ERKİN QƏDİRLİNİN MİLLİ MƏCLİSDƏ YERİ

2

Bu yer kəlləyə qapaz,
Üzə şillə yeridir.

Ürəkdən kənar bir az,
Gedən güllə yeridir.

 

 

Ziyafət plovunun,

Lütə qalan yeridir.
Lütün doyub, ovunub,

Çəpik çalan yeridir.

 

 

Müxalifət maskası,
Taxılacaq bu yerdə.

Yanındadır kasası,

Boğazacan yeyər də.

 

 

Ticarətin bazarda,
Şıdırğı gedən yeri.

Hansı başı xarabdır,
Çıxara əldən yeri…

 

 

İkiqat əyilərək,
“Bəli” deməli yerdir.

Möhkəm ola dal gərək –

Bizli-iynəli yerdir…

 

12. 02. 2020, Samara

NATİQ CƏFƏRLİNİN İZLƏYİCİLƏRİ HAQQINDA

Natiq Cəfərlinin FB səhifəsinə baxdım. 17.427 (!)  nəfər izləyicisi var. Bu rəqəmin mənim üçün necə fantastik olduğunu göstərmək üçün deməliyəm ki, mənm 27 (!) izləyicim var. Bunun da yaransı (13, 5 nəfər) işləməyən akkauntdur.

Yəni mən  Natiq Cəfərliyə kənd futbolçusu Ronaldoya baxan kimi baxıram.

İndi Natiq Cəfərlini tutublar. Bu İlham Əliyevin yuxusu yoxdur ki – gecənin bir aləmində gəlib bu Ronaldonu aparıb basıb dama.

İndi görün bu 17 427 izləyicədən heç olmasa 1, 7 nəfər məhkəmə binasının qabağına gedib bir əski parçası qaldırdımı? Yox, qaldırmadı. Elə isə 17 427 izləyici Natiq Cəfərlinin nəyini lazımdır?

Bu qədər də olmasa, heç olmasa, bunun yüzdən biri qədər izləyici mənə lazımdır, çünki mən iki dildə bədii mətnlər yazıram və bu mətnlərin oxynmasını istəyirəm. Siyasətçiyə izləyici lazımdır ki, dalınca getsin. Ancaq Natiq Cəfərlinin, eləcə də İlqar Məmmədovun izləyiciləri onların dalınca getmirlər, ancaq dallarınca baxırlar.

Belə izləyicidənsə yumurtlayan bir toyuq yaxşı deyilmi?

Mirzə Fətəlinin hansı komediyasındasa (tapa bilmirəm hansında) bir gözəl əhvalat danışılır. Bir İran sərkərdəsi yellənə-yellənə şəhər meydanında gedir, əsgərlər bunu görüb tökülüşürlər dalınca ki, maaşımızı ver. Bunlarn qışqır-bağırı sərkərdəni bezdirir, başmağının bir tayşnı çıxarıb qayıdır bunların üstünə. Əsgərlər pərən-pərən olub dağılırlar…

Sərkərdə başını yelləyib deyir: Mən filan qalanı bu cür qorxaq əsgərlərlə necə alacağam…

İndi Natiq Cəfərli. Bu cür izləyicilərlə hara gedib çıxmaq olar. Bu izləyicilər tində duranlar, tum çırtlayanlardır. Ən müasirləri elektron siqarət çəkirlər…

Allah mənim 13, 5 nəfər izləyicimə bərəkət versin…

Tanımadığım, “dostu” və “izləyicisi” Natiq Cəfərliyə azadlıq arzulayıram. Onu tutanların başı batsın.

 

14.08.2016 Samara