SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

2

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri bir ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu, hadisədən çox üzücü  faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etdi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dastanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəs nə olsun “Beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

ROBERT BERNS. ÖLÜM NƏĞMƏSİ

Robert Burns

    1.

Əlvida, sevimli gün, mavi səma, göy çəmən,

Qüruba gedən günəş qəlb sevindirər indi!

Sevgi, dostluq, əlvida, mehribanlıq, sağ ol sən,

Ömür yürüşümüzün sonu gəlib yetişdi.

Qəddar qorxu Kralı! Həyata qatı düşmən,
Yeri, get indi qorxut köləni və qorxağı.
Tiran, onları əsdir, fəqət bunu da bil sən,

Gücün yox qorxudasan cəsuru və qoçağı.

                          2.

Çaldın yazıq kəndlini – zülmətə qərq olacaq,

İtib-gedəcək izsiz onun adı da hətta.

Gənc igidi çalırsan – şərəf qazanır ancaq,

Yıxılsa da, nur saçır şöhrəti ətrafında.

Qeyrət meydanlarında qılınc əlimizdədir,
Kralın və ölkənin xilasına hazırıq.

Qürubumuz Zəfərlə işıqlanana qədər,
Ölümə gedənlərin sırasında biz varıq!

1791

ingiliscədən tərcümə

16. 05. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

The Song Of Death

1.
Farewell, thou fair day, thou green earth, and ye skies,
Now gay with the broad setting sun!
Farewell, loves and friendships, ye dear tender ties —
Our race of existence is run!
Thou grim King of Terrors! thou Life’s gloomy foe,
Go, frighten the coward and slave!
Go, teach them to tremble, fell tyrant, but know,
No terrors has thou to the brave! Читать далее

KOMSOMOL POEMASI: LEONİD İLİÇ BREJNEV VƏ BAYRAMQULU KİŞİ

Azərbaycanda çox az adam bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməyi Salyan rayonu Komsomol kənd sakini Bayramqulu kişinin sayəsində olub. Bunu mən Salyan arxivində sənədlərlə tanış olmuş əmioğlum Mirzə Təbildən eşitmişəm. Mirzə Təbil həm də Bayramqulu kişini şəxsən tanıyırmış.

Kimsomol kəndinin əsl adı Ərəbqardaşbəylidir, sovet vaxtın onun adını qoymuşdular Komsomol. Bu ad kəndə yaraşırdı, doğrudan da kənd əhalisinin hamısı ya kommunist, ya da komsomolçu idi, hamısı da Sovet İttifaqı Komunist Partiyasının daxili və xarici siyasətini ürəkən bəyənir və ikiəlli dəstəkləyirdi. Təkcə Bayramqulu adında hörmətli bir kişi SSRİ rəhbərliyindən, şəxsən iki dəfə Sosialist Əməyi Qəhrəmanı, üç dəfə Sovet İttifaqı Qəhrəmanı, Beynəlxalq Lenin sülh mükafatı laureatı, Sovet İttifaqı Marşalı, Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnevdən narazı idi və öz narazılığını hər gün səhər tezdən qoyunları Kür qırağınsa  çıxararkən Salyan-Neftçala şossesinə çıxaran kənd yolunda var-gəl edərək uca səslə bildirirdi. Bayram kişinin nitqinin qısa məzmunu belə idi: “A Brejnev, sən çox da yaxana beş ulduz taxmısan, çox da özünə marşal adı vermisən, sən qocalmısan, sən rəhbərliyə yaramırsan. Sənin evdə oturub mənim kimi qoyun-quzuya baxan vaxtındır. Get otur evdə. Çoxlu cavan alimlər var, çoxlu savadlı akademiklər var, qoy onlar rəhbərlik eləsinlər! Bir adam vəzifəni neçə il tutar? Amerikada dörd ildən bir seçki olur, ona görə firavan dolanırlar, biz ayda bir dəfə küftə yeyə bilmirik. Bəsdir! Get otur evində!…”

Bayramqulu kişinin bu qorxulu antisovet niytqini eşidənlər qorxudan yollarınını dəyişirmişlər ki, natiqi tutsalar, onları şahid çəkməsinlər. Bayramqulu kişinin səsi hətta Kürün Şirvan tayındakı Ərəbqardaşbəyliyə gedirmiş. O kəndin adamları isə qorxaq olurlar, Bayramqulunun antisovet nitqini eşidən kimi qapı-pəncərəni bağlayırmışlar…. Hətta qoyunlar da narahat olurmuş, iştahlarl kəsilirmiş, otlamaq əvəzinə başlarını kola soxub gözlərini döyürmüş…

Suçəkən maşının mexaniki Nadir Bayramqulu kişini tənbeh edirmiş: “Vallah, səni bir gün KQB tutub aparacaq”. Bayramqulu kişi əlindəki çubuğu yelləyib deyirmiş: “Qoy aparsın. KQB mənə neyləyəcək?” Nadir belini göstərib deyirmiş: “Necə neyləyəcək? Mənim günümə salar.” Bayramqulu kişi tərəddüdlə souşurmuş: “Səni KQB belə eləyib?” Nadir halını pozmadan deyirmiş: “Bəs nə bilmişdin?»

