Архив тегов | Yeseninin şeirləri

SERGEY YESENİN. İNƏK

Dişləri tökülüb, özü əfəldir,
İllər dastan yazıb buynuzlarına

Naxırçı döyərdi onu hər dəfə,
Çölə otlamağa aparan zaman.

Səs-küydən narahat onun ürəyi,
Küncü dağıdırlar siçanlar yenə.

Qüssəli-fikirli durub gövşəyir,

Ağayaq dananı salır yadına.

İlk ana sevinnci sürdü bircə an,
Aldılar balanı özünə gəlcək.

 Sonra ağcaqovaq altda payadan,

Asılan dərini yellədi külək.

Az qalıb, oğlu tək boynuna ilgək,
Keçər qarabaşaq çölündə elə.

Bala taleyini yaşayar inək,
Çəkib apararlar onu kəsələr.

Mələmir, ağlayır, gedir hüznlə,

İnək buynuzuyla dirənir yerə.

Ağ meşəlik gəlir gözü özünə,
Yaşıl çəmənləri görür son kərə.

1915

ruscadan tərcümə

07-08. 02. 2022, Samara

+++++++++

Сергей ЕСЕНИН

КОРОВА

Дряхлая, выпали зубы,

Свиток годов на рогах.

Бил ее выгонщик грубый

На перегонных полях. Читать далее

SERGEY YESENİN.  “ELƏ BİL DÜNYAYA GƏLDİYİ GÜNDƏN…”

Elə bil dünyaya gəldiyi gündən,

Canlıya özəl bir nişan vurulur.

Şair olmasaydım əgər, onda mən,

Yəqin ki, olardım kələkbaz, oğru.

Boyum balacaydı, həm də arıqdım,

Oğlanlar içində amma qəhrəman.

Evə vaxtaşırı mən qayıdırdım,

Burnu sındırılmış, üzü-gözü qan.

Və qorxu içində anam baxarkən,
Deyirdim ağzımdan qanı silərək:

“Qorxma, daş üstünə yıxılmışam mən,
Sabahkı günəcən sağalsın gərək”.

O vaxt qaynayan qan soyuyub indi,

Yatıb o günlərin fırtınaları,

Ötkəm və narahat nə güc var idi,
Canımdan süzülüb şerimə axır.

Önümdə sözlərin qızıl qalağı,

Bütün sətirlərə iz salır hökmən,

Keçmiş cəsarəti və qoçaqlığı,
Davakar uşağın, sütül ötkəmin.

Cəsuram, məğruram o vaxtkı qədər,

Atdığım hər addım yeniliyədir.

Üzümə dəyirdi o vaxt zərbələr,

Qana bələnibdir ürəyim indi.

Və indi anama demirəm daha,

Deyirəm irişən yad lotulara:

“Boş şeydir! Toqquşub dəymişəm daşa,

Yəqin sabahacan sağalar yara”.

1922

ruscadan tərcümə

07.02. 2022, Samara

++++++++

СЕРГЕЙ ЕСЕНИН

Всё живое особой метой

Отмечается с ранних пор.

Если не был бы я поэтом,

То, наверно, был мошенник и вор. Читать далее

   SERGEY YESENİN “YAXŞI TANIYIRAM MƏN BU KÜÇƏNİ…”

Yesenin_Sergey

 Эта улица мне знакома

Yaxşı tanıyıram mən bu küçəni,
Mənə yaxşı tanış bu yastı ev də
Burda naqillərin mavi küləşi,
Atılıb qalıbdır pəncərə üstdə.

İllər olubdur ki, ağır bəlalı,

Divanə və sərsəm illər olub həm,
Kənd uşaqlığımı yada salıram,
Kəndimizin göyü dolur gözümə.

Nə dinclik, nə şöhrət mən axtarmışam,

Şöhrətin puçluğu tanışdır mənə.

İndi gözlərimi haçan qapasam,

Ata evimizi görürəm yenə.

Mavi ləkələrdə görürəm bağı,

Çəpərə baş qoyub uyuyur avqust.

Orda hər cökənin yaşıl budağı,
Yayır quş harayı, quş çığırtısı.

