ŞƏHİD ANALARI, ÇIRPIN O MEDALLARI NAZİRİN BAŞINA!

serxan-bagirov1

Bu gün Göygöl rayonunda şəhid əsgər Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal anasına təqdim edilib.

Sərxan Bağırov 1997-ci ildə doğulub, yəni öldürüləndə olsa-olsa 19 yaşı varmış. Bəlkə də cəmi bir neçə ay hərbi xidmətdə olub ki, bu da nəinki yüksək döyüş hazırlığı, həttta mərmi, güllə səsinə öyrəşmək üçün kifaytət deyil. Regionda ən çoxsaylı ordusu olan ölkə belə niyə belə sütül uşaqları labüd ölümə göndərir? Bu, bir tərəfdən allahsızlıq, digər tərəfdən cinayətkarlıqdır.

Deyək ki, bu uşağın yüksək döyüş hazırlığı olub və doğrudan da qəhrəmancasına həlak olub. Onda niyə medal? Özü də üçüncü dərəcəli? Bu, təltifdir ya təhqir?

Mən çox istərdim ki, şəhid anaları bu medalları Zakir Həsənovun, icra başçılarının başına çırpaydılar. Ya da gözlərinə soxaydılar. Başqa sözlər də var, ancaq onlar kağıza yazmalı deyil…

Namərdlər, sizi bu uşaqların qanı tutsun...