Rəhmətlik Nadirə “qozbel Ndir” deyirdilər, ancaq belindəki yüksəklik qoz boyda yox, bəlkə yekə qarpız boydaydı. Əlbəttə, hamı bilirdi ki, Nadir kişi anadangelmə belədir. Ancaq o, Bayramqulu kişini bununla qorxudub düşdüyü qorxulu yoldan çəkindirmək istəyirdi. Ancaq mətin Bayramqulu kişi yolundan dönən deyildi.

Adı Komsomol olan kənddə, əlbəttə, KQB agentləri olmalıydı. Və beş-altısı  var idi də. Onlar Bayramqulu kişidən yazırlar KQB sədri Andropova. Andropov məruzə edir Brejnevə və soruşur:

— Leonid İliç, nə qayıraq? Bayramqulunu güllələyək ya on beş il verək getsin?

Marşal Brejnev deyir::

— Yuri Vladimiroviç, mən o Bayramquludan acığımı ayrı cür çıxacam. Mən Azərbaycana elə bir adam qoyacam ki, vəzifəni əlli ildən sonra da heç kimə verməsin.

Guya Brejnev sözünü belə qurtarıb: “Nu, poqodi, Bayramqulu, sukin tı sın, ya tebe pokaju Kuzkinu mat”.

Və tezliklə Brejnev Andropovun məsləhəti ilə Heydər Əliyevi Azərbaycana birinci katib, yəni rəhbər təyin edir.

İndi kim deyə bilər ki, Brejnev uzaqgörən olmayıb?

Və bu əhvalat hər birimizə tarixdə şəxsiyyətin rolunu xatırladır. Şəxsiyyət deyəndə mən Heyər Əliyevi yox, Bayramqulu kişini nəzərdə tuturam…

Allah sənə rəhmət eləsin, Bayramqulu kişi. Sən, əlbəttə, bacardığın qədər kommunist rejiminə, avtokratiyaya qarşı mübarizə aparmısan. Ancaq mübarizən əks nəticə verib. Brejnev səndən qisas almaqla bütün Azərbaycan xalqını fəlakətə uğradıb…

O vaxtdan çox şey dəyişib. Komsomol kəndinə əvvəlki Ərəbqardaşbəyli adı qaytarılıb. Ancaq adamların komsomol zehniyyəti dəyişmir. Salyan-Neftçala şossesinə aparan kənd yolunda isə “bəsdir vəzifəni zəbt elədin” deyən Bayramqulu kuşinin yeri görünür…

 

Mirzə ƏLİL

16. 05. 2024, Samara

ROBERT BERNS. AĞLAR QULUN NƏĞMƏSİ

Robert Burns

Məni qul eləyərək doğma Seneqalımda
Düşmənlər gətirdilər Virciniyaya, aman;

Sevimli sahilimdən biryolluq qoparıldım,
Əfsus! Necə yorğunam! Üzülmüşəm nə yaman!
Doğma elimdən indi mən çox uzaqlardayam,
Sevimli sahilimi görmərəm mən heç zaman!

 +

Sevimli doğma yurdda nə şaxta var, nə də qar,
Virciniya-ciniya üşüdür iliyəcən.

Solmur orda çiçəklər, qurumur orda çaylar,

Əfsus! Necə yorğunam, necə üzülmüşəm mən!

Aman! Aman! İl boyu çiçəklər orda yaşıl,
Seneqalımdan ötrü axır gözümün yaşı!

 +

Çəkəm gərək  bu yükü; məni gözlər, qorxuram,

Virciniya-ciniya elində fəlakət, ah!

Dostları yada salıb acı yaş axıdıram,

Üzülmüşəm, öldürər məni belə şiddət ah!

Xəbər tuta dostlarım, aman, mənim halımdan,
Düşmənlər ayrı saldı doğma Seneqalımdan!

 1792

ingiliscədən tərcümə

14. 05. 2024, Samara

QEYD:

Bu şeir şotland xalq nəğmələri janrında yazılıb, altımisralıq bəndlərin son beytləri refrendir, yəni təkrar edilən nəqəratdır. Azərbaycnlı oxucu üçün belə təkrarların yöndəmsiz görünəcəyini nəzərə alıb onları kontekstlə bağlı orijinal misralarla əvəz elədim. Bernsin orijinalı qafiyəsizdir. Mən nəğməni qafiyəli tərcümə elədim və düşünürəm ki, Azərbaycan dilində mətn yzxşı səslənir – X. X.

+++++++++++++

Robert BURNS

The Slave’s Lament

 

It was in sweet Senegal that my foes did me enthrall

For the lands of Virginia-ginia O;

Torn from that lovely shore, and must never see it more,

And alas! I am weary, weary O!

Torn from that lovely shore, and must never see it more;

And alas! I am weary, weary O! Читать далее

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZAƏ VƏ «TİN BAŞLARINDA» «DOQQAZ BAŞLARINDA» OTURAN «QOCALAR»

6-cı sinfin Ədəbiyyat dərsliyinə Bəxtiyar Vahabzadənin “Qocalar” şeiri salınıb. Mətnin dilinə baxaq.

