UİLYAM ŞEKSPİR. 22-Cİ SONET

shakespear

                                       My glass shall not persuade me I am old

 

Ayna yalan deyir – deyiləm qoca,

Cavanlıq özüsən sən ki nə qədər.

Salarsa üzünə zaman iz ancaq,

Ölüm həyatımı götürüb gedər.

 

Sənin büründüyün gözəllik ki var,

Mənim qəlbimə də  bəzəkdir elə.

Bizim sinəmizdə bir ürək vurar,

Necə səndən yaşlı ola bilərəm?

 

Bax belə, sevgilin, gözlə özünü,

Mənim xətrimə yox, özündən ötrü.

Sənin ürəyinin mənsə nazını,

Çəkirəm, elə bil əziz körpədir.

         

                           Ölər səninki də, ölsə ürəyim,

                           Necə qaytararam onu geriyə?

 

İngiliscədən tərcümə

09.01.2018

Реклама