Архив | Июль 2026

«DEYİRİK POZULUB NİZAM DÜNYADA…»

Deyirik pozulub nizam dünyada –

Olubmu dünyanın nizamlı vaxtı?

Düşmür, ha düşünək, beləsi yada,

Tanrı bəlkə özü belə yaratdı?

 

Qarışmır hər halda baş verənlərə,

Əli bıçaqlıya dayan, dur demir,
Azarı olana nə dərman verir,
Müharibələri nə dayandırır.

 

Lotular zəbt edir hakimiyyəti —
Tanrı siyasətə qarışan deyil!

Cəmləyir on faiz bütün sərvəti,

Tanrı “gözün üstdə qaşın var” demir.

 

Tamaşa oynanır məhkəmələrdə,
Bəlkə də kövrəlir, Tanrı, görürsə.
Onları alt-üst də edə bilərdi,
Eləmir… Yəqin ki, səbəb var nəsə…

 

Bəlkə dirilərə nizam yaraşmır?

Ədalət ətalət bəlkə yaradar?

Tələsir, vurnuxur, can qoyur hamı,
Əgər nizam varsa, hərəkətdə var…

 

Əsl nizam isə “o dünyada” var,
Yüz ölçüb, bir biçib hər şeyi Tanrı.

Hər kəsə bir qanun, eyni qayda var,

Olsa da cənnətdən cəhənnəm ayrı.

 

Yanır gecə-gündüz cəhənnəmdəki,
Oranın gecəsi, gündüzü varsa.

Başı mömininsə mitəkkədədir,

Sərin şərbət içər, xurma gah basar…

 

Orda nə xəstə var, əlil var nə də,

Orda nə doğan var, nə də doğulan.

Qətl törədən yox – hər kəs ölüdür,

Oğru yox – heç nə yox oğurlamağa.

 

Yaxşıdır bu ya pis – söyləmək çətin.

Yoxdur ordan xəbər gətirən hələ.

Tanrı bu dünyanın işinə yəqin

Qarışmır. Bacarmır ya dirilərlə…

02. 07. 2026, Samara

FRANÇESKA PETRARKA. «AMUR AĞLAYIRDI…»

Amur ağlayırdı, mən də onunla,

Ağlardım, bir addım aralanmadan

Sevgi bağlarını qırdığın andan,

Ağır nəticələr yaşardım belə.

 

Tanrı qoydu səni düz yola indi.

Göylərə üz tutub ədil və rəhman,
Dualarımızı nəzərə alan

Kəsə həqiranəmin şükr dedim.

 

Fəzil istəyindən üz çevirərək,

Yenə eşq yoluna qayıtsan əgər
Qarşına enişlər, yoxuşlar çıxar önünə.

 

Biləsən ki, həyat yolu nə qədər

Çətindir, fəzilət istəyən gərək,

Necə ağır ola dönməyə yenə.

 

italyancadan tərcamə

  1. 07. 2026, Samara

QEYD: Petrarkanın “Canzoniere” məcmuəsindəki şeirlərin çoxu Lauraya həsr olunub, 25-ci sonet isə şairin yaxın dosruna ünvanlanıb və bu dostun Canni Torriani olduğu güman edilir. Dost müvəqqəti olaraq düz yoldan çıxaraq kurtuaz eşqə («l’amorosa vita»)və ya fəzil həyata meyldən imtina etmişdi.

 

+++++++++++++++++

Franceska Petrarka

 

Amor piangeva, et io con lui talvolta,
dal qual miei passi non fur mai lontani,
mirando per gli effecti acerbi et strani
l’anima vostra dei suoi nodi sciolta.

Читать далее