RİÇARD UİLBER.  RƏVAYƏT

richard _wilbur

Richard Wilbur

Parable

Oxumuşam ki, Kixot çaparkən hara gəldi
Yolayrıcına çıxdı bir dəfə, və qorxaraq,
Şansı verər əlindən, hara sürsün, bilmədi,

 

Durdu, at öhdəsinə seçimi buraxaraq.

Nağıl hara çəkərsə, çünki şöhrət ordadır.
Başı yüngül qürurdan, atınsa ayaqları,
Ağır və tövlə sarı gedirdi ağır-ağır.

 

İngiliscədən tərcümə

05.03. 2019

Samara

Реклама

RİÇARD UİILBER. PƏNCƏRƏ ÖNÜNDƏKİ UŞAQ

richard _wilbur

Richard Wilbur

Boy At The Window
Görüb qaradamı tək, qaranlıqda, soyuqda,

Pəncərə önündəki uşaq batıb qüssəyə,
Eşitdikcə ağlayır qıyyasını küləyin,
Bilir nalə və zülmət dolu gecə qabaqda.
Nəmli baxışı çətin yetişəcək ağbədən
Fiqur dayanan yerə, qətran gözüylə ordan
Qaradam baxır ona, necə qovulduğu an

Tanrının qəzəbiylə, baxdı cənnətə Adəm.

 

 

Qaradamsa razıdır vəziyyətindən, heç də,
İstəməz ki, içəri girə, əriyib ölə.

Uşağın göz yaşını görüb ancaq kövrəlir.

Donmuş sudan yapılıb, yaranıb özü hərçənd,

Qar gözünün birindən, qızışanda duyğudan,
Şıqnaq axıb süzülür yağış təmizliyiylə.

Onu təəssürlədən uşaq boylanır hələ,
Sevgi, hərarət, işıq, qorxu dolu dünyadan.

 

İngiliscədən tərcümə

02-04. 2019

Samara

 

RİÇARD UİLBER. TOY SAĞLIĞI

richard _wilbur

Richard Wilbur

   Wedding Toast 

Müqəddəs Yəhya deyir toy zamanı  Qanədə,
Su küplərindən orda o qədər şərab axıb,
Onun ayıq başının düzsə hesabladığı,
Üç yüz litrdən yəqin az olmazdı yenə də.

 

Bunda bircə məna var: əgər nədəsə yəni
Varsa xeyir-duası məhəbbətin, nə qədər,

İçilə, axıb gedə,
Tükənməz  və azalmaz həyat neməti yəqin.

 

 

Həqiqətdir görülən gözüylə məhəbbətin,
Dünyadakı doyumluq tapılıb, yaranmayıb.

Təşnəsidir həmişə həyat firavanlığın,
Sənin kimilərinə verər bütün neməti.

 

 

İndi qulaq versəniz mənə əgər bir anlıq,
Sizin sağlığınıza, təzə bəyz. gözəl gəlin,
İçərəm. Burda qıtdır bəlkə su özü belə,
Qanə şərabı kimi  dadı qoy olsun ancaq.

 

 

İngiliscədən tərcümə

28.02-01.03. 2019

Samara

  RİÇARD UİLBER. PEYĞƏMBƏRƏ MƏSLƏHƏT

richard _wilbur

  Ricard WILBUR     

Advice to a Prophet

 

Tezliklə gələcəksən yəqin bizim şəhərə,

Göz çıxar hədəqədən, söylədiyinsə aşkar.

Demə necə düşgünük, Tanrı naminə yalvar,

Daha biz özümüzə qəddar olmayaq belə.

 

 

Danışma silahların gücündən, çeşidindən,
Uzun rəqəmlərlə də beyinləri yükləmə

Haqq-hesab başa düşməz bizim köntöy ürəklər,
Və çox qəribədir ki, qorxu da bilməz nədir.

 

 

Qorxmarıq əgər desən məhvi  insanın yaxın,
Necə təsəvvür edək yoxuq biz bu dünyada? –

Günəş adi od, bitir faydasız ağac, ot da,

Daşlar da bir-birinin durub üzünə baxır?

