Архив тегов | Qurban Məmmədli

MİR ŞAHİNDƏN AŞAĞI ENMƏK OLARMI? QURBAN MƏMMƏDLİYƏ, MEHMAN HÜSEYNOVA BAXIN…

Без имени-1

Mir Şahin və Mir Şahin kimi qazanc üçün özünü satmaqla məşğul olan tiplərdən də aşağı enmək olarmı? Mərhum Cəlal Əliyevin “parlament”də Mir Şahinin ünvanına etdiyi çıxışa baxan hər kəsə aydın olar ki, “akademik”  üçün aşağılığın sərhədi yoxdur. Mir Şahin əqidəsizliyi, şərəfsizliyi ilə yalnız ikrah, uzağı nifrət yaradırsa, Cəlal Əliyevin ağzından tökülən çirk axını  dəhşət doğurur. Bu insanın layiq olmadığ akademik və deputat adlarını daşımağı bir yana. Bu insan 1969-cu ildən, yəni Heydər Əliyev Azərbaycana 1-ci katib təyin ediləndən hakim, əslində monarx ailəsinin ən yaxın üzvü olub. Yəni səni, məni idarə edib. Sən, mən nədir ki! Ölkəni, xalqı idarə edib, yəni sürüyüb, süründürüb, mələdib, istəyəndə oynadıb, istəyəndə dolayıb, istəyəndə kötəkləyib.

Bu insanın bioqrafiyası əməlli-baçlı məzhəkədir. Rus Vikipediyasında oxuyuruq: “В 1944 году окончил факультет естествознания Нахичеванского учительского Института”. Yəni 16 yaşında müəllimlər institutunun təbii elmlər fakultəsini bitirib. 16 yaşında! 1944-cü ildə Nxçıvanda təbiət eləməri fakultəsi?

Nəzərə almaq lazımdır ki, maharibədən sonra böyük qardaş Həsən Əliyev Akademiyada sürətlə qalxır, torpaqşünaslıq bölməsinin rəhbəri olur. Tezliklə Cəlal Əliyev Azərbaycan dövlət universitetində işə başlayır. Hansı illərdə oxuduğu göstərilmir. Ancaq ən qəribəsi elmi fəaliyyətidir. Azərbaycan Vikipediyası: “Cəlal Əliyev 1955-ci ildə fəlsəfə doktoru, 1971-ci ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə etmişdir”. Fəlsəfə doktoru? Biologiya fakultəsindən sonra?

Heydər Əliyev hakimyyətə gələnə qədər Cəlal Əliyevin elmi fəaliyyəti barədə məlumat yox kimidir. 1959-cu ildə Riqada məqaləsi çap olunb. Niyə Moskvada, Peterburqda yox, Riqada? Heydər Əliyev 1-ci katib olan kimi Cəlalın alimliyi ağcamaya vurulmuş kimi şişib-daşır.  “1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.”. 1976-cı ildə Heydər SovİKP MK Siyasi Bürosuna namizəd seçilmişdi və qılıncınnın dalı da, qabağı da kəsirdi. Ailə üzvləri də bütün adları, ordenləri, mükafatları alırdılar. Əliyevlər ailəsinin və bu ailəyə yaxın olanların adına yazılan “dissertasiya”ların sayı-hesabı yoxdur!

Sovet vaxtı Mir Şahin kimi “yazar”ların xidməti sayəsində mətbuatda Cəlal Əliyevin elmi şücaətləri barədə əfsanələr yayılırdı, guya elə bir buğda növü yaradıb ki, İncil rəvayətində olduğu kimi, onun bir çörəyindən beş min adam doyur, hələ artıq da qalır…

Və Cəlal Əliyev müstəqil Azərbaycanın “parlamentində” ağzını açanda içindəki girdabı xalqa göstərdi, bu giurdabdan tökülən üfunətli çirkdən iybilmə qabiliyyətini itirməmiş, gigiyena məsələlərində həssas insanların başı gicəlləndi…

