Архив тегов | Şəhid anası medalı

ƏDƏBİYYAT VƏ GƏDƏBİYYAT: ANAR QIRX İLDİR Kİ, XUDADAT BƏYİN YOX, XUDAYAR BƏYİN NƏVƏSİ KİMİ YAŞAYIR…

GİRİŞ

Əvvəlcə Yazıçılar İttifaqı barədə mülahizələrimi deyim.

Rusiyanın iki qüdrətli nasiri: Dostoyevski və Lev Tolstoy. Onları hər hansı ittifaqın üzvü kimi təsəvvür etmək olarmı? Bir dövrdə, bir ölkədə yaşamış bu iki dahi heç vaxt görüşməyiblər də!

Dostoyevski Tyrgenevə açıq-aşkar niftər edib  və “Cinlər” romanında onun karikaturik surətini yaradıb.

Çexovu, doktor Çexovu, yazıçılar ittifaqında necə təsəvvür etmət olar? Qılığa (yəni gündəyməz yerə) girir, quyruq bulayır, donos yazır, ev istəyir, alır, birini də istəyir… Ramiz Rövşən kimi…

Belə şey mümkündürmü?

Bəs Puşkin? Lermontov hansı Yazıçılar birliyinə sığardı? Lermontov Anarın at başına oxşayan başına güllə vurmazdımı?  Çingiz Abdulayevin “morda”sını şillələməzdimi?

Bəs Füzuli Yazıçılar birliyində? Bu necədir? Dədə Qorqudu yaradan dahi? Mümkündürmü?

Yazıçılar İttifaqı və azad yaradıcılıq bir araya sığmayan şeylərdir. Yazıçılar ittifaqını  totalitar rejim yaradır ki, yazanların ağzını dövlət axuruna dayamaqla onları özündən asılı eləsin, kişilikdən, qeyrətdən salsın.

Yazıçılar İttifaqı yaranandan sonra gözəl şair Müşfiq kombayna, traktora, pambığa, Amerika imperializminə şeirlər yazır. Yazıq Müşfiq…

İndiki Yazıçılar İttifaqı iyrənclikdə sovet dövründəkini də keçib. Burda Anarın başına yığılan gədə-güdənin dövlət maliyyəsini necə yediklərini, necə vaxtaşırı mənzil aldıqlarını və fəaliyyətlərinin ədəbiyyata dəxli olmadığın nəzərə alsaq, Yazıçılar birliyini “mütəşəkkil cinayətkar dəstəsi” adlandırmaq olar.

Rusca detektiv yazan Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatı ilə hansı əlaqəsi var və Azərbaycan ədəbiyyatına rəhbərliyi hansı şəkildə həyata keçirir? Əgər Azərbaycanda rus ədəbiyyatı varsa, niyə Yazıçılar İttifaqında rus katib yoxdur? (Azərbaycanda ruslar heç yerdə yoxdurlar — biznesdə, Akademiyada, dövlətə rəhbərlikdə. Tezliklə Azərbaycanda rus qalmayacaq, yalnız özünü «rusdilli» elan edən, milli ruuhdan və mili təəsübdən məhrum seqment qalacaq…) Bu adam, yəni Çingiz Abdullayev,  harın həyatdan o qədər qızışıb ki, şəhid analarına «Şəhid anası» adlı oyuncaq dəsti verməyi təklif edir ki, başları qarışsın…

Ədəbiyyat – humanitar sahədir, insan mənəviyyatı ilə bağlı çox süvər sahədir. Yazıçılar birliyinə yığılanlar isə xalqa əxlaqsızlıq, prinsipsizlik, şərəfsizlik nümunəsi göstərir, şəxsi mənfəətin, pulun, qazancın, dolanışığın bütün mənəvi dəyərlərdən üstün olduqunu nümayiş etdirirlər. Xalqın pulu ilə yağlana-yağlana. 2016-cı ilin aprel müharibəsi vaxtı Sabir Rüstəmxanlı qızına toy çaldırırdı və Ramiz Rövşənlə qol-boyun selfi çəkib İnternetdə yayırdı. Bu adamların başı güllə istəmirmi?

Vətən müharibəsi vaxtı Ramiz Rövşən ikinici mənzili aldı. Çoxlu şəhid ailəsinin, yəni fəhlə-kəndli ailələrinin necə evlərdə yaşadığını sosial şəbəkələrdə hamımız görürük…

Ramiz Rövşənin kimi cəbhədə ölüb ya əlil olub?

Bəs Çingiz Abdullayevin?

Bəs Rəşad Məcidin?

Yazıçılar İttifaqı və ya hər hansı İttifaq heç bir ədəbiyyart yarada bilməz. Anar qırx ildir ki, otuurb onun rəhbərliyində. Ancaq 1970-ci ildən bəri, yəni «Molla Nəsrəddin-66» məcmuəsindən və «Ağ liman»dan sonra bir dənə dəyərli  şey yazmayıb. Özü yaradıcılıq impotensiyası halına düşən adam istedadlı insanların ədəbiyyata gəlməsində maraqlı ola bilərmi?

Son qırx il ərzində əxlaqi monstra çevrilmiş bu adam Cəlil Məmmədquluzadənin adını və xatirəsini dayanmadan istismar edir. Cəlil Məmmədquluzadəni məmur kimi, pul, əzifə hərisi kimi, özündən mərtəbəcə böyüklərin yanında ikiqat təsəvvür edirsiniz? Cəlil Məmmədquluzadənin başındakı adamları yadınıza salın: Ömər Faiq Nemanzadə, Sabir… Anarın ətrafında: Rauf Aslanov, Rəşad Məcid, Çingiz Abdullayev… Belə adamın Cəlil Məmmədquluzadə irsinə ata malı kimi yiyə durmağı ən böyük və ən təmiz azərbaycanlılardan birinin xatirəsinə təhqir deyilmi?

Yazıçılar birliyi yuxarıda sadaladığım səbəblərə görə yalnız totalitar dövlətə və oranın axuruna ağzını dayamış tüfeylilərə lazımdır. Qırx ilə yaxın vaxt ərzində ən vecsiz bir vəzifəni tutan Anara və onun başının dəstəsinə dövlət, yəni xalq milyonlarla pul sərf edir…

Haçana qədər?

I

UORHOL BAKIDA

2013-cü ilin yayında Azərbaycana gələndə həmişəki kimi yolüstü Bakıda oldum və küçələrdə diqqətimi ən çox çəkən Endi Uorholun sərgisinin banerlər oldu.

Rəssam, dizayner, kinorejissor, yazıçı, jurnal naşri, pop-art hərəkatında və bütövlükdə müasir incəsənətdə görkəmli şəxsiyyət – Uorhola həsr olunmuş booqrrafiq məqalələr belə başlanır.

Həmçinin: “homo universale” ideologiyasının banisi!

Sonuncu çox vacibdir – “homo universale” və Azərbaycan!

2013-cü il. Azərbaycanda kommunist-feodal idarəçiliyi zirvə həddinə çatıb. İndi “icra hakimiyyəti” adlanan sovet raykomları korrupsioner sprutun şaxələri olmaqla hər hansı demokratik idarəçiliyə kökündən ziddir və bu cür idarəçilik şəraitində nəinki “homo universale”, hətta şəxsi ləyaqət hissini qorumağa və yeri gələndə ifadə etməyə çalışan hər bir vətəndaşi yad ünsür və  hətta düşmən  sayılır.

2013-cü il – Salyana sədərəkli bandit Tahir Kərimli, Biləsuvara keçmiş kafe  ofisiantı, daha br yaxın rayona keçmiş mal oğrusu rəhbərlik edir.

Azərbaycan iqtisadiyyatı və təbii resursları bir neçə ailənin əlindədir.

Bütün televiziya dövlət adamlarına məxsusdur. Dövlətə, rəhbərliyə yaxın insanlara məxsus olmayan qəzetlər dilənçi günündədir.

Azərbaycan parlamentindəki deputatların heç biri demokratik yolla seçilməyib.

Müstəqil məhkəmə sistemi yoxdur.

Maraqlıdır: belə bir ölkəyə saf Amerika produktu olan Endi Uorholu niyə gətirirlər? Onun sərgisini Heydər Əliyev mərkəzində yox, Kürdəxanı türməsində keçirmək düzgün olmazdımı?

Uorhol ilk növbədə ona görə saf Amerika produktudur ki, onun valideyinləri Slovakiyadan gəlmiş  rusin mühacirləridir. Anası ingiliscə bilməyib, pəncərə yumaqla, konserv bankələrindən düzəltdiyi çiçəkləri satmaqla dolanıb.

Uorhol konserv bankələrini  sənətə çevirib, sənəti isə konserv bankələrinə, sənayə məhsullarına köçürüb.

Uorhol ənənələrlə mübarizə aparmayıb, belə mübarizə əks-məhsuldardır, Uorhol özü yeni ənənələr yaradıb. 20-ci əsrin ortaları Amerikanın ictimai, siyahi həyatının hər sahəsində yeni ənənələrin yarandığı, ideoloji sərhədlərin dağıldığı, estetik stereotiplərin sarsıldığı dövrdür. Çox çəkməyəcək ki, vətəndaş hüquqları uğrunda mübarizə Martin Lüter Kinqi meydanlara çıxaracaq, əllinci illər Kennedinin prezident seçilməsi ilə bitəcək.