Sevirdim bu taxta evi mən necə! —
Qorxunc ruh yaşardı pərdilərində.

Bizim sobamızsa yağışlı gecə,
Yabanı, qəribə səslə dinərdi.

Hönkürtü cançəkən, ucaydı səssə,
Elə bil ölənçin ağlayırdılar.
Nə görmüşdü axı, o kərpic dəvə,

Yağışın inləyib sızlamağında.

Uzaq ölkələri görüb o yəqin,
Başqa bir yuxu və firavan zaman.
Qızıl qumlarını Əfqanıstanın,
Qədim Buxarada şüşə tək toran.

Mənə də tanışdır,  o ölkələr, ah,
Mən az yormamışam orda yolları.
Özüm  yorulmuşam  indisə ancaq,
Dönmək istəyirəm yurduma sarı.

Sönüb getdi fəqət o incə xəyal,
Hər şey külə döndü mavi tüstüdə.

Tarlanın küləşi – sənə salamlar,
Sənə də salamlar – taxta, yastı ev!

ruscadan tərcümə

17-18. 06. 2019, Samara

Эта улица мне знакома,
И знаком этот низенький дом.
Проводов голубая солома
Опрокинулась над окном.

Были годы тяжелых бедствий,
Годы буйных, безумных сил.
Вспомнил я деревенское детство,
Вспомнил я деревенскую синь.

Не искал я ни славы, ни покоя,
Я с тщетой этой славы знаком.
А сейчас, как глаза закрою,
Вижу только родительский дом.

Вижу сад в голубых накрапах,
Тихо август прилег ко плетню.
Держат липы в зеленых лапах
Птичий гомон и щебетню.

Я любил этот дом деревянный,
В бревнах теплилась грозная морщь,
Наша печь как-то дико и странно
Завывала в дождливую ночь.

Голос громкий и всхлипень зычный,
Как о ком-то погибшем, живом.
Что он видел, верблюд кирпичный,
В завывании дождевом?

Видно, видел он дальние страны,
Сон другой и цветущей поры,
Золотые пески Афганистана
И стеклянную хмарь Бухары.

Ах, и я эти страны знаю —
Сам немалый прошел там путь.
Только ближе к родимому краю
Мне б хотелось теперь повернуть.

Но угасла та нежная дрема,
Все истлело в дыму голубом.
Мир тебе — полевая солома,
Мир тебе — деревянный дом!

SERGEY YESENİN. “FİRDOVSİ YETİRƏN SƏMAVİ ULUS…”

Yesenin_Sergey
Голубая родина Фирдуси…

 

Firdovsi yetirən səmavi ulus,
Çətin  ki, yaddaşın elə soyuyub,

Gəlmir xatirinə mehriban urus,

Sadə gözləri də fikirlə dolu,
Firdovsi yetirən səmavi ulus.

 

Persiya, bilirəm yaxşısan necə
Yanır çıraq kimi qızılgüllərin
Yarpaqlar təzətər, qönçələr incə,
Salır uzaq yurdu yadıma mənim,
Persiya, bilirəm yaxşısan necə.

 

 

Çəkirəm sinəmə bu gün son dəfə,
Şirin qoxularda braqa dəmi.
Sənin, əziz Şaqa, səsini həm də,
Bu ağır, kədərli ayrılıq dəmi,
Yəqin eşidirəm bu gün son dəfə.

 

Məgər unudaram səni mən ancaq?

Hara atsa məni sərsəri tale

Söhbətim həmişə səndən olacaq,
Dosta ya tanışa, kim kim ki rast gələ.

Surətin əbədi yadda qalacaq.

 

 

Qorxmuram nə qədər sənə dərd gələr,

Ancaq ola bilən məyus halına,
Rus haqqında nəğmə qoyub gedirəm,

Sal, haçan oxusan, məni yadına.

Səsinə nəğmədə səs verərəm mən.

1925

Ruscadan tərcümə

19-20. 06. 2019, Samara

 

 

Голубая родина Фирдуси,

Ты не можешь, памятью простыв,

Позабыть о ласковом урусе

И глазах, задумчиво простых,

Голубая родина Фирдуси.

