Архив тегов | satirik şeirlər

«KOROĞLU SOYDAŞIM, QIRAT SOYDAŞIM…»

         dastan

Odsevər soydaşım, Babək soydaşım,
Şah İsmayıl kimi zirək soydaşım.

 

Daha kim: Nəbi tək qoçaq soydaşım,

Hər an bir ayağı qaçaq soydaşım.

 

Koroğlu soydaşım, Qırat soydaşım,
Qayaları yaran Fərhad soydaşım,

 

Gecəni gündüzə indi də qatır,
O nə yeyib-içir, nə də ki, yatır.

 

Qoymur külüngünü yerə, tər tökür,

Yorulmur, torpağı laybalay sökür.

 

Çəkmir Fərhad kimi amma süd arxı,

Bu iş indi deyil aktual axı.


İndi süd daşınır avtomobillə,
Xanımlar da daha süd içmir elə.


Xanımlar şərabı sevirlər daha,
Qəhvıni də südsüz içirlər hətta.

 

Torpağın altını qazır soydaşım,

(Burda kompüterə axdı göz yaşım…)

 

Bu gün külüngüylə tarix yazır o,
Sərhədi keçməyə tunel qazır o.

 

 

Beş ildən çoxdur ki, sovxa bağlanıb,
O vaxtdan nə qədər ürək dağlanıb.

 

Bu zülmə nücə bəs dözə soydaşım,
Koroğlu soydaşım, Həmzə soydaşım.

 

Fransız, alman tək axı onun da,
Azadlıq eşqi var yəqin qanında.


Qalsa bağlı qapı dalında əgər,
Soydaşım azarlar, get-gedə çərlər.

 

Odur ki, külüngü qaparaq indi,

Torpağın dərin bir qatına endi.


Qazır, yeyib-içmir, yuxu da yatmır,
Soydaşım hələ ki, məqsədə çatmır.

 

Soydaşım bu günün Fətəlisidir,

Ya da Koroğlunun bir dəlisidir.

 

Şoğərib sərhədin o tayındasa,
Yas düşüb, soydaşım tələsir yasa.

 

Üç də ötüşübdür, yeddi də ancaq
Qırxı da verilib iki il qabaq.

 

Bir iş var: yad deyil yas yiyəsi də,
Soydaşa qardaşdır, sadə deyilsə.

 

Necə gec də olsa, getməsə əgər,
Otaydakı ondan yəqin inciyər.

 

Daha iki il də qazmalı olsa,
Qazıb çatdıracaq özünü yasa…

 

Koroğlu soydaşım, Nigar soydaşım,
Səfəvi soydaşım, Qacar soydaşım.

 

Qazır, qazır, qazır dayanır hərdən,
Bilsin yuxarıdan nə səsdir gələn.

 

Bu işin xəbəri, qorxur o, bir gün,

Çata sahibinə dəmir yumruğun.


Top-tüfəng götürüb o zalım gələ.

Göydən də atıla bomba tunelə…

 

Bilndə gələn yox, külüngü yenə,

Qapıb davam edir soydaş işinə…

 

Tuneli bitirər, bəlkə də ancaq,
Yasa yox, o, toya gedib çıxacaq…

 

 21. 07. 2026, Samara

FƏZAİL AĞAMALININ ÖLÜMÜNƏ

Bakı özündən gedib,
Neftçala, Salyan zəlil.

Bu dünyanı tərk edib,
Ağamalı Fəzail.

 +

Tükü biz-biz duran da,
Tükü ağaran da var,
Ağ kürü tökür indi,
Kürdəki ağbalıqlar.

 +

Yerazdı xalisindən,
Deyildi adi bir şəxs,

Yerini yerazınsa,
Başqası verə bilməz.

 +

Burun tutub küləyə,
Cəbhə, partiya seçdi.

Quruculuqda bəlkə,
Məmmədəmini keçdi.

+

Axıtdı qızıl qanı,

Şuşada, Xankəndidə.

Bağışladı Salyanı,
İlham da əvəzində.

 +

Keçdi cavanlıq, heyhat,

Yoruldu Ağamalı,

Qızına keçdi mandat,
Halaldır ata malı!


Yeri yuxarıdaydı,
Deputatdı çoxillik.

Millətim yaş axıdır,
Dünya dərdinə şərik.

 +

Necə çəkək bu dərdi,

Bu dərd dözməli deyil.

Fəzail yox, öləydi,
Kaş ki, Mustafa Fazil…

 

Mirzə TƏBİL

10. 02. 2026, Samara

 

MİRZƏ TƏBİLİN İLHAM ƏLİYEVƏ ƏRİZƏSİ

Əlahəzrət, sən Bakıda,
Döydürdün beş-altı rusu,

Milyon azərinin burda,
Əngələ düşüb yarısı.

 +

Əyilib gedirik yolu,

İtirmişik düz yerişi.

