Архив тегов | İncil rəvayətləri

İNCİL (LUKA). AZMIŞ OĞUL HAQQINDA RƏVAYƏT

2021 лето

İsadan mirzələr və fariseylər,

Belə deyirdilər indi gileylə:

“Dost olur o hər cür günahkar ilə,

Yeyir onlarla bir süfrədə hələ.”.

+

Elə ki, eşitdi İsa söhbəti,

Söylədi onlara bu rəvayəti:

«Yüz qoyunu varsa əgər birinin,
Və bu yüzün biri itərsə bir gün,
Çöldəcə qoyaraq doxsan doqquzu,
Getməzmi birinin dalınca özü?

Tapıb boynuna da mindirər hələ,

Gəlib şadlıq elər dostları ilə.

+

Bilin: Tövbə etsə bircə günahkar,
Tanrıya yəqin ki, daha xoş olar,

Günah işləməyən, doğru yol gedən,

Doxsan doqquz mömin ibadətindən.

+

On dirhəmi olan bir qadın əgər,
Bir  dirhəm itirisə, səy ilə məgər,
Evi süpürməzmi şam işığında?

Dirhəm tapılarsa, dincələr onda.

Yığar qonşuarı, deyər mənlə bir
Sevinin, tapmışam dirhəmi axır.

+

Tanrı mələkləri sevinir belə,

Haçan bir günakar tövbə eləyər.

+

Bir kişinin iki oğlu var idi,

Bir gün atasına kiçik söylədi:

“Mülkdən mənə düşən nə var, ver mənə”.

+

Ata əməl etdi oğul deyənə,
Nə malı, dövləti vardısa onun,

Böldü arasında iki oğlunun.

Kiçiksə payına düşəni yığdı,
Uzaq bir ölkəyə səfərə çıxdı.

Kefə, əyləncəyə qatıldı orda,
Xərclədi pulunu, tükəndi var da.

Birdən o ölkəyə üz verdi aclıq,
Tikəyə möhtacdır kiçiksə artıq.

+

Bir yerlidən kömək istədi oğlan,
O da qoydu onu donuza baxan

+

Hazırdı yeməyə donuz yeyəndən,
Ancaq verən yoxdu tör-tökündü də.

+

Sonra ağla gəlib dedi: «Nə qədər.
Bizim evimizdə çalışır nökər,

Bol çörəyi vardır hər birinin də,
Burda mən acından ölürəm indi.

+

Atamın yanına dönüb deyərəm:

«Tanrının və sənin qabağında həm,

Günah işləmişəm, məndə ləyaqət

Yox oğlun adlanam, göstər mərhəmət,
Bu gündən biri say nökərlərinən”.

+

Və ata evinə döndü yenidən.

Atası uzaqdan onu görəndə,
Rəhmi gəldi, ona doğru qaçaraq

Əzizlədi, öpdü, qucaqlayaraq.

+

Oğul dedi: «Ata, çox günahlıyam,

Yoxdur ləyaqətim oğul sayılam”.

+

Atasa əmr etdi tez nökərlərə:

«Ən yaxşı paltarı gətirin bura.

Paltarı tək olsun ayaqqabısı,

Verin barmağına üzük də taxsın,

Ətlik dananı da çəkin meydana,
Gərək yeyib-içək indi şadyana.

Çünki oğlum mənə ölü kimiydi,
Dirildi. İtmişdi – tapılıb indi”.

+

Tarladaydı böyük  oğul bu anda,

Qayıdaraq evə yaxılaşanda,

Gəldi qulağına nəğmə səsləri,

Çağırıb yanına o, bir nökəri,

Soruşdu: «Qurulan bu şənlik nədir?»

Söylədi: “Qardaşın sənin gəlibdir.

Şənlik eləyirlər, danə kəsiblər”.

+

Darıxdırdı böyük oğlu bu xəbər,
Girmək istəmirdi içəri indi,

Atası çıxaraq onu səslədi.

Oğlusa söylədi: “Ata, budur mən,

Neçə ildir sənin xidmətindəyəm.,

Mənə heç çəpiş də veməmisən sən,
Yığışıb dostlarla vaxt keçirəm şən.

Malını,  mülkünü fahişələrlə,
Dağıdan oğlunsa gələndə, belə

Qarşıladın, ətlik dana də kəsdin.

+

Ata dedi: “Oğul, sən   yanımdasan.

Qardaşına görə biz belə şadıq,
Çünki dirilibdir, ölüydü axı.

İtkin sayılırdı, tapılıb axır”.

14. 08. 2022, Samara