Cəlal Əliyevin işlətdiyi leksikanı taksi dayanacağında, bazarda ya xəstəxanalarımızın qəbul yerlərində eşidəndə narahat olsaq da, dəhşətə gəlmirik. Həm də öyrəşikliyik. Dəhşəti yaradan Cəlal Əliuyin daşıdığı adlarla onun tərbiyəsi arasındakı uçurumdur. Bazarda bu tipli tərbiyənin yiyəsinə “heyvərə” deyirik. Cəlal Əiyev, əlbəttə, heyvərədir. Ancaq bazar heyvərəsi deyil. Cəlal Əliyev monstrdur, “Deputat”lığı, “akademik”lyi bir yana. Siz onu akademiyada şöbə müdiri kimi təsəvvür edin. Bir qoşun adam onun əlinin və … dilinin altındadır. Qadınlar, xüsusən qadınlar! Arvadları bu heyvərə, pozğun başlı adamın əli altında işəmiş ərlər! Kül sizin başınıza!

Vikipediyadakı məqalədə iddia edilir ki, «ingilis və rus dillərini bilirdi». Ana dilində kolxoz naxırçısı kimi danışan insanın ingilis və rus dillərini bildiyinə inanmaq olar? Maraqlıdır ki, bir cümlə sonra bu iddia təkrar edilir: «Azərbaycan, Rus və ingilis dillərini bilirdi». Azərbaycan dili əlavə olunub, «Rus» böyük hərflə yazılıb — bizim Vikipediya belə qara gündədir, akademiyası naxçvanlılardan, əliyevlərdən paşayevlərdən ibarət millətin Vikipediyası başqa nə cür ola bilərdi?

Özü haqqında üçüncü şəxs kimi danışır: Mir  Şahin Cəlal Əliyevə sataşır!…! Bəli, bu heyərə monarx ailəsinin üzvü olub və 30-40 il ərzində millətin mənəviyyatını pozub, yəni ölkəni ağlar günə qoyub. Bunu Mir Şahin eləməyib!

Və indi Qurban Məmmədli, daha bir naxçıvanlı, Mir Şahinə sözü olanda Londonda qıçını-qıçının üstünə qoyub, ingilis yeməklərindən gəyirə-gəyirə Cəlal Əliyevin videosunu “əziz həmvətənlərinə” göstərir. Naçıvanlı naxıçıvanlını ətini yesə də, sümüyünü atmaz… Qeyrət azarkeşi, hicab mücahidi Qurban Məmmədli Cəlal Əliytevin söyüşlərini “arvad-uşağın” eşidəcəyndən ehtiyat eləmir..

İndi də Mehman Hüseynov Cəlal babasını yad elədi, Mir Şahinə cavab vermək üçün onu 1-ci Fəxri Xiyabandan xortlatdı. Mənə elə gəlir ki, bu anda Mir Şahin, hər it də olsa, Mehmandan bir pillə yuxarı qalxdı… Və Mehmanı “gədə” adlandıranların o qədər də haqsısz olmadığı bilindi.

Bu günlər yenə müxalifətdə bir-birini rus, İran casusu adlandıranlar fəallaşıblar, elə bil bədənlərinə bit daraşıb. Qurban Məmmədli İsa Qəmbəri rus agenti adlandırdı. Ağlı lap çaşıb…(İsa Qəmbərin yox)…

Mənim casuslarla işim yoxdur, ancaq ruslarda bizə nümunə adamlar çoxdur. Baxın Navalnıya, Yaşinə, Kara-Murzaya…  Bizim Qurbanların, Mehmanların harda olduqlarıı və kim olduqlarını  aydın görərsiniz…

Mirzə Əlil

P.S. Mərhum Cəlal Əliyevlə Mir Şahin arasındakı dava ədəbiyyatda və kinematoqrafda çox işlənmiş süjeti xatırladır bu, intim xidmət göstərən şəxslə müştəri arasında yaranan konfliktdir. Müxtəlif variasiyalrı var – intim xidmət göstərən şəxsəin haqqı ödənilmir; müştəri xidmətiun keyfiyyətindən narazılığını bildirir; intim xidmət göstərən şəxs müştərini “impotent” adlandırır…

M.Ə.