“Çənə əl üstündə, əl çomaq üstə”.

Burda “üst” sözü təkrarlanır, ancaq müxtəlif şəkildə. Qrammatik norma ilə ikinci dəfə də “üstündə” olmalıdır: “əl üstündə, çomaq üstündə”. Mənsubiyyət şəkilçisi plyus yerlik hal şəkilçisi. “Üstə” yazmaqla müəllif savadsızlıq göstərir, çünki yerlik hal şəklçisi “də”dir. Niyə ali məktəb müəllimi, akademik bilərəkdən qaydanı kopud pozur? Qafiyənin xatirinə! Çümki üçüncü misrada “şikəstə” sözü var…

Ədəbiyyat və dil dərsləri vahid kompleksdir, ədəbiyyatın yüksək nümunələri ilə uşaqlar həm də doğma dilin incəliklərinə bələd olur, onun bədii ifadə vasitələrini tanıyırlar. Əgər mətn qafiyə xatirinə qoondarılmış formalarla doludursa, bu, uşaqıarn həm şifahi, həm yazılı nitqinə yalnız ziyan vura bilər.

“Qocalar əyləşir tin başlarında.”

Mübtəda insana aiddirsə, xəbər cəm halda olmalıdır. “Qocalar əyləşirlər”. Müstəsna hallarda – şeirdə! —  bu norma pozula bilər, ancaq bu müstəsnanı normaya çevirmək olmaz. Niyə görə, demək olar ki,  bütün Azərbaycan mətbuatı bu normanı pozur? Həmçinin ona görə ki, bütün “yazarlar” dil tərbiyəsini belə mətnlərdən alıblar.

“Tin başlarında” – biz belə deyirik? “Tində durub”, “tində oturub” deyirik, ancaq “tin başlarında” demirik. Bunu müəllif də bilir, ancaq bu yöndəmsiz ifadəni yenə qafiyə xatirinə işlədir, çünki dördüncü misra “yaddaşlarında” sözü ilə bitir.
“Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında”.

Niyə qocaların sinəsində “bayatı, şikəstə” olmalıdır? Bu qocalardan Tofiq Quliyevi və yaxud Vivaldini sevənlər olmayıb? Hamısı şikəstə əhli olub? Bəxtiyar Vahabzadə “tin başlarında” oturan qocaların könlündə nə olduğunu hardan bilib? Sorğu aparıb? Bəlkə qoca oturub arvadını söyür? Sən müəllifsən, sənin sözün  gərək oxucunu iddiana inandıra.

 “Yaşıdlar köç edib, cavanlar işdə
Tək-tənha oturmaq son əlacları”.

Bu mətnin ən ciddi problemi onun adındadır: “Qocalar”. Yəni bir qoca yox, çoxlu qoca. Onlar “tin başlarında otururlar”. Sonra müəllif onların təkliyindən, tənhalığından danışanda, uyğunsuzluq yaranır.

“Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları”.

Bütün qocalar yalqızdırlar? Bəs nəvələriylə özünü bəxtəvər sayan qocalar? Ömrünün sonuna qədər sevdiyi işlə məşğul ola bilən qocalar? Bu qocaların arvadları hardadırlar? Ölüblər? Əgər şair ekzistensial təklyi nəzərdə tutursa, cavan da təkdir, hər kəs təkdir, hər kəs öz taleyini tək yaşayır, tək gəldiyi kimi, tək də gedir.

“Yumub gözlərini düşünür onlar,
Durur göz önündə ötən zamanlar”

 Şair qocalardan yenə cəm halda danışmağa davam edir, hərçənd onlar tənha olmalıdırlar. Şeirin başqa ciddi problemi: güman, ehtimal oluna bilən şeylər hökm şəklində elan olunur. Sən “tin başında oturan” qocanın nə düşündüyünü bilə bilməzsən, yalnız güman edə bilərsən.

“Yerdə çuxur açır çomağın ucu,
Sonuncu həddinə dirənib ömür”

Burda Bəxtiyar Vahabzadənin müəllimi Səməd Vurğun kimi “Aha! demək lazımdır

Aha!

Çomağın ucu yerdə çuxur açırsa, deməli, kənd yeridir, asfalt deyil, Bəxtiyar Vahabzaə Bakı mənzilində oturub hardasa kənd yerində “tin başlarında oturan” qocanıın çomağının çuxur açdığını görür…

Dağılasan, Azəribaycan ədəbiyyatı!

Dinməzcə oturan, “ötən zamanları” düşünən qocanın çomağı çuxur açmaz, elə durduğu yerdə durar. Ürəyində arvadını, arvad qohumlarını, gəlinini, qudasını və ya qonşularını və ya icra başçısını, məhkəməni söyən qocanın çomağı çuxur açar və hətta yerin dərin qatlarına işləyər.

“Çomağın ucuna dikib gözünü”.