 

 

Хороша ты, Персия, я знаю,

Розы, как светильники, горят

И опять мне о далеком крае

Свежестью упругой говорят.

Хороша ты, Персия, я знап.

 

Я сегодня пью в последний раз

Ароматы, что хмельны, как брага.

И твой голос, дорогая Шага,

В этот трудный расставанья час

Слушаю в последний раз.

 

 

Но тебя я разве позабуду?

И в моей скитальческой судьбе

Близкому и дальнему мне люду

Буду говорить я о тебе —

И тебя навеки не забуду.

 

 

Я твоих несчастий не боюсь,

Но на всякий случай твой угрюмый

Оставляю песенку про Русь:

Запевая, обо мне подумай,

И тебе я в песне отзовусь…

 

Март 1925

 

SERGEY YESENİN. «PEŞMAN DA DEYİLƏM, AĞLAMIRAM DA…»

Yesenin_Sergey

Не жалею, не зову, не плачу…

Peşman da deyiləm, ağlamıram da,
Nə varsa, keçəcək yaz dumanı tək.
Ömrümün payızı məni saraldar,
Gəncliyim əbədi ötüb gedəcək.

 
Üşüdər, ürəyim, səni soyuqlar,

Pozular, zəiflər indiki halın.

Tozağaclarıyla bəzənən diyar,
Səsləməz gəzməyə ayağıyalın.

 

 

Sənsə hərdən ancaq, sərsəri ruhum,

İndi kükrədirsən dildə atəşi.

İtdi təzətərlik, daha yoruldum,
Nə gözlər alışır, nə duyğu daşır.

 

 

 

İndi istəyimdə çox xəsisəm mən
Sən mənim yuxumsan bəklkə həyatım?

Sanki yaz səhəri oyanıb erkən,
Çapmışam belində çəhrayı atın.

 

 

Hamı bu dünyada, hamı fənadır,

Tökür yarpağını ağcaqayınlar…

Xeyirdua olsun payın əbədi,

Çiçəklənən, sonra ölən hər nə var.

 

Ruscadan tərcümə

18-19. 06. 2019 Samara

 

Не жалею, не зову, не плачу,
Все пройдет, как с белых яблонь дым.
Увяданья золотом охваченный,
Я не буду больше молодым.

Читать далее

SERGEY YESENİN. ANANIN DUASI

Yesenin_Sergey

МОЛИТВА МАТЕРИ

Əfəlləmiş koma var  lap ucqarında kəndin
Qarı dua eləyir orda surət önündə.

 

 

Oğlunu adlandırır qarı dualarında
Vətəni xilas edir oğul uzaq diyarda.

 

 

Dua eləyir qarı,  axan yaşları silir,
Yorğun gözlərindəsə xəyallar cana gəlir.

 

 

Döyüş  meydanı görür  döyüş ərəfəsində,
Uzalı qalıb oğlu, yaralı sinəsindən.

 

 

Ölüb qəhrəman kimi, alov tək qanı axır,

Donuq əllərindəsə düşmənlərin bayrağı.

 

 

Həm səadət, həm də dərd — qarı duruxub qalır,
Ağbirçəkli başını ovuclarına alır.

Qaşlarına da bu an dən düşür elə bil ki,
Gözlərininsə yaşı tökülür muncuq kimi.

1914

Ruscadan tərcümə

16. 06.19, Samara

 

 

На краю деревни старая избушка,
Там перед иконой молится старушка.

Читать далее

SERGEY YESENİN. «BOSFORDA HEÇ ZAMAN OLMAMIŞAM MƏN…»

Yesenin_Sergey

Никогда я не был на Босфоре

 

Bosforda heç zaman olmamışam mən,
Məndən o yerləri soruşma nahaq.

Gözlərində mavi alovla hərdən,

Alışan dənizi görmüşəm ancaq.

 

 

Karvanla Bağdada getmişəm nə mən,
Nə də daşımışam ipək və həna.

Gözəl gərdəninlə bir az əyil sən,

Baş qoyum diszinin üstə, yorğunam

 

Nə qədər danışam, deyəm, nə fayda,

Heç də fərqi yoxdur sənə, görürəm,
Rusiya adlanan uzaq diyarda.
Şöhrətli, tanınmış, adlı şairəm.