Uorhol bu qaynaşmaların, dinamizmin, şəxsiyyət azadlığının azad da ifadəsinin rəmzi idi. Demək olmaz ki, Uorhol kosmik sürətlə gedən dəyşiklikləri əks etdirməyə çalışırdı. Yox, Uorhol özü dəyişiklikləri yaradanlardan idi, o, yeni sənət yaradır, sənətə baxışı dəyişirdi.

Uorhol kimi adamlar Azərbaycandakı oliqarxik-feodal rejim üçün düşməndir.

Hələ bunlar qalsın: Uorhol gey idi və gey olduğunu heç vaxt gizlətmirdi!

Uorhol nisbətən cavan ölüb, 1987-ci ildə. Elə həmin vaxtdan Anar Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir. Anar Uorholdan bir qədər kiçik olsa da, onunla eyni nəsildəndir. Bəlkə də redaktoru olduğu “Qobustan” jurnalında haçansa Uorhol haqqında da məqalə gedib. Ancaq Anar gəncliyində qərbin müasir sənətinə vurğunluq göstərsə də, çoxdan Uoorholun antipoduna çevrilib.

Uorholu məmur kimi, otuz beş il heç bir əhəmiyyəti olmayan, tüfeyli kimi dövlət hesabına dolanan bir idarənin, yəni Yazıçılar ittifaqının rəhbəri kimi ancar “horror” filmdə təsəvvür etmək olar…

84 yaşlı gədəbiyyat məmurunu Uorhol necə təsvir edərdi? Konserv bankəsinin üstündə? İçində? “Vaxtı keçib” yazısı ilə?

Mən Allahşükür Paşazadənin, Ramiz Mehdiyevin, Anarın, Artur Rəsizadənin, Kəmalədiin Heydərovun qol-qola girib Uorholun sərgisinə gəldiklərini təsəvvür etməyə çalışdım. Uorhol üslubunda bir performans olardı…

Maraqlıdır: Anar Uorholun sərgisinə doğrudan da gedibmi? Otuz ildən bəri törədib başına yığdığı gəgə-güdənin, mənzil oğrusu Rəşad Məcidin, şişib yoğunlamış Çingiz Abdullayevin müşayiəti ilə…  Kəmaləddin Anarın qulağına deyir: “Bizim Tale bu amerikalıları yaxşı tanıyır, deyir bu rəssam …verən olub? Anar müəllim, düzdür?”…

Bu da maraqlıdır: Azərbaycanın özünü Uorhol necə təsvir edərdi? Konserv bankəsi kimi? İçində on milyon əhali olan konserv bankəsi kimi…

GƏDƏBİYYAT: ANAR AİLƏSİNDƏ FƏXRİ ADLAR, FƏXRİ HƏYAT, FƏXRİ DƏFNLƏR

1985-ci ildə Azərbaycandan həmişəlik gedəndə özümlə üç kitab götürmüşdüm: Nəsimi (Cahangir Qəhrəmanovun hazırladığı nəşr), Xudadad  bəy Əzizbəyovun “Azərbaycanca-rusca lüğəti”. Üçüncü kitab dəqiq yadımda deyil. Mən uzun illər Azərbaycan ədəbiyyatını yalnız yayda məzuniyyətə gedəndə oxuyardım — əsasən Cəlil Məmmədquluzadəni və Sabiri.  Mənim güclü yaddaşım yoxdur, az şeir əzbər bilirəm, hərdən Həsən Əblucun səsi ilə dəniz haqqında bir şeiri xatırlayırdım. Tamam yox, misraları da yox, ayrı-ayrı ifadə və sözləri. Nədənsə mən bu şeiri Rəsul Rzanın bilir və elə təkcə bu şeirə görə Rəsul Rzanı istyedadlı şair sayırdım. İnternet vaxtı gələndən sonra bu şeiri Quqlla köməkləşib tapdım. Nazim Hikmətin imiş…

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.
Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

Həsən Əbluc, əlbəttə, şeiri azərbaycanca oxuyurdu, ancaq yaxşı yoxuyurdu, şeir də yaxşıdır. Mən sərbəst şeirləri sevmirəm, sərbəst şeirlərin əksəriiyyətini şarlatanlıq sayıram, ancaq Nazim Hikmətin sərbəst vəzndə ən azı beş-altı gözəl şeiri var.

Rəsul Rzanın yüksək poeziya sayıla biləcək bircə şeiri də yoxdur. Təəssüf ki, belədir. Çox zirək adam olub, harda aş, orda baş, yəni əsil mənada baş, rəis, nazir… Ensikloprdyanın baş redaktoru!

Və vaxtında “Lenin” poenası yazıb, Stalin mükafatı alıb, güzəranını əlli il qabağa təmin edib. İki nəsil azərbaycanlı şagirdlər bu “Lenin” poemasını əzbərləyiblər,, buraxılış, qəbul imtahanı veriblər, nə qədər məzun ali məktəbə imtahandan bu şoğərib poermaya görə kəsilib. Yəni Rəsul Rza iki nəsil azərbaycanlı şagirdlərinin anasını, türkün məsəli, zad eləyib.. Ayrı şey fikirləşməyin, yəni demək istəyiəm ki, analarını mələdib…

Anar Ramzan Kadırova xatırladır, qırx ildən bəri atasını Azərbaycan ədəbiyyatı və ədəbiyyatçılarının atası, anası Nigar Rəfibəylini isə şairlərin anası elan edir.

Xalq şairi Nigar Rəfibəyli…

Blirsinizmi Nigar Rəfibəyli ömrünün neçə ilini “xalq şairi” olub”? Bəlkə ayla?

Yox, nə il, nə də ay. Cəmi iyirmi gün. Nigar Rəfibəyliyə “Xaq çairi” adını Heydər Əliyev 19 iyun 1981-ci ildə verib. Bu vaxt bir neçə ay idi ki,  Nigar xanım ölüm yatağıında idi və hətta ərinin ölümündən də xəbəri olmamışdı. Təbii ki, ona “xalq şairi” adının verildiyindən də. Bu adın verilməyi o vaxt Bakıda, xüsusən ədəbiyyat adamları arasında ən aktual mövzu idi. Rəsul Rza apreldə ölmüşdü və Fəxri xiyabanda basdırılmışdı. Deyirdilər ki, arvadına da gərək təcili “xalq şairi” adı verilə ki, ərinin yanında basdıra bilələr. Danışırdılar ki, bu məsələ yüksək kabinetlərdə həll olunur, Heydər Əliyev özü məşğuldur…

Bir də çoxdan danışırdılar ki, Anar Heydər Əliyevin çıxışlarını bədii şəklə salır…

İndi Fəxri xiyabanda ər-arvad yanaşı yatır. Bizdə hamə özünü müəslman və vətənpərvər saysa da, müsəlman qaydası ilə,dəd-baba qəbiristanlığında yox, dəbdəbə ilə, fəxri qəbiristanlıqda basdırılmaq istəyir. Hamımızı Qiyamət gözləyirsə, harda basdırıldığımızın nə fərqi var?

İndi Fəxri xiyabanı ziyarət edənlər iki “xalq şairinin” qəbrini yanaşı görürlər. Biri “Lenin” poeması yazıb millətin gənclərinə əqidə ciddi ziyanı vurub. O biri isə…

Nigar Rəfibəyli nə yazıb? Bilən var? Mahnı sözlərində başqa?

“Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!”

Bu, Nigar Rəfibəylinin şeirindəndir. İkinci misra Qriboyedovun «И дым отечества нам сладок и приятен” misrasının (Qriboyedovdan qabaq Derjavində, ondan da çox əvvəl Ovididə olub) yöndəmsiz tərcüməsidir. Yöndəmsiz ona görə ki, “acı” sözü artıqdır! “Tüstü” sözü “hər” əvəzliyini də qətiyyətlə rədd edir!

Qriboyedov tüstünü demişdi. Külək hardan şirin oldu? Külək sərin olar, soyuq olar, isti olar… Şirin?

Anarın öz valideynlərini sevməyində qınaqlı heç nə yoxdur.  Ancaq Anar çoxdan valideynlərinin şişirdilmiş ad-sanını rentaya çevirib. Anar həm də ona görə heç kəsə lazım olmayan, ancaq dövlətə baha başa gələn vəzifəni tutur ki, iki “xalq şairi”nin oğludur…

Bəlkə “xalq şairi” adı zadəgan titulu kimi Anarın bütün övladlarına, nəvələrinə, nəticələrinə də verilsin? Vaxtları gələndə hamısı da fəxri dəfn olunsunlar. Fəxri xiyabanda. Belələri qəbiristanlığı bəyənmirlər. Bunları gərək Xiyabanda basdırasan…

Anar bəy babasıyla çox öyünür. Ancaq Anarın öz ailəsindən bir nəfər əsgər, zabit çıxıb? Vuruşublar? Şəidləri var ya elə kasıb-kusub uşağını ölüm getməyə ruhlandırır?

Bəylikdən dəm vuuran insan Rəşad Məcid kimi oğru gədələri yığıb başına oturub…

Yəqin Qiyamət gününü elə vəzifə başında qarşılayacaq.

«Qiyamət» — «qalxım» deməkdir. Gec-tez qalxmalı olacaq…

Bəlkə elə kreslodan qaldırıb Fəxri Xiyabana aparacaqlar…

28.04. 2021, Samara

P.S.

