
Oh! vous aurez trop dit au pauvre petit ange…
Ah, sən körpə mələyə çox demisən ki, göydə,
Başqa mələklər də var.
Heç kim incimir orda, dəyişməyir heç nə də,
Hər kəs ora can atar.
Səma demisən evdir sütunları bəzəkli,
Boyanıb neçə rəngə.
Mavi bağdır, zanbaqlar ulduzlara bənzəyir,
Ulduzlarsa çiçəyə.
Sözlə deməklə bitməz gözəlliyi oranın,
Hər şey heyran eləyən.
Gülməyə-oynamağa hurilər, və Tanrı var,
Ovudan, əzizləməyən.
Şam tək yanan ürəyə nə yaxşıdır dönəsən,
Belə bir gözəl evdə,
Yanındaca İsanın və onun anasının,
Yaşayasan əbədi.
Yazıq ana, sən ancaq yəqin ki, deməmisən
Əziz, kövrək uşağa.
Sən bu acı həyatda ona kimsən və nəsən,
Və kimdir sənə o da.
Yəni uşqakən övlad qayğı çəkən anadır,
Qoruyur, əzizləyir,
Kişiləşmiş övladın ana da qocalanda,
Köməyini gözləyir.
Deməmisən körpənə iradə Tanrıdandır,
Yaşayaq yer üzündə.
Kişi dayaq qadına, qadın ev dolandıran,
Həyatın hər üzündə.
Olan oldu, ilahi, necə əvəzsiz itki!
Getdi sevimli bala!..
Əfsus! Sən niyə açıq qoyurdun qəfəsi ki,
Quşcuğazın yox ola!
1857
Fransızcadan tərcümə
23-24.01.2018
Samara
(P.S. Böyük fransızın bu şeirinin azərbaycancaya tərcüməsini Fəridə və Şirvan Kərimovlara həsr edirəm — X.X.)
Понравилось это:
Нравится Загрузка...