Yuxarıda akademik şair demişdi ki, qoca gözlərini yumub. Harasa göz dikmək baxmaq mənasındadır. Yumulu gözlə necə baxmaq olar?

“Onlar saatlarla oturar belə…”

Onlar? Bəs tək, tənha deyillər?

İndi buna baxın:
“Fikir bir gəmi ki bilinmir yönü,
Çırpınır, çıxammır ancaq sahilə”

Şair deyir ki, gəminin yönü, yəni hara üzdüyü bilinmir. Sonra deyir ki, “Çırpınır, çıxammır ancaq sahilə”. Bu o deməkdir ki, gəmi sahilə çıxmaq istəyirsə, yönü bilinir, yönü – sahildir, ancaq, şəkili demişkən, “çıxammır…”

 Sağlığına deyirəm, ay akademik, sən öz yazdığını oxuyurdun?

“Onlar düşündükcə boşalar, dolar,
Fikrin nə sonu var, nə də əvvəli”.

“Tin başlarında” oturan qocalar hamısı filosofdurlar? Əvvəl deyirdi ki, hamısının könlündə “bayatı, şikəstə”. Könlündə şikəstə oxunan adam nə düşünər? Və bəlkə qocalar düşünmürlər, ancaq arzulayırlar, məsələn, yaxşı bozbaş, cücə çığırtması. Hə?

Sonra məlum olur ki, qocaların “tin başlarında” oturmağı  feyk imiş. Qocalar “doqqazlar başında” oturublar!

Mən Azərbaycan konstitusiyasının, o cümlədən Azərbaycan dilinin qarantı İlham Əliyvə səslənirəm: “doqqazlar başı” nədir?
“Doqqazlar başında bizim qocalar
Düşüncə heykəli, fikir heykəli!”

Açığını deyirəm: Bəxtiyar Vahabzadə özü də qoca olub, başının tükü sayda qoca görüb, yaxşı bilib ki, qocalar oturanda nə fikirləşirlər, nə danışırlar. Mən sizə tam məsuliyyətlə bəyan edirəm, qoy altıncı sinif şagirdləri də bilsinlər. İki qoca “ tin başında”oturanda çox vaxt arvaddan danışır. Özü də elə ifadələrlə danışırlar ki, onların heç birini kağıza yazmaq mümkün deyil…

Burda bir sovet lətifəsini xatırladım.

Bir ordu hissəsində tərbiyəçi zabit (“zampolit”) əsgərlərlə siyasi-tərbiyəvi dərs keçir.

— Sıravi İvanov, sən bu qara daşa baxanda nə düşünürsən?

— Mən bu qara dşa baxanda, yoldaş mayor, qalib marksizim-leninizm nəzəriyyəsinin tezliklə bütün dünyada həyata keçəcəyini düşünürəm.

— Çox gözəl. Əsgər Petrov, sən bu qara daşa baxanda nə düşünürsən?

 — Mən bu qara daşa baxanda sosializmin kapitalizmdən üstünlüyünü, tezliklə Amerika imperializminn məhv olacağını düşünürəm.

— Afərin Petrov! Əsgər Sidorov, sən bu qara daşa baxanda nə düşünnürsən?

— Yoldaş mayor, mən bu qara daşa baxanda xətrim arvad istəyir…

— Əsgər Sidorov, niyə səndaşa baxanda xətrin niyə arvadistəyir?

— Yoldaş mayr, çünki mənim xətrim həmişə arvad istəyir…

Bəxtiyar Vahabzadənin şeiri bədii dil baxımından kobud, yöndəmsiz, məzmun baxmından dolaşıq və qeyri-səmimidir. Ruslarda məsəl var: “Çujaya duşa – potyomki”. Özgə qəlbi zülmətdir. Sən öz qəlbindəkini aça bilərsən, buna isə cəsarət lazımdır. Sən özgə qəlbindəkinin nə olduğunu yalnız güman edə bilərsən. Uşaqlar, cavanlar kimi qocalar da müxtəlif olurlar. Şikəstə dinləyənlər də, Bethovebnni sevənlər də, heç nə fikirləşməyib sadcə özünü günə verib dincələnlər, bozbaş ya balıq dolması arzulayanlar, xətri arvad istəyənlər də var…

Standart qoca modeli yaratmaq istəyəndə cəfəngiyat yaranır. Üstəlik dil standartları kobud şəkildə pozulur…

X.X.

15. 05. 2024, Samara

ROBERT BURNS. MÖHTƏRƏM ATAM ÜÇÜN EPİTAF

The_Grave_Of_William_Burns_-_geograph.org.uk_-_1213358

Dərin ehtiramla yaxın gəl, dayan,

Sən ey göz yaşından yanaqları nəm!

Sevən bir Ər idi burda uyuyan,

Övlada mehriban, dostluğu möhkəm.

 +

Özgə dərdlərinə ürəyi yanan,

Əyilən deildi mövqeyə, ada.

İnsana dost idi, günaha düşmən,

Ləyaqət var idi qüsurunda da.

