Архив тегов | fəlsəfi şeirlər

UİSTAN ODEN. QANUN SEVGİ KİMİDİR

Bağbanlar deyirlər qanun günəşdir,

Tək ona itaət, pərəstiş edir,

Bütün bağbanlar,

Dünən belə olub, sabah da bu var.

 +

Qanun — dünya görmüş qocanın ağlı —
Hər qoca deyir bu qədim nağılı.

Nəvə dil çıxarır eşitsə bunu,

O, gənclik məzəsi sayır Qanunu.

 +

Ruhani baxışla ruhani belə

Deyir ruhsuzlara müraciətlə,

Qanundur müqəddəs sözlü kitabım,

Qanun məbədimdir, həm də mehrabım.

 +

Sallayıb söyləyir hakim burnunu,

Nitqi həm aydındır həm də ki, ciddi:

Necə ki, əvvəl də demişdim bunu

Qanun, zənn edirəm, sizə bəllidir,

Qanun… yəni mənim dediyim budur:

Ayrı heç nə deyil, Qanun – Qanundur.

 +

Yazır qanunsevər alimlər hərçənd,

Qanun nə yalandır nə də həqiqət.

Qanun cinayətlər məcəlləsidir,

Onlara cəzanı yer, zaman kəsir.

Qanun bir  paltardır geyinir insan,
Hər yerdə, hər an,

Qanun günaydındır, gecənxeyrədir.

 +

Qanun bəxtimizdir deyir çox insan,
Qanuna dövlət tək az deyil baxan.

Başqa adamlarsa belə deyirlər

Qanun daha yoxdur,

Gedib, yox əsər.

Həmişə hayküylü, qəzəbli kütlə,
Küyü həddən arıq, kini də elə
Deyir Qanun bizik, bizik – vəssalam,

Bir gicsə astadan deyir yox, mənəm.

Qanun barəsində, əzizim, əgər,

Bilirik uzağı biz onlar qədər

Elə sənin qədər bilirəmsə mən,
Nəyi etmək olmaz, nəyi edəsən,

 +

Bir bunu çıxmaqla razııdır hər kəs

Sevinclə və yaxud ürəyində yas

Ki,  Qanun var, bəli,

Hamı da bilir.

Düşünsək beləcə əgər mücərrəd
Qanuna başqa bir sözü versək ad

 +

Çoxlu insanlardan seçilərək mən

Qanun var yenidən deyə bilmərəm.

Onlar tək dəf edə bilmərik yəni

Bütün bəşərə xas şübhəni, zənni

İstərik sürüşüb mövqeyimizdən,

Sığınaq qayğısız duruma birdən.

 +

Şöhrətə səndə və məndə sevgi var

Müqayisə etsək söyləmək olar

Ürkək, ürəksiz,

Görürük ürkək bir bəzərliyi biz.

Öyünə bilərik ancaq hər halda:

Məhəbbət kimidir deyirəm o da.

Sevgi tək bilmirik o nədən, hardan,

Sevgi tək heç kimə xilas yox ondan.

Sevgi kimi tez-tez ondan ağlarıq,

Sevgi tək ona da sadiq qalmırıq.

1939

ingiliscədən tərcümə

07-08.06. 2022, Samara

++++++++++++

W H Auden

Law, Like Love

Law, say the gardeners, is the sun,
Law is the one
All gardeners obey
To-morrow, yesterday, to-day.
Law is the wisdom of the old,
The impotent grandfathers feebly scold;
The grandchildren put out a treble tongue,
Law is the senses of the young.

Law, says the priest with a priestly look,
Expounding to an unpriestly people,
Law is the words in my priestly book,
Law is my pulpit and my steeple.
Читать далее

ALEKSANDR PUŞKİN. HƏRƏKƏT

Saqqallı müdrik dedi: “yoxdur hərəkət əsla!”

Digəri qalxıb onun qabağında yeridi,

Bundan güclü etiraz çətin gələrdi ağla.

Mənalı cavabına hamı afərin dedi.

Bu məzəli əhvalat, cənablar, fəqət mənə,

Başqa bir nümunəni xatırladır həmişə:

Hərəkətdə görürük göz önündə günəşi,
Haqlıdır Qalileysə öz inadında yenə.