 

 

Mən bura qüssədən gəlməmişəm ki,
Məni, ay görünməz, özün çağırdın.
Axı sənin sona əllərin, iki

Qanad tək boynuma mənim sarıldı.

 

 

Qəlbimdə talyanka səslənir indi,
Hürüş eşidirəm ay doğan kimi.

Fars qızı, keçmirmi bəs ürəyindən,
Görəsən o uzaq mavi ölkəni?

 

 

Dağıt talyankanın qəmini qəlbdən,

İçirt əfsunlarla ruhuma yazı.

Yadıma salmayım darıxıb həm də,
Bir də mən o uzaq şimallı qızı.

 

 

Bosforda heç zaman olmasam belə,
Uyduraram onu,  istəsən əgər.

Sənin ki gözlərin dənizdir elə,
Mavi od onlarda sayrışıb gedər.

 

Ruscadan tərcümə

15-16. 06. 2019, Samara

 

Никогда я не был на Босфоре,
Ты меня не спрашивай о нем.
Я в твоих глазах увидел море,
Полыхающее голубым огнем. Читать далее

SERGEY YESENİN. “QƏRARA ALINDI! DÖNÜMSÜZ İNDİ…»

Yesenin_Sergey

Да! Теперь — решено. Без возврата…

 

Qərara alındı! Dönümsüz  indi,

Doğma diyarımı tərk elədim mən.

Baharda qovaqlar yaşıllananda,
Deməz başım üstdə nəğmə yenidən.

 

Mənsiz yastı koma belini əyər,
Nə vaxtdan gəbərib qoca itim də.

Tanrı özü mənə ölüm göndərər,

Moskvanın buruq küçələrində.

 

Qarağaclı şəhər əzizdir mənə,
Necə əfəlləsə, köpsə də necə.
Mürgülü və qızıl Asiya yenə,

Burda hər günbəzdə uyuyur gecə.

 

 

Elə ki ay doğur, ay işıqlanır…

Ah, belə işıqda şeytan azdırır!

Gedirəm, başımı çiynimə salıb,
Tini burularaq meyxana sarı.

 

 

Bu müdhiş yuvada qışqırıq, haray,

Kəsilmir gecələr gün doğanacan.

Şeir oxuyuram fahişələrə,
Banditlərlə spirt vururam cana.

 

 

Artır ürəyimin vurğusu yaman,
Birdən ixtiyarsız gəlir dilimə:
— Mən də sizin kimi başı batmışam,
Bir daha geriyə dönə bilmərəm.

 

 

 Mənsiz yastı koma belini əyər,
Nə vaxtdan gəbərib qoca itim də.

Tanı mənə yəqin ölüm göndərər,
Moskvanın buruq küçələrində.

1922

 

Ruscadan tərcümə

14-15.06. 2019

Samara

 

Да! Теперь — решено. Без возврата

Я покинул родные края.

Уж не будут листвою крылатой

Надо мною звенеть тополя. Читать далее

SERGEY YESENİN. QAFQZADA

Yesenin_Sergey

НА КАВКАЗЕ

Bizim rus Parnası elə qədimdən,
Naməlum ölkələr özünə çəkdi.

Qafqaz, müəmmalı dumanın hərçənd,
İlham oyatmaqda bəlkə də təkdir.

 

Puşkin duyğularla burda yananda,

Bəlalı ruhundan süzülüb gəlib:
“Gözəl qız, oxuma mənim yanımda,
Qəmli Gürcüstanın nəğmələrini”.

Lermontov qüssəylə olarkən girinc,

Açdı Əzəmətin macərasını.
Kazbiçin atına verirdi bu gənc,

Qızıl əvəzinə öz bacısını.

 

 

Səbəb üzündəki qüssə və kinmi
Qaynar sarı çaylar oldu qisməti?

O, bir şair kimi və zabit kimi

Dostun gülləsiylə susdu əbədi.

 

 

Burda basdırılıb Qriboyedov,
Bizdən fars toranı onu bac aldı.

Yatır böyük dağın yamacında o,
Zurnanın və tarın nalısi altda.