02.05. 2023, Samara

GUYA İCMA ŞAMINA QIYMAYAN İMAM ƏLİNİN DOQQUZ RƏSMİ ARVADI OLUB, PEYĞƏMBƏRİN HƏM QIZINI, HƏM NƏVƏSİNİ ALIB…

Qurban Məmmədli başıpozuq adamdır, hərçənd istedadlı və fərasətlidir. Ancaq xalq lideri olmaq üçün istedadlılıq və fərasətlilik zəruri şərtlər olsa da, kafi  şərtlər deyildir. Qurban Məmmədli özünü xalq lideri kimi görür. Və başa düşür ki, xalq onu öz lideri kimi görnür, You Tube-da ona baxan bir neçə min adam da, əlbəttə, xalqdandır, ancaq xalq deyil. Qurban Məmmədli bunun səbəbini xalqın cəhalətində, savadsızlığında, ölkə taleyinə biganəliyində və hətta biqeyrtliliyində görür. Hüquqşünas kimi Qurban Məmmədli əjdaha deyil, ümuiyyətlə, Azərbaycanda nəinki Koni, hətta Reznik, Padva kimi hüquq əjdahaları yoxdur. Azərbaycanlının Qaradağ daşları qalınlığında olan hüquq kirtablarını , anqlo-sakson hüquq sistemminin əsaslarını, məcəllələri vurma cədvəli kimi əzbərləyib öyrəndiyini təsəvvür etmək çətindir. Ordan-burdan – hə. Mükəmməl – yox!

Jurnalist kimi də Qurban Məmmədli Larri Kinq ya Pozner deyil. Yəni qırxında öyrənir… Jurnalistlik peşəsində onun bacardığı ən yaxşı fənd manipulyatorluqdur ki, bu da onu yaxşı xarakterzə eləmir.

Son vaxtlar Qurban Məmmədli xomeynilik sənətinə yiyələnmək istəyir. Xomeynilik, mənim fikrimcə, müsəlman ruhaninin siyasətə qatılmağıdır. İndi Qurban Məmmədli tez-tez You Tube çıxışlarında hədislər danışır, Quran surələrindən fraqmentlər oxuyur, imam Əlidən sitatlar gətirir. Saqqalını bir az uzatsa və başına çalma qoysa, Xomeynidən seçilməz. (Hərçənd Qurban Məmmədlini, deyəsən, Xomeyni zirvəsi də təmin etmir, ondan yuxarıya, lap yuxarıya iddiası var. «Azərfreedom ailəsi» — «Əhli-beyt»in Qurban Məmmədli variantıdır, yəni ki, elə bilin fransız rəssamları «Əhli-beyt»ə karikatura çəkiblər…Son vaxtlar «Ailə» üzvlərinin bir-biriylə boğuşmağı, bir-birlərinə «oğraş» demələri» bu virtual karikaturadakı cizgiləri daha da qatılaşdırır…) Və əgər Xomeyni Parisdən İrana triumfla dönmüşdüsə, niyə Qurban Məmmədli Londondan belə bir zəfərlə Bakıya qayıda bilməsin?

Mənim onun qayıtmağı ilə işim yoxdur. (Hərçənd You Tube-da onun veilişlərinə baxan bir hneçə min adamın dəstəyilə belə bir qayıdış, əlbəttə mümkün deyil. Üstəlik bu bir neçə min «fanat»ın da əksəriyyəti boşboğaz, demaqq və zəvzəkdir, Qurban Məmmədlinin verilişlərinə şoulara baxdıqları kimi baxırlar, heç bir nizamlı siyasi fəaliyyətə qabil və əzmli deyildir, səviyyələri isə yazdıqları şərhlədrən bilinir).. Mənim işim imam Əlidən gətirilən sitatlarladır. Onlar hansı mənbədəndir? Əli nə isə deyibdisə, onu kim yazıb? Haçan yazb? Deyəndə? Ölümündən yüz il sonra, beş yüz il sonra? O sitatların Əliyə mənsub olduğuna nə sübut var? Həm də Əlidən yeni-yeni sitatlar gətirirlər – bu nə olan işdir? İnsan min üç yüz il qabaq öldürülüb…

Şiə ruhaniləri, indi onlara qoşulub onların başında durmaq arzusuna düşən Qurban Məmmədli Əlini ən yüksək əxlaqlı insan nümunəsi kimi qələmə verirlər. Bütün hallara uyğun gələn Əli sitatları var. Oturmaq, durmaq danışmaq, gülmək, arvad almaq, yemək, içmək, xəstələnmək, doğmaq, ölmək, boşamq – bunların hər birinə Əli ən müdrik rəyini verib ki, şiə cəmiyətinin nə məhkəməyə, nə müəllimə, nə həkimə ehtiyacı qalır.