Şükr buna! – elə olur,
Yeridirlər qaz yerişi.

 +

Söyülən var, döyülən var,

Bakıya gəlirmi səsi?

Çoxdur deport olunanlar,

İçəridədir neçəsi.

 +

Əlahəzrət, tələs, lütfən,

O beş-altı rusu burax.

Özün görürsən axı sən,

Başımızda sınır çanaq.

 +

Bizə belə müdafiə,

Gərək deyil, açıq desəm.

Bizi çevirdin hədəfə,
Sənin girovunuq biz həm.

 +

Özümüz öz başımızı,
Girələrik, kənardan bax.

Yoxsa bizim hamımızı,
Mələdərlər bu gün-sabah.

 +

Burax tutulan rusları,

Qurtar bizi təhlükədən,

Burax jurnalist qızları –

Rəhmli ol öz ölkəndə!

 

Mİrzə TƏBİL

 17. 07. 2025, Samara

QRENLANDİYA

“Qrenlandiyanı alıram dedi,

Xoşluqla ya zorla – qərarım budur!

ABŞ-a birləşir Kanada həm də,

Növbədə Panama, Meksika durur.”

 +

Və qolf oynamağa getdi uçarla,

Uddu nazirini, köməkçisini.

Medal, diplom verdi özünə hələ,

Şəkil də çəkdirdi, qabardıb sinə.

 +

Putinə zəng vurdu şamını yeyib,
Danışdı dostuna qolf yarışından.

Putin dönə-dönə “malades” deyib,

Birtəhər elədi onu başından.

 +

Girdi arvadıyla sonra yatağa,
Qrenlandiya tək soyuqdur yataq.

“Nəyinə lazımdır Qrenlandiya?” –

Soruşdu arvadı, aralanaraq.

 +

“Fələstinliləri ora köçürmək,

Fikrim var, söz verdim Netanyahuya.

Qəzzanı tezliklə boşaldaq gərək,

Orda kazinolar planlayıram.”

 +

Sonra mesaj yazdı Zelenskiyə,

Soruşdu: “kostyumsuz gəzirsən yenə?

Sənə bağışlardım köhnə pencəyi,
Qorxuram olmaya ancaq əyninə.”

 +

Kim Çen Ina yazdı girib Votsapa,

Yazdl ki, “sevirəm səni ürəkdən”.

Dərhal Kim Çen In da Donald Trampa,
Bir raket göndərdi, çatmadı hərçənd…

 +

Arvad xoruldayır, gecə uzanır,

Trampın çəkilib ərşə yuxusu,
İrana səhərə yaxın bir neçə,

Bomba atdı – yekə, ağır xüsusi…

 +

Beləcə dünyanı idarə edir,
Bütün dünyanı da hərləyir hələ.

Dünya fəlakətə doğrumu gedir? –

Yox, yox… zəif deyil dünya da elə…

 +

Ötər bir neçə il, müddəti bitər,

Taxtını tərk edər narıncı adam.

Bundan əvvəl ölüm gəlməsə əgər…

Həm qanun amansız orda, ölüm həm.

 +

Bizim hökmdarsa ağlı başında,
Ona gərək deyil Qrenlandiya.

O nə ölüb gedən, nə dəyişəndir,

Nə qanun tanıyır, nə abır-həya…

 

13. 07. 2025, Samara

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

«ƏVƏZ ZEYNALLININSA EVİNDƏ TOY-DÜYÜNDÜR…»

20230721_135628

Kimlərsə batıb yasa,
Kimlərsə qara gündür.

Əvəz Zeynallınınsa,

Evində toy-düyündür.

+

Elə bil mağardır ev,

Şənlənir hər bir insan.

Cənab İlham Əliyev,
Həmişə var olasan!

+

Düz ikicə ay çıxıb,
Müddətindən Əvəzin

Qalan da nədir axı –

İndi hesabla özün!

+

Səkkizcə il on aydır,
Cəmi-cümüsü qalan.

İllər güllə tək gedir,
Papağını fırlasan.

+

Nəzir gedir seyidə,
Dustağın anasından.

Cənab prezidentə,
Dua eləyir hər an.

+

Verir gözaydınlığı

Xoşbəxt anaya hər kəs:

Səkkiz il nədir axı,

Çatacaq başa gec-tez!

+

Başı arvadınınsa,
Qarışıqdır, işdədir,
Bu mühüm hadisəni,
İctimailəşdirir.

+

Blinkin zəng eləyib,

Cənab prezidentə.

Bayden heyrandır, deyib,

Səndəki mərhəmətə…

Mirzə TƏBİL

18. 12. 2024, Samara

ROBERT BERNS. MƏN GƏRƏK ARVAD ALAM…

Robert Burns

1.

Gərək arvad alam mən, yaxşı ya pis, fərqi nə,

O təki qadın olsun, bu elə bəsdir mənə.

2.

