

— Dedi ki, mərməri, kərpici sevir,
Həm toran, həm qızıl meşələri də;

— Onun fabrikində üç usta var ki,
Adları hər yerdə eşidiləndir.

— Dedi başqa şeylər hələ bir yana,
Şimalda səhmi var düz iyirmi min.

Alıb heç-neçəyə, çıxıb rastına,

Oppenordun neçə çərçivəsini.

 

Deyir xırda-xuruş şeydən ötrü o,

Hara desən gedər ( Lyuzarşa da!)

Marşe de Patriarş özü görüb o,
Nədə neçə dəfə aldanıb hətta;

 

Deyir arvadını sevmir elə də,
Deyir biganədir anasına da,
Ancaq inanır ki, ruh əbədidir,
Deyir Noboyeni oxuyub guya.

Deyir ki, bəyənir cinsi həvəsi,
Guya ki, Romaya səfər zamanı,

Bir qadın, özü də vərəm xəstəsi,
Ona məhəbbətdən tapşırıb canı.

 

Turneyli boşboğaz nəfəs almadan,

Nə az, nə də ki çox, üç saat yarım,

Mənə həyatından danışdı dastan,
Beynimi-başımı apardı zalım.

 

Nələr çəkdiyimi sizə söyləsəm,
Söhbətim tükənib bitən deyildir,

Kinimi yeyərək dedim özümə:

“Kaş indi uzanıb yata biləydim!”

 

 

Bəzən bezikdirir oturduğun yer,

Ancaq getməyə də olmur əlacın,

Eləcə yanımı stula sürtür,
Deyirdim cırasan belə alçağı.

 

Adısa Bastondur bu monstrun
Qurtulub gəlibdir yəqin taundan.

Canımı Qaskona qaçıb qurtaram,

Ya gərək özümü boğam mən suda,

 

Əgər onu ölüm kimi qorxudan,
Parisə haçansa hamı dönəndə,

Görsəm yolda məni birdən haqladı,
Bu taun, turneyli bəla yenidən.

Fransızcadan tərcümə

01-02.09. 18

Samara

[i] Ejen Fromanten (1820-1876) – fransız rəsssamı və yazıçısı

 

ŞARL BODLER.  HƏDDƏN ARTIQ ŞƏN OLANA

бодлер

À Celle qui est trop gaie

Başın, görünüşün, hərəkətlərin,
Gözəldir gözəl bir mənzərə qədər

Üzündə-gözündə təbəssüm gəzər,
Necə təmiz göydə yel əsər sərin.

 

Sənin əllərindən, çiyinlərindən,

Ətrafa bir işıq kimi yayılan,
Sağlamlıq qaytarar sənin yanından
Ötən qüssəlini həyata birdən.

 

Sarsıdar görəni, baş gicəllənər.

Sənin geyimində o rənglər ki var.
Şair xəyalında səhnə yaranar,

Başlayar bir coşqun rəqsə çiçəklər.

Bütün bu divanə biçimli paltar,
Rəmzidir ruhunda rəngarəngliyin.

Məni dəli edir divanəliyin,

Sənə sevgim qədər nifrətim də var.

 

Haçansa sevimli bağ içində tək,

Gəzib sürüyərkən əfəlliyimi

Birdən hiss elədim günəş elə bil,

Dağıdır sinəmi, mənə gülən tək.

 

Bütün bu yaz çağı, bu göy çöl-çəmən,
Elə ürəyimi aşağıladı,

Qisasını zərif çiçəkdən aldım,
Təbiətdə olan təkəbbürün mən.

Beləcə bir gecə istəyirəm mən,

İşrət saatının vurduğu zaman,

Bədən xəzinənə xəlvət atım can,
Qorxaq tək üstünə sürünüb gələm.

 

Füsunkar dərinə çəkəm qamçını,

Sıxam, bağışlanmış döşünü əzəm.

Titrəyən böyrünü sarsıda zərbəm,

Orda gen və dərin bir yara açam,

 

Baş gicələndirir ah, bu şirinlik!

İndi daha gözəl, daha da parlaq,
Dəyişmiş və təzə dodaqlarınla,

Bacım, zəhərimə əlavə də tök!

 

Fransızcadan tərcümə

28.08. 2018

Samara

ŞARL BODLER. LESBOS

бодлер

      Lesbos

Latın oyunlarının, yunan məzələrinin,
Lesbos anasıdır; şən, xumar busələr orda,
Günəş kimi alovlu və qarpız kimi sərin,

Gündüz cəlallı, gecə gözəl; Lesbos anadır,
Latın oyunlarına, yunan məzlərinə.

 

Lesbos, orda öpüşlər elə bil şəlalədir,

Necə qorxu bilmədən atılırlar girdaba,

Qaçırlar, hönkürürlər, gülürlər də arabir,

Dolğun və dərindilər, sirli və qaynardılar,

Lesbos, orda öpüşlər elə bil şəlalədir.