 

 

Özüm də bilmirəm hansı səbəbdən,

Axır mənzilinə  gəlmişəm bu gün.
Əziz cənazəyə yaş axıdım mən mən,
Öz ölüm anımı ya da düşünüm?

 

 

 

Mənimçin eynidir! O gedənləri,
Böyükləri indi düşünürəm mən.

Vəhşi çaylarının, vadilərinin,
Səsiydi onların ruhuna məlhəm.

 

 

Bura qaçırdılar düşmən əlindən,
Onlar dost əlindən qaçırdılar da,

Ki, addım səsləri tək eşidilə,

Kar düzlər görünə bir də ki, dağdan.

 

 

Elə həmin şərdən mən də qurtulub,
Qaçdım, bohemayla vidalaşaraq.

Mənim içərimdə epik mövzulu,
Şair yetişmişdi belə ki, artıq.

 

 

Şeirdə mənə xoş Rusiya odu,
Mayakoski var, başqaları var.

Baş ştabs-rəngsazı onların odur,
Mosselprom haqda yazar, oxuyar.

 

Klyuyev, Ladoqa dyaçoku da,
Sırıqlıdır onun şeiri elə bil.

Dünən bir şeirini əzbər oxudum,
Eşidib qəfəsdə gəbərdi bülbül.

 

 
Saymağa heç dəyməz qalanlarını,
Soyuq günəş altda yetişir onlar.

Kağızı götürüb qaralayalar –

Vallah, bacarmır heç bu işi onlar.

 

 

Qafqaz, bağışla ki, onlardan belə,
Qeyri-ixtiyari sənə söz açdım.

Mənim rus şeirimi sən öyrət elə,

Zoğal şirəsi tək süzülüb axsın.

 

 

 

Yenə Moskvaya qayıdan zaman,
Yaradım elə bir gözəl poema.

Gərəksiz qüssəni unudum tamam,
Yadıma düşməsin bir də bohema.

 

Və doğma ölkəmdə vida anımda,

Bircə bunları mən söyləyə bilim:

 “Gözəl qız, oxuma mənim yanımda,
Gürcüstanın qəmli nəğmələrini”.

1924

Ruscadan tərcümə

13-14.06. 19

Samara

 

Издревле русский наш Парнас
Тянуло к незнакомым странам,
И больше всех лишь ты, Кавказ,
Звенел загадочным туманом. Читать далее

SERGEY YESENİN. “MƏNƏ BİR ƏYLƏNCƏ QALIB…”

Yesenin_Sergey

Мне осталась одна забава…

Mənə bir əyləncə qalıb, ağzıma

Salam barmağımı, fıştırıq çalam.

Haçandan hamının düşüb ağzına,

Guya ayıbçıyam, qalmaqalçıyam.

 

 

Gör necə gülməli itkidir bu, ah!

Gülməli itkilər çoxdur həyatda.

Utandım tanrıya inanmağıma,
İndi inanmıram – ağrıdır bu da.

 

Ah, qızıl üfüqlər nə qədər uzaq!
Yanır hər şey həyat qayğılarında.

Yanmaq istəyərək daha da parlaq,
Pozğun da olmuşam, qalmaqallı da.

 

 

Şair istedadı – həm əzizləmək,
Həm xarab eləmək – yazısı budur.

Qara qurbağanı ağ qızılgülə,

Calayıb sevdirmək arzum olubdur.

 

 

Nə qəm, alınmadı, tutmadı, nə qəm,

Gül kimi günlərin fikri, məramı.

Şeytanlar yuvası vardısa qəlbdə,
Mələklər, deməli, orda yaşarmış.

 
Elə bu hoqqanın kefinə görə,
Özgə bir diyara yollanan zaman,

Sonuncu dəqiqə elə ki gələr,
Yanımda kim olsa, istərəm ondan:

 

 

Tanrı nemətinə inamsızlığa,
Ağır günahlara görə məni həm.
Qoysunlar surətlər altda yatağa,
Əynimdə də rus köynəyi, öləm.

ruscadan tərcümə

12-13. 06. 2019

Samara

Мне осталась одна забава: 
Пальцы в рот — и веселый свист. 
Прокатилась дурная слава, 
Что похабник я и скандалист.  Читать далее