Архив тегов | Brodskinin şeirləri

İOSİF BRODSKİ. “GÖZƏL XANIMLA YENƏ ARANI DÜZƏLDƏRƏK…”

Gözəl xanımla yenə aranı düzəldərək,

Düz üç il oturduğun türmənin qırağıyla,

Palçığı sıçradaraq  quş tək uçmaq taksidə,
Tor zənbildə də araq – azadlıq budur elə!

 —

Qıdıqlayır burnunu Nevadan əsən külək,

Yaxınların taleyi şüurunu gəmirmir.

Yalnız həmvətənim, ah, yəqin duya biləcək,

Sehri və cazibəsi bu misraların nədir!..

ruscadan tərcümə

25.05. 2022, Samara

1972(?)

+++++++++++

ИОСИФ БРОДСКИЙ

С красавицей налаживая связь,

     вдоль стен тюрьмы, где отсидел три года,

     лететь в такси, разбрызгивая грязь,

     с  бутылкой в сетке — вот она, свобода! Читать далее

İOSİF BRODSKİ. “İLHAM PƏRİSİ DEYİL, YOX, AĞZINA SU ALAN…”

Иосиф Бродский

İlham pərisi deyil, yox, ağzına su alan,

Şirin yuxu aparıb bahadırı çox güman.

Və mavi yaylığını arxasınca yelləyən

buxar çarxı tək çıxır sinəsi üstə birdən.

 —

Sözlər çətin ki. yenə ikiqat olub durar,

meşədəki sıraya necə dönməz odunlar.

Və balışın üzündə gözləri üz dağıdar

dağılar yumurtalar necə axıb tavada.

 —

Sənə daha istimi altı ədyalın altda

yatarkən? –Tanrı keçsin günahdan – o yataqda

balıq hava udan tək yaş dodaqlarımla mən
tapıb qamarlayırdım nə idisə sən olan.

 —

Sifətimə tikərdim dovşan qulaqları da,

səndən ötrü meşədə qurğuşun da udardım,

Çürük kötüklə dolu göldə önündə  ancaq,

elə çıxardm, mənə həsəd çəkərdi “Varyaq”.

 —

Tale beləymiş demək, yaş da ötübdür daha,

Ayıb olar ki, desəm tüküm ağarıb harda.

Damarlar uzanıbdır, dolmağa qansa çatmır,

Fikirlər əyri-üyrü qurumuş koldan artıq.

 —

Ayrılırıq səninlə, əzizim, həmişəlik.

Kağızın üzərində sadəcə bir çevrə çək.

Elə mənəm bu çevrə: heç nə yox içindəsə

Bir az baxarsan ona, sonra isə silərsən.

1980

Ruscadan tərcümə

21-22. 05. 2022, Samara

 

Qryd: Bu şeirlə İ. Brodski Leninqradda ilk böyük məhəbbəti olmuş Marianna Basmanova ilə xəyalən vidalaşır. Şeiri müəllif özü həmin il ingilis dilinə tərcümə etmiş (“It’s not that the Muse feels like clamming up”) və orijinalda adsız olan əsəri “Folk Tune” – “”xalq nəğməsi” adlandırmışdır.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ИОСИФ БРОДСКИЙ

М.Б.

     То не Муза воды набирает в рот.

     То, должно, крепкий сон молодца берет.

     И махнувшая вслед голубым платком

     наезжает на грудь паровым катком. Читать далее

İOSİF BRODSKİ. “YOX, AĞLIM BAŞIMDADIR, ANCAQ YAY MƏİ ÜZDÜ…»

Бродский

“Yox, ağlım başımdadır, ancaq yay məni üzdü.

Dolabda köynəyini axtarınca gün gedir.

Qış gələ və örtülə nə varsa yer üzündə —

Şəhərlər və adamlar, ən əvvəlsə göyərti.

Yataram soyunmamış, özgənin kitabını

oxuyaram, açılsa hər hansı səhifədə,

illərin qalanısa kordan qaçan it kimi,
Nəhləyərək asfaltı keçər qanuni yerdə.            

