SAŞA ÇORNI. İKİ MÜLAHİZƏ

Saşa_Çornı

Саша Черный

Два толка

 

Bəziləri hay salır: “Nə forma! Boş şeydi bu!”

Peyin horrası əgər tökülsə büllur qaba

Büllurda nə ləyaqət, nə dəyər qalar daha.

 

 

 

Var etiraz edənlər buna: “Ağııllı olun!

Siz gecə güvəcinə gözəl şərab da töksəz,
Dilinə vurmaz onu abırlı sayılan şəxs.

 

 

 

Əfsus! Mübahisəni həll edə bilməz onlar.

Hərçənd gözəl şərabı büllura təkmək olar…

 

Ruscadan tərcümə

01-02. 04. 2019, Samara

 

 

Два толка

Одни кричат: «Что форма? Пустяки!

 Когда в хрусталь налить навозной жижи –

Не станет ли хрусталь безмерно ниже?» Читать далее

SAŞA ÇORNI. FACİƏ

Saşa_Çornı

Саша Черный

Трагедия

 

O gərək hamamda kassir olaydı,

Şpal tədarükü agenti ya da.

Tale gözlənilməz oyun oynadı,

Semyon Bubnov qalxdı redaktorluğa.

 

 

Nəhəng masa. Qələm, kağız bir qalaq,

Qaşını dartaraq Bubnov əyləşib.

Çox bilik, cəsarət  istəmir ancaq

Desin ki: “Bu gedər!” “Bu nədir, əşşi!”

 

 

 

İlk dəfə gələnsə — yarılayacaq,

Kim ikinci dəfə — dörddə, üçdə bir.

Üçüncü dəfədə — gətir içalat,

Yığmağa göndərər, baxmaz heç nədir!

 

 

Jurnal papuası otuz iləcən,
Sözü, fikri, dadı doğradı, böldü.

Bir gün kvas içib gözü doyunca,
Flyus tək köpərək çeçəyib öldü.

 

 

 

Yaxşı nekroloqlar yazıldı, amma,
Dilinə gətirən olmadı bunu:

Kassir işləsəydi əgər hamamda,
Faydası daha çox olardı onun.

 

1912

Ruscadan tərcümə

29.03.2019, Samara

 

 

Трагедия

(К вопросу о «кризисе современной русской литературы»)

 

 

Рожденный быть кассиром в тихой бане

Иль агентом по заготовке шпал,

Семен Бубнов вне всяких ожиданий

Игрой судьбы в редакторы попал. Читать далее

SAŞA ÇORNI.  XƏSTƏYƏ

Saşa_Çornı

Саша Черный

Больному

Qızıl günəş var axı, a sadəlövh uşaqlar,

Musiqinin, kitabın sevincləri incidir.

İndi yoxsa da, axı dünyada yaşayıblar,
Bethoven də, Puşkin də, olub Heyne, Qriq də…

 

 

Hər anda göz görməyən bir sənət əsəri var,
Təbəssümdə, ağıllı sözdə, göz işığında.

Sənətkar ol! Yaransın qızıla dəyən anlar —

Hər gündə düşüncə var, şirin sevgi dadı da.

 

 

Ləkədir ləyaqətə hücum çəkəndə kədər

Şüşədəki kölgə tək könüllü məhv olasan.

Bəs Yeni Görüşlərin ümidi ölüb məgər?

Yalnız itlər yaşayır bu yer üzündə yoxsa?

 

 

Holland qurumu kimi əgər qaraqabağam,

(Gülümsə, heç eybi yox, mənim müqayisəmə!),

Bu qara qızartılar drenajdan qalmadır

Nizəsinə keçirdi beləcə Muza məni.

 

Səbr elə! Alışaram mən yeni mənzilimə —

Oxuyaram nizədə yaz sığırçını kimi!

Tutular qulaqların qaraçı şənliyimlə,
Vaxt ver ayırd eləyim sovxa əski-üskünü.

 

Qal! Burda namuslular, həssaslar elə azdır…

Qal! Yalnız onlardadır dünyanın bəraəti.

