Архив | Апрель 2020

 “SƏN HƏQİR ŞEİRİMİ İLK OXUYANSAN…”

U LENİ. KİNO

Buzeyrli Fizuli Hüseynova

Mən şair deyiləm adaşın kimi,
Uzağam Vaqifdən, Nəsimidən də.

(Bilmirəm dilini Nizaminin ki,
Deyəm sözü nədir, sənəti nədir).

 

 

Şübhəsiz, üstündür xalq nəzərində,
Məndən hətta Vahid Əliağa da.

Necə yarla əğyar məzələndilər –

Yazmadım içkili xalqı ağladam…

 

 

Talış dost! Üç dildə quş kimi ötən!

Sən həqir şeirimi ilk oxuyansan.

Qaldırıb sözümü, sətrimi yerdən,
Buzeyr dağlarına uçuran insan!

 

 

Xalqının dərdinə mən də günahkar,
Dilin gödəkdirsə —  dilim də gödək.

Dilimə, sözümə məhəbbətin var —
Böyükdür sinəndə döyünən ürək!

 

 

Mən şair deyiləm adaşın sayaq,
Kərbala yoluna yox ləyaqətim.

Zirvəyə qaldırdın sən məni ancaq,
Talış dost, neynirəm ayrı qiyməti…

 

27.04. 2020, Samara

“DƏRS BİTİB, SÖZ BİTİB, GETMİRƏM ANCAQ…”

U LENİ. KİNO

İyirmi birinci əsrdə sanki
Qonağam. Gəlmişəm keçən əsrdən,
Yubanıb qalmışam indiyə kimi,
Bilmirəm yığışıb necə gedim mən.

 

 

Hara yollanıram —  ayaq səsləri
Daldan eşidirəm. Məndən uşaqlar,
Tamam getməyimə bəlkə tələsir,
Qalıram – kiminsə bəlkə yeri dar…

 

 

Şagirdlər  önümdə lal oturublar,
Dərs bitib, söz bitib, getmirəm ancaq.

Biri əldə silgi farağat durar,

Yazımı, izimi silər dalımca…

 

26.04. 2020, Samara

“BARMAQ İZİNDƏDİR FƏRQİMİZ ANCAQ…”

SONY DSC

Əzizim, hamı tək həm tələsirsən,
Qurtara şoğərib bu pandemiya.

Təşviş içindəsən həm elə bil sən,
Qorxursan bəlkə də dəyişə dünya.

 

Təcrid götürülə, bitə karantin,
Gözlərin qamaşa küçəyə çıxsan.

Görəsən dəyişib doğma həyətin,
Adamlar tanınmır, necə baxasan.

 

Qaynayıb-qarışıb kasıb zənginə,
Keçəl şah qızıyla ailə qurur.

Nə qolu zorlu var, nə də əyilən,

Hamı ləyaqətlə davranır, durur…

 

 

Nahaq üzülürsən, əzizim, axı
Dünyada çox olub pandemiyalar.

İtkilər olub ki, min dəfə artıq,
Amma nəticədə dəyişən nə var?

 

 

Həmin hərarətdə qalacaq bədən,
Təzyiqin, nəbzin də ölçüsü həmin.

Qadın istəyəcək kişi yenə də,
Sevgidən ya zordan öləcəq qadın.

 

 

Yeməyə, içməyə həmin ehtiyac,
Şor yeyən olacaq, kürü yeyən də.

Yarı tox olacaq, yarı yenə ac,
Zalım da qalacaq, boyun əyən də…

 

Karantin bitən tək qorxma, çıx evdən,
Baş qaldır, sağına, soluna bax sən.

Özgə arvadına, mülkünə birdən,
Tamahın düşərsə, bil ki, həminsən.

 

 

Çıxanda qarşına əlsiz-ayaqsız,

Əgər gözlərində gilələlənsə yaş.

Büküyü çatlamış manata qıysan,

Bil ki, həminkisən yenə də, qardaş.

 

 

Hardasa, yaxında güllə səsləri,
Eşitsən, diksinib qorxma sən hədər.

Beş-üç pandemiya düşür bir əsrə,
Ancaq ara vermir müharibələr.

 

 

 

Dünyamız həmişə  həmin qalacaq,
Eyniyik, həminik həmişə biz də.

Barmaq izindədir fərqimiz ancaq,
Çünki cani yaşar hər birimizdə…

 

22.04. 2020, Samara

ANNA AXMATOVA. BORİS PASTERNAKA

1

1

Yenə payız gəlir Tamerlan kimi,

Arbat döngələri sükuta dalır.

Dumandan seçilmir yaxın tikili,
Orda yol keçilməz, qaralıb qalır.

Budur, bu da son hədd! Və hiddət yatır,
Kar olub dünyanı sanki qulağı…

İncil qocalığı – bu həm əzəmət,

Bu həm də ən acı Hefsiman ahı…

Halalca malındır burda nə varsa,
Leysanda bir qalın divar qatı var.