 

Bir-birinin vurğunu Lesbosda kurtisanlar,
Qalmır əks-sədasız burda heç zaman bir ah,

Ulduzlar Pafos qədər sənə də heyrandılar,

Veneranın Sapfoya qibtəsinə səbəb var!

Bir-birinin vurğunu Lesbosda kurtizanlar,

 

Lesbos, isti gecələr, xumarlıqlar diyarı,
Gözləri ifadəsiz, bədənlərinə aşiq

Qızlar ayna önündə durub sığallayırlar,
Yetkin matahlarını; səmərsiz ehtiras, eşq!

Lesbos, isti gecələr, xumarlıqlar diyarı,

 

 

Necə də qaşqabaqlı baxsa qoca Platon,

İfrat öpüşlərinlə, həm mürəkkəb, həm incə,

Sevgi hoqqqalarınla bəraət qazanarsan,
Sevgili səltənətə sevimli kraliça,

Necə də qaşqabaqlı baxsa qoca Platon.

 

Bəraət qazandıran  sənə işgəncələrdir,

Sevdalı ürəklərə əbədi çəkdirilən,

Nurlu təbəssümlərin uzaqlardan cəlb edir,

Özgə göylər dalında dumanlı görünsə də,
Bəraət qazandıran sənə işgəncələrdir.

 

Hansı bir Tanrı, Lesbos, hakimin ola bilər,
Zəhmətlərdən alnının rəngi əgər qaçıbsa,

Qızıl tərəzisiylə ölçə bilərmi məgər,
Göz yaşı selini ki, dənizə axıdırsan?

Hansı bir Tanrı, Lesbos, hakimin ola bilər?

 

 

Düz-əyri qanunları bizimçin nədir axı?

İncəqəlb bakirələr, adalara şan, şərəf.

Sizin din də müqəddəs başqa dinlər sayağı,

Cənnətdə də güləcək, eşq Cəhənnəmdə də!

Düz-əyri qanunları bizimçin nədir axı?

 

Tək məni seçdi Lesbos şairlərin içindən,
Sirrini vəsf etməyə qönçə bakirələrin,
Uşaqlıqdan şahidəm qara şəbehlərə mən,
Qarışardı gülənlər orda hönkürənlərə,
Tək məni seçdi Lesbos şairlərin içindən.

 
Lyökat zirvəsində güdükdəyəm o vaxtdan,

İti və uzaqgörən keşikçi güdür necə,
Keçdimi hansı briq, freqat ya da tartan,

Mavilikdə uzaqdan parıltı görününcə,
Lyökat zirvəsində güdükdəyəm vaxtdan.

 

Öyrənmək üçün dəniz həlim ya dalğalanan,

Hönkürtülərin əksi qayalarda dinəndə

Gətirərmi bir axşam Lesbosa, bağışlanan

Meyidini sevimli Sapfonun; o gedəndi,
Öyrənmək üçün dəniz həlimmi, mehribanmı!

 

Kişi damarlı Sapfo məşuqə və şairə,

Yaslı ağuşluğuyla Veneradan gözəldi!

İztirab izlərinin qara çərçivılərə

Aldığı qara gözlə üstün ala gözlüdən,

Kişi damarlı Sapfo, məşuqə və şairə!

 

Ucadır Veneradan gözəlliyi dünyada,
Könlünün asayişi incilər kimi axır,
Qızılsaç gənciyinin şöləsi yayılmada,

Qızıyla əfsunlanan qoca Okean sarı;

Ucadır Veneradan gözəlliyi dünyada!

 

Sapfo getdi dünyadan küfrə yol verən günü,

Yaranmış pərəstişi və adəti saymadan,
Otlağa çevirərək öz gözəl bədənini

Erkəyə, qüruruyla cəzalandı onun da

Sapfo, getdi dünyadan küfrə yol verən günü.

 

Lesbos yas içindədir eləcə o zamandan,
Şərəf göstərirsə də ona kainat necə.

Sahillərdən yüksəlib səmalara ucalan,

Qasırğa harayıyla xumarlanır hər gecə,

Lesbos yas içindədir eləcə o zamandan.

 

Fransızcadan tərcümə

19-20.08. 2018

Samara

ŞARL BODLER. TEODOR DE BANVİLƏ[i]

бодлер              

À Théodore de Banville

Elə şığıdınız ki, ovucladınız elə,

İlahənin saçını, sizdə bu qətiyyəti,
Bu incə saymazlığı görən bəlkə deyərdi,
Yıxır məşuqəsini cəsur bir oğlan yerə.

 

İşıqlı gözlər  dolu erkənlik alovuyla,

Memar qürurunuza meydan vermiziniz siz.