Tanınmırlar, bilinmir onların ünvanı da,

Onları da sənin tək toz basır hərəkətsiz.

 

 

 

Əgər ömürlərinə son qoyarsa yaxşılar
Dünya qalar kütlərə, qanadsız kaftarlara!

Uçuş sevincini sev, başdan alsa da ağlı,

Aş bütün sərhədləri, ruhu geniş açaraq.

 

 

 

Arvad ol, ər ol ya da, qardaş ol ya da bacı.
Mama ol ya da rəssam, dayə ol ya həkim.

Ver – və getmə əsərək verdiyinin dalınca:

Bil, bütün ürəklər bu açar düşər hökmən.

 

 

 

Fikir tənhalığının adaları var hələ,

Ağıllı ol, çəkinmə çəkilməkdən onlara.

Orda suların üstdə sıldırımlar silsilə —
Otur, düşün…ya da ki, daş yığıb at sulara.

 

 

 

Suallarsa… Bilinmir cavabı sualların,

Oda yaxıb gedərlər qızılca kimi birdən.

İki müdrik məsləhət verib bizə Solomon:

Kütlə mübahisəyə girmə və qaç qüssədən.

 

1910

Ruscadan tərcümə

22-23.03. 2019, Samara Читать далее

SAŞA ÇORNI. AXMAQLAR ASILQANI

Saşa_Çornı

 Саша Черный

Вешалка дураков

 

1

İki nəfər birinə zərrəbinlə baxaraq

Söylədilər: “O, kütdür”. Dəhşət burasındadır,
Onların küt saydığı ağıllı insan idi,
Başdan xarab idilər onlar özləri ancaq.

 

 

 

2

“Kimdir yalan deyən dumanlı belə,

Uzun, şapışıqsız və süni dillə?”

“Məşhur mistik N-dir, böyük hoqqabaz.

Mistik?…Mənə elə gəldi ki…qanmaz”.

 

 

3

Eşşək məktəb bitirdi,

Ağıllandımı? Çətin.

Eşşək kimi o ancaq,
Nitq deyərdi sarsaq,

İndisə, ah, bədəməl!

Ciddilikdə pedantdır,

Zay danışsa da nədən,
Sitat mənbəyi Kantdır.

 

 

4

Axmaq şəklə baxırdı:

Morju bir öküz yalar.

Axmaq qaşını dartdı

Dedi: “burda kəşf  bar…
Simvolikdir ideya,
Üslubu ancaq əla”.

(Yazıq gizlədirdi hey,

Başa düşmədi bir şey).

 

 

5

Ağıllı çox səbirlə,
Axmağa qulaq asdı:

“Niyə vəhşidir belə
Həyat, darıxdırıcıdır?

Səbəb də bəlkə budur:

Axmaqlar çoxalıbdır!”

Gülməsə də birtəhər,

Cin vurdu ağıllını:

“Özündən də gicləri,
Sayır ancaq bu zalım.

“Çoxalıblar” deyir həm,

Görün mən nə çəkirəm….”

 

 

6

Hərdən qardaş olur müdrikə axmaq:

Axmaq ağıllanmaz həyatı boyu,

Mübahisə etsə onunla ancaq,
Sokrat özü olar axmağın tayı.

 

 

7

Xərçəng fışdırıqlasın,

Səsi gəlsin balığın,

Göydən də manna yağsın, —

Ancaq axmaq axmağı,

Tapsın özündə özü —

Budur əsil möcüzə!

 

1909 və 1910 arasında

Ruscadan tərcümə

21-22.03. 2019, Samara

  SAŞA ÇORNI. ÖLMƏZLİK

Saşa_Çornı

Саша Черный   

Бессмертие

Ölməzlik? İkayaq göstəbəklər, axı siz,

Dəyirsinizmi  ömrün bircə günüə, deyin?

Kərtənkələ, qurbağa, soxulcan da şübhəsiz,

İnciyərək dərindən istəyir həmin şeyi.

