Архив тегов | manatın devalvasiyası

PAMBIQ YOX, TİKAN ƏKMƏK LAZIMDIR

İlham Əliyev Azərbaycanda pambıqçılığı irəlilətmək eşqinə düşüb…

Sovet vaxtı, səhv etmirəmsə, Gürcünstandan qoyun sürüləri gələrdi Azərbaycana qış aylarında. Pambıqçılıq başağrısıdır, Gürcüstan qoyunlarından daha asan və daha çox qazanmaq olar. Müqavilə bağlana gürcülərlə, onlar yenə qoyunlarını gətirələr Azərbaycana qışlağa. Azərbaycanlılar isə gürcü qoyunlarının keçdiyi yerlərdə tikan əkələr. Gürcü qoyunlarının yunu o tikanlara ilişə, azərbaycanlılar o yunu tikanlardan yığıb verələr fabriklərə, fabriklər ip toxuya, ipdən də müxtəlif məmulatlar alına. Gör nə qədər iş yeri açılar, ciblərə gör nə qədər pul gələr!

Ancaq tələsmək lazımdır, bu-gün sabah tikan əkməyin vaxtıdır. İstərdim ki, mənim fikrimi möhtərəm prezidentə çatdırsınlar. Mənə bir şey lazım deyil, mən xalqın dərdini çəkirəm…

GƏNCƏDƏ MİNLƏRLƏ KİŞİ VƏ ARVAD YAP-A ÜZV OLMAQ İSTƏYİB!

GƏNCƏDƏ AKSİYA

Gəncədə minlərlə insan Yeni Azərbaycan partiyasına üzv olmaq üçün partiya qərərgahının qabağına gəlib. Arvadlı-kişili hamı tələb edub ki, onları YAP-a qəbul etsinlər: “Biz yapçı olmaq istəyirik ki, ulu öndərimizin vəsiyyətlərini həyata keçirək, mıhtərəm prezidentimizi dəstəkləyək”. Partiya rəhbərləri camaatdan xahiş ediblər ki, növbə ilə girsinlər, basırıq eləməsinlər. Ancaq gəncəlilərə yapçı olmaq arzusu elə güc gəlib ki, basabas olub. Polislər YAP-a girmək istəyənlərin qabağını çətinliklə alıblar.

PREZİDENT XALQI HEYVAN YERİNƏ QOYUR

“Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır.

Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi».

Bunu İlham Əliyev deyib və bu sözləri oxuyan ya eşidən hər adam, əgər bu adamın ağlı başındadırsa, yaxşı başa düşür ki, İlham Əliyev Azərbaycan xalqını heyvan yerinə qoyur. İlham Əliyevin Azərbaycan xalqını heyvan yerinə qoymağı əslində o, ölkə rəhbərliyinnə gələndən bilinir. Salyanın icra başçısına baxın: belə heyvərəni ancaq salaynlıları heyvan yerinə qoyan rəhbər təyin edə bilərdi. Başqa rayonlar da bu gündə. “Şəffafsüçkilər”dən dəm vuran rəhbər nəinki insanları heyvan yerinə qoyur, hələ onlara tüpürür də.

 

 

PREZİDENT NUŞİRAVAN MƏHƏRRƏMLİNİ DÖYÜB

Bu gün zat-aliləri İlham Əliyev Nuşiravan Məhərrmlini kabinetinə salmış və eninə-uzuna yaxşıca döşəmiş və hətta, deyilənlərə görə, iki qabirğasını sındırmışdır. Prezident deyirmiş: “Sataşmağa adam tapmadın, mənim adamıma sataşırsan? Sən bilmirsən Mirşahin mənim adamındır? Binamus, müxalifət, işqal!” Nuşiravan yalvarıb ki, ya prezident, mənə nə söyüş deyirsininz deyin, atamı-anamı söyün, ancaq “müxalifət” deməyin”.

Prezident Nuşiravanı təpikləyib kabinetdən atıb qırağa…

НУШИРАВАН 1