Ciddi, sərt dəqiqliyi sizin işlərinizin,
Bizə indidən deyir sizdə nə gələcək var.

 

Şair, qanımız axır bütün məsamələrlə,
Bur bir təsadüfmü ki, dəfn çeşmələrinə,
Hər damarı çevrilən Kentavrın paltarı,

 

Rənglənmişdi üç dəfə nəfis tüpürcəyində,

Uşaqkən Herkulesin beşikdə öldürdüyü,
Kinli və intiqamçı, əcayib ilanların?

 

Fransızcadan tərcümə

16-17.07.2018

Samara

[i] Teodor de Banvil (1823-1891) – fransız şairi, dramaturqu və teatr tənqidçisi

LAROUSSE KÖMƏYİNİZ OLSUN!

бодлер

Bodlerin “J’aime le souvenir de ces époques nues” şeirini çevirirəm, məsnəvi şəklində yazılıb. 6-cı beyt belədir:

 

L’homme, élégant, robuste et fort, avait le droit
D’être fier des beautés qui le nommaient leur roi;
Yəni kişilər onları kral sayan gözəllərlə fəxr edirdilər? Mənasız görünür. Ancaq mötəbər ingilis tərcümələrində belədir:

 

Man, graceful, robust, strong, was justly proud
Of the beauties who proclaimed him their king;

William Aggeler
Bold, handsome, strong, Man, rightly, might evince 
Pride in the glories that proclaimed him prince — 
Roy Campbell

 

Rus tərcüməsi: 

Мужчина, крепок, смел и опытен во всем,
Гордился женщиной и был ее царем,
Mənasızdır, inandırıcı deyil!

Bütün lüğətlər «»D’être fier » ifadəsini müxtəlif kontekstlərdə «fəxr etmək» kimi izah edirlər.

“Fier” sözünə möhtəşəm LAROUSSE lüğətində baxıram. Qui se croit supérieur aux autres et le manifeste par son comportement»!

Əlbəttə, belə də olmalıdır! Kişi özünü, onu kral kimi tanıyan bütün  arvadlardan üstün sayır, yəni özünü onların ağası sayır…

ŞARL BODLER.  PEYZAJ

бодлер

Paysage

Bakiranə ekloqlar yaratmaqçın istərəm,

Astroloq tək günəşin yanında ola yerim.

Dinə kilsə zəngləri hardasa həndəvərdə,
Küləklərlə himnlər gələ, xəyala gedəm.
Üzüm ovuclarımda, uca çardağımda mən,
Eşidərəm fəhlələr danışır, oxuyur şən;

Bu kilsə qüllələri, saysız şəhər borusu

Və əngillik doğurar əbədiyyət arzusu.

Dumanlarda görünən təbiət xoş necə də,

Dənizdə ulduz yanır, çıraqlar pəncərədə.

Asimana ucalır kömür tüstüsü lay-lay,
Solğun cazibəsini buludlara yayır ay.

Baharları, yayları, payızları görərəm,
Cansıxıcı qarıyla qış gəlib yetişən dəm,
Qapıları bağlaram, pərdələri çəkərəm.
Əfsanəvi bir saray mən gecələr tikərəm.

Göz önümdə canlanar mavi üfüq o zaman,
Bağlar və fəvvarələr, hovuzlarda ağlayan.

Öpüşlər, səhər-axşam şirin şərqili quşlar,
İdilliyada bütün körpə kimi saf nə var.

Pəncərəmi hər necə döyəcləsə də Qiyam,

Yenə də mən masamdan başımı qaldırmaram;

Çünki mən bu nəşəyə qərq olub qalaram ki,
İradəmlə oyada biləm baharı bəlkə.

Sıyıram ürəyimdən bir günəşi və yanan,

Fikrlərimdən isti bir atmosfer yaranar.

Fransızcadan tərcümə

13-14.06. 2018

Samara

ŞARL BODLER. SPLİN 1

бодлер

                        Spleen

Plüvioz elə bil bütün şəhərdən küsüb,

Nəhəng camından soyuq dalğaları əndərir,
Çürüdür məzarlığın yazıq əhalisini,

Dumanlı məhlələrdə islanır ölərilər.

 

Bir döşəkçə axtarır döşəmədə pişiyim,
Birəli arıq bədən titrəyir dayanmadan.

Ruhu qoca şairin navalçada dolaşır,

Zökəmli kabus səsi sanki ucalır ordan.

 

Nalə çəkir böyük zəng,  tüstüləyən kötüksə,
Falsetiylə dəm tutur kəfgirdən gələn səsə

Kartlardansa yayılır ətrafa mənfur iylər.

 

Əli-ayağı şişli qarıdan fatal bir irs,
Ürək açır valetlə indi qaratoxmaq qız,

Xatırlanır nə vaxtdan ölüb gedən sevgilər.