“Nigar xanım dünyasını dəyişəndə Mərkəzi Komitə onun ikinci Fəxri xiyabanda dəfn olunması barədə qərar qəbul etmişdi. Anar Vəfa Quluzadə vasitəsilə MK-nın birinci katibi Kamran Bağırova çatdırmışdır ki, anam ya atamın yanında, ya da ümumi qəbiristanlıqda — anası Cəvahir xanımın yanında dəfn olunacaq”. 

Bunu filologiya elmləri doktoru professor Qəzənfər Paşayev yazır. Bu adam doktor deyil, bu adam xəstədir, əxlaqi xəstə, çünki şərəfi yoxdur, utanıb-qızarmadan manipulyasiya ilə məşğul olur. 1981-ci ilin yayında Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev idi! H. Əliyev Moskvaya il yarım sonra gedib! Bizim bütün tariximiz bu cür saxtadır, çünki onu Qəzənfər Paşayev kimi şarlatanlar yazırlar!

Q. Paşayev görün necə gündəyməz yerlərə girir: “Vaxtilə Anarın, ictimaiyyətin böyük marağına səbəb olan «Sizsiz» əsərini oxuyanda incə bir məsələyə görə ürəyimin dərinliyində ona etiraz səsimi ucaltmışdım. Xalq şairi Nigar Rəfibəylinin yubileyinə məqalə yazmaq arzum gerçəkləşəndə bu əvəzsiz, örnək əsəri yenidən oxudum…”

Əvəzsiz…örnək…

Bu adamın dünya ədəbiyyatından xəbəri var? Dünya ədəbiyyatı cəənnəm, Bayram Bayramovu, Manaf Süleymanovu oxuyub? Bu adamda bir qram ləyaqət hissi, namus, qeyyrət duyğusu var?

X.X.

GƏDƏBİYYAT: ANAR MƏNƏ BAKIDA YÜKSƏK «BOMJ» STATUSU TƏKLİF EDİRDİ…

Gənclik illərində Anara böyük rəğbətim olub. “Ağ liman” povesti, “Molla Nəsrəddin-66” məcmuəsi, kənd müəllimi işləyəndə “Qobustan” jurnalının təsadüfən əlimə keçən nömrələri Anarı mənim nəzərimdə nəslinin bütün nümayəndələrindən fərqləndirir və mən onun hətta bir vaxt Azərbaycanda Mirzə Cəlil, Sabir kimi mənəvi oriyentr olacağına ümd edirdim. Vaxt keçdikcə, xüsusən nəsr sənəti haqqnda təsəvvürüm genişlənib dəyişdikcə Anar nəsri, nə gizlədim, gözümdən düşürdü, onun bütün qüsurlarını görürdüm. Həm də görürdüm ki, bu adam bildiyi şeylərdən yox yox, bilmədiyindən və uydurduğundan yazır. Onun ən yaxşı bildiyi şey, məsələn, öz zümrəsinin, ilk növbədə öz atasının bolşevik riyakarlığı, bolşevik günahları ilə dolu həyatı idi. Yəni öz ailəndə monstr var, Təpəgöz  “Lenin” poeması adı ilə Təpəgöz yaradıb, salıb   Azərbaycan övladlarının canına, bu Təpəgöz poema onların beynini yeyib- dağıdır. Sən monstrla yaşayırsan, monstrdan doğulmusan, ancaq o sənin atandır, sən onu sevirsən. Bu kolliziyadan yaz… Ol Şopenhauer, Dostoyevski… Tolstoy mənsub olduğu zümrədən aman bilmədən yazıb, Çexov, Dostoyevski də elə. Anar isə elə gəncliyindən öz ailəsi ətrafında həqiqətə uyğun olmayan mif yaradır, yaxın gələcəkdə bu mifi rentaya çevirəcəyini planlayırdı. Bunu, əlbəttə, mən sonralar başa düşdüm. 1980-ci ilərin əvvəllərində başa düşdüyüm o idi ki, məsələn, avstriyalı Robert Muzil böyük nasirdir, Anar- yox. Sellincer nasirdir – Anar yox. Müriel Spark nasirdir, Anar – yox. Ancaq Anar mənim üçün oriyentirə çevrilə biləcəyinə hələ də inandığım xadim olaraq qalırdı. Və elə bu barədə mən ona, səhv etmirəmsə, 1987-ci ildə o vaxt Kuybışev adlanan Samaradan yazmışdım. Və minnətdarlıqla deyə bilərəm ki, Anar mənə makinada çap olunmuş üç səhifəlik cavab vermişdi və Azərbaycan nəsri və nasirləri barədə mənim tənqidi fikirlərimlə razılaşmadığını bildirib öz mülahizələrini ətraflı, həm də təmkinli, hörmətli tonda  yazmışdı. Sonralar Anardan qısa da olsa, daha iki ya üç məktub aldım. O mənə özünün iki kitabını da – rus və Azərbaycan dillərində — göndərmiş və Azərbaycana gələndə onunla görüşməyi təklif etmişdi.

Dəqiq yadımda deyil ki, bu görüş haçan olub. Günü yadımdadır – 4 aprel, çünki məni Bakıda müşayiət edən qardaşoğlunun doğum günüydi. İl 1989 ya 1990 olub. Çox güman ki, 1990. Mən məzuniyyətdən qayıtmalıydım, Salyandan Bakıya bilet dalınca gəlmişdim. Qərara gəldim ki, Anara dəyim. İttifaq sədrinin gözləmə otağında çoxlu kişi oturmuşdu, onlar Leninin yanına gələn “xodok”lara bənzəyirdilər – hamısı üzülmüş, yorğun görkəmdə, qaşqabaqlı. Sonra mən katibənin dəvətiylə Anarın kabinetinə girəndə Anar mənimlə salamlaşan kimi bu “xodok»lardan şikayət etdi: “Gün ərzində bir dənə müsbət emosiya almıram. Hamı bura şikayətə gəlir. Başa düşmürlər ki, bura Yazıçılar ittifaqıdır, şikayətləri başqa yerdə eləmək lazımdır…”

Anar o vaxt SSRİ xalq deputatı süçilmişdi, yəni təyin olunmuşdu. Polisin, məmurun incitdiyi bu yazıqlar bəs kimin yanına getməliydilər? Какого хрена ты тогда народный депутат, к тому же всего Советского Союза…

Anar özü də “xodoklar” kimi qaşqabaqlı idi. Mənə belə görüşlər üçün ənənəvi və hətta zəruri olan bir sual da vermədi, yəni Kuybışevdə vəziyyət necədir, zavodda nə iş görürsən, haçan gəlmisən. haçan gedirsən. Mən onun üçün “xodok”lardan biriydim. Elə qaşqabağı açılmadan və mənə yox, yana baxa-baxa  dedi ki, qayıtsan, burda təzə açılmış tərcümə mərkəzində işləyə bilərsən. Tez də əlavə elədi ki, “ancaq Bakı qeydiyyatın olmayacaq…”.

Mən Anara yazdığım məktublarda bir kəlmə də qayıtmaqdan yazmamışdım, heç nə istəməmişdim, sadəcə illərlə rəğbət bəslədiyim bir müəlliflə ünsiyyətə ehtiyacım vardı, bu ehtiyac əslində  qəriblikdəki təklikdən yaranmışdı… Bu  mənə deyir Bakı qeydiuyyatın olmayacaq. Yəni kim bura gəlir ki?

O vaxt demədiyimi indi deyirəm: Ay Anar mmüəllim, siz mənim haramda “dəli” möhürünü gördünüz? Mənim milyonçu şəhər olan Kuybışevdə daimi qeydiyyatım var, yataqxanada, kiçik də olsa, ayrıca otağım var. İndi siz mənə təklif edirsiniz ki, gəlim Bakıda bomj kimi yaşayım? Məni hər tində qırmızıpapaqlılar saxlayıb şöbəyə aparsınlar? Ayıb deyil? A kişi, sənin adın-sanın var, necə yəni qeydiyyatın olmayacaq? Mənim Kuybışevdə gül kimi işim var, zavodda yükçüyəm, yükü vurdum – azadam, yükü boşaltdım – azadam, bir xəlvətə çəkilib Rembonu oxuyuram, Frostu oxuyuram,  Sellinceri oxuyuram, Folkneri, Sparkı oxuyuram…Heç sənin bəy babaların belə kef görməyiblər. İndi gəlim Bakıda qeydiyyatsız-zadsız bomj kimi yaşayım?

