Архив | 04.07.2026

«MÜHARİBƏ İSTƏMİR ADİ ADAM, SADƏ XALQ?»

 

Müharibə istəmir adi adam, sadə xalq?

Müharibə istəyən yalnız yuxarılardır?

Yuxarıları kimlər bəs yuxarı çıxardı,

Həqarətlə çömbəlib boynunda oturdaraq?

 

Mandat və səlahiyyət verən kimdir onlara?
Adi adam, sadə xalq bunları vermir  məgər?
Adi adam, sadə xalq deyilmi səs verənlər?

Kimdir düşmən kəsilən müxalif olanlara?

 

Adi adam deyilmi çəkişən qonşusuyla?

O deyilmi ömrünü ədavətə həsr edən?

Aradakı bir qarış torpaq üstündə bəzən,

Adi adam qan tökür, öldürür də az qala.

 

Bəs ayrıseçkilkdə sadə xalqa çatan var?

İrqə və rəngə görə o burunlamır yadı?

Qüsurlu soydaşını incidir hətta adi,
Sadə xalqda sevilmir eyibli sayılanlar.

 

Hələ bir ev içində gedən müharibələr,

Qaralır tərəflərin qanı, tökülməsə də,
Savaş fasilələrlə gedir son nəfəsədək,

Zəfər şansı savaşda hərçənd sıfra bərabər.

 

Müstəbidə pərəstiş kim yaradır? sadə xalq!

Hökmünün icraçısı adi adam deyilmi?

Təhlükəlisi yoxdur adi, sadə xalq kimi,
Baş işlətsə adilər, dəyişər gediş ancaq.

 

04. 07. 2026, Samara