1784

ingiliscədən tərcümə

13.05. 2024, Samara

QEYDLƏR:

 1, Robert  Bernsin atası Uilyam 1784-cü ildə vəfat etmiş və Allouedəqədim kilsənin həyətində basdırılmışdır.Bu əpitafiya başdaşının arxa  tərəfinə həkk edilmişdir.

2. Şeirin sonuncu misraları Oliver Qoldsmitin (1730-1774) “Tərk edilmiş kənd” pastoral poemasındandır.

+++++++++++++++++++++

ROBERT BURNS

Epitaph for the Author’s Father

 

O ye whose cheek the tear of pity stains,

Draw near with pious rev’rence and attend!

Here lie the loving Husband’s dear remains,

The tender Father, and the gen’rous Friend. Читать далее

GƏDƏBİYYAT. TOFİQ BAYRAMIN «ƏN GÖZƏL» ŞEİRİ AZƏRBAYCANIN AYIBINA ALQIŞDIR

5-ci sinfin Ədəbiyyat dərsliyində Tofiq Bayrama məxsus “Ən gözəl” şeiri bugünkü Azərbaycan həyatının, hakimiyyəti həmişəlik zəbt etmiş rejimin formalaşdırdığı zehhniyyətin tərsavandlığını, kəlləmayaqlığının rəmzidir. Bu mətn azərbaycanlı mənəviyyatının hansı fəlakətə uğradığını açıq göstərir.

Şeir Tofiq Bayrama xas olan vay-şivənlə başlayır: şair könlünə əmr verir, elə bil ki, yarım vedrə araq içib gəlmiş kişi arvadı ilə danışır.

“Ey könül, ümmanlar coşsun səsində”.

Niyə? Ümmanlar könlün səsində niyə coşmalıdır?

“Şeirin qanad açan günüdür bu gün”.

Yenə aydın deyil. Şeir niyə qanad açır? Gün hansı gündür?

Şair yenə əmr verir:
“Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!”

Yer kürəsindəki bütün ölkələrə! Burkino Fasoya da, Trinidad və Tabaqoya da.

 Ancaq şair hələ açıb demir ki, niyə bütün yer kürəsi Azərbaycana çəpik çalmalıdır.

“Dostları şad görüm, yadları dalğın”.

“Yadları dalğın…” Dalğın eşqə düşmüş oğlan ya ız olar, rəssam olar, bəstəkar olar… Düşmənə “qalğınlıq” qarğış eləyərlər?  Dalını oxusanız, görəcəksiniz ki, Tofiq Bayrama “dalğın” sözü qafiyə kimi lazımdır, çünki sonra “xalqın” gələcək…

“Şöhrətli vətənin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün”.

Deməli, bu gün nə gündürsə, Azərbaycanın şöhrətli, qeyrətli xalqı tarixə nur saçacaq…

Bəlkə peyk qyaıırıb-düzəldib, Marsa bir baxçıvanlı uçurdacaq?

Yox!

Səbrimiz kəsildi!

Bu şeir sovet vaxtı yazılıb. Sovet vaxtı Azərbaycanın ən böyük bayramı 28 aprel idi – Sovet hakimiyyətinin qurulduğu gün.

“İyirmi səkkiz aprel, bir may günü,
Aşıq Əhməd şeirin düzməyə gəlsin”…

Bunu sazçı qızlar ansamblı oxuyardı…
“Payızdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşıb-daşıbdır…”

Aha! 28 aprel deyil, 28 aprel – yazdır, bu isə payızdan danışır. Payızda nə Azərbaycan günü?
“Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdır…”

Ağsaqqalların sifəti nurlanıb…” Bəs ağsaqqallar həmişı nuranu olmurlar?

 “Dünyanı mat qoyub bu arzu, həvəs…”

Hansı arzu, hansı həvəs?

“Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevinclə döyünən günüdür bu gün”.

A kişi, bizi niyə üzürsən? De görək axı bu nə bayramdır payızın günü!

“Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana…”

Tərif deməkdə azərbaycanlıların tayı yoxdur, bu, problem deyil.

“Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!”

Aha! Bayraqlar! Qırmzı bayraqlar! Keçici qırmızı bayraqlar. Azərbaycana bayraq veriblər!

SSRİ-də 15 respublika arasında sosializm yarışı keçirilirdi. Hər ilin payızında sənayedə, kənd təsərrüfatında yüksək nailiyyətlər qazanmış respublikalra Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və Ümumittifaq Kommunist Gənclər Təşkilatı (komsomol) Mərkəzi Komitəsinin keçici qırmızı bayrağı verilirdi. 15 respblikadan təxminən doqquzu-onu bu bayrağı alırdı. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Kommunist Partiyaı MK-nin 1-ci katibi olandan sonra Azərbaycan hər il bayraqlatəltif edilirdi. Əliyev Moskvaya gedənəcən Azərbaycan 10 ya 11 bayraq almışdı.  Hardasa noyabrda Moskvadan bir nazir ya MK katibi gəlib Lenin sarayında bayrağı Əliyevə verirdi. Əliyev bayrağı alıb rus qonağı basırdı bağrına və başlayırdılar marçamarç öpüşməyə.

