Kənar qalıb bu ölkə Tanrının nəzərindən,
Səma kitablarına düşməyib yəqin adı,
Yoxdur ondan xəbəri bəlkə mələklərin də,
Deyəsən ərazidə İblisdir at oynadan.
+
Ölkə də unudubdur varlığını Tanrının,
İblis valisindədir hakimiyyət, ixtiyar.
Əzilən, alçaldılan axıdılsa da qanı,
Ayaqlarına İblis valisinin yıxılar.
+
Poqonlu, dəyənəkli İblis hampazorları,
Sındırır, süründürür, vurur ölümünə də.
İblis valisininsə kefi kökdür, həzz alır,
Üstələyər bəlkə o, Yozef Menqeleni də.
29.12. 2022, Samara