Архив тегов | Rilkenin şeirləri

RAYNER MARİA RİLKE. QONŞUM TANRI…

rilke-rainer-maria (1).

Qonşum Tanrı, mən sənin qapını belə bərkdən,
Buna görə döyürəm gecədə neçə dəfə:

Səs gəlmir otağından, nəfəs duyulur  nə də,

Bilirəm onda təksən.

Bəlkə bir ehtiyacın var nəyəsə bu zaman,,

Bəlkə təşnə yandırır, yox dolu cam gətirən?

Həmişə ayaqdayam, bir him elə mənə sən,

Gələrəm yubanmadan.

Bizi bir-birimizdən ayırır nazik divar,

Axı ola bilər ki, hökmüylə təsadüfün,
Ya sənin, mənim ya da içimdən haray qopar
Çökər böyrü üstünə,

Divar səs çıxarmadan.

Sənin şəkillərindən qurulub yaradılan.

Və elə bil addılar önündə şəkillərin

Məndəki dərinliyə səni, Tanrı. Səni tanıdan,
İçimdəki bu işıq  alışarsa bir zaman,

Elə çərçivələrdə tükənər, çiliklənib.


Anbaan öləziyən duyğularımsa mənim,

Sərsəriydi və səndən düşüb aralı çoxdan.

1899

 almancadan tərcümə

15.02. 2021, Samara

Du, Nachbar Gott

Du, Nachbar Gott, wenn ich dich manches Mal
in langer Nacht mit hartem Klopfen störe, —
so ists, weil ich dich selten atmen höre
und weiß: Du bist allein im Saal.
Und wenn du etwas brauchst, ist keiner da,
um deinem Tasten einen Trank zu reichen:
ich horche immer. Gib ein kleines Zeichen.
Ich bin ganz nah.

Nur eine schmale Wand ist zwischen uns,
durch Zufall; denn es könnte sein:
ein Rufen deines oder meines Munds —
und sie bricht ein
ganz ohne Lärm und Laut.

Aus deinen Bildern ist sie aufgebaut.

Und deine Bilder stehn vor dir wie Namen.
Und wenn einmal in mir das Licht entbrennt,
mit welchem meine Tiefe dich erkennt,
vergeudet sichs als Glanz auf ihren Rahmen.

Und meine Sinne, welche schnell erlahmen,
sind ohne Heimat und von dir getrennt.

22.9.1899, Berlin-Schmargendorf

RAYNER MARİA RİLKE. «GÖZLƏRİMİ ÇIXARSAN…»

rilke-rainer-maria (1)

Gözlərimi çıxarısan, səni görərəm yenə,
Qapa qulaqlarımı —  mən səni eşidərəm.

Ayaqlarımdan olsam, yenə yetərəm sənə,

Dilsiz də and içərəm sənə olan eşqimə.

İki qolumu qırsan, düşsəm də hərəkətdən,

Alaram ağuşuma səni ürəyimlə mən.
Beynim döyünər, əgər ürəyimi saxlasan.

Yaxsan əgər beynimi oda-alova birdən,

Hopub damarlarıma sən qanımla axarsan

1901

almancadan tərcümə

13.02. 02. 2021, Samara

Lösch mir die Augen aus

Lösch mir die Augen aus: ich kann dich sehn,
wirf mir die Ohren zu: ich kann dich hören,
und ohne Füße kann ich zu dir gehn,
und ohne Mund noch kann ich dich beschwören. Читать далее

RAYNER MARİA RİLKE. TƏNHALIQ

rilke-rainer-maria (1)
Insan tənhalığı yağışa bənzər

Günün gedər vaxtı dənizdən gələr

Aşar gözdənuzaq, geniş düzənlər,

Əbədi göylərə sonra ucalar,

Ordansa şəhərin üstə calanar.

