Архив тегов | Ukraynada müharibə

ANAM SAĞ OLSAYDI BELƏ YAZARDI…

Kənd. MƏMƏMLƏ 2

 Qonşu uşağından borc alıb varaq

Vergülü, nöqtəni yada salmadan,

Latını kirilə qarışdıraraq,
Mənə şanlı məktub yazardı anam.

 —

“ Bala, indi ara qarışıb orda

Qoşun çəkib qırır  qonşunu Putin.

Bombalayır, vurur, yandırır ordu,
Uşaq da, qoca da ölüb neçə min.

 —

Əsgər aparmazlar yaşına görə,
Əgər aparsalar, denən xəstəsən.

Canında ağrı var, gözün pis görür,

Tapıb göndərərəm, pul istəsələr.

 —

Ya öz yerimizə elə qayıt gəl,
Müharibə yatıb, şükr Allaha.

Gəlib dolanarsan burda bir təhər,

Başını aşağı salarsan daha.

 —

Hökumətlə işin olmasın amma,
İlham Əliyofdan danışma heç nə.

İndi etibar yox dosta, qohuma

Ağzından nə çıxsa, çatar yerinə.

 —

Burda birisi var, adı Bəxtiyar.

O da nəsə yazıb, ya da ki, deyib,

Polislər aparıb döyüb o ki var,
Biri də üstünə hələ işəyib…

 —

Qayıt, bura ordan yaxşıdır indi,
Əlinə ağac al, gecəyə düşsən.

Yenə yolu kəsib qonşunun iti,

Qapıb birini də dağıdıb dünən…”

08.06. 2022, Samara

UİSTAN ODEN. AVQUST 1968

auden

Bacarığı çoxdur adamyeyənin,
Adamsa bacarmaz o eləyəni.

Ancaq bircə şeyə o qadir deyil:

Dinəndə anlayan yox ki, nə deyir:

Zoruyla üzülüb yenilən eli,

Gəzir Adamyeyən, belində əli,

Hər tərəfdə ölən, zarıldayan var,

Onun cəfəngiyyat dilindən yağar.

ingiliscədən tərcümə

28. 05. 2022, Samara

QEYD: Bu şeirin, başda SSRi olmaqla Varşava nüqaviləsi iştirakçısı olan ölkələrin Çexoslavakiyaya 1968-ci ildə qoşun yeritməsi iləbağlı olduğu gümün edilir. Və “Adamyeyən”  (“Ogre”)  — totalitar rejimdir. Bu günün oxucusu üçün, əlbəttə, Oqre – ilk növbədə militarist Rusiyadır.

++++++++++++++++++++++++
W.H. Auden

 August 1968
The Ogre does what ogres can,
Deeds quite impossible for Man,
But one prize is beyond his reach,
The Ogre cannot master Speech:
About a subjugated plain,
Among its desperate and slain,
The Ogre stalks with hands on hips,
While drivel gushes from his lips.