Şöhrət – oyuncaqdır, yadlara qalsın,
Get evə, heç nə də gözləmə daha.

1947-58

Ruscadan tərcümə

21.04. 2020, Samara

 

БОРИСУ ПАСТЕРНАКУ

И снова осень валит Тамерланом,
В арбатских переулках тишина.

Читать далее

Uilyam BLEYK. AH! GÜNƏBAXAN!

NPG 212; William Blake by Thomas Phillips

Günəbaxan! Zaman yorğunu çiçək,

Günün addımını elə bil sayır.
Axtarır beləcə səyahətçilər

Gedən əfsanəvi, qızıl diyarı.

 

Gənci şövq apardı orda ki, qəbrə,
Kəfənə büründü Bakirə qardan:

Çiçəyim yollanmaq istəyən yerə,

Getmək istəyirlər, çıxıb məzardan.

1794-cü ildə ilk dəfə nəşr olunub

İngiliscədən tərcümə

20.04. 2020, Samara

 

WILLIAM BLAKE

AH! SUN-FLOER

Ah Sun-flower! weary of time,

Who countest the steps of the Sun:

Seeking after that sweet golden clime

Where the travellers journey is done. 

 

 

Where the Youth pined away with desire,

And the pale Virgin shrouded in snow: 

Arise from their graves and aspire, 

Where my Sun-flower wishes to go.

“AĞRIYLA HƏMİŞƏ ATAM DEYİRDİ…”

U LENİ. KİNO

Ağrıyla həmişə atam deyirdi:

“Uşaqlarım mənə oxşamadılar!…”

Biz onun özü tək zirək deyildik,

Həvəssizdik işə, çalışmağa da.

 

 

Güzgü qabağında dayansam haçan,
Atamı görürəm hər dəfə sanki.

Bir azca fərqqlidir, uzundur saçım,
Saqqal sarıdan da bir az fərqliyik.

 

“Qolçomaq” damğası adında vardı,
Əngəli çıxardı saqqalın hökmən.

Dəlləyi üzünü elə vurardı
Ki, saqqal həm vardı, yoxdu saqqal həm…

 

 

Saqqallı…saqqalsız… Atam, oxşarıq,
Tale oxşarlığı aramızda var.

Hərçənd tək yaşadım, yox uşaqlarım,

Qınayam onları, ya məni onlar…

 

 

Dağıldı yığıdğın, ya dağıtdılar,
Ödə, zəhrmara döndü daddığın.

Bunu sənin üçün demişdi Tövrat:

“Ev adamlarıdır insana yağı”.

 

 

Mən də sənin kimi çalışdım hədər,
Düşünüb nə yazdım – yellər apardı.

Zirək olmasam da, axıtmışam tər,

Kimə nə yetişər? Haçan və harda?

 

 

Keçələt kolazın donanma idi,
Sükanı saxlardın sərt, yorulmadan.

Okean gəmisi ya qayıq adi –

Bizi sularında qərq edər zaman.

 

18. 04. 2020, Samara

SÖNDÜR İŞIĞI, ANAM…

U LENİ. KİNO

Öyrəşirik çoxa da,
Aza da öyrəşirik.

Hər şey əldən çıxanda,

Taleyə baş əyirik.

 

On iki kvadrata,
Otuz ildir pərçiməm.

Ya iki vur altıdır,
Ya da ki, dörd vur üçə.

 

 

Yatmağına yer bəs, həm
Yazıb-oxumağına.

Gəzdinmi – ilişirsən,

Özün öz ayağına.

 

 

Çexov deyir: “ölənin

İki arşın bəsidir.

Dirininsə tələbi,
Bütün yer kürəsidir”.

 

 

Bir neçə kvadrata,
Həmişəlik əsirəm.

Özgələr fırlatdılar

Mənsiz yer kürəsini.

 

 

İki arşın yerə də,
Sığaram, sıxılmaram.

Qapanır gözlərim də,
Söndür işığı, anam…

 

16. 04. 2020, Samara

Osip MANDELŞTAM. AYYA-SOFİYA

MANDELSHTAM

Burda dayanmağı, Ayya Sofiya,
Xalqlara, çarlara buyurdu Tanrı!

Axı sənin qübbən, görənlər deyir,
Zəncirlə göylərə sanki bağlanır.

 

 

Örnək götürülür Yustiniandan –

Efesli Diana  verdi izin ki,

Yüz yeddi göy mərmər sütunu onda,
Özgə tanrılara xidmətə getsin.

 

 

Fikri, ruhu uca, səxavətli həm —
Tikənin nə idi niyyəti dəqiq,

Apsidı, eksedri sıralayan dəm,
Göstərib onlarla şərqi və qərbi?

 
Gözəldir günəşlə yuyunan diyar,

Və qırx pəncərədə işıq cəlalı.

Qübbə altdasa dörd ali mələk var

Yelkənlər üstündə  — baxan sarsılır.