Əlinin müstəsna düzlüyü, sadəliyi, qənaətcilliyi , icma malını göz-bəbəyi kimi qorumağı dillərdə dastandır. Şeyx Qurban Məmmədli nəql edir ki, bir gün — yəqin axşam, ya da gecə — həzrət Əli bir nəfərlə dövlət məsələlərini müzakrə edirmiş. Sonra keçirlər şəxsi söhbətə. (Yəqin təzə, sütül bir arvad almaq barəsində). Bu an həzrət Əli qabaqlarındakı şamı cəld söndürür, yanındakı mücrüdən şam çıxarıb onu yandırır. Həmsöhbəti təəccübünü bildirəndə həzrət Əli deyir ki, bayaq qabağımızda icma şamı yanırdı, biz də icma məsələlərini müzakirə edirdik. İndi şəxsi söhbıtə keçdik, təzə arvad almaqdan danışırıq, ona görə daha icma şamını yandıa bilmərəm, gərək öz şamımı yandıram, çünki mən Azərbaycan prezidenti kimi korrupsioner deyiləm…

Bunu şeyx Qurban Məmmədlidən eşidən soydaşlarımdan neçəsi həzrət Əlinin fövqəladə düzlüyünə heyran olaraq qəşş edib yıxılıb…

Şiə ölkələrində, o cümədən Azərbaycanın şiə hissəsində mollalar bu şam əhvalatıyla eşidənləri vəcdə gətirib ətək-ətək pul qazanırlar…

İndi qayıdaq şama. İcma şamına. Şam elə həzrət Əlinin vaxtında da elə bahalı şey olmazdı. Deyək ki, şəxsi söhbət zamanı şamın parası yandı —  bununla xəzinə dağıacaqdı?

Əlbəttə, mənə deyə bilərlər ki, məsələ qiymətdə deyil, nümunədədir, həzrət Əli icmanı icma malına hörmətə, sədaqətə öyrədir, bunu özündən başlayırdı…

Hə, özündən başlayırdı… Siz öləsiniz…

Siz bilən, bir arvad saxlamaq neçəyə başa gələrdi? Həzrət Əlini rəsmi 9 (doqquz!) arvadı olub. Çoxlu da kənizi. Bütün bu arvadlardan həzrət Əlinin 34 (otuz dörd!) uşağı olub. Bir kəndin adamıdr! Həzrət Əlinin nə qədər qazancı var imiş ki, bu qədər arvad-uşağı saxlaya bilirmiş? Nəzərə alın ki, bu on beş arvadın hər biri ayrı mülkdə yaşamalıydı! Və on-on beş arvad saxlayan kişi bəllkə də yeddinci əsrdə nümunə ola bilərdi. İndi ola bilməz. Belə adamlara arvadbaz, seksoqolik, seksual manyak, sekslə qayğılanmış deyirlər. Bu qədər uşağı istehsal eləmək üçün kişi gərək nəinki gecə, hətta gündüz də qan-tər içində çalışa…

Qurban Məmmədli öz qızını yəqin ki, yeddi-səkkiz arvadı olan kişiyə verməz. Hansı abırlı kişi qzını hərəmxanaya verər?

Və London şeyxi Qurban Məmmədlinin yadına salıram ki, icma şamını göz-bəbəyi kimi qoruyan Həzrət Əli peyğəmbərin əvvəl qızını, sonra nəvəsini alıb…

Həzrət Əlnin bir arvadı olsaydı belə, hətta İsa kimi arvadsız olsaydı belə o, indiki insan üçün nümunə ola bilməzdi. O insanlar quldarlıq dövrünün adamlarıdırlar. Onlar qul alıb-satıblar. Cəmiyyət qullara və qul sahiblərinə bölünüb. İnsan başı kəsmək toyuq başı kəsmək kimi bir şey olub. İndi hətta Azərbaycan kimi qəddar ölkədə də ölüm hökmü yoxdur. Qadınları hərəmxanaya yığmırlar.

