Архив тегов | İlkin Rüstəmzadə

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-15

İlham Əliyev 4

Bağlamışam  sərhədləri,

Donquldanır xalq yenə.

Təkcə Ruben gəlib-gedir,
Dəyəmmirəm xətrinə.

 +

Laçın yolundadır yenə,
Bizim ekofəallar.

Əl edirlər Vardanyana,
Hər keçəndə qırışmal.

Eyyy! Uxx!

 +

Mehriban ev bağışladı,
Qəşəm Nəcəfzadəyə.

Kim eşitdi, alqışladı,

Uçdu sevincdən göyə.

 +

Kimdir Qəşəm Nəcəfzadə,
Doğrusu bilmirəm mən.

Qonaq olub bəlkə bizdə,
Cəbhəyə mən gedərkən.

Eyy! Uxxx!

 +

Səxavətdə Mehribanın,
Bu dünyada yox tayı.

Hamıya ürəyi yanır,

Nəyi varsa, paylayır.

 +

Kimə bir ev, kimə iki,
Bağışlayır arvadım,
Biznes alır kimsə yekə,

Kimsə vəkil mandatı.

Eyy! Uxxx!

 +

General poqonu verir
Bir də gördün çavuşa.

Şəhəri, rayonu verir,

Deyir get qazan, yaşa.

 +

Nazirliyi peşkəş edir,
Səfirliyi də hərdən.

İşləri çox yaxşı gedir,
Ölkənin bu səbəbdən.

Eyyy! Uxx!

 +

Bundan şeir yazıb Leyla,
Bu gecə səhərədək.
Ramiz Rövşən bizim dilə,
O şeiri çevirəcək.

 +

Bitirincə tərcüməni,

Qabağıma qaçacaq.

Yaxşı bilir məndən yeni,

Mənzil alacaq qoçaq.

Eyy! Uxxx!

17. 02. 2023 Samara

YAŞASIN AZAD GƏNCLƏR DÖVLƏTİ!

Azərbaycanda siyasi dustaqların sayı get gedə artır. Bəlkə gənclərlə dolu türmələrin özünü müstəqil dözvlət elan edib Azərbaycanın tərkibindən çıxmaq vaxtı çatıb? Bu uşaqların Qarabağ ermənilərindən nəyi əskikdir?