QAZ
vodevil
Əliyev: A kişi, sən öl, mən sənə nə qədər desən, qaz verərəm.
İvanişvili: Ay batano İlham, sənin qazın heç öz millətinə çatmır axı!
Əliyev: Hansı milləti deyirsən?
İvanişvili: Necə hansı milləti? Azərbaycanlıları.
Əliyev: Bağışla, fikrim ayrı yerə getdi… Batano, bizim millətə hələlik qaz vermək düzgün deyil. İşlədə bilmir millət qazı. Açır şoğəribi, bağlamır, bir də gördün partladı. Yavaş-yavaş öyrədirik. Öyrənməkləri bir əlli il çəkər…
İvanişvili: Mən qorxuram qazınız çatmaya, bizim camaat burda üşüyə. Batano, gürcü incə-mincə millətdir, qaz olmayanda üşüyür.
Əliyev: A kişi, biz ölmüşük ki, gürcü üşüyə? Allah eləməmiş, qazda problem olsa, millətin bütün yorğanını yığıb göndərərəm sizə.
İvanişvili: Bəs öz millətin yorğansız qalacaq?
Əliyev: Batano, bizim millətin gönü qalındır, üstünə əskidən-üsküdən örtüb qızışacaq….
İvanişvili: Vallah, üz vurursan, qalmışam məəttəl. Bizim qaz almağa heç pulumuz yoxdur.
Əliyev: A kişi, sən məni lap söyürsən. Mən səndən pul istəyirəm? Qaz sənə peşkəşdir. Bizim millət fəxr edir ki, onun qazını gürcü milləti yandırır. Üstündə pul da veririk. Nə qədər lazımdır? Utanma, de.
İvanişvili: Vallah, lap məəttəl qalmışam. Sənin xətrinə dəymək istəmirəm, ancaq biz gürcülər hər adamdan pul götürmürük…
Əliyev: A kişi, mən “hər adamam”? Mən sənin kiçik qardaşınam.
İvanişvili: Qardaş yox də…
Əliyev: Olum uzaq qohumun. Lap uzq ey, suyunun suyu. Bax, al bu üstümdəkini, saymamışam.Mən pul saymıram. Sən də sayma. Dalı da gələcək. Götür.
İvanişvili: Vallah, başqası olsaydı, götürməzdim. İndu sən üz vurursan, keçə bilmirəm…
12.03. 16
Mirzə Əlil