Архив тегов | Leyla Əliyevanın şeirləri

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-13

İlham Əliyev 4

Ötən ili yola verdim,

Uğurlu və möhtəşəm.

Evləndirib Heydəri də,
Toyunu eləmişəm.

 +

Dəyişmişəm statusu,

Gəlini gətirəndən.

Millətin həm atasıyam,

Qaynatasıyam həm mən.

 +

Vasif Talıbovu qovdum,
Olsa da o öz itim.

Təzə naxçıvanlı qoydum,
Çox razıdır millətim.

 Eyy! Uff!

Oğulları, özü həm də,

Yemişdilər o qədər,

Çıxmışdılar tamam həddən,

Dəbərə bilmirdilər.

 +

Mən yeyəndə az yeyirəm,
Canı salmıram gücə,

Mehriban heç yeyən deyil,

İncədir görün necə.

 +

Yaxşı iş, vəzifə hanı,

Heydərə layiq ola?

Bəlkə verim Naxçıvanı,
Hərləyə bala-bala?

Eyy! Uxx!

 +

Bəxtiyardan məlumat var:

Dayandırıb aclığı.

Başa düşüb ziyanı var,
Cana, başa acığın.
+

Deyirlər ki, həbs edilib,

Yenə Tofiq Yaqublu.

Kəllələyib polisləri,

Koroğludur, Koroğlu!

 +

Dosent Əli  Əliyevsə,
Şuluq salır türmədə.

Deyir “İlham bura gəlsin!”

Heç mən ora gedərəm?…

Eyy! Uxx!

 +

Leyla Laçın dəhlizinə,
Həsr eləyib bir şeir.

Ramiz Rövşən onu yenə,
Azəriyə çevirir.

 +

Qəşş eləyər oxusa xalq,
Və zövq alar estetik.

Əziz millət, vidalaşaq,

Poka, poka, hələlik!

Eyy! Uxx!

 

01.01. 2023 Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-6

İlham Əliyev 4

Deyirlər ki, müsyö Makron,
Koronayla yoluxub.

Bəlkə də bu, doğru deyil,
Bəlkə məndən o qorxub.

                      Ey! Uh!

===

Rus general Araiklə,
Öpüşür-qucaqlaşır.

Xankəndidə gey-parada,
Deyəsən hazırlaşır.

                    Ey! Uf!

==

Paşinyanın atası da,
Dünyasını dəyişdi.

Biri eyir dərddən ölüb,

Biri deyir döyüşdə.

                         ==

Başsağlığı verməmişəm,
İndiyəcən Nikola.

Bayraktarla yas payı da,
Göndərəsən, kef ola!

                  Ey! Uf!

                    ====

Yaxşı bir ev bağışladım,
Yenə Ramiz Rövşənə.

Lotu deyir Dubayda da,
Villa verin siz mənə!

                  Ey! Uf1

===

Şuşamızı geri aldıq,
Kasıb-kusub tökdü qan.

Bu gün-sabah işə başlar,

Şuşa-holdinq, Şuşa-bank.

                      Ey! Uf!

===

Leyla qızım şeir yazıb,
Vətəninə, elinə.

Bir ayacan çevirərlər,
Millətimin dilinə!

                     Ey! Uf!

Mirzə Əlil

18.12. 2020, Samara

ƏSƏD-MƏSƏD, DƏRƏ-MƏRƏ, ƏSƏD CAHANGİR…

ƏSƏD CAHANGİR.jpeg

Xaçmazlı tələbə yoldaşım Əkrəm Əliyev gözəl lətifələr danışardı, onların bəziləri Əkrəmin öz səsiylə yadımdadır. Əkrəm danışan lətifələrdən birinin qəhrəmanın adı Əsəd idi. Yəni bir kənddə Əsəd adlı bir nəfər günlərin bir günü kənddən aralı bir dərədə ayıb bir iş görür. Kəndə qayıdanda onu qorxu bürüyür, ona elə gəlir ki, hamı bu işdən xəbərdardır. Kəndə yaxınlaşanda qabağına çıxan ilk adamı yanlayıb astadan soruşur:

  • Məndən kənddə bir zöz danışmırlar?

Adam təəccüblənir:

  • Nə söz?

Əsəd sıxıla-sıxıla deyir:

-Əsəd-məsəd, dərə-mərə, eşşək-meşşək…

Əsəd Cahangir adlı birinin mələfə boyda yekə bir məqaləsini görəndə bu lətifə yadıma düşdü. Bu yekə məqalə Leyla Əliyevanın yaradıcılığına həsr olunub. Məqalədə nələr yoxdur: Aleksandr Blok, alman fəlsəfəsi, esxatologiya, antik mədəniyyət…Yəni bu Əsəd bütün bəşər sivilizasiyanı tərəzinin bir gözünə qoyur, Leyla Əliyevanın şeirlərini o biri gözünə… İndi özünüz tapın, hansı göz ağır gəlir…

Mənə elə gəlir ki, bu məqalədən sonra Əsəd Cahangir evinə qayıdanda gərək uzaqdan bir tanış adam tapıb saxlaya və soruşa:”Məndən bir söz danışmırlar? Əsəd-məsəd, dərə-mərə…”

16.07.17

    HEYDƏR, ŞAH!

MEHRİBAN XANIM: Kişi, sən Bakıda dəm-dəsgah qurmusan, şahmat qalımpyaadası keçirirsən, bütün dünyanı yığııb-tökmüsən, bəs niyə bizim Heydər qalıb qıraqda? Heydər kimi uşağından əskikdir?

İLHAM BƏY: Qalımpiyada yox, olimpiada… Heydər orda iştirak eləyə bilməz, çünki şahmat oynaya bilmir.

MERİBAN XANIM: Əşşi, sən də söz tapdın, “oynaya bilmir”. Leyla da şeir yazmağı bilmir, ancaq Nizanmi Gəncəvini də keçib, o urus kimdir, buruqbaş, hə, Puşkin, Puşkini də keçib.

İLHAM BƏY: Şeirə baxma, şeiri təşkil eləmək olur. Ancaq şahmatı gərək biləsən. Şahmatda qabaq-qabağa oturub oynayırsan. Heydər atı eşşəkdan ayıranacan bir dsə görəcək ki, ona “Şah” deyirlər.

MEHRİBAN XANIM: A kişi, qoy desinlər də. Qoy “şah” desinlər! Biz elə bunu arzulamırıq? Şah olandan sonra fərqi yoxdur, atı eşşəkdən ayıra bilirsən, bilmirsən. Kim şaha gözün üstdə qaşın var deyə bilər?..

 

04.09. 2016