Razı salacaq məni, gözəl olarsa əgər,
Çirkin olsa, zərər yox, gecə fərq elər məgər?

3.

Əgər cavan olarsa, varmı məndən bəxtəvər?

Əgər qoca olarsa, tezcə də ölüb gedər.

4.

Doğarqarın olarsa, sevinərəm nə qədər!

Qayğılarım az olar, doğa bilməsə əgər.


5.
Yaşıl olsun, boz olsun, qara olsun ya da ağ,

Bunun mənə fərqi yox, qadın olsun qoy ancaq.

6.

Vurmağa həvəslisə, qabaqda yaxşı kef var,
Əgər içən olmasa, mənə daha çox qalar.

 

ingiliscədən tərcümə

03.10. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

Broom Besoms

Buy broom besoms! Wha will buy them now?
Fine heather ringers, better never grew.
1.
I maun hae a wife, whatsoe’er she be;
An she be a woman, that’s eneugh for me.
2.
If that she be bony, I shall think her right:
If that she be ugly, where’s the odds at night?


3.
O, an she be young, how happy shall I be?
If that she be auld, the sooner she will die.
4.
If that she be fruitfu’, O! what a joy is there!
If she be barren, less will be my care.

5.

Be she green or gray; be she black or fair;
Let her be a woman, I shall seek nae mair.


6.
If she like a drappie, she and I’ll agree;
If she dinna like it, there’s the mair for me.

 

SAŞA ÇORNI. SENZURASIZ SATİRA

saşa çornı

Gördüm bir rahibi karetada mən,

Cübbəsində ulduz şölələnirdi.

Ancaq nə düşündüm onu görərkən –

Heç vaxt söyləmərəm öldürələr də.

 +

Nazir Şvarts ilə üz-üzə gəldim
Qorxu içində tez çıxdım aradan.

Yolda pıçıltıyıa nələri dedim –

Heç kimə demərəm bunu, heç zaman.

 +

Baş çəkdim tanış bir müdavim qıza,
Bütün bu işlərdən yorğun idim mən,

İçdikcə qaynanmış suyu məm, düzü,
Deyinir, get-gedə xumarlanırdım.

 +

Marusya!, əzizim, ver sağ əlini,

Tək sevinc – həyatdır, iztirab – heç nə!

Və dinməzcə ona sarı əyildim…

Niyə? Bu barədə susaram yenə!


1908

ruscadan tərcümə

18. 09. 2024, Samara

QEYD:

Şvarts A.N. (1845-19115) – 1908-1910-cu illərdə xalq maarifi naziri. Onun təyinatına böyük ümidlər bəslənilirdi, ancaq bu sahədə Şvartsın elə ilk addımları onun soyadının müdhiz məcazi mənasını təsdiq etdi (şvarts –aımanca “qara”dır).

 ++++++++++++++++

САША ЧЕРНЫЙ
ЦЕНЗУРНАЯ САТИРА

Я видел в карете монаха,
Сверкнула на рясе звезда…
Но что я при этом подумал
Я вам не скажу никогда!
Читать далее

ROBERT BERNS. MÜLKİ İŞLƏR ÜZRƏ ALİ MƏHKƏMƏDƏ EKSPROMT

LORD ADVOKAT

Pamfletlərini sıxıb əlində,
O, sitat gətirir, vururdu eyham.

Nitqində həddən çox duman buraxıb,
Arqumentini o, itirdi tamam.

Cəhd edib axtardı o, uzun zaman,
Nəhayət, anladı yoxdur arqument.

Sağlam düşüncəsi çatmayan insan,

Hüquqla düzəltdi bu vəziyyəti.

 

CƏNAB ERSKİN

Özünü cəmləyib Harri dayandı,
Sonra qollarını gen açdı birdən.,

Məyus baxdı  sədr ona bu anda,

Anladı qasırğa qopacaq hökmən;

Küləklə elə bil yağdı  dolu da,

Ya da şəlalədə sular kükrədi.

Heyətin açıldı gözləri hətta,

Qismən ayıldılar sanki mürgüdən.

ingiliscədən tərcümə

01-02. 08. 2024, Samara

QEYD:

Henri Erskin – 1785-1795-ci illərdə şotland vəkillər kollegiyasının rəhbəri

+++++++++++

ROBERT BURNS

Extempore In The Court Of Session

 

He clench’d his pamphlets in his fist,
He quoted and he hinted,
Till in a declamation-mist
His argument, he tint it:
He gaped for’t, he graped for’t,
He fand it was awa, man;
But what his common sense came short,
He eked out wi’ the law, man.
Читать далее

RAMİZ RÖVŞƏN PREZİDENTƏ: «ƏN ÇOX BU QIŞ SEVDİM SƏNİ…»

ramiz rövşən sevdim səni

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

 +

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

 +

Şükr Allaha, ağıllandım,
Sevdim ulu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

 +

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

 +

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

 +

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mirzə TƏBİL

18. 02. 2024, Samara