Azadlıq –

atasının adını bilmirsənsə tiranın,

Şirazın halvasından  ağız suyun şirindir.

qoçun buynuzu kimi burulmuşsa da beynin,

fəqət ala gözündən heç nə də axmır indi.

1975

ruscadan tərcümə

19. 05. 2022, Samara

++++++++++++++++++

ИОСИФ БРОДСКИЙ

Я не то что схожу с ума, но устал за лето.

 За рубашкой в комод полезешь, и день потерян.

 Поскорей бы, что ли, пришла зима и занесла все это —

     города, человеков, но для начала — зелень.

     Стану спать не раздевшись или читать с любого

     места чужую книгу, покамест остатки года,

     как собака, сбежавшая от слепого,

     переходят в положенном месте асфальт. Читать далее

İOSİF BRODSKİ. “YALNIZ KÜLƏ BƏLLİDİR SONACAN YANMAQ NƏDİR…”

Yalnız külə bəllidir, sonacan yanmaq nədir,

Mən də deyə bilərəm  qabağa baxıb ancaq:

Yel aparmır hər şeyi; həyət süpürüləndə,
Necə səy edilsə də, düşüb qalan olacaq.
Siqaret kötüyü tək, tüpürcək tək kölgədə,
əyləc altda qalarıq, yol tapmaz ora şüa

Çürüntüyə, mədəni laya dönənə qədər,
Çirk içində yatarıq günləri saya-saya.

Arxeoloq az qalar, nə tapdığını görcək,

Öyüyə; dünyaya bu kəşf, tapıntı ancaq

Torpağa basdırılıb yaşayan ehtiras tək

Ya da tərs versiyalı ehram tək səs salacaq.

“Leş!” deyib nəfəs dərər, qucaqlayıb qarnını,

Bizdən uzaqdır ancaq yer-göy məsafəsindən,
azadlıqdır çünki leş qəfəsdən, azadlıqdır

Bütövdən: hissəciklər təntənəsidir əsl.

1986

ruscadan tərcümə

23-24. 01. 2022, Samara

=============

Иосиф Бродский

Только пепел знает, что значит сгореть дотла.

Но я тоже скажу, близоруко взглянув вперед:

не все уносимо ветром, не все метла,

широко забирая по двору, подберет.

Мы останемся смятым окурком, плевком, в тени

под скамьей, куда угол проникнуть лучу не даст.

И слежимся в обнимку с грязью, считая дни,

в перегной, в осадок, в культурный пласт.

Замаравши совок, археолог разинет пасть

отрыгнуть; но его открытие прогремит

на весь мир, как зарытая в землю страсть,

как обратная версия пирамид.

«Падаль!» выдохнет он, обхватив живот,

но окажется дальше от нас, чем земля от птиц,

потому что падаль — свобода от клеток, свобода от

целого: апофеоз частиц.

1986

İOSİF BRODSKİ. QORXU

Küçə qapısından girirsən axşam.

Və addımlarından qopan səslərin,
Dəhşəti elə ki — deyərsən bu an,
Qaranlıq canlanır xofunla sənin.

Başqa cür ol, başqa özəllikləri,

Qazan və, gizlədib titrəyişini,
Qalxsa pilləkənlə sənin tək biri,

Bıçaq çıxarmışdın sən artıq yəqin.

Ancaq burda sənsən; çətin olsa da,

Axır öz qapına gedin gedib çatan tək,

Sən onu çırpırsan – bu gurultuda

Xain qışqırığın sənin dinəcək.

ruscadan tərcümə

22.01. 2022, Samara

==========

Иосиф БРОДСКИЙ

Страх

Вечером входишь в подъезд, и звук

шагов тебе самому

страшен настолько, что твой испуг

одушевляет тьму. Читать далее

 İOSİF BRODSKİ. “ÇIXMA OTAQDAN ÇÖLƏ…”

Çıxma otaqdan çölə yol verib səhvə birdən,

Günəş nəyinə gərək, əgər Şipka çəkirsən?

Çöldə hər şey mənasız, şənlik səsi xüsusən.

Ayaqyoluna ancaq get və tez də qayıt sən.

