Архив тегов | 11-sinif Ədəbiyyat dəsliyi

GÜLMƏLİ ŞEİRLƏR: ƏHMƏD CAVAD. “SƏSLİ QIZ”. I

əhməd cavad səsli qız

Keşməkeşli və faciəvi ömür yaşamış Əhməd Cavada bir insan, şəxsiyyət kimi hörmətim böyükdür. Ancaq onun şeirlərinə tənqidi yanaşıram və hətta himnin sözlərinə ciddi iradım var və bu barədə yazmışam. SSRİ-də peşəkar kukla teatrının banisi, böyük rejissor və pedaqoq Sergey Obraztsovun bir məqaləsi var idi: “Ehtiyatlı olun – estetikadır! Ehtiyatlı olun – uşaqlardır!” Uşaqları pis ədəbiyyat, yəni antiaədəbiyyat, antiesttika ilə korlamaqazyaşlılaa qarşı törədilmiş cinayət kimidir.

11-ci sinin üçün nəzərdə tutulmuş “Səsli qız” şeirini oxuduqca fikirləşirəm ki, belə mətnlərin yeniyetmələrə vurduğu ziyanı sonradan aradan qaldırmaq mümkün olmayacaq. Onların da fikirləri v fikirlərinin yazılı ifadəsi həmişə dolaşıq olacaq, əsl ədəbiyyatı qüsurlu ə ya tamamilə keyfiyətsiz mətnlərdən ayıra bilməyəcəklər.

Əhməd Cavadın şeirinə baxaq.

 Bülbülün səsi kimi
Qaynayır incə səsin.

Bülbülün səsi qaynayır? İncəliklə qaynamaq bir araya sığan şeylərdir?

Sanki ömrüm uzanır
Uzandıqca nəfəsin.

Bu beyti yaxşı yadda saxlayın: səs şairin ömrünü uzadır. Görün sonra nə deyəcək.

Acımazsan könlümə,
Zildən enərsən bəmə.
Qız, yazığam bu dildə
Dərdimi şərh eyləmə!

Belə çıxır ki, səs şairə əzab verir, yəni bir misra əvvəl dediyinin əksi!

Qız, qurbanmı istərsən
İnlətdiyin bu səsə?

Bayaq səs bülbül səsi kimi qaynayırdı. İndi inildəyir. Həm də müəllif ciddi dil qüsuruna yol verir: “səsi inlətmək” cəfəng ifadədir, çünki inilti özü səsdir.

Min dəfə ölsün canım
Söyləməsin bir kəsə.

Nəyi söyləməsin?

Hər nəfəsin bir ayə,
Vəhyi-müqəddəs kimi!

Bayaq səs inilti idi, indi Quran ayəsi oldu.

 Dünyada nemətmi var
Bu səndəki səs kimi?
Heç birinin lütfündən
Tapılmaz ki, bir payı.

“Heç birinin”  — nəyə aiddir? Gərək nemətlər sadalanaydı, onda “heç biri” yerində olardı. “Tapılmaz ki, bir payı” – bu, misra həm mənasızlığı ilə, həm də anlaşılmaz qrammatikası ilə cəfəngiyatdır. “Lütfdən payı tapılmaz”?

Qız, bu küskün könlümü
Bircə sənsən güldürən.

Bayaqdan inildədirdi, indi güldürür! Allahu əkbər!

Səsindəki qəhqəhə —
Doğrudan cəlb edərmiş
Sufini eşqilahə!

İnilti oldu qəhqəhə. Və qəhqəhə sufiini cəlb edir. “Eşqilahə”ni başa düşmədim.

Səsindəki sirri mən
Gedib sordum dərvişə.

Bəlkə “dərvişdən soruşdum”? Yönlük ya çıxışlıq?  Müəllim bunu kimdən soruşmalıdır? Dərvişdən? Təhsil nazirindən? Paşaholdinqdən?

Məlum olur ki, dərviş şairdən də qabaq o səsə aşiq imiş!

Görək dərviş nə deyir:

Dedi: “Haqqın cilvəsi
Görünür gahi-gahi!”

Gahi-gahi… Haqqın cilvəsi…

Hər qövmin imanı var
Bir səsli peyğəmbərə!

“Bir səsli peyğəmbər” kimdir ya nədir?

Çoxdandır anlaşılmış
Bu sirr Fərat boyunda.
Axtarırmış o sirri
Kür-Arazın suyunda.
Bir şey başa düşürsünüz?  O sirr nədirsə, “Fərat boyunda anlaşılıb”. Ancaq “Kür-Arazın suyunda” o sirri kim axtarırmış? Subyekt yoxdur!

Hər dinin əsli nədir? —
Qaibdən gələn bir səs!
Biçarə insanlığın
Dərdini bilən bir səs!

Burda şair “din xalqn tiryəkidir” deyən Karl Marksı təkzib edir. Dn tiryək yox, “qaibdən gələn səs”dir. Həm də “biçarə insanlığın dərdini bilən səs”.

Fikirləşirəm ki, ədəbiyyat müəllimi bunu necə izah edəcək. Təsəvvür edin kəndin ədəbiyyat müəllimini. Kişidirsə, heyvanı naxıra ötürüb, üzünə su çəkib, boynuna rezinıi qalstuk taxıb, özünü çatdırırb məktəbə.. Qadındırsa, toyuq-cücənin dənini-suyunu verib, üstünə dezodarant sıçradıb, YAP-ın biletinin çantasında olmağını yoxlayıb, özünü çatdırıb dərsə. Jurnala baxıb soruşur: Harda qalmışdıq? Cavad Əhməddə? Əhməd Cavadda? “Biçarə insanlığın…” Uşaqlar, milli öndərimizdən qabaq millətimiz biçarə olub, Əhməd bunu deyir… Cavad Əhməd… Dişini ağartma, tərbiyəsiz…”

Bir çox gözəl qızların
Büllur kimi səsləri
Azmı xilas eyləmiş
Ölümdən bikəsləri?.

Vallah, məni qınayan çox olacaq, qoy qınasınlar, deyəcəyəm: mənə elə gəlir ki, Əhməd Cavad vuran olub və niy olmayaydı ki. Şair gərək vuran ola. Ancaq bəzən şair o qədər vurur ki, sintaksis nədir, hətta morfologiyanı da unudur və heç hansı dildə yazdığı da yadından çıxır.

“Ölümdən bikəslər” nədir? Bəlkə bunun izahı üçün respublika müsabiqəsi elan edilə?

Və belə dolaşıq şeyləri şagirdlərinbynuinə dürtməkdənsə onlara, məsələn, yapon dilini öyrətmək düzgün olmazdımı? Bəlkə sonra bir şey icad edərdilər. Avttomobil demirəm, heç olmasa, uşaq arabası….

 

27. 04. 2024, Samara

davamı var