Архив тегов | Quran azərbaycanca

QURAN ŞEİRLƏRİ: BAŞQASINA GÜLMƏK VƏ LƏQƏB HAQQINDA 49;11

49 СУРА

İman gətirənlər! Qoy kişilərdən
Biri digərinə gülməsin heç vaxt.

Qadın da qadına; lağa qoyulan,

Yaxşıdır bəlkə də lağa qoyandan.

 +

Möminlər! Bir kişi gərək heç zaman,
Başqa bir kişiyə  gülməyə gərək,

Qadın da qadına; lağa qoyulan

Yaxşıdır bəlkə də lağa qoyandan.

Kiməsə ayıb ad, ləqəb verərək,
Özünü alçaldar, bilin, müsəlman!

30. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YAXŞI VƏ PİS. 41; 34-35

сура 41

Bərabər deyildir yaxşı ilə pis

Yaxşıya güvənib pisi rədd elə.

Elədə səninlə düşmən olan kəs,
Ən yaxın dostuna yəqin çevrilər.

 +

Buna yetər ancaq səbr eləyənlər,
Kim ki, bu dünyaya gəlib bəxtəvər.

29.09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YARDIM VƏ SƏLƏM. 30; 38-39

CEHF 30

Haqqı olanları ver yaxınlara,

Həmçinin kasıba, yolçuya da ver.

Allahın vəchini axtaranlara,
Bu, xeyir gətirər, edər bəxtəvər.

 +

Artırmaq istəyib malıyla xalqın,

Sələmə versəninz indi nə qədər,

Bilin ki, yanında artmaz Allahın.

Allahın vəchinə ümidlə əgər,

Kim zəkat verərsə, o, qat-qat artar.

 

28. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YAD EVƏ GİRMƏK HAQQINDA 24; 27-28

24 сура

 İman gətirənlər! Yad evə heç vaxt,

Girməyin icazə istəmədən siz.

Girin ev əhlini salamlayaraq,
Var belə rəftarda sizin xeyriniz.

 +

Evdə adam yoxsa, ora girməyin,

Gəlib kimsə izn verənə qədər.

“Qayıdın” desələr, qayıdın geri,

Gözəldir, siz belə etsəniz əgər.

 

27. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ŞƏHADƏTLİK VƏ ƏDALƏT. 5; 8-9

5-я сура

Ey iman gətirələnlər! Tanrınızın önundə

Mətin və sınmaz olun! şəhadətlik edəndə

Ədalətli, düz olun. Kiməsə nifrətiniz
Azdırmasın —  qoruyun ədalət hissini siz.
Allah xofu kimidir ədalətlilik, bilin,

Qorxun Alllahdan, o nə edirsinizsə, bilir.

+

Kim iman gətirərsə, görərsə yaxşı işlər,
Allah onu bağışlar vэ mükafat vəd elər.

26. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ƏDALƏTLİ CƏZA. 16; 126-127

сура 16

Hikmətlə və gözəl moizələrlə,
Allahın yoluna dəvət elə sən.

Və mübahisə də həmçinin elə,
Onlara başa sal yaxşı nə, pis nə.

Rəbbinə bəllidir yolu azanlar,

Düz yol gedənlərdən xəbəri həm var.

+++

Cəza verən zaman cəzanı elə

Seçin ki, haçansa o özünüzə,

Verilən cəzayla düz gələ bilə.

Səbrini kim basıb əgər dözərsə,

Bundan səbirliyə bir xeyir gələr.

 

25. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: SON SAAT HAQQINDA. 7; 187-188

7-Cİ SURƏ

 Saat barəsində çox soruşan var

Yəni ki, lövbəri haçan atılar.

Söylə: bunu bilən Tanrıdır ancaq,

Və zaman gələndə sirri açacaq.

Ağırdır o, yerdə, səmada həm də,

Sizə yetişəcək gözlənilmədən.

+

Güman edirlər ki, sual verənlər,

Son saat haqqında səndə var xəbər.

Söylə: Tanrımdadır təkcə bu hikmət.

Çoxu insanların anlamır fəqət.

+

De: istəyi yoxsa əgər Tanrımın,

Nə bir xeyrim olar, nə də ziyanım.

Bilsəydim mən əgər sirrini qeybin,

Xeyirlə çox zəngin olardım yəqin,
Qoymazdım şərisə özümə yaxın.

Mənsə yalnız iman gətirənlərə,
Öyüd verənəm və xəbər yetirən.

 

24. 09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: XOŞ SÖZ VƏ PİS SÖZ (14; 24-26)

surə 14

Heç düşünmüsənmi Allahın çəkir

Zərb-məsəli necə?  Xoş sözü elə

Ağaca bənzədir ki, bərkdir kökü,

Qalxır budaqları, başı göylərə.

 +

Rəbbinin izniylə gözəl meyvələr

Hər hansı bir vaxtda verir bu ağac.

Pis sözsə ağacın pisinə bənzər –

Kökü yerdən çıxıb, gec-tez aşacaq.

 

23.09. 2022, Samara

QURAN ŞEİRLƏRİ: YETİMİN MALI (6-152)

6 сура 152

Yetimim malına o halda ancaq,
Yaxın düşə bilər müsəlman: əgər

Yetkinlik yaşına yetim çatınca,
Bu malı qoruyub artıra bilər.

 +

Düz olsun ölçünüz, həm də çəkiniz.

Heç kəsin boynuna gücü çatandan
Artıq bir öhdəlik yükləmirik biz.

Düz və doğru olun qohumla hətta.

 

22. 09. 22, Samara

QURAN ŞEİRLƏRİ. QEYBƏT HAQQINDA (49-12)

49-cu surə

İman gətirənlər! Qoymayın yaxın,

Bəzi fikirləri siz özünüzə,

Günah törədəni vardır onların.

Çəkinin güdməkdən bir-birinizi. 

 +

Qeybət eləməyin bir-birinizdən,
Günahdır arxada danışmaq da bir.

Ölən qardaşının ətini sizdən

Kim yeyər? Qeybət də də ona bənzəyir.

21. 09. 2022, Samara