Архив тегов | təklik haqqında şeirlər

TƏKİN SÜFRƏSİ

Kef ya məzə deyil təkin süfrəsi,

Mükəlləfiyyətdir boynuna düşən.

Tikə boğazından sovuşur çətin,
Dadı duyulmadan yeyilir bişən.

Neçə göz  izləyir onu elə bil,

Görürlər çənəsi necə işləyir,

Görürlər hülqumu əsir, tərpənir,

Sayılır ağzında bəlkə dişləri.

Quş payı olsa da qabağındakı,

Ona elə gəlir yeyir mal kimi,
Tıxır, gövşəmir də, içəri basır,

Ötürür diliylə ya da yal kimi.

Hərdən elə gəlir süfrəsindəki,

Oğurluq matahdır, haramdır yəqin,

Ağzından yetimin tikəni çəkib,

Ya da çantasından yatan əsgərin.

Görüünr gözünə bəzən anası,
Bəzən atası da baxır dumandan.

Qalıb boğazında boğur tikəsi,

Borcludur onlara boğazınacan.

Qardaşı, bacısı yığılıb gələr,
Süfrəyə baxmazlar, ona baxarlar.

Eə bil deyərlər “yeyirsən hələ,

Tamamla, qabaqda səyahətin var…”

Ölümə məhkuma edam qabağı,
Açılan süfrədir təkin süfrəsi,
Hamının axırı eynidir axı,
Qurulub həngamə, yeyən tələsir…

Dadı duyulmadan yeyilir bişən,
Nə şoruna baxır, nə də şitinə.

Yeyib şükr deyir Tanrıya bəzən — 
Bəlkə işgəncəni bitirdiyinə…

24. 06. 2021, Samara

HERMAN HESSE: DUMANDA

hesse-13044-portrait-medium

Dumanda gəzməkdə qəribəlik var!

Daşın da, kolun da təkdir hər biri.

Baxıb bir-birini görmür ağaclar,
Dumanda hər şeyə təklik üz verir.

Doluydu dostlarla dünya bir zaman

Onda işıqlıydı mənim də ömrüm

İndi həndəvəri bürümüş duman,
Nə qədər baxasan, kimsə görünmür.

Əlbətttə, Torana nabələd insan,
Uzaqdır müdriklik mərtəbəsindən.

Nə görər, nə duyar onu hamıdan,

Duman ayrı salır, təkləyir həm də.

Dumanda gəzməkdə qəribəlik var!

Təklik və tənhalıq elə həyatdır.

Biri digərindən xəbərsiz yaşar,

Hamı tək və tənha, hamı da yaddır.

1906

almancadan tərcümə

06.02. 2021, Samara

Im Nebel

Seltsam, im Nebel zu wandern!
Einsam ist jeder Busch und Stein,
Kein Baum sieht den andern,
Jeder ist allein.

Voll von Freunden war mir die Welt,
Als noch mein Leben licht war;
Nun, da der Nebel fällt,
Ist keiner mehr sichtbar.

Wahrlich, keiner ist weise,
Der nicht das Dunkel kennt,
Das unentrinnbar und leise
Von allen ihn trennt.

Seltsam, im Nebel zu wandern!
Leben ist Einsamsein.
Kein Mensch kennt den andern,
Jeder ist allein.

TƏCRİD

2

Əlim ələ dəyən  yadımda deyil,
Doğma əli olsun, ya da yad əli…

Gəzirəm, adamsız cığırlar seçib,
Ayaq incisə də, başın salamat.

Keçən olanda da dinmədən keçir,

Bilmirsən kişidir, ya da ki, arvad…

 

 

Bu təcrid başlanan indi əsrdir,
Niyəsi, necəsi özümə sirdir…

Nəfəsim qızınmır dost nəfəsiylə,
Nə ürək açan var, nə də dinləyən.

Dəyişdim dünyanı quş qəfəsiylə,

Yox həvəs uçmağa, nəğmə deməyə.

 

 

Uzaq gəncliyimin yaxın adamı,

Hardasan? Necəsən? Yadındayammı?

Danış, eşidərəm. Ya da ki, öskür,
Üzü mənə sarı – qorxma azardan.

Uzat əlini də – təklik öldürür,

Əsrlik təcriddən üzülür insan…

 

17. 03. 2020, Samara