İnandırıcı olmasa da, mən onda Anardan qətiyyən incimədim, çünki onsuz da mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Anar özü isə, əlbəttə, gözümdən düşdü. Bu insandakı bürokrat təbiəti görmək, ilan soyuqluğunu duymaq üçün on dəqiqəlik görüş kifayət imiş. Ancaq ona qarşı heç bir düşmənçilik hissi duymamışam. Son yeddi-səkkiz il bundan qabağa qədər. Yəni bu adamdakı şəxsiyyət deqredasiyası özünün kamillik fazasına çatana qədər. İndi isə Anar mənim üçün Azərbaycan əxlaqında, Azərbaycan mənəviyyatında, Azərbaycanın bütün humanitar həyatında olan deqradasiyanın baş simvoludur. Ətrafına yığdığı adamlara baxın! Abırlı adam Rəşad Məcid kimi pox parçası ilə bir yerdə oturar? Bu insan yüksək mövqelərdə və yüksək vəzifələrdə olduğu uzun illər ərzində heç vaxt əzilənlərin, istər torpaqda, istər cəbhədə tər və qan tökənlərin, incidilənlərin, haqqı yeyilənlərin, gələcəkdən mərhum edilənlərin müdafiəsinə qalxmayıb, həmişə hakimiyyətin yanında, hakimiyyətin tərəfində olub, yalnız  özünün, ailəsinin, həm ölənlərinin, hən törətdiklərinin qayğısını çəkib. Bir vaxt “Yaxşı padşah” nağılında Anar hakimiyyət hərislərini, çənələri yerə dəyənəcən, son nəfəslərinəcən vəzifədən qopmayanları ələ salırdı. O vaxt hamı “yaxş padşahda” Brejnevi görürdü. Maraqlıdır ki, o hekayə yazılanda Brejnevin heç yetmiş yaşı da yox idi, yəni indiki Anarın oğlu yerində idi! İndi vəzifə hərisliyində Afrika diktatorlarını geridə qoymuş Anar doxsan yaşın kandarında and-aman edir ki, vəzifədən getsə, ədəbiyyat məhv olar.

Hansı ədəbiyyat? Yazıçılar ittifaqı ədəbiyyat yaradır? Hansı ədəbiyyatı? Keçəl çarə bilsə, öz başına elər:  sədr olandan Anar nə yazıb?

Anarla görüşdən bir neçə gün sonra Kuybışevə qayıtdım, tezliklə şəhərə qədim adını qaytardılar, mən isə  1993-cü ilin oktyabrına qədər zavodda işlədim. Bəlkə indiyəcən işlərdim, kadrlar şöbəsinin müdiri üstümə qışqırdı, mən də qışqırdım və dərhal ərizə yazdım. Sex rəisi buraxmırdı, deyirdi öz hesbına məzuniyyət götür, iş axtar, tapanda, çıxarsan, çətin vaxtdır.

Qulaq asmadım. Çıxdım. Doğrudan da çətin vaxt idi. Ancaq yaxşı adamlar məni tezliklə vilayət kitabxanasında işə düzəltdilər. Və bu kitabxanada elə nadir kitablar əlimə düşdü ki, elə keflər çəkdim ki, Anarın bəy babalarının da belə kef çəkmədiyinə yüz faiz əminəm…

29.04 2021, Samara

SON QIRX İLDƏ ANAR XUDADAT BƏYİN NƏVƏSİNƏ YOX, XUDAYAR BƏYİN NƏVƏSİNƏ BƏNZƏYİR…

19 dekabr, 2019-cu il. Leonid İliç Brejnevin doğum günüdür. Azərbaycan Yazıçılar İttifaqının 85 illiyi keçirilir. Anar Rəsul oğlu Rzayev çıxış edir.

“Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı”.

Gurultulu və sürəkli alqışlar. Hamı qalxır.

“Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Hamı çəpik çalır.

Yaradıcı insanlar üçün şəhərcik? Yəni yazarlar ayrı şəhərcikdə yaşayacaqlar? Sovetin axırına yaxın korlar üçün ya Tula ya da ora yaxın bir vilayətdə korlar üçün ayrı şəhər salırdılar. Orda ancaq korlar yaşayacaqdılar. Kor kişilər, kor kişilərin kor arvadları, onların kor uşaqları… Bilmirəm, bu layihə başa çatdırıldı ya yox… Deyəsən, Putin bütün Rusiyanı belə bir şəhərə çevirmək istəyir. Heç kim heç nə görmür…

Yazarlar şəhəri…Yazar kişilər, onların yazar arvadları, yazar oynaşlar… yazar oğr…

Gurultula alqışlar…

Anarın ilhamlı çıxışı davam edir:

“Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq”. 

Yalançının lap… Nə güman, a kişi, danılmaz faktlar var. 85 il bir-birinin ətini yeyiblər. on minlərlə donos yazıblar, bir-birini  edama, sürgünə göndəriblər. Şərəf hardaydı, rəhmətliyin oğlu, kimə gəlirsən…

“Lenin” poeması yazıb Stalin mükafatı almaqda nə şərəf? A kişi, heç olmasa, bu yaşında ürəyində Allah xofu olsun, dörd yol ayrıcında diz çöküb Yaradana yalvar ki, atanın da, sənn də günahlarından keçsin…

“Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub…”

Yəni ambar sıçovulu kimi büdcə pulunu və əmlakını içəri ötürən Rəşad Məcid mənəviyyat qoruyur?

Mənəviyyat  Cəlil Məmmədquluzadədir, Sabirdir – onların vaxtında Yazçılar ittifaqı vardı? Yazıçılar İttifaqı Müşfiqi nə günə qoydu? Hələ Yazıçılar İttifaqı yaranmamış bolşeviklər Cəfər Cəbbarlını nə hala saldı? Şiller talantı ilə doğulmuş insan cəfəng pyeslərlə öz reputasiyasını məhv elədi…

“Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi adı verildi…”

Kimdir o üç şair? Füzuli, Nəsimi, Vaqif?

“Üç yazıçıya Xalq yazıçısı…”

M.F. Axundov, C. Məmmədquluzadə, Çəmənzəminli?

Anar məruzəsində nədənsə demir ki, bir yazıçıya, yəni Yazçılar İttifaqında onun müavini, mənzil komitəsinin(!) sədri Rauf Aslanova “Əməkdar idman ustası”, Anarın özünə isə «Əməkdar məşqçi» adı verilib. Xüsusi nailiyyətinə görə. Anarın qoçaq və qoçu  müavini Rauf Aslanov şair Fəzail İsmayılı elə Anarın qəbul otağında salıb təpiyinin altına, qol-qabırğasını sındırıb. Bu xəbər prezidentə çatan kimi dərhal sərəncamla ona “Əməkdar idman ustası” adı verib. Guya Rauf Aslanovun bu şücaəti Anarı elə vəcdə gətirib ki, evə gələndə qapıdan girən kimi çəpik çala-çala şeir deyib: «Müavinim, ay  Xansənəm, bir yekə pəlvan imiş, Bəxtəvər olsun başım, soy adı Aslan imiş!»  Deyirlər ki, hələ Rauf Salmanova əməkdar bankir adı da veriləcək, çünki faizlə pul buraxır. Rauf Aslanov “Əməkdar dəllal” adı da ala bilər, İnternetdə onun mənzil fırıldaqlarından da yazırlar…

Bir sözlə, Anar ədəbiyyatımızın Leninidirsə, Rauf Aslanov onun vuran sağ əli, Stalinidir…

Yox, necə yəni “mənzil komitəsi”? Belə komitələr təbii fəlakətlər vaxtı, müharibədən, kütləvi dağıntılardan sonra yaradılır. Bu yazıçıların hamısının birdən başına nə gəlib ki, dövlətdən ev istəyirlər? Bəs müəllimlərə, rəssamlara, səs rejissorlarına, tibb bacılarına, rəsədxana işçilərinə ev lazım deyil? Bu yazıçı ailələrində nə qədər müharibə iştirakçısı, nə qədər şəhid var? Bu Rauf Aslanov hardan çıxıb? Anarın müavini… Yox, burda Lenin-Stalin bənzətmələri şişirtmədir. Bu yazıçılar ittifaqı Danabaş kəndi kimi bir şeydir. Anar qlavadır, Rauf Aslanov isə Xudayar bəy. Xudayar da ona görə bəydir ki, Qlava bunun anasını siğə eləyib…

Belə çıxır ki, Anar da bunun anasını…

Lənət şeytana!  Min lənət!

Bütün bu bulvarlara, göydələnlərə və başqa müasir hoqqalara baxmayaraq, Azərbaycan vəhşi feodal ölkə olaraq qalır. Böyük bir Danabaş kəndi. Cəlil Məmmədquluadənin vaxtında ümid vardı, 1905-ci ilin OKtyabr manifestinin verdiyi azadlıqlar vardı, mədəni paytaxtımız Tiflis vardı, kapitalist Bakı vardı…

İndi hər şey, mədnəniyyət də o cümlədən, aqressiv nadanların əsarətindədir.

Ədəbiyyat isə yoxdur. Gədəbiyyat var.

Anar isə qırx ildir ki, Xudadat bəyin nəvəsinə yox, Xudayar bəyin nəvəsinə bənzəyir…

30.04. 2021, Samara

EV VERİN YENƏ DƏ RAMİZ RÖVŞƏNƏ…

Ramiz Rövşən

Yenə ev verilib  Ramiz Rövşənə,

Çətin ki, şairin doya gözləri.

Durmur ata verən, oğul verənə,
Yəqin nəvədən də bir ev gözləyir.

                                     —-

Əbədi uyudu neçə min əsgər,
Getmir gözlərinə yuxu şairin,
Güdür, daha kim nə hədiyyə verər,
Verin, gözü doysun, yenə də verin!

                                        —-

Verin, otaqların çox olsun sayı,
İki min yeddi yüz səksən üç olsun.

Verin, əl uzadıb, dilənçi payı,
Pul verin üstəlik, cibi də dolsun.