 

Necə qanadlanıblar! Şəkərçörək və cənnət!

Qarın doyur yarım əsr, mükafat — əbədiyyət.

Sövdə pis deyil heç də. “Mərhəmət və səxavət!”

Sonsuzluq patenti ver qullarına nəhayət.

 

Bu dünya zindanının ruhsuz zindanbanları,

Bir-birini gəmirib hər deşikdə, didənlər

Nəbilərdən zəburu oğurladılar onlar,

Məbəddə oxuyurlar həftəbaşı indi də.

 

 

Gözü işıqlılara, bizə — qədərsiz kədər,
Onların, korlarınsa benqal ümidləri var,

Qızıla tutulan tək şəfəq saçan üfüqlər,

Nikah paltarları da tikilib hazır durar.

 

 

Dilənməyin! Müdrikdir və sərtdir həm də Allah, —
Bu dünyanın günləri cəfəng, miskin və acı.

Tanrı heç astanaya sizi buraxmayacaq,

Leş kimi çürüyərsiz yolun qırağındaca.

 

1908 və 1912 arasında

 

Ruscadan tərcümə

19-20. 03. 2019, Samara

SAŞA ÇORNI. İKİ ARZU

Saşa_Çornı

 Саша Черный

Два желания 

 

1

Çılpaq bir zirvədə keçə həyatın,

Sadə sonetlər də  qoşasan orda…

Alasan çörəyi, şərabı, əti,

Üz tutub düzəndə yaşayanlara.

 

 

2

Yandırasan qabaqdan, daldan həm gəmiləri,

Fikirsiz və qayğısız yatağıına girəsən.

Yatasan yuxularsız, maraq xətrinə elə,

Yüz il sonra durasan.

1909

Ruscadan tərcümə

19. 03. 2019

Samara

   SAŞA ÇORNI. SƏRÇƏ

Saşa_Çornı

  Саша ЧЕРНЫЙ                   

Воробей

 

Yaxın gəl quşcuğaz, qəşəng sərçəcik,

Siçana oxşarsan, bozsan, həm çevik.

Gözlərin muncuqdur, pəncələr – ayrı,
Pəncələr – köndələn, pəncələr — əyri.

 

 

 

Hoppan, toxunmaram mən sənə, hoppan,

Görürsən, çörək də ovmuşam yerə.

Qarğanın böyrünə dimdiyini sanc,

Kim onu çağırıb gətirib bura?

 

 

 

Bir az da yaxın gəl, mətin, qayğısız,
Beləcə, beləcə, gəl bir azca da.

Külək qar sovurur, bax, ay qılıqsız,

Sinə də, kürək də ağappaq daha.

 

 

Dostum ol, quşcuğaz, əziz, sevimli,
Evdə yaşayarıq birgə, mehriban.

Yanaşı oturaq sobaya girib,

Hələ öyrənərik əlifbanı da.

 

 

Yaxın gəl, çəkinmə, gəl bir azca da,

Vay! Uçub getdi ki… Utanmaz imiş!

Dəni, ovuntunu aşırdı tamam,

Getdi bir “sağ ol” da mənə deməmiş.

1921

Ruscadan tərcümə

18-19.03. 2019, Samara

SAŞA ÇORNI. UŞAQ OTAĞINDA

Saşa_Çornı

Саша Черный    

     В детской

— Seryoja! Oxudum ki, atamın əsərində,

Bizim bu yer kürəsi suda üzür sən demə,
Necə ki, klyotskalar sup kasasında üzər.

Müdrik Fales qədimdə belə təlim edərdi…

 

 

— Cəfəng şeydir sən deyən! –

İnamla uşaq səsi  cavab tək buna dindi:

Sən öz alimliyinlə, Pavluşka, gözə girmə.

Yəqin sənin Falesin elmdə qanmır heç nə,

Falesdən ağıllıydı əmim, deyərdi mənə,

Bu yer kürəsi… qanda üzür yeddi min ildir!

 

1908

Ruscadan tərcümə

17-18. 03. 2019, Samara