1821

ruscadan tərcümə

02. 01. 2022, Samara

Qeydlər:

1. Saqqallı müdrik – yunan filosofu Zenon

2. Digəri – Diogen

================

Александр ПУШКИН

Движение

Движенья нет, сказал мудрец брадатый1.

Другой смолчал и стал пред ним ходить.

Сильнее бы не мог он возразить;

Хвалили все ответ замысловатый. Читать далее

FYODOR TYÜTÇEV. “BİR BAX, İŞIQLANIR NECƏ QƏRB YENƏ…”

Bir bax, işıqlanır necə qərb yenə,
Axşam şəfəqinin şüalarından.

Şərq sönüküb gedir, sanki əyninə,
Geyir boz-göyümtül axçalı bir don!

Bəlkə düşməndirlər, yox araları?
Günəş eyni deyil onlara bəlkə —

Tərpənməz mühit tək salır aralı,

Qoymur ki, şərq ilə qərbi birləşə?

1838

ruscadan tərcümə

05.12.2021, Samara

================

Ф. И. Тютчев. «Смотри, как запад разгорелся…»

Смотри, как запад разгорелся
Вечерним заревом лучей,
Восток померкнувший оделся
Холодной, сизой чешуей! Читать далее

ALFRED DE MÜSSE. KƏDƏR

Düşmüşəm qüvvədən, həyatım bitib,
Gedib dostlarım da, gülmürəm bir an;

Məndə öz dühama inam yaradan,

Qürurum nə vaxtdan tükənib, itib.

Əvvəl Həqiqətlə üzləşən zaman
Deyirdim ən yaxın dostum olacaq,

Dərindən anlayb duyandan ancaq,
Tamam çiyrinibdir ürəyim ondan.


Hərçənd əbədidir Həqiqət olan,
Ondan uzaqlaşan, onsuz dolanan,
Cəhalət içində yaşayar hökmən.


Cavab verməliyik, Tanrımız dedi.
Mənə bu dünyada nə qalır indi? —

Düşünmək, göz yaşı axıtmaq hərdən

fransızcadan tərcümə

13-14.11. 2021, Samara

========================

Alfred de MUSSET
Tristesse

J’ai perdu ma force et ma vie,
Et mes amis et ma gaieté;
J’ai perdu jusqu’à la fierté
Qui faisait croire à mon génie.
Читать далее

HERMAN HESSE. RƏNGLƏRİN SEHRİ

Tanrının nəfəsi hopub aləmə,
Yuxarıda Səma, Səmadır altda.

Bir deyil, min deyil işıqda nəğmə,
Rənglər dünyasında Tanrını axtar.

Hər an təzələnmə, dəyişmə hər an,
Ağ qaraya dönər, isti soyuyar.

Həmişə xaotik bu sayrışmadan,
Bir göy qurşağının yaranmağı var.

Məşəqqət nəşəyə min dəfələrlə,
Qəlbdə ömür boyu belə dönəcək.
Tanrı işığının qüdrəti ilə —          

Şərəfləndiririk onu Günəş tək.

1918

almancadan tərcümə

12.10. 2021, Samara

MAGIE DER FARBEN       

Gottes Atem hin und wider,                     

Himmel oben, Himmel unten,                      

Licht singt tausendfache Lieder,               

Gott wird Welt im farbig Bunten. Читать далее

GÖYƏRÇİNLƏR VƏ SƏRÇƏLƏR

2

Günaşırı gəlir, ya hər gün gəlir,
Parkın qırağında tutur yerini.

Bir anda məhəllə göyərçinləri,

Yığışıb doldurur həndəvərini.

Yaşının dibi yox, qədimdir qarı,

Sulu gözlərində işıq var ancaq.
İncəlib, gödəlib, çəlimsiz, arıq,

Qonsa bir budağa, saxlayar budaq.

Plastik paketdə gətirdiyiylə,
Fikirli yemləyir göyərçinləri.

Havada qapılır, udulur gilə,
Quşlar bir-birinin çiyninə minir.

Eyni bir nöqtəyə göz dikib qarı,
Hay-küyü kəsilmir göyərçinlərin.