Be`same Mucho…

Azərbaycan qırmızı baytrağı hansı nailiyyətlərinə görə alırdı?

Azərbaycana real nailiyyət lazım deyildi, real nailiyyəti şişirtmə rəqəmlər, yalançı rekordlar əvəz edirdi. Məsələn, pambıq istehsalı ildən ilə elə artırdı ki, ilin biirində guya 1 milyon 300 min ton pambıq yığıldı, hərçənd bunun yarısı da yığılmamışdı. Eləcə də bütün başqa sahələr. Azərbaycan rəsmi olaraq hər il yarışda qalib çıxdıqca, respublikada güzəran pisləşirdi. Guya 1 milyn 300 min ton yığmış respublikada Əliyev apteklərə tibbi pambıq satmağı qadağan eləmişdi, pambığı ancaq ölü basdıranlara satırdılar. Mahlıc adıyla Rusiya şəhərlərinə boş vaqonların getdiyi, fırıldaqçı sxemlərlə milyonların mənimsənildiyi sonralar bilindi… Ət, yağ mağazalardan yoxa çıxmışdı, ərzaq tədarükü üçün adamlar Yerevana, Tiflisə gedirdilər. O “firavanlıq” illərində mağazalarda çay yox, çay zibili satılırdı, çünki plan üçün btün zir-zibili fabriklərdə qablaşdırıb əhaliyə sırıyırdılar. Qadına, kişiyə abırlı paltarı ancaq əldən, alverçilərdən almaq olurdu. Bakıda Kubinka belə alverin mərkəzi idi. O illərdə ali məktəblərdə, texnikumlarda rüşvət ildən-ilə artırdı.

Gülməli bilirsiniz nədir? Əhalinin firavan yaşadğı, RAF avtomobillərinin, rəngli televizorların istehsal ounduğu, vaicib beynəlxalq dəniz limanlarının yerləşdiyi, əhalinin abırlı yaşaya bldyi Baıtik respublikalarına bayraq verimirdi. Hər şeyin qanuni olduğu Litva ya Estoniya qanuni heç nə oçmayan, Moskvanı, Kremli bahalı hədiyyələrlə basdıran Əliyev Azərbaycanı ilə necə yarışa bilərdi? Şulerlə, kartbasanla necə oynamaq olar?

Bayraq mərasimində Azrbaycanın bədnam incəsənət ustaları özlərini yırtır, sonra hamısı birlikdə Qara Qarayevin Səməd Vurğunun sözlərinə yazdğı “Partiyamızdır” kantatasını oxuyurduylar.

“Bəşəirn vicdanı, eşqi ürəyi,

Hər zövqü səfası partiyamızdır. Partiyamıdır Hey! Partiyamızır hey! Paaaaartiyamızdır…”

İndi bildiniz Tofiq Bayram nəyi Azərbaycanın ən gözəl günü adlandırır? Yalançı rekordlarla rüşvətlə, qiymətli hədiyyələrlə Moskvadan qırmızı bayrağın alnmağını!

“Bayramın mübarək, ey ana Vətən!”

Bu adamın sağlığına deyirəm: a kişi, utanıb yyerə girmirdin? Sən nə həyat yaşamısan? Sən Bakının küçələrində dilənsəydin, yediyin çörək belə rüsvayçı şeirlərlə qazandığından min dəfə halal olardı.

“Şöhrətin ən uca zirvəsindəsən…”

Nə zirvə, a kişi? Dibdəydik, dibdə. Bizə gülürdülər. İndi də gülürlər…

Yaxşı, deyək ki, bu şeir sovet vaxtında dərsliyə salınıb. Bəs indiyə qədər niyə qalır? Təhsil nazirinin bir qram vicdanı var?

Müəllim bu şeiri necə izah edir? Sov. İKP MK-nın nə olduğunu necə başa salır?

Müəllim deyirmi ki, o vaxt 5-ci sinif şagirdləri az qala dərs olinin yarısını pambıqda, tütündə, baramada keçiridridlər? Milli öndər elan edilmiş şəxs Azərbaycan uşaqlarını amansızcasna istismar edir, sadə dildə desək, minib çapırdı…

Yeri gəlmişkən. Niyə Sov.İKP? Rus dilində abbreviatura dörd hərfdir, yəni baş hərflərdir: KPSS. Başqa dillərdə də Sovet İttifaqı Kommunist Partiyasının abbreviaturası dörd hərflədir. Niyə azərbaycanlılar S hərfi əvəzinə “Sov” yazırdılar?

Bilən var?

Bunun cavabını tapan adam onu da biləcək ki, bu partiya əvvəldən Azərbaycana, hətta onun dilinə uyğun gəlməyib… Kommunizm əvəzinə feodalizmin ən eybəcər formasını yaratmışıq.

Ən eybəcər və dəyişəcəyinə ümidimizi itirdiyimiz feodalizm…

X.X.

14. 05. 2024, Samara

ROBERT BURNS. VİDALAŞMA

Robert Burns

         1.

 Qoca, soyuq şotland eli, əlvida,
İsti düzənlərdən əzizsən daha,

Dadlı ananaslar bitirməsən də!

