That thou hast her it is not all my grief…
İndi o sənindir, ən böyük qəmim
Bu deyil, sevsəm də onu mən necə.
İndi sən onunsan, mənim qəlbimi,
Sevgi itkisidir belə incidən.
Keçirəm yenə də günahınızdan:
Onu sevdiyimə onu sevirsən;
Mənə xəyanətlə istəyir o da,
Onu mənə görə bəyənəsən sən.
Sevdiyim qazanar səni itirsəm,
Onu itirdimsə, qazananı sən
İkiniz qazanclı, itkili mənsə,
Mənə incidirsiz mənə sevgidən.
Nə yaxşı dostumla bir kimiyəm mən,
Elə məni sevir dostumu sevən.
İngiliscədən tərcümə
31.01.2018
Samara
Qeyd: Mövzusuyla 42-ci sonet 40 və 41-ci sonetlərin davamıdır. Burda Şair həm sevgilisini, həm dostunu itirib. Tənqidçilər bu soneti qəmli sayırlar, “loss” (itki) sözü altı dəfə işlənib. “Love” (sevgi) sözünün də altı dəfə işlədilməsi balans yaratmaq kimi başa düşülür.
Bu sonetdə Şekspir çox uzağa gedir, “sevgi üçbucağı” əsil “treesome”a çevrilir, çünki münasibətlər heç də platonik deyil… Hərçənd üçlüyün münasibəti azca Füzulinin “Leyli və Məcnun” undakı sitüasıyanı xatırladır. Məcnun özünü Leyli ilə bir varlıq sayır (“Gər mən mən isəm, nəsən sən ey yar”), həm də onda İbn Salama rəğbət oyanır (“Əğyarım yarü yarım əğyar)…