                                   —-

Mətbəxdə, hamamda suyun yerinə,
Bütün kranlardan qızıl qan axsın.

Sayı bilinməsin pəncərələrin,
Şəhid məzarına hamısı baxsın.

                                ——

Yatır əsgərimiz, yatır əbədi,
Yatdığı nəm torpaq ikicə arşın.

Bilmir həya nədir, bilmir ar nədir,
Şair ev istəyir yas yığışmamış.

                               —-       

Ev verin şairə, yenə ev verin,

Təntənə qurulsun, gəlsin izdiham,

Ya Cəngi çalınsın, çalınsın ya himn,

Versin açarını Əliyev İlham.

                                 ——-

 İki min yeddi yüz səksən üç otaq,
Verilsin şairin ixtiyarına.

Susayıb kranı açanda ancaq,
Təpədən dırnağa bürünsün qana…

                              ———

İki arşıın yerdə əsgərim yatır,
Çəkilib yuxusu ərşə ananın.

Duyur yaxındadır hələ də qatil,

Hardasa oğlunun qurumur qanı…

20. 12. 2020, Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “İNDİ YEKƏ KİŞİ OLMUSAN, HƏR GÜN ÜZÜNÜ QIRXIRSAN…”

3-cü dərəcəli Stalin mükafatı laureatrı Rəsul Rza təkcə Leninə və Stalinə yox, hən də öz ailə üzvlərinə çoxlu şeirlər həsr edib – bacılarına, arvadına, oğluna, qızlarına, nəvələrinə. Rəsul Rza tez-tez səfərlərdə və SSRİ kurortlarında istirahətdə olduğundan yaxınları üçün qəribsəyir, ürəyini şeirlə boşaldırmış. Oğluna 1962-ci ildə yazdığı şeirin orijinal adı var, “Oğul” adlanır. Deyim ki, o vaxt indiki Azərbaycanın ədəbiyyat marşalı Anarın iyirmi dörd yaşı olub.

Rəsul Rza yazır:

“Mən səni yeni ayaq açanda,

yeni dil açanda,

top kimi yumalanıb qaçanda görmüşəm”.

Rəsul Rza demək istəyir ki, oğlunu təsadüfən görüb, çünki evdə tapılmırmış – İndoneziya, Paris, Hindistan…

“İlk dəfə məktəbdən gələndə

bağrıma basmışam səni, qucaqlamışam…”

Özünü çatdırıb sentyabrın birinə, birbaşa Çindən uçub gəlib…

“sən böyümüsən hər gün…”

Stalin mükafatını mən yesəydim, mən hər saat böyüyərdim, bu boyda olmazdım…

“İndi yekə kişi olmusan, maşallah!

Gündə üzünü qırxırsan…”

Bunu gərək yazmamaydı, Anar bunu oxuyan kimi üzünü qırxmağı tərgidib saqqal saxlamışdı, çünki aralarında atalar-oğullar problemi vardı…

“İndi qadınlar sənə

Həsədlə, məhəbbətlə baxır…”

Burda, zənnimcə, səhv var. Qadınlar Anara həsədlə baxmazdılar, Anara həsədlə kişilər baxardılar. Qadınlar yəqin Anara həsrətlə baxardılar, dərdindən ölərdilər…

“Uşaqlardan sənə dayı deyənlər var…”

Ay rəhmətlik Rəsul Rza, indi görəydin uşaqlar Anara nə deyirlər! Anarın ətrafındakı uşaqlar özləri çoxdan dayı olublar, Anara isə ustad deyirlər, boss deyirlər, rəis deyirlər, arxadağ deyirlər, dahi deyirlər…

O uşaqlar elə bir əcayib tayfaya çevriliblər ki, işlərinin düzəlməyi üçün eşşəyə də dayı deyərlər…

Deyəsən, burda eşşəyin xətrinə dəydim…

Mən, nə gizlədim, özgə cibində pul sayanam, fikirləşirəm ki, görəsən Rəsul Rza ailə üzvlərinə yazdğı şeirlərdən nə qədər pul qazanıb… Doğrudan da o vaxt kommunizm imiş, sən arvadına, oğluna şeir yazırsan (sözləri alt-alta düzürsən), sövet hökuməti də camaatın boğazından kəsib sənin cibini doldurur…

Sovet hökuməti yıxılandan sonra bu müftə yemək qurtardı. Ona görə nəinki şairlər öz ailə üzvlərinə şeir yazmadılar, onların çoxu heç evlənmədi də. Hara evlənəsən ki, hökumət nəinki qonorar, hətta uşaq pulu da vermir…

Sovet hökumtini yıxanlar şeytan lənətinə gəlsin!

23.12. 2018, Samara

ƏDƏBİYYAT VƏ GƏDƏBİYYAT: ANAR BƏY BABASIYLA ÖYÜNÜR, ANCAQ QIRX İLDİR ÖZÜ GƏDƏ-GÜDƏ TÖRƏDİB YIĞIR BAŞINA

GİRİŞ

Əvvəlcə Yazıçılar İttifaqı barədə mülahizələrimi deyim.

Rusiyanın iki qüdrətli nasiri: Dostoyevski və Lev Tolstoy. Onları hər hansı ittifaqın üzvü kimi təsəvvür etmək olarmı? Bir dövrdə, bir ölkədə yaşamış bu iki dahi heç vaxt görüşməyiblər də!

Dostoyevski Tyrgenevə açıq-aşkar niftər edib  və “Cinlər” romanında onun karikaturik surətini yaradıb.

Çexovu, doktor Çexovu, yazıçılar ittifaqında necə təsəvvür etmət olar? Qılığa (yəni gündəyməz yerə) girir, quyruq bulayır, donos yazır, ev istəyir, alır, birini də istəyir… Ramiz Rövşən kimi…

Belə şey mümkündürmü?

Bəs Puşkin? Lermontov hansı Yazıçılar birliyinə sığardı? Lermontov Anarın at başına oxşayan başına güllə vurmazdımı?  Çingiz Abdulayevin “morda”sını şillələməzdimi?

Bəs Füzuli Yazıçılar birliyində? Bu necədir? Dədə Qorqudu yaradan dahi? Mümkündürmü?

Yazıçılar İttifaqı və azad yaradıcılıq bir araya sığmayan şeylərdir. Yazıçılar ittifaqını  totalitar rejim yaradır ki, yazanların ağzını dövlət axuruna dayamaqla onları özündən asılı eləsin, kişilikdən, qeyrətdən salsın.

Yazıçılar İttifaqı yaranandan sonra gözəl şair Müşfiq kombayna, traktora, pambığa, Amerika imperializminə şeirlər yazır. Yazıq Müşfiq…

İndiki Yazıçılar İttifaqı iyrənclikdə sovet dövründəkini də keçib. Burda Anarın başına yığılan gədə-güdənin dövlət maliyyəsini necə yediklərini, necə vaxtaşırı mənzil aldıqlarını və fəaliyyətlərinin ədəbiyyata dəxli olmadığın nəzərə alsaq, Yazıçılar birliyini “mütəşəkkil cinayətkar dəstəsi” adlandırmaq olar.

Rusca detektiv yazan Çingiz Abdullayev in Azərbaycan ədəbiyyatı ilə hansı əlaqəsi var və Azərbaycan ədəbiyyatına rəhbərliyi hansı şəkildə həyata keçirir? Əgər Azərbaycanda rus ədəbiyyatı varsa, niyə Yazıçılar İttifaqında rus katib yoxdur? Bu adam, yəni Çingiz Abdullayev,  harın həyatdan o qədər qızışıb ki, şəhid analarına «Şəhid anası» adlı oyuncaq dəsti verməyi təklif edir ki, başları qarışsın…

Ədəbiyyat – humanitar sahədir, insan mənəviyyatı ilə bağlı çox süvər sahədir. Yazıçılar birliyinə yığılanlar isə xalqa əxlaqsızlıq, şərəfsizlik nümunəsi göstərir, şəxsi mənfəətin, pulun, qazancın, dolanışığın bütün mənəvi dəyərlərdən üstün olduqunu nümayiş etdirirlər. Xalqın pulu ilə yaölana-yağlana. 2016-cı ilin aprel müharibəsi vaxtı Sabir Rüstəmxanlı qızına toy çaldırırdı və Ramiz Rövşənlə qol-boyun selfi çəkib İnternetdə yayırdı. Bu adamların başı güllə istəmirmi?

Vətən müharibəsi vaxtı Ramiz Rövşən ikinici mənzili aldı. Çoxlu şəhid ailəsinin, yəni fəhlə-kəndli ailələrinin necə vlərdə yaşadığını sosial şəbəkələrdə hamımız görürük…

Ramiz Rövşənin kimi cəbhədə ölüb ya əlil olub?

Yazıçılar İttifaqı və ya hər hansı İttifaq heç bir ədəbiyyart yarada bilməz. Anar qırx ildir ki, otuurb onun rəhbərliyində. Ancaq 1970-ci ildən bəri, yəni «Molla Nəsrəddin-66» məcmuəsindən və «Ağ liman»dan sonra bir dənə dəyərli bir şey yazmayıb. Özü yaradıcılıq impotensiyası halına düşən adam istedadlı insanların ədəbiyyata gəlməsində maraqlı ola bilərmi?