Salamat qal anam, əzizim, incim,

Ah çəkən qardaşım, ağlayan bacım,

Cin, qəlbi kədərli sevgilim, sən də!

Körpəm, salamat qal, sən indən belə,

Məhrumsan qayğımdan, burdadır ancaq,
Mənim sədaqətli qardaşım hələ,

Onda məni də gör, yararlan hər vaxt.

Mənim ürək dostum, Smit, əlvida,
Tanrı amanında sağ-salamat qal.

Dost, məni saxlasan əgər yadında

Dost ol bacım Cinlə, qayğısına qal.

                   2.

Ah, bu nə qüssədir qəlbimi didir,
Söylə, bu ayrılıq zəruridirmi?

“Yox” cavab verirsən sən ağlayaraq,
Əfsus, fəlakətlə üz-üzəyəm mən,
Ehtiyac yıxacaq getməsəm, hökmən –

Читать далее

GƏDƏBİYYAT. MƏMMƏD ARAZ NİYƏ GÖYGÖLƏ DAŞ ATIRDI? İÇKİLİ İMİŞ?

MƏMMƏD ARAZ GÖYGÖL

Azərbayan şagirdlərinə Məmməd Arazın «Göygöl» şeiri də keçilir. Baxaq.

«Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl».

Çiskində gəlib, ancaq gölü dumanda görür. Bu necə oolur?

«Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.»

“Qayalar” – yəni çox qaya. “Lar”-dırsa, tənhalıq hardandır?

“Lal meşələr” – şair meşəəki şaqq-şuqu eşitməyib? Niyə cəm halda? Göygölün ətrafında neçə meşə var?

Göl zülmət gecəyə necə hayan olur? Bu, metaforadır? Bəs açılışı nədir? Necə olur ki, xırda bir göl göyün, yəni sonsuzluğunmüdafiəçisi olur, onun  keşiyini çəkir?

 «Bir səhər gördüm ki, durulub yatır»

Şair “bu yerə uzun müddətə gəlibmiş – misradan bilinir.

“Durulub yatır?” Ondan əvvəl Göygölün suyu Kür suyu kimi, salyanlılar demişkən, lıqqa imiş?

«Kəpəzin dibində burulub yatır.”

Bilirdim ki, burulub”dan sonra “durulub” gələcək. Məmməd Araz Azərbaycanın birinci qafiyəbazı olub.

“Qovulan ceyrantək yorulub yatır”.

Göygöl indi də ceyrana döndü… Niyə yorulub? Kim qovurmuş? Göygöl dağ çayıdır ya xırda göl?

“Daş atdım, diksinib oyandı Göygöl.”

İndi şagird müəllimdən soruşa bilər: Şair müqəddəs Göygölə niyə daş atır? Arağı çox içibmiş?

Müəllim də Flora Kərimova kimi deyər: “Əcəb eləyir atır, əlinin içindən gəlib…Arağı dədən içir…»

 Gəlin bu sualı Az Tv ilə səsləndirib Azərbaycan xalqından soruşaq: niyə naxçıvanlı Məməd Araz gedib Gəncənin inci gölünə daş atır?

Yazıq Göygöl: Şair atan daşla vurulub yatır…

“Döşünü qayıqlar düymətək bəzər”.

Qayığın düyməyə bənzəri var? Yoxdur!

“Dedim, bu görkəmlə Xəzərə bənzər”.

Hansı görkəmlə? İki-üç gəzinti qayığı ilə? Yalançının…
“Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl”.

Şair “baxdı” deyirsə, baxılan yer görünməlidir. Göygöl hara baxdı? Qayıqdakı harınlara?

 “Yel əsdi, yarpaqlar suya töküldü…”

“Yağış da yağmışdı, yerlərdə palçıq…” Bəlkə heç yel əsməyib, Məmməd Araz özü ağacları silkələyib yarpaqları töküb suya? Gölə daş atan ağacı da silkələyər. Yəqin bir vedrə içibmiş…

“Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl…”

Siz bu son beytdə, eləcə də bütün şeirdə məhz Göygölə məxsus nəyisə görürsünüz? Bu cəfəngiyatı, DTX günahımdan keçsin, hətta Sevan haqqında da demək olar.

Yeri gəlmişkən, bəlkə Məmməd Arazın müqəddəs Göygölə içkili halda daş atıb ağacları silkələməsi barədə DTX-ya ərizə yazaq?

Qoy soğanbaş kürəkəni Aqil Abbas cavab versin…

X.X.

13. 05. 2024, Samara

ƏRƏSTUN ORUCLU: «DEYİRLƏR AY VAR — YALANDR, HEPATİT C- YALANDR, NOBEL MÜKAFATI — YALANDIR…»

Ərəstun_Oruclu

Ağlın çoxluğu da yaxşı şey deyil, ağlın çoxluğundan bəzi insanlarda xəstəlik yaranır ki, buna da “ağıldan bəla” deyirlər. Rus şairi və dramaturqu Aleksandr Qriboyedov hətta bu barədə bir pyes yazıb. Adı da “Ağıldan bəladır”.

