Архив тегов | qubalı şəhid əsgər

TƏK OĞUL

U LENİ. KİNO

Yəqin körpəlikdən əzizlənmisən,

Yerin göz üz üstündə olub hər zaman.

Ata ocağına ümid gəlmisən,

Sənin tək canına and içib anan.

 

 

Qalsan, dayağıydın valideyninn,
Nəslinin soyadı sənlə yaşardı.

Yeddi igid oğul, bircə qız gəlin,
Bəxtinə, payına bəlkə düşərdi.

 

 

Yəqin ki, nizamlı həyat qurardın,
Hörmət qazanardın kəndin içində.

Elə oturardın, elə durardın,

Bəlkə də başına and içilərdi.

 

 

İndi yerin-yurdun kənd məzarlığı,
Evin tək oğlusan daha əbədi.

Qəbrinə and içib anan ağlayar,

Qarıyar atanın içində dərdi.

 

 

Ölkən əvvəlki tək yaşayar elə,
Yenə nitq deyər prezidentin.

Şarlatan deputat güc verər dilə,

Şarlatan nazirin bazarı həmin.

 

Şərəf! Bu, nemətsə, kasıbın, təkin,

Payına, bəxtinə düşür nədənsə.

Bəlkə doğulurlar qəhrəman kimi,
Qurbana çevirir rəzil ölkəsə.

 

 

Ölümün hədərdir, tək olğul, heyf,
Ölkə həmin ölkə, yaslı anandır.

Ümidi, inamı səninlə gedib,

İndi məzarındır ən əziz andı…

 

10. 07. 2020, Samara