Yazıçılar birliyi yuxarıda sadaladığım səbəblərə görə yalnız totalitar dövlətə və oranın axuruna ağzını dayamış tüfeylilərə lazımdır. Qırx ilə yaxın vaxt ərzində ən vecsiz bir vəzifəni tutan Anara dövlət, yəni xalq milyonlarla pul sərf edir…

Haçana qədər?

I

UORHOL BAKIDA

2013-cü ilin yayında Azərbaycana gələndə həmişəki kimi yolüstü Bakıda oldum və küçələrdə diqqətimi ən çox çəkən Endi Uorxolun sərgisinin banerlər oldu.

Rəssam, dizayner, kinorejissor, yazıçı, jurnal naşri, pop-art hərəkatında və bütövlükdə müasir incəsənətdə görkmli şəxsiyyət – Uorhola həsr olunmuş booqrrafiq məqalələr belə başlanır.

Həmçinin: “homo universale” ideologiyasının banisi!

Sonuncu çox vacibdir – “homo universale” və Azərbaycan!

2013-cü il. Azərbaycanda kommunist-feodal idarəçiliyi zirvə həddinə çatıb. İndi “icra hakimiyyəti” adlanan sovet raykomları korrupsioner sprutun şaxələri olmaqla hər hansı demokratik idarəçiliyə kökündən ziddir və bu cür idarəçilik şəraitində nəinki “homo universale”, hətta şəxsi ləyaqət hissini qorumağa və yeri gələndə ifadə etməyə çalışan hər bir vətəndaş nəinki yad, hətta düşmən ünsür sayılır.

2013-cü il – Salyana sədərəkli bandit Tahir Kərimli, Biləsuvara keçmiş kafe  ofisiantı, daha br yaxın rayona keçmiş mal oğrusu rəhbərlik edir.

Azərbaycan iqtisadiyyatı və təbii resursları bir neçə ailənin əlindədir.

Bütün televiziya dövlət adamlarına məxsusdur. Dövlətə, rəhbərliyə yaxın insanlara məxsus olmayan qəzetlər dilənçi günündədir.

Azərbaycan parlamentindəki deputatların heç biri demokratik yolla seçilməyib.

Müstəqil məhkəmə sistemi yoxdur.

Maraqlıdır: belə bir ölkəyə saf Amerika produktu olan Endi Uorholu niyə gətirirlər? Onun sərgisini Heydər Əliyev mərkəzində yox, Kürdəxanı türməsində keçirmək düzgün olmazdımı?

Uorhol ilk növbədə ona görə saf Amerika produktudur ki, onun valideyinləri Slovakiyadan gəlmiş  rusin mühacirləridir. Anası ingiliscə bilməyib, pəncərə yumaqla, konserv bankələrindən düzəltdiyi çiçəkləri satmaqla dolanıb.

Uorhol konserv bankələrini  sənətə çevirib, sənəti isə konserv bankələrinə, sənayə məhsullarına köçürüb.

Uorhol ənənələrlə mübarizə aparmayıb, belə mübarizə əks-məhsuldardır, Uorhol özü yeni ənənələr yaradıb. 20-ci əsrin ortaları Amerikanın ictimai, siyahi həyatının hər sahəsində yeni ənənələrin yarandığı, ideoloji sərhədlərin dağıldığı, estetik stereotiplərin sarsıldığı dövrdür. Çox çəkməyəcək ki, vətəndaş hüquqları uğrunda mübarizə Martin Lüter Kinqi meydanlara çıxaracaq, əllinci illər Kennedinin prezident seçilməsi ilə bitəcək.

Uorhol bu qaynaşmaların, dinamizmin, şəxsiyyət azadlığının azad da ifadəsinin rəmzi idi. Demək olmaz ki, Uorhol kosmik sürətlə gedən dəyşiklikləri əks etdirməyə çalışırdı. Yox, Uorhol özü dəyişiklikləri yaradanlardan idi, o, yeni sənət yaradır, sənətə baxışı dəyişirdi.

Uorhol kimi adamlar Azərbaycandakı oliqarxik-feodal rejim üçün düşməndir.

Hələ bunlar qalsın: Uorhol gey idi və gey olduğunu heç vaxt gizlətmirdi!

Uorhol nisbətən cavan ölüb, 1987-ci ildə. Elə həmin vaxtdan Anar Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir. Anar Uorholdan bir qədər kiçik olsa da, onunla eyni nəsildəndir. Bəlkə də redaktoru olduğu “Qobustan” jurnalında haçansa Uorhol haqqında da məqalə gedib. Ancaq Anar gəncliyində qərbin müasir sənətinə vurğunluq göstərsə də, çoxdan Uoorholun antipoduna çevrilib.

Uorholu məmur kimi, otuz beş il heç bir əhəmiyyəti olmayan, tüfeyli kimi dövlət hesabına dolanan bir idarənin, yəni Yazıçılar ittifaqının rəhbəri kimi ancar “horror” filmdə təsəvvür etmək olar…

84 yaşlı gədəbiyyat məmurunu Uorhol necə təsvir edərdi? Konserv bankəsinin üstündə? İçində? “Vaxtı keçib” yazısı ilə?

Mən Allahşükür Paşazadənin, Ramiz Mehdiyevin, Anarın, Artur Rəsizadənin, Kəmalədiin Heydərovun qol-qola girib Uorholun sərgisinə gəldiklərini təsəvvür etməyə çalışdım. Uorhol üslubunda bir performans olardı…

Maraqlıdır: Anar Uorholun sərgisinə doğrudan da gedibmi? Otuz ildən bəri törədib başına yığdığı gəgə-güdənin, mənzil oğrusu Rəşad Məcidin, şişib yoğunlamış Çingiz Abdullayevin müşayiəti ilə…  Kəmaləddin Anarın qulağına deyir: “Bizim Tale bu amerikalıları yaxşı tanıyır, deyir bu rəssam …verən olub? Anar müəllim, düzdür?”…

Bu da maraqlıdır: Azərbaycanın özünü Uorhol necə təsvir edərdi? Konserv bankəsi kimi? İçində on milyon əhali olan konserv bankəsi kimi…

GƏDƏBİYYAT: ANAR AİLƏSİNDƏ FƏXRİ ADLAR, FƏXRİ HƏYAT, FƏXRİ DƏFNLƏR

1985-ci ildə Azərbaycandan həmişəlik gedəndə özümlə üç kitab götürmüşdüm: Nəsimi (Cahangir Qəhrəmanovun hazırladığı nəşr), Xudadad  bəy Əzizbəyovun “Azərbaycanca-rusca lüğəti”. Üçüncü kitab dəqiq yadımda deyil. Mən uzun illər Azərbaycan ədəbiyyatını yalnız yayda məzuniyyətə gedəndə oxuyardım — əsasən Cəlil Məmmədquluzadəni və Sabiri.  Mənim güclü yaddaşım yoxdur, az şeir əzbər bilirəm, hərdən Həsən Əblucun səsi ilə dəniz haqqında bir şeiri xatırlayırdım. Tamam yox, misraları da yox, ayrı-ayrı ifadə və sözləri. Nədənsə mən bu şeiri Rəsul Rzanın bilir və elə təkcə bu şeirə görə Rəsul Rzanı istyedadlı şair sayırdım. İnternet vaxtı gələndən sonra bu şeiri Quqlla köməkləşib tapdım. Nazim Hikmətin imiş…

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.
Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

Həsən Əbluc, əlbəttə, şeiri azərbaycanca oxuyurdu, ancaq yaxşı yoxuyurdu, şeir də yaxşıdır. Mən sərbəst şeirləri sevmirəm, sərbəst şeirlərin əksəriiyyətini şarlatanlıq sayıram, ancaq Nazim Hikmətin sərbəst vəzndə ən azı beş-altı gözəl şeiri var.

Rəsul Rzanın yüksək poeziya sayıla biləcək bircə şeiri də yoxdur. Təəssüf ki, belədir. Çox zirək adam olub, harda aş, orda baş, yəni əsil mənada baş, rəis, nazir… Ensikloprdyanın baş redaktoru!

Və vaxtında “Lenin” poenası yazıb, Stalin mükafatı alıb, güzəranını əlli il qabağa təmin edib. İki nəsil azərbaycanlı şagirdlər bu “Lenin” poemasını əzbərləyiblər,, buraxılış, qəbul imtahanı veriblər, nə qədər məzun ali məktəbə imtahandan bu şoğərib poermaya görə kəsilib. Yəni Rəsul Rza iki nəsil azərbaycanlı şagirdlərinin anasını, türkün məsəli, zad eləyib.. Ayrı şey fikirləşməyin, yəni demək istəyiəm ki, analarını mələdib…

Anar Ramzan Kadırova xatırladır, qırx ildən bəri atasını Azərbaycan ədəbiyyatı və ədəbiyyatçılarının atası, anası Nigar Rəfibəylini isə şairlərin anası elan edir.

Xalq şairi Nigar Rəfibəyli…

Blirsinizmi Nigar Rəfibəyli ömrünün neçə ilini “xalq şairi” olub”? Bəlkə ayla?

