Архив тегов | Poı Verlenin şeirləri

POL VERLEN. GÖRÜŞ SAATI

Ïîðòðåò Ïîëÿ Âåðëåíà

 

POL VERLEN

                       (1844-1896)

       GÖRÜŞ SAATI

                       La lune est rouge au brumeux horizon…

 

Dumanlı üfüqdə ay qızarmada

Yuxulu çöllərdə rəqs edən sayaq,

Toran yırğalanır, qamışlıqdasa,

Qurbağa çığırır. Titrəyir hava.
 

Suzanbaqlarının tacı qapanır;

Qaralır uzaqdan bir sıra qovaq,

Nə budaq, nə yarpaq seçilir ancaq,

İşıldaquş kolun dibində yanır.

 

Ayılıb vurnuxur qara havada,

Yarasalar ağır qanadlarıyla.

Üfüqə tutqun bir işıq yayılır,

Boylanır ağ Zöhrə. Gücədir daha.

1866

Fransızcadan tərcümə

20-21.11.2017
Samara