Архив | 03.05.2024

CON MİLTON. MƏRHUM ARVADINA YAZDIĞI SONET

John Milton

Düşünürəm ki, gördüm mərhum arvadımı mən,
Zəif, solğun qayıtmış, məzarından çıxaraq.

Yupiter oğlu necə ölümdən qurtararaq,

Alkestisi ərinə qaytarmışdı yenidən.

 +

Mənimki yuyulubdur doğuş ləkələrindən

Təmizlənmənin qədim Qanunu deyən sayaq.

Göylərdə, inanırdım, ona belə baxaraq,

Göz dolusu görərəm arxayın, tələsmədəm.

 +

Ağappaqdı paltarı, təmizdi əxlaqı tək,
Duvaq vardı üzündə, vurğum gözümlə ancaq,

Görüdüm nəcibliyi, eşqi dəyişməyərək

 +

Qalıb, bir üzdən belə olmaz bu həzzi almaq.

İstədi qucalasın, ah, məni əyilərək,
Oyandım – o yox oldu, zülmətə mən göz açcaq.

 1658

ingiliscədən tərcümə

03. 05. 2024, Samara

QEYDLƏR

  1. Soneti Milton uşaq üstündə ölmüş ikinci arvadı Kətrin Voodkoka həsr edib

2.Alkestis – yunan mifologiyasında ərinə sevgisiylə tanınmış qadın. Yupiterin (Zevs) oğlu onu ölümün əlindən güclə alıb ərinə qaytarır.

 +++++++++++++++

 JOHN MİLTON

SONNET 23

 

Me thought I saw my late espousèd Saint  

  Brought to me like Alcestis from the grave,  

  Whom Joves great Son to her glad Husband gave,  

  Rescu’d from death by force though pale and faint. Читать далее

ƏHMƏD CAVADIN GÜLMƏLİ ŞEİRLƏRİ. «ÇIRPINIRDI QARA DƏNİZ…»

çırpınırdı qara dəniz

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!

Bu beyti başa düşmək olur. Yəqin müəllif demək istəyir ki, Qara dəniz türkün bayrağına baxıb çırpınır.

«Ah!…» deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.

Bunu kim deyir? Müəllif? Dəniz? Deyək ki, müəllifin dilindədir. “ayağına düşə bilsəydim, ölməzdim”.

Bayrağın ayağı? Niyə şair bayrağın ayağına düşmək istəyir? Bayraq seyid qəbri deyil!  Bayrağın qabağında şax dayanıb ona salam verərlər – bayrağa hörmət və sevgi ifadəsi kimi.

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..

Kim ayrı düşüb? Dost eli haradır? Söhbət dənizdən gedirsə, o, hansı bir eldənsə necə ayrı düşə bilər, dəniz guya gəzir, yerini dəyişir?

Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!

Bu iki misra arasında bir qram əlaqə var? Hər “gəldi-gedən” vəfalıdır? Bunun türk bayrağına nə dəxli?


İncilər tök, gəl yoluna,

Bayrağın yoluna incilər tökülsün? Niyə?

Sırmalar səp sağ, soluna!

Çoxlu lüğətə baxdım, “sıırma” sözünü tapmadım. Nədirsə, gərək bayrağın “sağ-soluna” tökülə. Bayrağın “sağ-solu”?


«Həmidiyyə» o Türk qanı!
Heç birinin bitməz şanı!

Həmidiyyə?

AzərbaycancaVikipediyada: “Alman keşişi olan İohannes Lepsi əldə etmiş olduğu məlumatlar və özünün şəxsi hesablamaları əsasında 88.243 erməninin öldürüldüyünü, 546.000 nəfərin mühacirətə getməyə məcbur olduğunu, 2.493 kəndin dağıdıldığını, bu kəndlərdən 456-sının əhalisinə zorla İslamın qəbul etdirildiyi, 649 kilsənin bağlandığını və bu kilsələrdən 328 kilsənin məscidə çevrildiyini bildirmişdir. Bundan əlavə, Lepsi daha 100.000 erməninin aclıq və xəstəliklər nəticəsində öldüyünü hesablamış və beləliklə də ölənlərin sayının 200.000 nəfər təşkil etdiyini bildirmişdir”

Beləliklə: türk qanı ya erməni qanı?


Dost elindən əsən yellər,
Bana şer, salam söylər.

Bana – kimə? Dənizə? Müəllifə?


Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!

Bütün ellər türkün bayrağına qurban olsun? Niyə?

Bu zərərli cəfəngiyyat bu gün uşaqların beyninə yeridilməlidir?

Bu mətndə hətta kiçik qardaşın böyük qardaşa sevgisi, hörməti yox, lakeyin ağasına qarşı pərəstişi çox dolaşıq şəkildə ifadə edilib. Türkiyənn qüdrətini yaxından görən kimi gənc Əhməd Cavadın başı dumanlanıb, türk bayrağının, əslindəisə osmanlının ayağına düşmək istəyib. Sonra, əslində tarixi təsadüf nəticəsində, Azərbaycan Respublikası yarananda cəfəng “Azərbaycan” şeirini yazıb. Sonra bolşeviklər gəlib, Əhməd Cavad olub sovet şairi və hətta Azərbaycan sovet yazıçıları təşkilatının məsul katibi və sovet professoru – kəmsavadlığına baxmayaraq…  Kəmsavadlığının sübutu – məsələn, şeirlərində mübtəda ilə  xəbərin uzlaşmamağı, ifadələrinin dolaşıqlığı və hatta absurdluğu…

Əhməd Cavadın həyatı faciəvidir, ancaq həyat faciəsi pis şairi yaxşı şair eləmir, Mikayıl Müşfiqi yaxşı şair eləyən onun güllələnməyi deyil, istedadıdır…

X.X.

03. 05. 2024, Samara