Yox, nə il, nə də ay. Cəmi iyirmi gün. Nigar Rəfibəyliyə “Xaq çairi” adını Heydər Əliyev 19 iyun 1981-ci ildə verib. Bu vaxt bir neçə ay idi ki,  Nigar xanım ölüm yatağıında idi və hətta ərinin ölümündən də xəbəri olmamışdı. Təbii ki, ona “xalq şairi” adının verildiyindən də. Bu adın verilməyi o vaxt Bakıda, xüsusən ədəbiyyat adamları arasında ən aktual mövzu idi. Rəsul Rza apreldə ölmüşdü və Fəxri xiyabanda basdırılmışdı. Deyirdilər ki, arvadına da gərək təcili “xalq şairi” adı verilə ki, ərinin yanında basdıra bilələr. Danışırdılar ki, bu məsələ yüksək kabinetlərdə həll olunur, Heydər Əliyev özü məşğuldur…

Bir də çoxdan danışırdılar ki, Anar Heydər Əliyevin çıxışlarını bədii şəklə salır…

İndi Fəxri xiyabanda ər-arvad yanaşı yatır. Bizdə hamə özünü müəslman və vətənpərvər saysa da, müsəlman qaydası ilə,dəd-baba qəbiristanlığında yox, dəbdəbə ilə, fəxri qəbiristanlıqda basdırılmaq istəyir. Hamımızı Qiyamət gözləyirsə, harda basdırıldığımızın nə fərqi var?

İndi Fəxri xiyabanı ziyarət edənlər iki “xalq şairinin” qəbrini yanaşı görürlər. Biri “Lenin” poeması yazıb millətin gənclərinə əqidə ciddi ziyanı vurub. O biri isə…

Nigar Rəfibəyli nə yazıb? Bilən var? Mahnı sözlərində başqa?

“Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!”

Bu, Nigar Rəfibəylinin şeirindəndir. İkinci misra Qriboyedovun «И дым отечества нам сладок и приятен” misrasının (Qriboyedovdan qabaq Derjavində, ondan da çox əvvəl Ovididə olub) yöndəmsiz tərcüməsidir. Yöndəmsiz ona görə ki, “acı” sözü artıqdır! “Tüstü” sözü “hər” əvəzliyini də qətiyyətlə rədd edir!

Qriboyedov tüstünü demişdi. Külək hardan şirin oldu? Külək sərin olar, soyuq olar, isti olar… Şirin?

Anarın öz valideynlərini sevməyində qınaqlı heç nə yoxdur.  Ancaq Anar çoxdan valideynlərinin şişirdilmiş ad-sanını rentaya çevirib. Anar həm də ona görə heç kəsə lazım olmayan, ancaq dövlətə baha başa gələn vəzifəni tutur ki, iki “xalq şairi”nin oğludur…

Bəlkə “xalq şairi” adı zadəgan titulu kimi Anarın bütün övladlarına, nəvələrinə, nəticələrinə də verilsin? Vaxtları gələndə hamısı da fəxri dəfn olunsunlar. Fəxri xiyabanda. Belələri qəbiristanlığı bəyənmirlər. Bunları gərək Xiyabanda basdırasan…

Anar bəy babasıyla çox öyünür. Ancaq Anarın öz ailəsindən bir nəfər əsgər, zabit çıxıb? Vuruşublar? Şəidləri var ya elə kasıb-kusub uşağını ölüm getməyə ruhlandırır?

Bəylikdən dəm vuuran insan Rəşad Məcid kimi oğru gədələri yığıb başına oturub…

Yəqin Qiyamət gününü elə vəzifə başında qarşılayacaq.

«Qiyamət» — «qalxım» deməkdir. Gec-tez qalxmalı olacaq…

Bəlkə elə kreslodan qaldırıb Fəxri Xiyabana aparacaqlar…

28.04. 2021, Samara

GƏDƏBİYYAT: ANAR MƏNƏ BAKIDA YÜKSƏK «BOMJ» STATUSU TƏKLİF EDİRDİ…

Gənclik illərində Anara böyük rəğbətim olub. “Ağ liman” povesti, “Molla Nəsrəddin-66” məcmuəsi, kənd müəllimi işləyəndə “Qobustan” jurnalının təsadüfən əlimə keçən nömrələri Anarı mənim nəzərimdə nəslinin bütün nümayəndələrindən fərqləndirir və mən onun hətta bir vaxt Azərbaycanda Mirzə Cəlil, Sabir kimi mənəvi oriyentr olacağına ümd edirdim. Vaxt keçdikcə, xüsusən nəsr sənəti haqqnda təsəvvürüm genişlənib dəyişdikcə Anar nəsri, nə gizlədim, gözümdən düşürdü, onun bütün qüsurlarını görürdüm. Həm də görürdüm ki, bu adam bildiyi şeylərdən yox yox, bilmədiyindən və uydurduğundan yazır. Onun ən yaxşı bildiyi şey, məsələn, öz zümrəsinin, ilk növbədə öz atasının bolşevik riyakarlığı, bolşevik günahları ilə dolu həyatı idi. Yəni öz ailəndə monstr var, Təpəgöz  “Lenin” poeması adı ilə Təpəgöz yaradıb, salıb   Azərbaycan övladlarının canına, bu Təpəgöz poema onların beynini yeyib- dağıdır. Sən monstrla yaşayırsan, monstrdan doğulmusan, ancaq o sənin atandır, sən onu sevirsən. Bu kolliziyadan yaz… Ol Şopenhauer, Dostoyevski… Tolstoy mənsub olduğu zümrədən aman bilmədən yazıb, Çexov, Dostoyevski də elə. Anar isə elə gəncliyindən öz ailəsi ətrafında həqiqətə uyğun olmayan mif yaradır, yaxın gələcəkdə bu mifi rentaya çevirəcəyini planlayırdı. Bunu, əlbəttə, mən sonralar başa düşdüm. 1980-ci ilərin əvvəllərində başa düşdüyüm o idi ki, məsələn, avstriyalı Robert Muzil böyük nasirdir, Anar- yox. Sellincer nasirdir – Anar yox. Müriel Spark nasirdir, Anar – yox. Ancaq Anar mənim üçün oriyentirə çevrilə biləcəyinə hələ də inandığım xadim olaraq qalırdı. Və elə bu barədə mən ona, səhv etmirəmsə, 1987-ci ildə o vaxt Kuybışev adlanan Samaradan yazmışdım. Və minnətdarlıqla deyə bilərəm ki, Anar mənə makinada çap olunmuş üç səhifəlik cavab vermişdi və Azərbaycan nəsri və nasirləri barədə mənim tənqidi fikirlərimlə razılaşmadığını bildirib öz mülahizələrini ətraflı, həm də təmkinli, hörmətli tonda  yazmışdı. Sonralar Anardan qısa da olsa, daha iki ya üç məktub aldım. O mənə özünün iki kitabını da – rus və Azərbaycan dillərində — göndərmiş və Azərbaycana gələndə onunla görüşməyi təklif etmişdi.

Dəqiq yadımda deyil ki, bu görüş haçan olub. Günü yadımdadır – 4 aprel, çünki məni Bakıda müşayiət edən qardaşoğlunun doğum günüydi. İl 1989 ya 1990 olub. Çox güman ki, 1990. Mən məzuniyyətdən qayıtmalıydım, Salyandan Bakıya bilet dalınca gəlmişdim. Qərara gəldim ki, Anara dəyim. İttifaq sədrinin gözləmə otağında çoxlu kişi oturmuşdu, onlar Leninin yanına gələn “xodok”lara bənzəyirdilər – hamısı üzülmüş, yorğun görkəmdə, qaşqabaqlı. Sonra mən katibənin dəvətiylə Anarın kabinetinə girəndə Anar mənimlə salamlaşan kimi bu “xodok»lardan şikayət etdi: “Gün ərzində bir dənə müsbət emosiya almıram. Hamı bura şikayətə gəlir. Başa düşmürlər ki, bura Yazıçılar ittifaqıdır, şikayətləri başqa yerdə eləmək lazımdır…”

Anar o vaxt SSRİ xalq deputatı süçilmişdi, yəni təyin olunmuşdu. Polisin, məmurun incitdiyi bu yazıqlar bəs kimin yanına getməliydilər? Какого хрена ты тогда народный депутат, к тому же всего Советского Союза…

Anar özü də “xodoklar” kimi qaşqabaqlı idi. Mənə belə görüşlər üçün ənənəvi və hətta zəruri olan bir sual da vermədi, yəni Kuybışevdə vəziyyət necədir, zavodda nə iş görürsən, haçan gəlmisən. haçan gedirsən. Mən onun üçün “xodok”lardan biriydim. Elə qaşqabağı açılmadan və mənə yox, yana baxa-baxa  dedi ki, qayıtsan, burda təzə açılmış tərcümə mərkəzində işləyə bilərsən. Tez də əlavə elədi ki, “ancaq Bakı qeydiyyatın olmayacaq…”.

Mən Anara yazdığım məktublarda bir kəlmə də qayıtmaqdan yazmamışdım, heç nə istəməmişdim, sadəcə illərlə rəğbət bəslədiyim bir müəlliflə ünsiyyətə ehtiyacım vardı, bu ehtiyac əslində  qəriblikdəki təklikdən yaranmışdı… Bu  mənə deyir Bakı qeydiuyyatın olmayacaq. Yəni kim bura gəlir ki?