Əlinin düzlüyü mifik yox, həqiq olsaydı belə indiki müsəlmanları oğurluq eləməkdən saxlaya bilməz. İnsanları qanunu pozmaqdan hüquq-nmühafizə orqanlarının saflığı, cəzanın qaçılmazlığı, dövlətin seçkili nümayədələr vasitəsilə, mətbuat vasiitəsilə xalq nəzarətində olmağı saxlaya bilər. Əgər dövlətdə bütün rəhbərlik oğrulardan ibarətdirsə, vətəndaşlar necə oğurluq eləməsinlər? Bəlkə də vətəndaş qonşu çəpərindən onun həyətinə uzanan budaqdan almanı ya narı dərməz, ya da dərib yiyəsinə qaytarar. Ancaq pis qorunan ya da yiyəsiz görünən dolu kisəni dalına atıb aparar. Çünki hamı oğurlayır – prezident, nazir, deputat, məmurlar. Kiçik adam, sadə insan oğurluq eləyəndə özünü oğru saymır, düşünür ki, ondan oğurlananın bir hissəsini qaytarır. Və oğurlamaqdan utanmır da. Utanmaq insan ləyaqətinin təzahürü, göstəricisidir..  Bu cəmiyyət isə insanı ləyaqətdəm mərhum edir, ləyaqətlə yaşamaq qanunsuz Kalaşnikov gəzdirmək kimidir, ləyaqətlə yaşamaq istəyənin günü qara olar…

Belə-belə işlər…

Nə şam, a kişi! On-on beş arvad, bir sürü uşaq… İndi özün hesabla bunun xərcini…

Şeyx Qurban! Burax bu işin başını. Get Londonda futbola, flarmoniyaya, operaya, get Gertsen gəzib-dolaşan yerləri gəz… Gertsenin kitablarını oxu. Təhsilini təkmilləşdir. Hərdən ağıllı nəvənə zəng vurub yaxşı söhbətlər elə….Kütlə rəhbəri olmaq iddian səni məhv edər…

Gecə öz puluna aldığın bir şamı yandırıb otur işığında, yaxşı fikirləş…

Mirzə Əlil

P.S. Qurban Məmmədliyə tənqidi münasibətimə baxmayaraq, qanlı «Tərtər işinin» araşdırılması sahəsində onun gördüyü işin müsbət tərəflərini yüksək qiymətləndirirəm. Və arzu edərdim ki, bu işi gələcəkdə manipulyasiyalarsız, əsl hüquqşünas və hüquq madafiəçisi kimi, napoleonluq iddialarından əl çəkərək aparsın.

M.Ə.

16. 01. 2022, Samara

ƏFSANƏVİ ELMAR ALLAHVERDİYEVİN YEREVANDA PAŞİNYANA GÜLLƏ ATMAQLIĞI

Allah sənə rəhmət eləsin, Vasili Makarıç!

XURAL TV Studiyasında Əvəz Zeynallı və Elmar Allahverdiyev

— Sayın dinleyicilər, bu gün qonağımız əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyevdir. Elmar paşa bu gün bizə sensasion bir olay danışmağa kararlıdır. Elmar paşa, xoş gördük sizi.

— Sağ olasan, Əvəz məllim. Dədə, bu iş belə olufdu. Bir dəfə əlahəzrət prezidentimiz, Ali baş komandan çağırdı məni yanına. Dedi ki, Elmar, saa bir tapşırığım var. Dedi bu Paşinyan oğrac Şuşada yallı gedəndən mənim iştahım küsüb, yeyif-içə bilmirəm, arvadla tez-tez dalaşıram. Sən gərək gedib onu öldürəsən. Eliyə bilsən, sənə medal verəjəm, beş min manat da dollar.

Dedim cənab prezident, mənim bu canım saa qurbandır. Tapşırığını yerinə yetirməsəm mən heç kişi dəyiləm. Bunu diyəndə prezident məni qujaxlyıb öpdü.

Ordan məni apardılar baş qərargaha. Dedilər ki, səni Bayrakdarla atajıyıx Yerevana. Sənə də kağız-kuğuz verəjiyik ki, guya sən akademik Aqanbeqyansan, Moskvadan Putinin tapşırığıyla gəlmisən Paşinyanla görüşməyə.

