Orso, bil, heç zaman nə göl, çay nə də
Nə bütün bu çaylar tökülən dəniz
Divar, budaq ya da təpə kölgəsi,
Nə duman ki, yer-göy çimir nəmində,
Bəşər baxışına maneə olan
Ayrı nə var — mənə gətirməz kədər,
Gözəl gözlərinin duvağı qədər.
Mənə deyir: indi ağla ya da yan.
Gözlər təvazödən, ya da qürurdan,
Yerə dikilərsə, sevincim ölər,
Vaxtsız, həyatımın çatar sonu da.
Məni dərdə salır həmçinin ağ əl —
Üz-göz gizlədəndir, məkr var onda,
Mənə göz önümdə daş kimi gələr.
italyancadan tərcümə
31. 07. 2026, Samara
QEYD:
Orso — Orso del Aqilyara p dövrün görkəmli Roma qrafı və hakimidir.Petrarka onunla yaxın dostluq etmiş və 1337-ci ildə Kapranikedə onun qonağı olmuşdur.
+++++++++++++++++
FRANCESKO PETRARKA
Orso, e’ non furon mai fiumi né stagni,
né mare, ov’ogni rivo si disgombra,
né di muro o di poggio o di ramo ombra,
né nebbia che ’l ciel copra e ’l mondo bagni,
