RƏSİZADƏ TBİLİSİDƏ

Tbilisi. Gürcüstanın yeni prezidenti and içir. Zalda qonaqlar arasında oturmuş qoca Artur Rəsizadə yanındakı gürcüyə deyir:

—         Şevardnadze yaman cavanlaşıb. Tanımaq olmur…

Gürcü deyir:

—         Batano Artur, bu, Şevardnadze deyil, Marqvelaşvilidir…

—         Yaxşı, bəs  prezident Şevardbnadze ola-ola bu adam niyə and içir?

—         Qenasvale! Şevardnadze çoxdan prezident deyil!

Rəsizadə təccüblənir:

— Necə Şevardnadze prezident deyil? Nə vaxtdan bəri Qafqazda prezidentlər dəyişir?

OBAMA AZƏRBAYCANLILARIN AZADLIĞA ÇIXACAĞINA İNANIR

Prezident seçkilərinin nəticəsiylə bağlı Azərbaycan xalqına müraciətində Barak Obama ümidsizlyə uğramamağa çağırır. ABŞ prezidenti yazır: “Amerikada hələ dünənəcən qaradərililər qul idilər. Azadlıq gec-tez yetişir, azərbaycanlıların da bir gün azadlığa çıxacağına inanıram”. 

VUR — ÇATLASIN!

nar

Müsəlman ölkələrinin çoxunda, əlbəttə, opera yoxdur, balet yoxdur, sirk yoxdur. Ancaq bundan da yaxşı keflər var. Məsələn, arvadların daşaqalaq edilməyi. Arvadı qurşağacan basdırırlar torpağa, sonra tamaşaya yığılmış kişilərin hər biri ovuclarını çınqıl daşla doldurub başlayırlar arvadı daşlamağa… “Vur-çatlasın” dədə-babamız buna deyib…
Azərbaycan əhaləsi bu kefdən mərhumdur, ancaq millətdə baleti, sirki bu keflə əvəz etmək istəyənlər çoxdur. Hələlik isə daşaqalaqla Azərbaycanın ən böyük müsəlmanı məşğuldur – Allahşükür Paşazadə, deyilənlərə görə, ölkəni daşla basdırıb…

ÜMİDİMİZ ERMƏNİSTANADIR

nar

İlham Əliyev tarixi fərmanıyla bir də sübut etdi ki, Artur Rəsizadə əvəzolunmaz bir insandır, yəni ki, Azərbaycanda ikinci Artiur yoxdur. İndi, Allah eləməsin, birdən Artur Rəsizadə düşə ölə, baş nazir yeri ya gərək boş qala, ya da gərək Ermənistandan bir Artur gəlib Azərbaycan hökumətinə yiyə dura, çünki Ermənistanda Arturlar çoxdur…

ÜRƏYİNİ BUZ KİMİ ELƏ!

İlham Əliyev: Allahşükür, Mehriban məsləhət görür ki, mən “Bir gəncin manifesti”nə and içim, deyir babası yazıb, yaxşı kitabdır. Deyir Qurana and içərəm, sonra problem-zad çıxar.

Allahşükür Paşazadə: İlham müəllim, heç problem-zad yoxdur. Mən gündə yalan olmasın əlli dəfə and içirəm, indi baxın mənə, kəl kimiyəm…

KİM KİMİ TOYUQ SAYIR?

Mən bir felyetonun adını qoymuşdum “Azərbaycan toyuqların vətənidir”, Samaranın qeyrətli azərbaycanlıları məndən incimişdilər, hətta məni öldürmək istəyən də olmuşdu, onların fikrincə, mən qəhrəman  millətimizə “toyuq” demişdim. Hərçənd mən igid millətə toyuq deməmişdim, demişdim ki, ilk toyuq Azərbaycanda olub, deməli, ilk yumurta da Azərbaycanda olub, bununla sübut edirdim ki, Azərbaycan toyuğun, yumurtanın və … tortun vətənidir, yəni İlham Əliyevin şərəfinə Qarabağ ərazisi boyda tortun bişirilməyi təsadüfi deyil…

Seçkilərdən sonra bu məsələ məndə bir az şübhə yaradıb. Deyirəm bəlkə elə bizim millət doğrudan da toyuq millətdir? Belə deyilsə, niyə seçki kampaniyası 21 gün çəkir?

 

Mirzə Əlil

14.10.2013 Samara