Ah, çıxma otağından, çağırma sən taksi də,

Çünki yaradılıbdır bütün fəza dəhlizdən,

Sayğacla yetir sona. Birdən bir mamlımatan,
Gələrsə əsnəyərək, qov getsin soyunmadan.

Çıxma otaqdan, düşün yanırsan qızdırmadan.

Dünyada nə maraqlı stuldan və divardan?

Burdan niyə gedəsən, axşam dönməlisənsə

Həminki tək, üstəlik bəlkə də döyüləsən.

Yox, çıxma otağından! Radionu aç, oyna,
Çəkmələri yalın gey, palto gey lüt əyninə.

Dəhlizdə kələm iyi, kirşə yağının iyi,

Çox hərf yazdın, artıq olacaq daha biri.

Çıxma çölə otaqdan. Sənin görkəmini qoy,
Görsün otağın ancaq. Bir sözlə, inkoqnito

erqo sum – necə maddə hirslə dedi formaya.

Çıxma çölə otaqdan! Çöl Fransa deyil ha!

Gic olma! Ol başqalar ola bilmədiyi tək.

Çıxma otaqdan! Yəni mebeldən gözünü çək,

Dön divar kağızına. Qapan, barrikadalan,
xronosdan, erosdan, və virusdan daldalan.

1970

ruscadan tərcümə

Qeyd: “inkoqnito erqo sum” – “naməlumamsa, mövcudam”.

Brodski Rene Dekartın “Cogito, ergo sum” (Düşünürəm, deməli mövcudam”)

tezisində bir sözü dəyişib.

22.01. 2022, Samara

==================

Иосиф Бродский

Не выходи из комнаты, не совершай ошибку.

Зачем тебе Солнце, если ты куришь Шипку?

За дверью бессмысленно все, особенно — возглас счастья.

Только в уборную — и сразу же возвращайся. Читать далее

İOSİF BRODSKİ. AXMATOVANIN YÜZİLLİYİNƏ

Vərəq olsun, od olsun, dəyirman daşı ya dən,
baltanın tiyəsini və  kəsilmiş teli də —

Tanrı öz səsi kimi qoruyacaq; xüsusən,

üzrxahlıq və sevgi sözlərini əbədi.

Nəbzi onların qırıq, sümük şıqqıltısı var

onlarda, bel səsi var; onlar hamar, kar həm də,

həyat təkdir – öləri dodaqlardan ucalar,

onunçun daha aydın bütün fəlsəfələrdən.

Möhtəşəm ruh, həm sənə, doğma torpaqda yatan

fani hissənə həm də okeanı aşaraq

mənim təzimim yetər; bu lal-kar kainatda,
o torpaq dilə gəldi sayəndə sənin ancaq. 

İyul 1989

ruscadan tərcümə

19-20.01. 2022, Samara

==============

Иосиф Бродский

На столетие Анны Ахматовой

Страницу и огонь, зерно и жернова,

секиры острие и усеченный волос —

Бог сохраняет все; особенно — слова

прощенья и любви, как собственный свой голос. Читать далее

İOSİF BRODSKİ. A.BUROV, TRAKTORÇU

Çöldə traktorçu Burov, bir də mən –

Brodski İosif, sovxoz fəhləsi.

Payızlıq taxılı əkirik qoşa.

Görürəm uzaqda qaralır meşə,
Səmada reaktiv uçarın izi.

Sıxır tumsəpəndə dəstəyi çəkməm.

Tumlar dikəlirdi malanın altda

Basırdı ətrafı mühərrik səsi,

Pilot mesaj yazdı göydə kiməsə.

Dalım hərəkətə, şumaydı üzüm,

Bu toxumsəpənə bəzəkdim özüm.

Tozla Mozart kimi pudralanırdım.

1964

ruscadan tərcümə

19.01. 2022, Samara

=======

Иосиф Бродский

А. Буров тракторист…

А. Буров — тракторист — и я,

сельскохозяйственный рабочий Бродский,

мы сеяли озимые — шесть га.

