
İlham Əliyevin 60 yaşı tamam oldu və onu həqiqətən sevənlərlə bərabər güzəranını, xoş gününü, mövqeyini, vəzifəsini, gələcəyini Əliyevdən asılı bilən hər kəs onu təbrik edir. Sevənlər qalsın, bu asılılar saysızdır. Hər brinin təbriki gedir Adminstrasiyaya, orda yəqin bir yerə toplayırlar, sonra bəlkə kitaba salacaqlar, prezident də, əlbəttə, başını ağrıdıb onları oxuyan deyil. Ancaq təbrik göndərənlərin hər biri istəyir ki, cənab Əliyev onun təbrikindən xəbər tutsun. Bəlkə bir il hazırlaşıb, bəlkə iki-üç il. Gecələr yatmayıb, yediyi boğazından keçməyib, bəlkə hətta stressdən müvəqqəti ya birdəfəlik kişiliyini itirənlər olub. Hər biri başqalarının ağlına gəlməyən bir təbrik, bir alqış, bir arzu kəşf etməyə çalışıb.
Sabir Rüstəmxanlı kəşf edib. Deyib ki, İlham Əliyev gərək Azərbaycan kimi xırda bir ölkəni yox, Hindistanı idarə edə.
Yəni Sabir Rüstəmxanlı demək istəyir ki, İlham Əliyev – Messidir, gəlib Keşlə komandasında oynayır…
Bu Sabir Rüstəmxanlının abrı-həyası yoxdr. Onun adını eşidəndə əsl Sabirin “Olmur – olmasın” şeiri yadıma düşür. Ata ilə oğulun deyişməsi. Yəni “qeyrətin olmur –olmasın”. Yəni Sabir Rüstəmxanlı elə bil ki, ailə tərbiyəsi əvəzinə valideynindən belə tövsiylər alıb: Əyil, sürün, tərif de, yala, sabunlu-sabunsuz gir – “qeyrətin olmur-olmasın…”
Hindistan…
Hidistan ölkə deyil, siilizasiyasır, ən qədim, zəngin sizulizasiyalardan biri…
Böyük Britaniyanin tərkbindən çıxandan dünyanın ən böyük demokratiyasına çevrilir. Aşağı palatası iki ildn bir təzələnən, hökuməti tam nəzarətində saxlayan parlamenti, anqlo-sakson məhkəmə sistemi var. Mətbuat üzərində dövlət monopoliyası və nəzarəti yoxdur. Yerli özünüidarəetmə hələ iyirminc əsrin əvvəllərində yaranıb. 1933-cü idə pançayatlar azad, birbaşa seçkilərlə formalaşır. 28 federal ştatdan hər birinin azad seçkilərlə formalaşan qanunvericilik orqanı var,
Belə dövlətin başında azərbaycanlını təsəvvür edirsiniz?
Bir ayın içində Hindistan olar zoğal dəyənəkli Xudayar bəyin rəhbərlik etdiyi böyük bir Danabaş.
Bir ayın içində azad mətbuatın işi iflic olar, qəzetlər, televiziya kanalları maliyyəsiz qalıb bağlanar, qalanlarını hökumət özünə tabe edər ya da hampazorluqla bağlayar.
Ştatların özünüidarəsi bir aya məhv olar, ştatlara Azərbaycanda olduğu kimi ofisinantlar, mal oğruları, Sədərək banditləri, prokuror qardaşları, hakim bacanaqları, gömrük qudaları rəhbər təyin olunarlar.
Partiyalar darmadağı edilər, ölkə əhalisinin yarıdan çoxu “antimilli ünsür” elan olunar…
Hindistan yüksək elektron avadanlığı, kosmik texnika, dərmanlar, avtomobillər istehsalı əvəzinə Belarus traktorları istehsal edər… Bütün iqtisadiyyat da bir neçə ailənin əlində…
Ölkənin mədəniyyəti də altı aya- bir ilə tənəzzüklə uğrayar, Rabindranat Taqor kimi yazıçıların əvəzinə Sabir Rüstəmxanlı kimi götöpənlər meydana çıxar.
Hind okeanının sahillərini prezidentin qudurtduğu adamlar hasara alarlar…
Və tezliklə Hindistanın axırı çatar…
Sabir Rüstəmxanlı kimi barbarlar öz güzəranı xətrinə nəinki Hindistanı, hətta dünyanın qalan yarısnı da məhv etməyə hazırdırlar. Keşlə miqyaslı, Keşlə təfəkkürlü arvadlar və kişilər o qədər harınlayıblar, o qədər qızışıblar ki, Hindistana rəhbər təyin edirlər…“Yaxşı ki, Allah dəvəyə qanad verməyib” məsəli burda yerindədir… Hərçənd bu «qanadsız dəvələr»in kiçik ölkəmizin iqtisadiyyatı qalsın, millətin əxlaqına, mənəviyyatına vurduğu ziyan hədsizdir.
Tərtərdə minlərlə hərbçini ermənilərə satılmaqda günahlandrıb öldürüblər, əlil ediblər, həyatlarını korlayıblar.
Millətin şərəfini, ləyaqətini, gələcəyini, ümidini satanlar isə oturublar qondarma parlamentdə, boyunlarını yoğunladırlar…
“Qeyrətin olmur – olmasın…”
Mirzə Əlil
26.12. 2021, Samara
Понравилось это:
Нравится Загрузка...