ŞİRVANDA FÖVQƏLADƏ HADİSƏ

ŞİRVAN.jpg

Məlumdur ki, Azərbaycanda əsrlərlə şuluq uşaqları Xortdanla, Xuxanla, Qulyabanı ilə qorxudublar. Ancaq son günlər təhsil nazirliyinin göstərişi ilə uşaqları Gülənlə qorxudurlar. Sözə baxmayana, qulluğa getməyənə, hindən yumurta oğurlayana, qonşu bağına girənə, dərsdən qaçana, pəncərə sındırana, yerinə işəyənə valedeynləri deyirlər ki, sən öləsən, özünə qoyulmasan, Gülən gəlib səni aparar. Gülənin adını eşidən kimi uşaq  elə dəyişir ki, öz valideynləri tanımırlar. Daxili İşlər Nazirliyinin məlumatına görə azyaşlı uşaqlar arasıında cinayətkarlıq xeyli azalıb.

Ancaq Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində qəribə bir hadisə baş verib. Üç yaşlı uşağa nənəsi deyib ki, az atıl-düş, Gülən gəlib səni aparar. Uşaq da qayıdıb deyib ki, mən gecə-gündüz Güləni gözləyirəm ki, gəlib məni aparsın Amerikaya, bu Çılpaqlı mənim qara ciyərimə vurub…

Nənə “Amerika” sözünü eşidən kimi özündən gedib yıxılıb. Uşağın valideynləri əlahəzrət prezidentə təcili teleqram vurublar ki, uşaqdan imtina edirlər. Şirvan şəhər polisi cinayət işi qaldırb verib Baş prokurorluğa…

Çılpaqlı sakinləri jurnalistlərlə görüşməkdən qətiyyətlə imtina edirlər…

Mİrzə ƏLİL

25.08.2016

OLİMPİYAÇILAR ÜÇÜN «GÜLƏN-KONTROL»

rio total

Brasiliyadan qayıdan Azərbaycan yığma komandasının üzvləri elə aeroportda “gülən-kontrol” keçirlər. Analiz idmançıların dabanlarndan götürülür və nəticə idmançının “sabaha İlhamla” ya “Gülən yolu” getdiyini üzə çıxarır.

Gülən-kontrolun nəticələri bu yaxınlarda elan olunacaq.