 

 

Fransızcadan tərcümə

08.06. 2018

Samara

ŞARL BODLER. TƏKİN ŞƏRABI

бодлер

   ( Le Vin du solitaire)

Ani, süzgün baxışından sevimli bir qadının,
Süzür gəlir elə bil üstümüzə ağ şüalar.
Soyuq gözəlliyini səthi titrəşən sulara,
Yollayır ay beləcə, göldə yuyundursun onu.

 

Gələr arıq Adelindən alovlu bir busə.

Sonuncudur qumarbazın əlində pul kisəsi,
Həm sığallar, didər həm qəlbi gələn nəğmə səsi

Elə bil hardasa insanı öldürür qüssə.

 

Dərin, dərin şüşə, əlbəttə ki, dəyməz bunlar,
İliyə işləyən o məlhəmə ki, məhsuldar
İçində saxlanılar şairin təlatümünə;

 

İmid verirsən ona, həm də cavanıq və həyat,
Və qürur ki, elə sərvətdir o, yoxsulluqda,
Onunla qaxarıq və bənzəyərik Tanrıya da!

1850-ci ildə ya da buna yaxın vaxtda yazıldığı güman edilir

Fransızcadan tərcümə

14.05. 2018

Samara

ŞARL BODLER.  ETİRAF           

бодлер

(Confession)

Bircə dəfə, şirin, mehriban qadın,

İncə əlinizi əlimin üstə
Qoydunuz (qəlbimin qaranlıq, dərin,

Yerində xatirə hələ də isti).

 

Gec idi, təzəcə bir medal kimi,

Göydə nurlanırdı bədrlənmiş ay.

Gecə təntənəsi axıb çay kimi,
Yuxulu Parisə enirdi lay-lay.

 

Evlərin boyunca, darvaza altda,
Pişiklər oğrunca sivişib kedir
Səssiz, ehtiyatla; sanki həyatdan,

Gedən əzizlərin kölgələridir.

 

Mərhəm sərbəstliyin içində birdən,
Qabıqdan çıxan tək, ay işığında,
Musuqi aləti yarandı sizdən,
Səsi gur və zəngin, nəğməsi şəndi.

 

Dan ağaran zaman çalınan şeypur,
Səsinə bənzəyən, təmiz və şaqraq,
Bir not ucaldı ki, qəribə və gur,

Uzaqlaşıb getdi yırğalanaraq.

 

Əfəl, qaraqabaq, qorxulu, kirli,

Xəcalət uşaq tək ata-anaya.

Onlar elə bil ki, nə vaxtdan bəri,

Onu yer altında gizli saxlayıb.

 
Notu yazıq mələk oxudu belə:

“Yox daha etibar burda heç nəyə;

Rəngləyə özünü necə səy ilə,

İnsan eqozmi açılır yenə;

 

Boş şeydir ürəkdə nəsə tikəsən

Məhv olar gözəllik, ölər sevgi də.

Fənalıq yığaraq öz kisəsinə,
Qaytarar onları əbədiyyətə”.

 

Çıxmır heç yadımdan o dərin sükut,

O şirin yorğunluq, o sehrli ay.

Ürək hücrəsinə sanki üz tutub,
Söylənən dəhşətli mərhəm etiraf.

 

Fransızcadan tərcümə

24-27.04.2018

Samara

ŞARL BODLER. SEVGİLİLƏRİN ÖLÜMÜ

ŞARL BODLER

                                (1821-1867)

                                    Nous aurons des lits pleins d’odeurs légères,
Des divans profonds comme des tombeaux,
Et d’étranges fleurs sur des étagères,
Écloses pour nous sous des cieux plus beaux.

 

       SEVGİLİLƏRİN ÖLÜMÜ

 

Xoş ətirlərlə yoluxmuş zərif yataqlarımız,

Bir qəbir tək çökür, dərinlənir divanlar da.

Bəzər ətrafı, tər, qəribə çiçəklər yalnız,

Çilənir onlara nur ən gözəl səmalardan.

 

Onların canlarında can verən son atəşlə.

Yanar ürəklərimiz çılğın iki məşəl tək.

Qoşa alovlarının dalğalanan əksi düşər,
Bu qoşa ruha ki, cüt ayna kimi aydın, pak.

 

Sirli göy, qırmızı rənglərlə bu axşam bələnir,

Zərif yeganə şöləni səninlə mən bölürəm,

Sanki hönkürtüdür o, yaslı vidalarla dolu.

 

Zaman keçər və girər bir gözəl Mələk qapıdan,

Yenidən qaytarar həyata sönük bir cüt odu,

Və bir cüt ayna canlanar, təmizlənər pasdan.

 

Fransızcadan tərcümə

15.10.2016

Samara