
Şimali Koreyanın keçirdiyi raket sınaqlarıyla əlaqədar Morderator.az saytının müxbiri keçmiş daxili işlər naziri İsgəndər Həmidovla söhbət edib.
— İsgəndər bəy, siz nazir olanda deyirdiniz ki, atom bombanız var. Bəs onu niyə atmadınız?
— Mən atırdım, Bəy qoymadı. Dedi Yerevan qədim türk şəhəridir, orda çoxlu türk abidələri var, gərək biz o şəhəri yalın əllə alaq ki, abidələr ziyan dəyməsin.
— İndi o bomba hardadır?
— Milli və ulu öndərimiz Heydər Əliyev məni tutanda, Allah oğlunun canını sağ eləsin, bir az tələsiklik oldu. Məhəllədə bir çona qazıb bombanı basdırdım, türmədən çıxandan sonra yadıma düşmədi harda basdırmışam.
— Yəni belə şey olur?
— Niyə olmur, ə? Sən nə sırtıq jurnalistsən, nazir vaxtıma düşsəydin, şapalaqlardım səni. Götürək iti. Görürsən ki, bir yağlı sümük düşür əlinə, basdırır ki, sonra gəmirər. Sonra da yerini itirir, qalır axtara-axtara…
— İndi başa düşdüm, İsgəndər bəy. Yaxşı, birdən o bombanı tapsanız, neylərsiz? Atarsız ermənilərə?
— Mən o bombanı tapsam, əvvəlcə xanımla masləhət edərəm.
— Yəni həyat yoldaşınızla?
— Ə, birincisi mənim həyat yoldaşım dünyasını dəyişib. İkicisi, həyat yoldaşı kimdir, ki, mən onunla bomba məsləhəti eləyim? Mən birinci xanımı deyirəm. Birinci xanım hara buyursa, kimin üstünə buyursa, ora ataram.
— Sağ olun İsgəndər bəy.
— Bura bax, sayta mənim nazir şəklimi qoyarsan. Nazir olanda yaxşı çıxırdım. General-leytenant paltarında… Bəy məni çox istəyirdi… İndi istəməsin…Sən də tutmusan ki, bomba… Ə, mən özün bomba kimi nazir idim…
Mirzə ƏLİL
Понравилось это:
Нравится Загрузка...