İQOR SEVERYANİN. ŞAİRƏ

severyanin

 

Поэту

Təkcə dahiləri kütlə anlayar!

Fəqət şair deyil bütün dahilər!

Tutduğun cığırdan düşmə sən kənar,

Və unutma: kimsən, hardasan, niyə.

 

 

Nə kütləyə oxu, nə də bir kəsə!

Həvəs gəldi – oxu, fikirləşmədən!

Qoy olsun oxuman anın boş səsi,

İnan, dəyər verən tapılar hökmən.

 

 

Kütlə damğalasın fərdi, qəm yemə,
Kütdür o, vəhşidir, həm də avamdır.

Ona tərif demə, tərif – qul yemi,

Səndəsə sultanlıq ümidi vardır…

 

1907

Ruscadan tərcümə

11.04. 2019, Samara

 

 

Игорь Северянин

ПОЭТУ

Лишь гении доступны для толпы!

Ho ведь не все же гении — поэты?!

Не изменяй намеченной тропы

И помни: кто, зачем и где ты. Читать далее

Реклама

İQOR SEVERYANİN. UVERTURA

severyanin.jpg

İQOR SEVERYANİN

       (1887-1941)

         UVERTURA

               Ананасы в шампанском! Ананасы в шампанском!

Şampanda ananaslar! Şampanda ananaslar!

Möcüzəlidir dadı, alovlu və yandıran!

Norveç sayağıyam mən, həm də ispan sayağı!

İlham coşdurur məni, qələmə sarılıram!

 

Uçur aeroplanlar, qaçır avtomobillər!

Havada şütüyərək ekspreslər gedir!

Burda qucaqlaşırlar, orda kimsə döyülər!

Şampanda ananaslar! Bu, gecənin nəbzidir!

 

Ətrafında ədalı xanımların, qızların,

Həyat faciəsindən məzhəkə yaradaram.

Şampanda ananaslar! Şampanda ananaslar!

Moskva – Naqasaki! Və Marsa Nyu Yorkdan!

1915

Ruscadan tərcümə

05.08.17

Samara