Mənə elə gəlir ki, Ərəstun oruclu da ağıldan bəla azarına tutulub. Mən Ərəstun Oruxlunu son illər təlaş və həyəcanla izləyirim, bilirdim ki, gec-tez onun unikal və tükənməz ağlı başına bəla olacaq. İndi görürəm ki, olub.

Ərəstun Oruclunu sevən mnlərlərlə soydaşıma dərin hüznlə başsağlığı verirəm. Ərəstun Orucluya şəfa arzulayıram, ancaq dərin hüznlə başa düşürəm ki, ağıldan bəla xəstəliyinin müalicəsi yoxdur.

Ərəstun Oruclu may ayının 12-də Qurban Məmmədli ilə söhbətində elan elədi ki, Hepatit C adlı xəstəlik yoxdur, bu xəstəliyi lotular və fırıldaqçılar, mafioz qruplar  uydurublar ki, bahalı və əslində zərərli dərmanları satıb xəstələri soysunlar.

Ərəstun Oruclu deyir:

“Bir həkim tanışımdan soruşdum: “Sən hepatit C-dən neçə nəfərölən  görmüsən? Dedi görməmişəm”

“Amerikada kimə desən Hepatit C, gülərlər”

 Mən azərbaycanca, rusca vikipediyalara etibar etməyib, ingliscəsinn açıb Hepatit C xəstəliyinə həsr olunmuş məqaləni açdım. Mqalə çox böyükdür, tibbi savadım olmadığına görə mənim üçün mürəkkəbdir. Bir neçə informatif fraqmenti azərbaycancaya çevirdim.

 “2019-cu ildə bütün dünyada 58 milyon insanın HepatitC-yə yoluxduğu təxmin edilirdi. 290000-ə yaxın insan virusdan, əsasən virusa aid edilən ciyər xərçəngindən və sirrozdan ölüb”.

“Hepatit C-nin mövcudluğu 1970-ci illərdən güman edilib və 1989-cu ildə sübut olunub”.

“1970-ci illərin ortalarında Yoluxucu xəstəliklər bölməsinin rəhbəri Harvey J. Alter və onun araşdırmaçı komandası  nümayiş etdiriblər ki, post-transfusion hallarının çoxunu Hepatit A və Hepatit B-yə xas olan viruslar törətməyib”.

“Hepatit C-virusunun mövcudluğunu Alter 1988-ci ilin mayında Vaşinqtonda ətbuat konfransında təsdiq edib”.

Hepatit C nəhayət, 2005-ci ildə yapon komandası molekulyar klonu çoxalda biləndə, «açılmışdır.”

“5 oktyabr 2020-ci ildə Houghton and Alter, Charles M. Rice ilə birlikdə tibb sahəsində Nobel mükafatına layiq görülüblər”.

 Mən Ərəstun Oruclunun azarlı olduğuna şübhə eləmirəm. Ancaq bəlkə mən yanılıram? Bəlkə Ərəstun  xəstə-zad deyil, buğa kimi sağlamdır? Bəlkə Ərəstun bəy DTX-nın tapşırığını yerinə yetirir? Məqsəd? Məqsəd — Qurban Məmmədlini gözdən salmaq! Onun elmə, elmi nailiyyətlərə qarşı çıxdığına, ağır xəstəliyə tutulmuş insanları müalicədən çəkindirdiyinə Britaniya dövlət orqanlarını inandırıb verilişini bağlatdırmaq öüzmü də Azərbauycana ekstradisiya etdirmək!

Bilmirəm bu versiyalardan nahsı yaxşıdır: Ərəstunun xəstə olmağı da məni darıxdırır, oun xain və provakator çıxmağını da istəməzdim…

Bir xalq şairi yazmışdı ki, xəyanətdən ölüm yaxşıdır…

Hərçənd özü şərəfsizin biri idi…

Mirzə ƏLİL

13.05. 2024, Samara

ROBERT BERNS. MAY, SƏNİN SƏHƏRİN…

Robert Burns

May, sənin səhərin olmayıb şirin,

Dekabrın qaranlıq gecəsi kimi.

Gül çaxır qədəhdə qığılcımlanır,
Ayrı kimsə də yox, otaqda təkik.

+

O necə gözəldi, necə mehriban,
Etmirəm adını çəkməyə cürət.

O mənim yadımdan çıxmaz heç zaman,

Çəkmək istəmirəm adını fəqət.

+

Kim bizimlə deyil, onlara da mən,

Arzularam yekə, dopdolu kuzə,

Sağ olsun hər bizə xeyir diləyən,

Onlar da heç zaman gəlməsin gözə.

 

Onlara da deyə bilmərik, hərçənd
Ən əziz onlardır çevrədən bizə.

Onlara da deyə bilmərik, hərçənd

Ən əziz onlardır çevrədən bizə.

ingiliscədən tərcümə

11.05. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O May thy morn…

 

O May thy morn was ne’er sae sweet,

As the mirk night o’ December;

For sparkling was the rosy wine,

And private was the chamber: Читать далее