O yağar saatlar qovuşan zaman,,

Sübhə yön alanda küçə və dalan,

Haçan bir-birini razı salmayan

İki sevgilini qəm bürüyəndə,

İki bir-birinə nifrət edən də,

Yenə  baş qoyursa birgə yastığa,

Tənhalıq çaylara qatılıb axar…

1901

almancadan tərcümə

11.02. 21, Samara

Einsamkeit

Die Einsamkeit ist wie ein Regen.
Sie steigt vom Meer den Abenden entgegen;
von Ebenen, die fern sind und entlegen,
geht sie zum Himmel, der sie immer hat.
Und erst vom Himmel fällt sie auf die Stadt. Читать далее

RAYNER MARİA RİLKE. “AXIRINCI EVİ BU KƏNDİN…”

rilke-rainer-maria (1)

Axırıncı evi bu kəndin elə

Tənhadır, dünyada sanki son evdir.

Dayanıb qonuşmur yol da bu kəndlə,
Astaca gecənin qoynuna gedir.

Yalnız aralıqdır balaca xırdaca bu yurd,

İki uzaqlığa, təlaş, bədduyum,

Yolu da evlərdən gedir aralı.

Kənddən çıxanların bitməyir yolu,
Yəqin ki, ölüblər yoda çoxları.

1901

Almancadan tərcümə

09-10.02. 2021, Samara

In diesem Dorfe steht das letzte Haus

In diesem Dorfe steht das letzte Haus
so einsam wie das letzte Haus der Welt. Читать далее

RAYNER MARİA RİLKE. ŞAİR

rilke-rainer-maria (1)

Məndən uzaqlaşıb, Saat, gedirsən,

Məni qanadınla yaralayaraq.
Təkcəyəm: neylərəm dil-ağızla mən?

Gecəmlə  neylərəm? Gündüzümlə  ya?

İndi nə evim var,  sevgilim nə də,
Nə elə torpaq var yurd deyə bilim.

Nəyə ki, özümü  həsr elədim mən,
Varını artırdı, məni xərcləyib.

1905

almancadan tərcümə

04-05.02. 21, Samara

Der Dichter

Du entfernst dich von mir, du Stunde.
Wunden schlägt mir dein Flügelschlag.
Allein: was soll ich mit meinem Munde?
mit meiner Nacht? mit meinem Tag? Читать далее

RAYNER MARİA RİLKE: «TANRIM, NEYLƏYƏCƏKSƏN, ÖLÜB GEDƏRƏMSƏ MƏN?

rilke-rainer-maria (1)

Tanrım,  neyləyəcəksən, ölüb gedərəmsə mən?

Mən sənin piyalənəm (haçan çiliklənərəm?)

Mən sənin cövhərinəm (haçan çirkə dönərəm?)

Mən sənin surətinəm, niyyətin, əməlin həm,

Itər sənin də mənan, mənim ömrüm bitincə.

Gedərəm, nə ev qalar, nə ocaq yanar gecə,
Xoş söz eşitməz gələn, xoş üz görməz boylanan,

Məxmər sandallarını  yorğun ayaqlarından,
Necə ki, çıxarırsan, atılaram eləcə.

Gen-bol əban sürüşdü, çiyinlərindən endi…

Pərqu istiliyinə mənim yanaqlarımın,
Qonar sənin Baxışın, nə qədər ki, mən varam,

Ölərəmsə, dolaşar, gəzib məni arayar –

Qürub çağı yetişər uzaq və yad diyara,

Soyuq daşların üstdə diz çöküb qalar indi.

Tanrım, neyləyəcəksən? Həyəcan içindəyəm…

26.09. 1899, Berlin-Schargendorf

 

almancadan tərcümə

03-04.02. 2021, Samara

 

Was wirst du tun, Gott, wenn ich sterbe?

Was wirst du tun, Gott, wenn ich sterbe?
Ich bin dein Krug (wenn ich zerscherbe?)
Ich bin dein Trank (wenn ich verderbe?) Читать далее