İlham Əliyev Haaqada çıxış edərək Ermənistandakı atom elektrik stansiyasının bağlanmasını tələıb edib. Cənab prezident deyib: “Bağlamasalar, özüm gedib bağlayacam, qapısından da yekə bir qıfıl asacam”.
Hamı Əliyevin çıxışına əl çalıb.
İlham Əliyev Haaqada çıxış edərək Ermənistandakı atom elektrik stansiyasının bağlanmasını tələıb edib. Cənab prezident deyib: “Bağlamasalar, özüm gedib bağlayacam, qapısından da yekə bir qıfıl asacam”.
Hamı Əliyevin çıxışına əl çalıb.
Serj Sarqsyan birinci turda qələbə üçün bütün secicilərinə, atasına, anasına, arvadına, uşaqlarına və xüsusi olaraq Əkrəm Əylisliyə təşəkkürünü bildirmişdir. “Kirvənin kitabı sübut elədi ki, bizim müharibəmiz adalət müharibəsi olub, biz azərbaycanlı qaniçənləri qədim ata-baba torpaqlarımızdan qovmuşuq” – Serj Sarqsyan deyib və söz verib ki, tezliklə Əylis kəndindəki on iki kilsənin hamısını bərpa edəcək, on iki kilsə də təzə tikəcək.
“İstəmədim bu yerlədə qalasan…”
Ə. Əylisli
İstəməzdik bu dastanı yazaydın,
Yağılara deməyəydin “göz aydın!”
Bir vaxt gələr bu sözləri bilərsən,
Elindən, yurdundan üzr dilərsən.
“Drujba narodov” jurnalının fevral sayında Əkrəm Əylislinin “Daş yuxular” romanının ikinci cildi çap olunub. Burda Qız qalasının tarixindən bəhs olunur. Romançı yazır ki, bu qalanı ermənilər kilsə kimi tikiblər və tikili əsrlər boyu kilsə olub. Sonra azərbaycanlı yaraqlılar kilsəni ermənilərdən alıb qalaya çeviriblər. Yaraqlılara bir qız başçılıq etdiyinə görə qalanın adı olub “Qız Qalası”…
Əkrəm Əylisli yazır: “Mən o qızın yerinə çox xəcalət çəkirəm və ermənilərdən dönə-dönə üzr istəyirəm”.
Əkrəm Əylisliyə qoşulub ermənilərə olan sevgilərini ifadə edən “liberal” bakılı cavanlar (20-35 yaşlılar) məxsus olduqları milləti “bu millət” adlandırırlar. Və əslində “Bu” əvəzliyi ilə özləri ilə millət arasında məsafə yaradırlar. Yəni millət zibildir, onlar isə bu zibilin içində qızılgül kimi boy atıb böyüyüblər və xarıci kömək axtarırlar ki, onları bu zibilidən qoparıb nəcib bir yerə əksin…
“Bu millət üçün heç yazmaq lazım deyil!” –Bunu deyən xanım sanki “Hərb və sülh romanını yazmağa hazırlaşırmış, millətinin vəhşiliyini görüb qələmi qoyub yerə…
Və dediyimiz yaşda olan bakılı gənclər nə müasir dövrün azdalıq hərakatında iştirak ediblər, nə Qarabağda vuruşublar. Qız qalaasını, Şirvanşahlar sarayını onlar tikməyiblər. “Koroğlu”nu da onlar yazmayıblar – nə dastanı, nə operanı… Və dastanı da, operanı da yaradanlar “bu millət” deməyiblər. Ancaq onların haqqı olub ki, Andrey Platonov kimi “Без меня народ неполный» desinlər…
Kultura.az portalında Əkrəm Əylislinin müdafiəsinə həsr olunan bəyənat dərc olunub və imza toplanılır.
Belə razil və satqınlıq ruhuyla aşılanmış mətnlər az olur!
Bəyənat müəllifləri yazırlar: “ Bizə vətən lazımdır, amma ondan qabaq bir ölkəni vətənimizə çevirə bilən təminatlar, o cümlədən ifadə azadlığımıza təminat lazımdır”.
Başa düşdünüz?
“Bizə vətən lazımdır, vətəndən artıq…”
Üslub, əlbəttə, fantastika səviyyəsindədir – “Vətən lazımdır”(!) – yəni hamamda isti su kimi, bazarda keyfiyyərli ət kimi, Avropa ya Amerika qrantı kimi… Bu bir yana, bu “lazımlıq” özü də şərtləndirilir: əgər… Və bu şərt ödənməsə? Onda Qubanı da verin, Salyanı da, Şəkini də… Bakının da açarlarını verin ermənilərə, çünki söz azadlığı yoxdur…
Vətəndən artıq?
Bunu yəqin son günlər balağını çırmalayıb ortalığa düşən Xədicə İsmayıl yazıb…
Ayıb deyilmi?
Daha bir sitat: “ABŞ Prezidenti Teoder Ruzvelt bu barədə demişdir ki, «Əgər vətənin müdafiəsi yalnız insan azadlığının qurban verilməsi hesabına mümkündürsə, mənə belə vətən lazım deyil».