Я созерцал лесистые края

и небо с реактивною полоской,

и мой сапог касался рычага. Читать далее

    İOSİF BRODSKİ. MƏHƏBBƏT

BRODSKI

       ЛЮБОВЬ

Bu gecə ayıldım mən iki dəfə.
Pəncərəmə işıq salan fənərlər,
Yuxuda haçansa sanki deyilən,

Sözü çoxnöqtə tək endirib heçə,

Mənə heç təsəlli gətirmirdilər.

 

 

Sənsə hamiləydin yuxumda, ayrı
Yaşayıb səninlə haçandan bəri,
Mən öz günahımı duydum, əllərim,
Qarnını sevinclə sığallayırdı,
Əslinə qalanda şalvarı gəzir

 

 

Və işıqaçarı. Yadıma indi
Düşürdü səni tək qoyub gedirdim,

Zülmətdə, yuxuda,  səbrlə sən də,
Gözlərdin, məzəmmət, qınaq demirdin,

Qəsdli fasilədən sonra yenidən

 

Yanına dönəndə. İşıqda çünki

Kəsilən, zülmətdə uzanıb gedir
Orda biz nikahlı, evliyik, iki
dallı əcayibik, bəraətidir
uşaqlarsa eyşin aramızdakı.

 

 

Haçansa, gələcək gecənin biri

Yenə də gələrsən, üzülmüş, arıq.

Mən də ki, ya oğul ya qız görərəm,

Hələ adları yox, işıqaçarı,

Onda axtarmaram, əlimi geri

 

Çəkmərəm bir daha, yox haqqım atam

Mən sizi kölgələr səltənətində

Günlərdən yaranan çəpər önündə,

Durub gerçəklikdən asılılıqda —

Yetişməz bir xəbər ordasa məndən.

 

Ruscadan tərcümə

29-30.2019

Samara

 

 

ЛЮБОВЬ

Я дважды пробуждался этой ночью
и брел к окну, и фонари в окне,
обрывок фразы, сказанной во сне,
сводя на нет, подобно многоточью
не приносили утешенья мне. Читать далее

  İOSİF BRODSKİ. “MƏNƏ DEYİRLƏR Kİ, GEDƏM MƏN GƏRƏK…”


 

BRODSKI

Мне говорят, что нужно уезжать…

Mənə deyirlər ki. gedəsən gərək.

Hə, hə. Minnətdaram. Yığışıram mən.

Hə, hə. Anlayıram, Məni ötürmək
Zərurəti də yox. İtən deyiləm.

 

Uzaq yol – siz allah, deməyin belə,
Uzağı yaxın bir stansiyadır.

Narahat olmayın, birtəhər. Elə

Yüküm yox. Yoxdur heç çamadanım da.

 

Hə, hə. Daha vaxtdır. Minnətdaram mən,

Hə, hə. Vaxtdır.  Bilir hamı da yaxşı.

Qalxır ağaclarla vətənin üstdən,

Hüznlü şəfəqi qış axşamının.

 

 

Hər şey sona yetdi. Yox etirazım,
Xudahafiz deyib əl-əl görüşüm.

İndi sağalmışam. Getməyim lazım,
Hə, hə. Ayrılığa görə təşəkkür.

 

 

Gəzdir vətənimdə, sən məni, taksi,
Ünvan elə bil ki, yadımdan çıxır.

Sükuta qərq olmuş çölləri gəzdir,
Bilirsən, vətəndən gedirəm axı.

 

 

Ünvan elə bil ki, çıxıb yadımdan:

Üzümü söykərəm nəm şüşəyə mən.
Keçəndə sevdiyim çayın yanından,
Ağlaram, səslərəm kolazçını həm.

 

(Hər şey bitdi daha. Niyə tələsim,
Sən allah, arxayın qayıt geriyə,

Göylərə baxaram, dolar sinəmə,
Başqa sahillərin soyuq küləyi).

 

 

Bu da köç, haçandan necə gözlənən.

Dön geri, ürəyin kədər duymadaın.

Yastı bir sahilə yan alaram mən,

Vətəndə qatara sən minən zaman.

Ruscadan tərcümə

28.04. 2019

Samara

 

 

Мне говорят, что нужно уезжать. 
Да-да. Благодарю. Я собираюсь. 
Да-да. Я понимаю. Провожать 
не следует. Да, я не потеряюсь.  Читать далее