Özü heç yeməyib bəlkə naharı,
Yesə də, bir quşdan az yeyir  yəqin.

Bükür torbasının ağzını birdən,
Canlanır, çəliyə söykənib durur.

Yelləyir, çığırır, söyür deyəsən –

Dəvətsiz sərçəni süfrədən qovur.

Qalır boğazında qapdığı gilə,
Qaçır pırıltıyla sərçə pərt kimi.

Zəngin ziyafətə baxır həsədlə,
Bu həyat hoqqası başına girmir…

Elə insanlar da quşlara oxşar,
Fərqimiz çox deyil qanadlılardan.

Ruzi alan da var, sevilən də var,
Süfrədən qovulan, burunlanan da.

Tanrıdır, əlbəttə, ruzi verən də,
Mərhəmət yiyəsi, sevən də tanrı.

Ayrı-seçkiliklər fəqət görəndə,
Gəlir göz önünə torbalı qarı…

31. 12. 2020, Samara

«HƏR ŞEYİ HEÇ NƏDƏN YARADAN ALLAH…»

SONY DSC

Hər şeyi heç nədən yaradan Allah,

Yoxu var elədi iradən, Allah!

=

İşıq və zülməti yaratdın əvvəl,

İşığa gün dedin, zülmətə gecə.

Topladın, göy altda  su var nə qədər,

Qurunu yaratdın sonra eləcə.

=

Torpaqla ayırdın suyu sən sudan,
Ot, ağac yaratdən yeyilsin barı.

Göydən günəş asdın, göydən ay asdın,
Ulduzla bəzədin qaranlıqları.

=

Canı olanların növbəsi çatdı,

Balıqlar suları cana gətirdi.

Heyvanı, quşları sonra yaratdın,

Söylədin törəyin, çoxalın indi.

=

Yatdı ürəyinə yaratdıqların,
Baxdın yerə, göyə, dedin yaxşıdır,

Dedin bu aləmdə insana yer var,

Şəkildə və tərzdə özün oxşarı…

=

Tanrım, qüdrətinin  hüdudları yox,
İşin də möhtəşəm, nəticəsi də.

Fəqət  dərdimiz də, ağrımız da çox,

Bağışla, sən bəlkə bir az tələsdin?…

28.09. 2020, Samara

BU DİSTANT TƏHSİLDƏ TƏZƏ NƏ VAR Kİ…   

SONY DSC

Bu distant təhsildə təzə nə var ki?

Həqir nökəriniz ağlı kəsəndən
Belə oxumurmu? Yaxındakının

Dərsi, düzü desək, axı nə dərsdi?…

 

 

Əsil müəllimlər uzaqdaydılar,
Arada zaman ya yol məsafəsi.

Haçan ki, sualım vardı onlara,
Yarırdı kosmosu onların səsi.

 

 

Nitqini yarımçıq kəsirdi Sokrat,

Ali məhkəmədən üzr istəyib.

Sonra sualıma qulaq asaraq,
Səbrlə verirdi cavab mən kütə.

 

 

Sualım çatırdı Sokrata bəzən,
Zəhər dolu camı qaldıran anda.

Müdrik hər qurtumla səifləsə də,
Yenə çalışırdı məni qandıra…

 

 

Saxlayır yazdığı kitabı birdən,
Padşah Mark Avreli gedirdi fikrə.

Gərək sadə deyə, maraqlı həm də.

Mənim kimisinin başına girə…

 

 

Şopenhauer də, Kant da beləcə,
Mənə dərs deyiblər on il, on beş il.

Çatır hövsələləri lap indiyəcən,
Heç biri sualdan yayınan deyil…

 

 

Mirzə Ələkbərdən, Mirzə Cəlildən,
Distant dərs alıram yaşın bu vaxtı.

Gülürlər: “Mirzəsən indi özün sən…”

Mirzəyəm,.. bu var ki, “Əlil”əm axı…

 

12.04. 2020, Samara

BÖYÜK ADAM

Müxtəlif adamlar həyatda gördüm,
Onların çox olub yaxşıları da.

Onlar olmasaydı, çoxdan ölərdim,

Ölərdim, yaddan da çıxarardılar.