Bəyənat yazanlar ya Amerika tarixini bilmirlər, ya xam adamları azdırırlar. Amerikanın daha populyar və daha istəkli prezidenti Franklin Ruzvelt ikinci dünya müharibəsi dövründə ABŞ vətəndaşı olan 120 min yaponu həbs düşərgələrinə salmışdı.
Vətən naminə…
İndi Əkrəm Əylislinin romanıyla bağlı azərbaycanlılara “cahil” və hətta “faşist” deyən adamlar unudurlar ki, Əylisli bu “cahil” və bu “faşist” millətin yazıçısıdır, onun kitabları bu millətin puluna nəşr olunub və bu millət tərəfindən oxunub, bu millətin teatrlarında tamaşaya qoyulub, bu millət tərəfindən baxılıb. Əkrəm Əylislini yaradan Azərbaycan və Azərbaycan dilidir, yazıçı Əkrəm Əylislini arvadı Qalina Aleksandrovna yaratmayıb!
Rusiyada yaşadığım otuz ildən artıq ərzində Əylisli adlı yazıçı tanıyan rusa rast gəlməmişəm, indi Əylisliyə fəal dəstək göstərən rus dilli azərbaycanlılar da, əminəm ki, Əylislini heç vaxt oxumayıblar ya da rus dilinə tərcümədə oxuyublar. Mən Azərbaycan universitetində qiyabi oxuduğum vaxtlar bakılılarla kəndlilər arasında necə uçurum olduğunu görmüşəm, o vaxtlar “faşist” təyini işlənmirdi, ancaq kənd azərbaycanlılarına onların layiq olduqları yeri göstərən başqa sözlər vardı. Və onu deyim ki, Azərbaycanın bütün görkəmli ədibləri – Mirzə Cəlil, Rəsul Rza, Əli Kərim “internasional” Bakıdan yox, kənddən, “cahil” xalqın içindən çıxıblar… bakılılar Azərbaycan dilli yazıçının belə pərəstişkarıdılarsa, niyə indiyəcən ölkə paytaxının kitab mağazalarında Azərbaycan dilində kitablar yox kimidir?
Və bəlkə Azərbaycan yazıçısının, Azərbaycan dilli yazıçının öz xalqıyla ixtilafını onların öz arasında müzakirəsinə və həllinə buraxasınız!
Ömründə heç vaxt əlinə Azərbaycan dilində kitab almayan adamların indiyəcən bütün mövzuları və qayğıları Azərbaycan kəndi olmuş Əylislini belə fəal dəstəkləməsi çoxları üçün yenə öz millətlərinə ikrahlı münasibəti bildirmək üçün fürsətdir…
Ermənistana əsir getmiş qadınları, xırda qız uşaqlarını yada salın!
İndiyəcən qəbirləri də tapılmamış yüzlərlə azərbaycanlı əsgəri, bu əsgərlərin ürəkləri dağlanmış analarını yada salın!
Bakıda Ermənistan prezidenti seçkilərində vaxtındanqabaq səsvermə başlanıb. Hamıdan qabaq yazıçı Əkrəm Əylisli səs verib. Ondan kimə səs verdiyini soruşan jurnalistlərə Əylisli deyib: “Mən Sarqsyana səs verdim, çünki o, qarabağlıdır, Qarabağ uğrunda uğurla vuruşub. Elə o biri namizədlər də yaxşıdırlar, çünki ermənilərin hamısı yaxşıdır”.
Seçki məntəqələrinin qabağında basırıqdır. Minlərlə bakılı öz namizədinə səs vermək üçün ən azı bir saat gözləməli olur. Darıxmamaq üçün onlar xorla erməni xalq mahnısı «Sarı gəlini» oxuyurlar…
Əkrəm Əylisli “Daş yuxular” romanıyla bakılıların ermənilərə kütləvi eşq etirafı kompaniyasına start verilib. Gözləmək olar ki, bu adamların uşaqları səngərdə (bu adamlrın uşaqları orduya gedirlərsə) öz “yeraz” yoldaşının, ağsulu, biləsuvarlı yoldaşının, talış ya tat yoldaşının arxasından vurub erməni əsgəriylə qardaşlaşarlar…
Sovet dövründə bakılıların çoxu əslində özünü şərti azərbaycanlı sayırdı, onlar özlərini “subetnos” sayırdılar və indi bilinir ki, ermənilik bu subetnosluğun üzvi tərkibiymiş… Və bu adamları ermaz adlandırmaq daha düzgün olardı…
Bu adamlar özlərini avropasayaq fikir tərzli kimi qələmə verirlər. Anzaq bu, avropalılıq deyil, Azərbaycan dilinin, azərbaycançılığın Bakıda az qala qeyri-leqal vəziyyətdə olduğu vaxtlara qayıtmaq arzusudur…Əgər bu kompaniya ermənisevərlik deyil, insan hüquqlarına, azlıq hüquqlarına hörmət ifadəsidirsə, bəs niyə bu adamlar talışlardan danışmırlar? Niyə mən Hilal Məmmədovun həbsinə etiraz kompaniyasını görmürəm?
Mən elə bilirdim ki, ən rəğbətsiz azərbaycanlı – padşahsevər azaərbaycanlıdır. İndi Bakıda nə qədər azərbaycanlının necə erməni ağuşuna atılmağa hazır olduğunu görüb fikrimi dəyişirəm…