Robert FROST. YAZI

T1520565_05

                 (DESİGN)

Bir ağ kəpənəyi alıb basırdı,

Ağ çiçək üstdə ağ-ala hörümçək

Ağ atlas cındır tək çəngələyərək.

Ölümlə azarda nə xassə vardı –

Qarışdı. İfritə düzüb qoşardı,

Cövhərini belə, nifir tökərək –

Hörümçək görünmür, xəstədir çiçək,

Kəpənəkdən qalan ölü qanaddır.

 

Çiçəyin nəyinə ağlıq yarardı?

Kəpənəyin ömrü deyilmi hədər?

Hörümçək zirvəni bəs necə aldı,

Yazıq kəpənəyi toruna saldı?

Niyə bu zülmətlər ruhu titrədər,

Hər kiçik şeyə də Yazısa rəhbər?

ingiliscədən tərcümə

2000-ci illər

Samara