 

 

 

Bu nüdrik səmavi möhtəşəm bina,
Adlar əsrləri, xalqları adlar.

Necə serafimlər hönkürə, yenə,
Günbəzin qızılı nizamı qalar.

1912

Ruscadan tərcümə

15.04. 2020, Samara

 

Айя-София
Айя-София,- здесь остановиться
Судил Господь народам и царям!
Ведь купол твой, по слову очевидца,
Как на цепи, подвешен к небесам.

И всем векам — пример Юстиниана,
Когда похитить для чужих богов
Позволила эфесская Диана
Сто семь зеленых мраморных столбов.

 
Но что же думал твой строитель щедрый,
Когда, душой и помыслом высок,
Расположил апсиды и экседры,
Им указав на запад и восток?

 

Прекрасен край, купающийся в мире,
И сорок окон — света торжество.
На парусах, под куполом, четыре
Архангела — прекраснее всего.

 

И мудрое сферическое зданье
Народы и века переживет,
И серафимов гулкое рыданье
Не покоробит темных позолот.

İKİNCİ BABİL

09.04. 2020

Bir vaxt yer üzündə bütün adamlar,
Bir dildə dınışar, qonuşardular.

Yığışıb bir dəfə verdilər qərar,
Ən uca bir qüllə quraşdıralar.

 

 

Dedilər gil kərpic kəsərik əvvəl,
Sonra bişirərik onu biz odda

Başı qülləmizin göylərə dəyər,
Ucalar beləcə öz adımız da.

 

Tanrımız baanda taxtda dikəlib,
Qüllə ucaldırlar gördü, adamlar.

Dedi: “xalq bir idi, bir idi dili,

Nə hoqqa çıxarır gör indi bunlar.

 

 

Və dili mən gərək elə ayırım,
Biri digərini başa düşməyə”.
Və səpdi dünyaya onları Tanrı,
Nə qüllə tikildi, nə də ki, şəhər.

 

Qüllə ucaldırdıq biz yenə indi,
Göylərə ucalaq, çıxaraq ad da.

Bir dilə çevirib neçə min dili,

Kərpic bişirirdik virtual odda.

 

 

Yenə bəyənmədi Tanrı bəlkə də,
Canlanan bu qüllə inşaatını.

Qonuşmaq yasaqdır yeganə dildə,

Yasaqdır min dildə qonuşmaq indi.

 

 

Qüllə həvəsiylə coşan, vurnuxan
İnsan öz evinin küncünə əsir.

Nəinki göylərdə ad çıxaramağa —
Baş çıxarmağa da çatmır hünəri…

 

14.04.2020, Samara

Uistan ODEN. YOL AYRICINDA AĞLAYAN XANIM

AudenVanVechten1939

Xanım, ağlayırsan yol ayrıcında,
Deyirsən tapılar bu yerdə sevgin?

Bir sürü tazıyla keçər toranda,

Əlcəkli əlinini üstdə də şahin?

 

 

Ağacda quşları onda yemlə sən,
Kəsilsin səsləri, elə yemlə ki.

Göydən qov günəşi bircə himlə sən,

Gecə gələ bilsin gün gedən kimi.

 

Ulduza həsrətdir kim çıxır yola,
Qışın küləkləri işləyir qana.

Qaç, qabağındakı qorxunu adla,
Qalan peşmanlıqdır dalda, dayanma.

 

Yüyür, qulağına çatana qədər,
Əbədi okean harayı, durma.
Suyu şor olacaq, həm də ki, dərin,

Gərək dibinəcən içəsən amma

 

 

Enib zindanına dəniz dibinin,
Tabla, bütün səbrin tükənənəcən.

Axtarsan hər batan gəmini bir-bir,

Bəlkə qızıl açar əlinə keçər.

Dünyanın sonuna yollan, ələ al,
Öpüşlə zəhmli keşikçiləri.
Uçurum üstündə sınıb-dağılan,
Körpünü aş keç.

 

 

Atılmış, adamsız  orda qala var,
Dəyər öyrənməyə ondakı hər daş.

Mərmər pilləkənə ayaq basıb qalx,
Bağlı qapıların kilidini aç.

 

 

Keç sükuta dalan bal salonundan,

Tərk elə şübhəni, təhlükəni sən.

Hörümçək torunu üfür aynadan,
Nəhayət, özünü görə biləsən.

 

 
Əlini taxçada gəzdir  indisə —

Boynuna düşəni  başa vurmusan.

Əlinə bir iti tiyə keçdisə,

Saxta ürəyinə var gücünlə sanc.

 

1940

İngiliscədən tərcümə

12-13.04. 2020, Samara

 

QEYD: Orijinalda tək misralar (1-3) qafiyələnmir

 

Lady Weeping at the Crossroads

 

Lady, weeping at the crossroads,
Would you meet your love
In the twilight with his greyhounds,
And the hawk on his glove? Читать далее