OSİP MANDELŞTAM. «BİR KAĞIZ SÜKUTU MƏNZİLİ ALIB…»

мандельштам.jpg

OSİP MANDELŞTAM

          MƏNZİL

   Квартира тиха как бумага…

 

Bir kağız sükütu mənzili alıb,

Bər-bəzəksiz, sadədir.

Batareyaların borularıyla,

Su pıqqıldayıb gedir.

 

Donub qurbağa tək durub telefon

Şələ-şülə qaydada.

Gözə dəyən nə var Nuh əyyamından

Qalıb, ürək dağlayar.

 

Xaraba divar da elə bil yuxa,

Hara qaçıb gedəsən?

Gic kimi darağı  ağzıma sıxıb,

Gərək çalam kiməsə.

 

Həyasız komsomol təşkilatından,

Tələbə nəğməsindən.

Partada əyləşən cəlladlara da,

Cikkildəmək öyrədəm.

 

Pay kitablarıdır oxuduqlarım,
Dinlərəm çıxışları.

Kolxoz bəyi yatır xumarlanaraq,

Mən də layla çalıram.

 

Hansısa plakat, şüar yaradan,

Kolxoz yununu didən.

Ya da mürəkkəbə qan qarışdıran,
Düşəydi belə dərdə.

 

“Təmizləmələr”də duz tək əriyən

Şərəfli adamsatan,

Arvad-uşağını yedirən, yeyən,

Baş tapar bu hoqqadan.

 

Və gör hər eyhamda sancan, ağrıdan,

Gizlənb nə qədər kin.

Nekrasov çəkici vurub burada,
Bütün mıxları sanki.

 

 

Çeşməsi yerinə İpokrenanın,

Qədim qorxu axını,

Qoy dolsun xaltura divarlarına,

Bu xaraba daxmanın.

 

Noyabr 1933

Ruscadan tərcümə

21-22 oktyabr 2017

Samara

OSİP MANDELŞTAM. «SAYRIŞAN SURƏTİN İTDİ DUMANDA…»

MANDELSHTAM.jpg

OSİP MANDELŞTAM

                 (1891-1938)

                     Образ твой мучительный и зыбкий…

 

Sayrışan surətin itdi dumanda,

Əzabındı gördüyüm.

Çaşaraq “İlahi!” dedim bir anda,

Bilmirəm niyə dedim.

 

İri quş sayağı çıxıb sinəmdən.
Uçdu tanrının adı.

Laybalay dumanlar burulur öndə,

Boş qəfəssə arxada.

1912

Ruscadan tərcümə

20.10.2017

YAŞARIQ ÖLKƏDƏN XƏBƏRSİZ TƏK…

мандельштам

Osip MANDELŞTAM

                                 Мы живем, под собою не чуя страны

Yaşarıq ölkədən xəbərsiz tək,

Səsimiz aşmaz on addım da ha biz nitq deyək.

Harda söhbət açılarsa, yarıda,

Salınar tezcə Kreml dağlısı o yerdə yada.

Ətli barmaqları qurd tək yağlı,

Hər sözü pudluq daş – düz və ağır.

Tarakan gözləri hırıltılıdır,

Həmişə quncları parıltılıdır.

Sürü tək dövrəsində boşdamarlı rəhbərlər,

Yarıadamların o, xidmətiylə bəhrələnər.

Miyoldayan, fit çalan, sızlayanlar var,

Tək o guppuldadar, vurar, aşırar.

Verir o, nal kimi, fərman dalınca fərmanı,

Gözü kiminsə nallanır, kimin qaşı, kimin alnı.

Hər ölüm hökmünü o, hökmən hoqqa tək çıxarır,

Osetin mənşəli, meydan yaxalı.

 

noyabr 1933

 

 

Osip MANDELŞTAM. YƏHUDİ MAESTRO ALEKSANDR QERTSEVİÇ…

MANDELSHTAM.jpg

Жил еврейский музыкант…

 

Yəhudi maestro,

Aleksandr Qertseviç,

Şuberti xırdalardı,

Almaz dənəsi kimi.

 

Can qoyub öyrəndiyi,

Ölməz bir sonatanı.

Çalırdı gecə-gündüz,

Şirin, ürəyə yatan.

 

Aleksandr Qertseviç,

Qaranlıqmı küçədə?

Aleksandr Qəlbeviç,

Qəm yemə! Bu heç nədir!

 

Qar xırıldar hələ ki –

Gözəl italyan qızı,

Uçsun gümüş kirşədə,

Şubertin arxasınca.

 

Bu mavi musiqiylə,

Ölümdən nə çəkinmək?

Sonra bizi geysinlər,

Şeytanın papışı tək…

 

Aleksandr Qertseviç,

Hər şey çoxdan yazılmış.
Aleksandr Skertseviç,

Boşla! Nə din, nə danış!

 

27 mart 1931

tərcümə: 16.09. 2014 Samara

 

 

Osip Mandelştam. BU NƏMİŞ TORPAĞA BƏNZƏR ELƏ QADINLAR VAR…

MANDELSHTAM

Есть женщины сырой земле родные…

 

Bu nəmiş torpağa bənzər elə qadınlar var,

Sanki hər addımından onların hönkürtü qopar.

Zühur edənlərə yoldaşlıq, həm ölənləri də,

Salalamlamaqır onların əzəl qəza-qədəri.

Həm nəvaziş tələbi onlara cinayətdir,

Həm atıb onları getmək əsil məşəqqətdir.

Bu gün mələk, sabah onlar məzarda yem qurda,

Daha bir gün keçər – yaxın-uzaq unudar…

Gülllər ölməz, başımız üstdə səma yekbirdir,

Bütün nə baş verəcəksə — bu, gümandır, vəddir…

4 may 1937

tərcümə: 13-14 sentyabr 2014 Samara

O. MANDELŞTAM. «ƏSİR ALSAYDI MƏNİ DÜŞMƏNLƏR…»

OSİP MANDELŞTAM

                                      Если бы меня наши враги взяли…

 

Əsir alsaydı məni düşmənlər,

Məni dindirməsəydi bir insan.

Və alınsaydı nəyim varsa əgər,

Qapı açmaq, nəfəs almaq qadağan.

Demək olmaz da bu varlıq qalacaq,

Hökm edən, hökm verən xalq olacaq.

Vəhşi heyvan kimi tutulsaydım,

Yeməyim torpağa atılsaydı –

Susmaram mən, dözərəm ağrıya da,

Edərəm bildiyim-bacardığımı.

Divarın zəngini mən yellədərək,

Bu qatı zülməti yarıb gedərək,

Səsimə bircə sürü vəl qoşaraq,

Kotan tək işlədərəm qollarımı.

Dərinliyində qaraqul gecənin,

Qara torpaqdan od saçar neçə göz.

Qoşunu üstə gözlərin düşərəm,

Salıb bütün barın ağırlığını.

Və mənim andımı dünya eşidər.

Və gələr odlu illərin qatarı,

Qasırğa tək əsər-coşar Lenin.

Və cavan torpağı gəzib oyadar,

Yenə Stalin həyatı, beyni.

 

                fevral 1937

Tərcümə: 8-10 sentyabr 2014 Samara