 

 

 

Təbiətdən söylə sən. Anlamasaq  da hərçənd

Ağılkəsməz şeyləri, təcrübədən bu, aydın,
Necə dağılır səma, qaraldır üzümü don,

Başqalanır mənzərə. İnanardıq biz yenə,

 

 

Əgər bizə desəydin elə ürkək olar ki,
Ağquyruq maral dönər tamamilə kölgəyə,

Birdən həsrət qalarıq torağayı görməyə,

Boşalar, zəifləryər şam ağacının kökü,

 

 

Soyuq qayanın üstdə və yandırar hər axın,

Ksanf necə ki, bir vaxt, bircə anda mat qalan,
Qızıl alabalığı. Delfinlər sıçramadan,
Göyərçinlər dönmədən neyləyərik biz axı,

 

 

Onlardadır insanın mahiyyəti və dili

Soruş, peyğəmbər, necə indən belə adlanar
Bizim mahiyyətimiz, həyati olan nə var,
Məhv olub gedir, ayna sınıb ya ləkələnib.

 

 

Görünərdi çiçəyi eşqimizin və safqan

Atı qeyrətimizin, ondan eşidiləridi,
Bədənsiz ruh oxuyan sisəy nəğmələri də

Təsəvvürdə nə varsa, nə varsa arzulanan.

 

 

Soruş, ürəklərimiz, soruş, dözə bilərmi,

Çiçək qalsa dünyasız; gəl cavab tələb elə

Ucalıq ya qocalıq duruş gətirə bilər

Bürünc salnamələri palıdın örtüləndə.

 

İngiliscədən tərcümə

23-25. 02. 2019

Samara

RİÇARD UİLBER.  HADİSƏ          

richard _wilbur.jpg

Richard Wilbur

      An Event

Bir sıxma dən ovuca qayıdıb gələn sayaq

Həndəvərdə cəmləşən qara, xırdaca quşlar
Cənuba yollanırkən, elə bil əmr alaraq,
Göyün düz ortasında yığışır və ağzıbir

Razılığa gələrək qatarla uçuşurlar,

Doğma çöllər, meşələr beləcə tərk edilir.

 

 

Fərdilik deyilən şey nədir? Onlar hərlənir,
Göyün üzündə sərxoş barmaq izləri sayaq!
Surətləri ya mənim qəlbimdə möhürlənir,

Və onlar elə bil ki, tutulmaqdan çəkinir

Mənim gözümün hər bir qəribə baxışıyla,
Toru və qəfəsiylə ya da fikirlərimin,

 

 

 

Ucalır, səpələnir onlar, çaxnaşır səma
Dağıldıqca bu qatar, və gözdən uzaqlaşır,
Tək qalaraq hər biri, mən isə dayanmışam,
Çalışıram həkk edim yaddaşıma onları:

Sanki öz qatarına məni qoşur bu quşlar,

Alıb fikirlərimi aparır uzaqlara.

 

 

 

Quşlardan həm razıyam, özümdən həm də razı,
Yerə çəkdim onları və buraxdım havaya.

Sözün qüdrəti, həm də məğlubiyyəti sözün

Fənalığını cəhdin açar, çünki anında
Bir uçuşun hər insan anlayar ki, bu dünya,
Necə barışmaz və zidd baxışlardan yarandı.

1956

İngiliscədən tərcümə

21-22. 02. 2019

Samara

RİÇARD UİLBER.  RƏVAYƏT 

Wilbur2.jpg                           

                              RİÇARD UİLBER

                                 (1921-2017)

     RƏVAYƏT                   

           Securely sunning in a forest glade…


Verirdi talanın dalda yerində

Xoşniyyət bir ilan özünü günə.

Elə dəyişmişdi qınını indi,

Arxayındı gəlməz düşmən üstünə.

 

Tamam razı idi girdiyi cilddən –

Əyni oxşayırdı kamuflyaja.

Həm də düşünürdü yeri gələndə,
Quyruğu çırpılıb girər davaya.

 

Yox, quyruq həyəcan təbili çalmır,

Onun vəzifəsi deyil bu heç də.
İlan, görəndə ki, əlacı qalmır,

Zəhərli dişini gərək işlədə.

 

Yaxından bir kənli odun yığaraq,
Keçirdi və onu gördüyü anda,

İlan, təbii ki, qayğılanaraq,
Fısıltı qopardı, çox sivil amma.

 

Təşvişə düşərək bu fısıltıdan,

Heyvərə kişinin beyni qaynadı.

Çıxarıb cibindən elə daş atdı,

Nə beyin, nə də baş qaldı ilanda.

        İBRƏT

Oğrunluq, əfsus ki, yarada bilər,
Hədə təsəvvürü də.

Hədsiz müdafiə səyləri belə,

Təcavüzə sövq edər.

 

 İngiliscədən tərcümə

14.12.2017

Samara