O vaxt demədiyimi indi deyirəm: Ay Anar mmüəllim, siz mənim haramda “dəli” möhürünü gördünüz? Mənim milyonçu şəhər olan Kuybışevdə daimi qeydiyyatım var, yataqxanada, kiçik də olsa, ayrıca otağım var. İndi siz mənə təklif edirsiniz ki, gəlim Bakıda bomj kimi yaşayım? Məni hər tində qırmızıpapaqlılar saxlayıb şöbəyə aparsınlar? Ayıb deyil? A kişi, sənin adın-sanın var, necə yəni qeydiyyatın olmayacaq? Mənim Kuybışevdə gül kimi işim var, zavodda yükçüyəm, yükü vurdum – azadam, yükü boşaltdım – azadam, bir xəlvətə çəkilib Rembonu oxuyuram, Frostu oxuyuram,  Sellinceri oxuyuram, Folkneri, Sparkı oxuyuram…Heç sənin bəy babaların belə kef görməyiblər. İndi gəlim Bakıda qeydiyyatsız-zadsız bomj kimi yaşayım?

İnandırıcı olmasa da, mən onda Anardan qətiyyən incimədim, çünki onsuz da mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Anar özü isə, əlbəttə, gözümdən düşdü. Bu insandakı bürokrat təbiəti görmək, ilan soyuqluğunu duymaq üçün on dəqiqəlik görüş kifayət imiş. Ancaq ona qarşı heç bir düşmənçilik hissi duymamışam. Son yeddi-səkkiz il bundan qabağa qədər. Yəni bu adamdakı şəxsiyyət deqredasiyası özünün kamillik fazasına çatana qədər. İndi isə Anar mənim üçün Azərbaycan əxlaqında, Azərbaycan mənəviyyatında, Azərbaycanın bütün humanitar həyatında olan deqradasiyanın baş simvoludur. Ətrafına yığdığı adamlara baxın! Abırlı adam Rəşad Məcid kimi pox parçası ilə bir yerdə oturar? Bu insan yüksək mövqelərdə və yüksək vəzifələrdə olduğu uzun illər ərzində heç vaxt əzilənlərin, istər torpaqda, istər cəbhədə tər və qan tökənlərin, incidilənlərin, haqqı yeyilənlərin, gələcəkdən mərhum edilənlərin müdafiəsinə qalxmayıb, həmişə hakimiyyətin yanında, hakimiyyətin tərəfində olub, yalnız  özünün, ailəsinin, həm ölənlərinin, hən törətdiklərinin qayğısını çəkib. Bir vaxt “Yaxşı padşah” nağılında Anar hakimiyyət hərislərini, çənələri yerə dəyənəcən, son nəfəslərinəcən vəzifədən qopmayanları ələ salırdı. O vaxt hamı “yaxş padşahda” Brejnevi görürdü. Maraqlıdır ki, o hekayə yazılanda Brejnevin heç yetmiş yaşı da yox idi, yəni indiki Anarın oğlu yerində idi! İndi vəzifə hərisliyində Afrika diktatorlarını geridə qoymuş Anar doxsan yaşın kandarında and-aman edir ki, vəzifədən getsə, ədəbiyyat məhv olar.

Hansı ədəbiyyat? Yazıçılar ittifaqı ədəbiyyat yaradır? Hansı ədəbiyyatı? Keçəl çarə bilsə, öz başına elər:  sədr olandan Anar nə yazıb?

Anarla görüşdən bir neçə gün sonra Kuybışevə qayıtdım, tezliklə şəhərə qədim adını qaytardılar, mən isə  1993-cü ilin oktyabrına qədər zavodda işlədim. Bəlkə indiyəcən işlərdim, kadrlar şöbəsinin müdiri üstümə qışqırdı, mən də qışqırdım və dərhal ərizə yazdım. Sex rəisi buraxmırdı, deyirdi öz hesbına məzuniyyət götür, iş axtar, tapanda, çıxarsan, çətin vaxtdır.

Qulaq asmadım. Çıxdım. Doğrudan da çətin vaxt idi. Ancaq yaxşı adamlar məni tezliklə vilayət kitabxanasında işə düzəltdilər. Və bu kitabxanada elə nadir kitablar əlimə düşdü ki, elə keflər çəkdim ki, Anarın bəy babalarının da belə kef çəkmədiyinə yüz faiz əminəm…

29.04 2021, Samara

SON QIRX İLDƏ ANAR XUDADAT BƏYİN NƏVƏSİNƏ YOX, XUDAYAR BƏYİN NƏVƏSİNƏ BƏNZƏYİR…

19 dekabr, 2019-cu il. Leonid İliç Brejnevin doğum günüdür. Azərbaycan Yazıçılar İttifaqının 85 illiyi keçirilir. Anar Rəsul oğlu Rzayev çıxış edir.

“Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı”.

Gurultulu və sürəkli alqışlar. Hamı qalxır.

“Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Hamı çəpik çalır.

Yaradıcı insanlar üçün şəhərcik? Yəni yazarlar ayrı şəhərcikdə yaşayacaqlar? Sovetin axırına yaxın korlar üçün ya Tula ya da ora yaxın bir vilayətdə korlar üçün ayrı şəhər salırdılar. Orda ancaq korlar yaşayacaqdılar. Kor kişilər, kor kişilərin kor arvadları, onların kor uşaqları… Bilmirəm, bu layihə başa çatdırıldı ya yox… Deyəsən, Putin bütün Rusiyanı belə bir şəhərə çevirmək istəyir. Heç kim heç nə görmür…

Yazarlar şəhəri…Yazar kişilər, onların yazar arvadları, yazar oynaşlar… yazar oğr…

Gurultula alqışlar…

Anarın ilhamlı çıxışı davam edir:

“Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq”. 

Yalançının lap… Nə güman, a kişi, danılmaz faktlar var. 85 il bir-birinin ətini yeyiblər. on minlərlə donos yazıblar, bir-birini  edama, sürgünə göndəriblər. Şərəf hardaydı, rəhmətliyin oğlu, kimə gəlirsən…

“Lenin” poeması yazıb Stalin mükafatı almaqda nə şərəf? A kişi, heç olmasa, bu yaşında ürəyində Allah xofu olsun, dörd yol ayrıcında diz çöküb Yaradana yalvar ki, atanın da, sənn də günahlarından keçsin…

“Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub…”

Yəni ambar sıçovulu kimi büdcə pulunu və əmlakını içəri ötürən Rəşad Məcid mənəviyyat qoruyur?

Mənəviyyat  Cəlil Məmmədquluzadədir, Sabirdir – onların vaxtında Yazçılar ittifaqı vardı? Yazıçılar İttifaqı Müşfiqi nə günə qoydu? Hələ Yazıçılar İttifaqı yaranmamış bolşeviklər Cəfər Cəbbarlını nə hala saldı? Şiller talantı ilə doğulmuş insan cəfəng pyeslərlə öz reputasiyasını məhv elədi…

“Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi adı verildi…”

Kimdir o üç şair? Füzuli, Nəsimi, Vaqif?

“Üç yazıçıya Xalq yazıçısı…”

M.F. Axundov, C. Məmmədquluzadə, Çəmənzəminli?

Anar məruzəsində nədənsə demir ki, bir yazıçıya, yəni Yazçılar İttifaqında onun müavini, mənzil komitəsinin(!) sədri Rauf Aslanova “Əməkdar idman ustası”, Anarın özünə isə «Əməkdar məşqçi» adı verilib. Xüsusi nailiyyətinə görə. Anarın qoçaq və qoçu  müavini Rauf Aslanov şair Fəzail İsmayılı elə Anarın qəbul otağında salıb təpiyinin altına, qol-qabırğasını sındırıb. Bu xəbər prezidentə çatan kimi dərhal sərəncamla ona “Əməkdar idman ustası” adı verib. Guya Rauf Aslanovun bu şücaəti Anarı elə vəcdə gətirib ki, evə gələndə qapıdan girən kimi çəpik çala-çala şeir deyib: «Müavinim, ay, Xansənəm, bir yekə pəlvan imiş, Bəxtəvər olsun başım, soy adı Aslan imiş!»  Deyirlər ki, hələ Rauf Salmanova əməkdar bankir adı da veriləcək, çünki faizlə pul buraxır. Rauf Salmanov “Əməkdar dəllal” adı da ala bilər, İnternetdə onun mənzil fırıldaqlarından da yazırlar…

Bir sözlə, Anar ədəbiyyatımızın Leninidirsə. Rauf Aslanov onun vuran sağ əli, Stalinidir…

Yox, necə yəni “mənzil komitəsi”? Bu Rauf Aslanov hardan çıxıb? Anarın müavini… Yox, burda Lenin-Stalin bənzətmələri şişirtmədir. Bu yazıçılar ittifaqı Danabaş kəndi kimi bir şeydir. Anar qlavadır, Rauf Aslanov isə Xudayar bəy. Xudayar da ona görə bəydir ki, Qlava bunun anasını siğə eləyib…

Belə çıxır ki, Anar da bunun anasını…

Lənət şeytana!  Min lənət!

Bütün bu bulvarlara, göydələnlərə və başqa müasir hoqqalara baxmayaraq, Azərbaycan vəhşi feodal ölkə olaraq qalır. Böyük bir Danabaş kəndi. Cəlil Məmmədquluadənin vaxtında ümid vardı, 1905-ci ilin Konstitusiya azadlıqları vardı, mədəni paytaxtımıxz Tiflis vardı, kapitalist Bakı vardı…