— Elmar paşa, men çaşqınlıq haletiunde bulunuram. Məgər akademik Aqanbeqyan çoxdan ölmədimi?

— Əvəz bəy, ölən ata Aqanbeqyandır. Oğlu var, o da akademikdir. Mənə dedilər ki, mən Auanbeqyana elə oxşuyıram ki, elə bil əkiz qardaşıyam.

— Beləmi, efendim? Pek iyi, devam edin.

— Bəli, məni Bayrakdara qoyub uçurtdular, Yerevan yaxınlığında paraşutla tullandım. Əyin-başımı, qəssumumu, qalstuxumu səliqəyə salıb getdim birbaş Paşinyanın sarayının qabağına. Kağızları portfeldən çıxarıf göstərdim, erməni voyenni dığalar hamısı qabağımda farağat durdu. Dedilər Paşinyan Yerevanda yoxdur, yenə Qarabağa gedib, bu gejəni qal oteldə, sabah gələjək.

Məni apardılar Yerevanın beşulduz otelinə. Hamı əlimə-ayağıma keçir, hamı qulluğumda, dolma gətirirlər, lavaş gətirirlər, konyak gətirirlər. Sonra iki xanım da gətirdilər ki, deyirsən hər ikisi Kardaşyandır.

— Paşam, bəlkə o xanımlar elə Kardaşyan bacılarıymış?

— Ola bilər. Mənnən ingiliscə danışırdılar. Mən də işlərni görüb buraxdım.

— Eləmi, paşam?

— Bə nəə? İşlərini görməsəydim, başa düşərdilər mən Aqanbeqyan deyiləm, əfsanəvi Azərbaycan kəşfiyyatçısıyam.

Nə başını ağrıdım, dədə, savax olcax məni apardılar Paşinyanın yanına, saldılar onun kavinetinə, bizi tək qoydular. Çünki Putunun adından yazılmıışdı biz gərək təkbətək söhbət eliyək. Paşinyan məni qujaxlamax, öpüb-yalamax…Dedim, kirvə, otur yerində söhbətimizi eliyək, mən bura mazaxlaşmağa gəlməmişəm. Kirvə oturan kimi pistoleti çıxartdım…

— Paşam, pistoleti nece keçirdiniz saraya?

— Dədə, mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Pistolet mənim dalımdaydı.

— Dal cinbinizdemi?

— Yox, dalımda. Yəni soxmuşdum dalıma… Ayıb olmasın…

— Anladın sizi, paşam. İyi, iyi, pek iyi!

— Hə, dədə, pistoleti çıxarıb tuşladım bu oğraca. Birini atdım, yıxılmadı, ikisini atdım, üçünü atdım… Hamısını atdım, dədə. Anjax bu oğrac yıxılmır.

— Elemi, paşam? Ben bunu anlamıyorum! Kafama girmiyor!

—  Dədə, niyə anlamıyorsun? Sən demə pistoletə boş güllələri qoyublar Bakıda.

— Kim qoyub, efendim? Belə bir işmi olar?

— Dədə, xainlər eliyif bunu, xainlər. Baş qərargahda xain olub, pistoletimə boş güllələri doldurub… İstədim bu oğracı əllərimlə boğam. Əlimi bu murdara bulamaq istəmədim. Tüfürüb çıxdım ordan…

— Paşam, ordan necə çıxa bildiniz? Mən heyrətdə bulunuram!

— Dədə, niyə bulunursan? Mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Ancaq necə çıxmağım sirrdir. Hərbi sirr. Cənab prezidentimizə söz vermişəm ki, Yerevanı almayınca bu sirri heç kimə aşmıyım.

— Prezident beş min manat dolları verdimi?

— Çox verdi, dədə. On min verdi. Ancaq indiyəjən xajalat çəkirəm ki, o oğrajı öldürə bilmədim.

— Elmar paşa, pistoletinə boş güllə qoyanı tapdılarmı?

— Axtarırlar, Əvəz bəy. Tafajaxlar. Onun üzünə tüfürməsəm kişi deyiləm, cinsi azlığam, Əvəz bəy…

Mirzə Əlil

14.01. 2022