UİLYAM BLEYK. DAYƏNİN NƏĞMƏSİ

NPG 212; William Blake by Thomas Phillips

Çəməndə  səs-səsə  verir uşaqlar,
Gülüş eşidilir təpə başından.

Sinəmdə ürəyim arxayın vurar,
Sakit, qorxusuzdur, bilirəm, hər yan.

 

 

“Uşaqlar, gün gedir, qayıdın daha,
Bir azdan çəmənə soyuq şeh dəyər.

Bəsdir oynadınız,  dağılın ordan,

Səhər gün təzədən doğana qədər”.

 

 

“Qoy hələ oynayaq, hələ ertədir,

Gəlməz gözümüzə yuxu indidən.

Hələ quşcuğazlar göy üzündədir,

Qoyunlar bürüyüb təpələri də”.

 

 

“Yaxşı, nə qədər ki, hələ işıq var,
Oynayın, sonrasa qayıdın dala”.

Qışqırır, gülüşür, qaçır uşaqlar,

Dinir təpələr də əks-sədayla.

 

1790-cu illər

İngiliscədən tərcümə

13.03. 2020, Samara

 

 

Nurse’s Song

When the voices of children are heard on the green
And laughing is heard on the hill,
My heart is at rest within my breast
And every thing else is still. Читать далее

UİSTAN ODEN. DAHA ÇOX SEVƏN

auden.jpg

UİSTAN ODEN

                 (1907-1973)

 

           DAHA ÇOX SEVƏN

                          Looking up at the stars, I know quite well…

Ulduzlara vurğunam. Onlar üçünsə amma

Fərqi yox kiməm, nəyəm, dünyada varam, yoxam.

İnsan olsun, ya heyvan – biganədirsə bizə,

Yaxşı ki heç salmırıq bunu ürəyimizə.

 

Ulduzların da bizə sevgisi yana birdən,

Bizim sevgidən də gur – xoş olardı nə qədər.

Bərabərlik sevgidə mümkün deyilsə əgər,

Razıyam, mən olum qoy daha çox sevən tərəf.

 

Əlbətttə, heyranam mən ulduzlara,

Onlarsa soyuq və uzaqdadırlar.

Bir iş var, görmürəm  gündüz onları,

Vallah, birini də yada salmıram.

 

Onlar itib getsə, ölsələr ya da,
Gözlərim öyrəşər boş səmaya da.

Duyaram qaranlıq  əzəməti də,

Bir az əvvəl-əvvəl olsa çətin də.

İngiliscədən tərcümə

15.09.2017

Samara

UİLYAM ŞEKSPİR. 104-CÜ SONET

ÜİLYAM ŞEKSPİR

                                                 (1564-1616)

      104-CÜ SONET

                       To me, fair friend, you never can be old,
For as you were, when first your eye I ey’d…

 

 

Sən, əzizim, gözümdə heç zaman qocalmazsan,

Sən necəydinsə ilk görüşdə, həminsən yenə də.

Həmin gözəlsən, Üç il qış soyuğu qoydu viran

Yayın cəlalını bağlarda, füsunkar meşədə.

Sarı payızlara üç il basıldı  göy yazlar,

Gözüm önündə fəsillər dəyişdi bir-birini.

Getdi Aprel, İyunda yandı xoş ətirli nə var,

Səndə əvvəlki təravətsə görən tək bilinir.

Ah, gözəllik gedirsıə də, gedir saat kimi o,

Gedir, əqrəblərinsə gözlə seçilmir gedişi.

Sənin gözəlliyində zərrəcə zaman izi yox,

Zaman gedir, dəyişmyən gözümün aldanışı.

 

Gələn nəsillərə mən üz tuturam təşvişlə:

Gözəllik öldü siz doğulmamışdan hələ.

 

ingiliscədən tərcümə

24-25.09.2016

Samara