Ah Azərbaycan! Canım Azərbaycan! Gözüm Azərbaycan!
Burda bəziləri danışırlar, qulağıma çatır, deyirlər guya Mirzə Əlil Azərbaycanı sevmir. Yalançının lap… Azərbaycanı mənim qədər sevən ikinci adam tapıb gətirin məmin yanıma, adımı dəyişib qoyum Mirzə Zəlil!
O gün arvada deyirəm ki, cəni boşayacam. Arvad deyir kişi, yaşından xəbərin var? Sənin arvad boşayan vaxtındır? Deyirəm arvad, Putin arvadını elə mən yaşda olanda boşamadım? Demədimi ki, bundan sonra o ancaq Rusiyanı sevəcək? Mən də bundan sonra təkcə Azərbaycanı sevmək istəyirəm. Arvad deyir kişi, polisin qulağına çatar ki, sən özünü Putinə tay tutursan, ekstremist maddəsiylə atarlar içəri…
Burasını arvad doğru deyir. Özümü Putunə tay tutmaqla bir az ağını çıxardım. Ancaq Azərbaycanı doğrudan da canımdan artıq sevirəm. Azərbaycanı malımdan da artıq sevərdim, ancaq mal yoxdur…
Azərbaycandan gələn hər şad xəbər mənim üçün bayram olur. O gün eşitdim ki, Bakıda bundan sonra polislər müxalifətçilərin mitinqini elektroşokerlə dağıdacaqlar. O qədər sevinmişəm ki! Hər dəfə televizorla görəndi ki, Bakıda mitinq iştirakçılarını su ilə qovub dağıdırlar, ürəyimdən qara qanlar gedirdi. Ancaq elə bilməyin ki, mənim mitinqçilərə yazığım gəlir. Allah eləməsin! Məni darıxdıran su idi! Gözzəl Şollar suyu! Gözzəl Qəbələ suyu! A kişilər, heyf feyil ki o inci suları belə ziyanlı adamların başına tökəsən? Vallah, deyələnlərə görə, Bakıda elə məhəllələr var ki, sakinləri həftəylə su görmürlər. Mən öz-özümə fikirləşirəm ki, elə bu mitinqə çəxanların çoxu müxalifətçi-zad deyil, məqsədləri havayı-kalan hamamlanmaqdır. Yəqin mitinqə özləriylə sabun, kisə gətirənlər də olur. .. Hamamsız yataqxanalarda yaşayan o qədər tələbə, o qədər qaçqın var ki, müxalifətçi adıyla küçəyə çıxıb özlərinui çimizdirirlər… Yoxsa axı bu adamların mitinqə çıxmağına ayrı səıbəb yoxdur: gözəl prezident, gözəl Ramiz Mehdiyev, gözəl Artur Rəsizadə, gözəl Milli Məclis… Ölkə reqional lider… Ha fikirləşirsən ki, bizim millətin nə problemi ola bilər, ağlına bir şey gəlmir. Məşədi İbad demişkən, bizim millətin bir problemi varsa, o da problemsizlikdir.

Mən çoxdan təəcüblənirdim ki, niyə Bakəda polislər bu mitinqçiləri elektroşokerklə dağıtmırlar. Mən televizorıa tez-tez görürəm ki, Afrikanın çox qabaqcıl ölkələrində polis su-zad işlətmir, orda da su qıtdır. Elə elektroşokeri dirəyir mitinqçinin süvər yerinə, o da iflic olur. Özünə gələndə Afrika dilində “Dədəm, vay!” deyib götürülür xarabasına və bir də küçəyə çıxmır…
Vallah, elə arzulayıram ki, kaş cavan olaydım, gedib Bakıda girəydim polisə işə. Bir mitinq dağıdardım ki! O elektroşokeri müxalifətçinin elə yerinə tıxayardım ki, bir ay yorğan-döşəkdən durmazdı, əli qələm tutan kimi də YAPa girməyə ərizə yazardı… Heyf, yaşım keçib, indi məni polisə götürməzlər…
Ancaq bir məsələ məni narahat edir. Kəndimizə hər gün zəng vururam Orda iki gündən bir işıqlar sönür. Qorxuram ki, Bakıda polislərə elektroşoker veriləndən onra işıqlar hər gün sönə. Axı ölkədə hasil olan elektrik enerjisinin yarısı bundan sonra elektroşokerlərə gedəcək…
Mirzə ƏLİL
29 oktyabr 2014 Samara
Понравилось это:
Нравится Загрузка...