 

 

 

Ürəyi yananlar, qəlbi incələr,
Sirri saxlayanlar partizan kimi.

Söhbəti sevənlər uzun gecələr,
Qulaq kəsilənlər danışan kimi…

 

 

 

Olublar, olublar… elə indi var,
Yaxşı adamların tumu kəsilmir.

Elə ki, ya ürək, ya baş ağrıyar,
Salırsan adbaad yadına, bir-bir…

 

 

 

Böyük adamlar var həyatda ancaq,

Nə yaxşı, nə pisdir, böyükdür onlar.

Onlar həm mayakdır, onlar həm dayaq,
Onlarda rəhbərlik cəsarəti var.

 

 

 

Yaralı olasan, azarlı ya da
Çəkər keşiyini, qaldırar hökmən.

Şir ürəyi olur böyük adamda,
Və sığır kiçik bir bədənə bəzən.

 

 

 

İşi bitirməyə həvəsləndirər,
İşi bitirdinsə — göyə qaldırar.

Əlindən yapışar, səninlə gedər,

Keçməli olanda sudan ya oddan.

 

 

 

Çəkidən ağırlar, boydan ucalar,

Qolu güclülər də dost olub mənə.

Onların içində yaxşısı da var,
Ancaq eləsi yox “böyük” adlana.

 

 

Onlar dayanıblar mən dayananda,
Odu söndürüblər, sudan qaçıblar.

Olub işdən-gücdən soyudanı da,
Yaxşı adamın da cürbəcürü var…

 

 

Yaxşını çox gördüm, böyük görmədim,

İşlərim dağınıq, həyatım viran.

Kim bilir, qabağa mən də gedərdim,

Rastıma çıxsaydı, böyük bir insan.

 

 

 

Dağı dağ üstünə bəlkə qoyardm,
Dönərdim millətin qəhrəmanına,
Bəlkə zirvələrə qonardı adım,
Gərək rast gələydim böyük insana…

 

 

Rastıma çıxsaydı böyük bir insan,
Onu ümid sanar, pənah sanardım.

Onun ətəyindən yapışıb hər an,
Bəlkə də Tanrıdan mən yayınardım.

 

 

Çəkilib gedərdi dadı zəhmətin,
Ürək sevinməzdi, gəlsə də uğur.

Böyük adamdısa verən neməti,

Aldığın pay olur, sədəqə olur.

 

Gedirəm, dalımda yüküm, durmadan,
Sadə sırasında qarındaşların.

Çıxmadı qarşıma heç Böyük adam,
Şükür sənə, Tanrım, belə yaxşıdır.

 

23-24. 04. 2019

Samara

2019

selfi 31 12 18.jpg

Haçansa deyirlər, kəsir ya ağlın,

Şaxta Baba deyil ili gətirən.

Bilirsən saxtadır bığı, saqqalı,
Yox onda möcüzə, sehr qüdrəti.

 

İnam itib gedir Şaxta Babaya,

Rəğbəti yaşayır həmişə amma.

Mahir bir lotu da, fırıldaqçı ya,
Məhəbbət qazanır aldadılandan.

 

İllərin gəlməyi, getməyi sonra,

Özbaşına deyil, bilir hər insan.

Bilirsən dalında ilin duran var —
Qüdrəti nə yerə, nə göyə sığan.

 

Uşaq gözləyirsə Şaxta Babanı,
Böyük — intizarla  gözləyir İli.

Kiminsə ümidi ona bağlanır,
Kimsə gözlədikcə vahimələnir.

 

Odur ürəklərdə yara sağaldan,
Odur qəlb ovudan, verən təsəlli.

Milləti qaldıran, ölkə dağıdan —

Dünyanı alt-üstə bir il də bəsdir.

 

Şəxsi qüdrətimiz, ya qeyrətimiz

Çatmır, ümidimiz bağlanır ilə.

Bəzən təzə il tək gəlir Nemesis,
Taxtını dağıda müstəbidlərin.

 

Qorxular ildəndir, ümidlər ilə,

Necə sevilsə də Şaxta Babalar.

Özü özbaşına dəyişmir belə,
Bilirik dalında ilin duran var.

31 12. 2018

Samara