VAQİF BAYATLININ GÜLMƏLİ ŞEİRLƏRİ: ALAÇIQDA NƏ QAPI, NƏ PƏNCƏRƏ…

Vaqif.Bayatlı 2.jpeg

Vaqif Bayatlının “Hamıdan çox” şeirini oxudum, mərhum Vidadi Məmmədov yadıma düşdü. Tanışlığımız vaxtı Vidadi Məmmədov “Ulduz” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinni müdiriydi, Vaqif Cəbrayılzadə isə təzəcə poeziya şöbəsinə müdir təyin olunmuşdu. Vidadin Məmmədovun tənqid və ədəbiyyatşünaslıqla şəxsi əlaqəsi dumanlı idi, mətbuatda mən onun birc məqaləsini də oxumamışdım, deyirdilər ki, haçansa bir neçə hekayə yazıb. Vaqif Cəbrayılzadə isə inşaat institutunu, səhv etmirəmsə, qiyabi qurtarmışdı. “Ulduz” jurnalının baş redaktoru Yusif Səmədoğlu, deyilənlərə görə, vaxtınnı çoxunu Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evinin (ЦДЛ) restoranında keçirirdi. Jurnal necə hazırlanırdı, kim onu hazırlayırdı, bilmirəm. Mən ora gəlib-getdiyim vaxtlar Vidadi Məmmədovla Vaqif Cəbrayılzadınin hansı müəllifləsə işlədiyini görmədim. Vaqif Cəbrayılzadə gələni acılayıb qovurdu…

Bu iki nəfərin öz aralarındakı münasibətdəsə kənardan baxan hər kəsi pərt edə biləcək eybəcərlik vardı. Vaqif Cəbrayılzadə özü adam içinə təzə çıxdığına baxmayaraq dişinə fənd hər kəsi alçaltmağa çalışırdı. Açıq şizofrenik əlamətləri olan bu adamda uzun illər sayılmamış, mərhumiyyətlərə məhkum edilmiş insanın kompleksləri vardı. O, yığdığı kini özündən zəif gördüyü hər adama qarşı yönəltməyə fürsət axtarırdı…

Vidadi Məmmədov, mənim təəccübümə rəğmən, onun açıq təhqirlərinə cavab vermirdi. Səbəbi mənə aydın deyil…

Vidadi Məmmədov mənə danışırdı ki, o vaxt Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimovu Vaqif Cəbrayılzadə təngə gətirib. Vaqif Cəbrayılzadə İttifaqdan ev istəyirdi. Almadığına görə hər yerdə Mirzə İbrahimovu söyürmüş. (Vaqif Cəbrayılzadənin necə söyüş söydüyünün şahidiyəm: “s….m Azərbaycanımın…  a….ı” və s.)

“Məni söyür!” – deyə Mirzə İbrahimov şikayətlənirmiş…

Nahayət, Yazıçılar İttifaqı Vaqif Cəbrayılzadəyə (Bayatlı) ev verir…

“Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı, pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!”

A kişi, alaçıq bəsindisə, niyə o kişini, ağsaqqal yazıçını, Azərbaycan ədəbiyyatı qarşısında olmasa da, Azərbaycan dili qarşısında şücaəti olan adamı söyürdün?

Alaçıq…

Alaçıqda nə qapı, nə pəncərə… Alaçıq elə Afrikada da alaçıqdır…

Özü də inşaatçı mühəndis…
İosif Brodski bir söhbətində özü haqqında deyir: “Я подлец и подонок…»

Bizm yazıçı, bizim şair dyir ki, məndən qeyrətlisi yoxdur, mənim atamdan nəcibi yoxdur, mənim anamdan gözəli və şərəflisi yoxdur…

Vaşu mat…

25.12. 2018

Samara

Реклама