Архив | Март 2023

ŞUŞAYA TURİST TƏK TƏLƏSƏN İNSAN…

U LENİ. KİNO

“Pulun var?” “Əlbəttə, var, niyə yoxdur? —

Dollarım, avrom var, manatım da var.

Kartda olanı var, nağdı da çoxdur,

Şuşanı alaram, əgər satsalar…”

 +

Ana qucağından təzə ayrılan,

Ölərkən Şuşanı azad edərək,
Bir gün də kefindən qalmayan insan,

Şuşaya tələsir indi turist tək.

 +

Getdi tək oğul da,  getdi yetim də,
Eyibli səfərbər, şikəst səfərbər.

Neçə yurdda işıq söndü əbədi,

Kasıbdır qanıyla qazanan zəfər.

 +

Qan axıtdı, öldü Şuşa əsgəri,

Şəhəri dumandan seçməmiş hələ,

Təltif etdi onu ölkə rəhbəri,
Üçüncü dərəcə dəmir medalla.

 +

Əsgəri borcundan, əsgər adından,
Yayınan, kefindən qalmayan insan,
Şuşaya turist tək tələsir indi,
Gedir qatil kimi, vicdanında qan…

 

23.03. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 5-Cİ NƏĞMƏ

755px-Inferno_Canto_5_line_4_Minos

(Fraqment)

1 Birinci çevrədən beləcə düşdüm
İkinciyə; bura çox kiçiksə də

Böyükdür nalələr qaldıran zülm.

 +

4 Müdhiş Minos nərə çəkir  hikkədən,

İstintaq aparır, girişi kəsib,

Hökmü quyruğuyla çıxarır hərçənd.

 +

7  Deyim: bədtəbiət ruhu hər kəsin.

Dayanır önündə  tam etirafla;

Və bu yaxşı bilən günahı, pisi,

 +

10 Baxır, Cəhənnəmdə gedəcək hara;

Quyruğu özünə dolanan qədər

Ruh enə pillələr gərək o sayda.

 

13 Kütlələr həmişə önündədirlər;
Ruhlar məhkəməyə gedir durmadan,

Deyib-eşidən tək qərq edilirlər.

 +

16 “Sən ey bu hüznlü məkana varan”, —

Dedi məni görüb önündə Minos,

Öz mühüm işini kəsərək bir an.

 +

19 “Bax, necə girirsən, yanında kim bəs?

Aldanma qapının genliyinə sən”.
Rəhbərimsə dedi: “Qışqırığı kəs…

italyancadan tərcümə

 

mart 2023, Samara

«FARSA SAĞ OL DESƏK, ONA HAQQ OLAR…»

12.11.22

Farsı yalnız tənbəl qınamır indi,

Hər yerindən duran farsı qınayır.
Hər dinənin farsa iradı mindir,
Farsı hər uğursuz günahkar sayır.

 +

Yaxşı, nə musiqi, şeir var deyək,
Nə Bayatı-Şiraz var, nə Nizami.

Onda Novruzu da biz gərək silək

Təqvimdən, yaddaşdan – elə deyilmi?

 +

Bir zaman qədim fars yaratmamışmı,
Bu gözəl bayramı, adını həm də?

İlk dəfə qədim fars yandıran şamın,
İşığı deyilmi bizi isidən?

 +

Həyatda itkilər, həyatda yas var,
Ağırdır insanın zəhməti, zülmü.

Farsa sağ ol desək, ona haqq olar,
Təsəlli, məlhəmdir bu bayram günü…

 

18-19.03. 2023, Samara

ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI

2

PREZİDENT: Nə xəbər var təzə, hörmətli Kamal Abdulla?

KAMAL ABDULLA: Xoş xəbər var: dekanın dallığı olmuş Jalə.

PREZİDENT: Yaxşı adddır adı. Özü kimlərdəndir?

KAMAL ABDULLA: Çox gözəl əsli var. Bu uşaq həm “Paşa Holdinqd”əndir.

PREZİDENT: “Paşa holdinq”mi? Çox gözəl, əla!

Bəs doğrudanmı uşaqdır Jalə?

KAMAL ABDULLA: Bəli, məsum bir uşaqdır o, körpədir hətta.

Təzəcə qol-qanad açmış və atılmış həyata.

PREZİDENT: Bəs bu millət nə deyir təyinata?

Yayılar şayiə birdən ki, vardır eşq arada….

KAMAL ABDULLA: Mənə övladdır o, mənsə ona istəkli ata.

PREZİDENT: Hansı elmin o, nümayəndəsidir?

KAMAL ABDULLA: O bütün elmləri yaxşı öyrənib bir-bir.

Püxtəşəmiş o, siyasətdə tamam dolmuşdur,
Beş yaşından YAP-a üzv olmuşdur.

PREZİDENT: Bu xəbər xoş və gözəldir…  Nə deyir bəs o dekan?

Razıdırmı bu körpə dallıqdan?

KAMAL AABDULLA: Razıdır. Şıllaq atıb getsə belə,
Yerini tutmağa hazır Jalə.

PREZİDENT: Bəli, ölkəmdə misilsiz kadr siyasəti var,

Körpə qız bir də görərsən dekana dallıq olar.

Razıyam çox, Kamal Abdulla, gördüyün işlə,

KAMAL ABDULLA: Hazıram qulluğunuzda olam yüz il də belə…

 Mirzə ƏLİL

16. 03. 2023, Samara

İLAHİ KOMEDİYA. CƏHƏNNƏM. 4-CÜ NƏĞMƏ

the-inferno-canto-19.jpgHalfHD

 (FRAQMENT)

1 Başımda gurultu qopdu, pozaraq,
Bu dərin yuxunu, mən də oyandım,
Zorla ayıldılan bir adam sayaq.

 +

4 Gəzdirib dincəlmiş gözləri indi,
Baxırdım diqqətlə, qalxıb ayağa.
Bilim ki, hardayam, bu yer hayandı.

 +

7 Bəlalı girdabdı burdan aşağı,

Gördüm uçurumun qırağındayam.

Haray çəkənlərin dibdə yığnağı.

 

10 Dərinlik görünmür qatı dumandan,
Necə baxışımı yönəltdimsə də,
Bir şey gözlərimə dəymədi ordan.

 +

13 “Gərək kor aləmə düşək indisə, —  

Bənizi tamam ağ şair söylədi, —

Birinci mən gedim, ikinci də sən”.

+

16 Rəngini görərək onun mən dedim:

“Belə qorxmusansa, necə gedim mən,
Qorxsam, kim olacaq təsəllim indi?

 +

19 Dedi: “Üzümdəki dibdə inləyən
Xalq üçün kədərin əksidir belə
Acımı anladın qorxu kimi sən…

 italyancadan tərcümə

mart 2023, Samara

DANTE. «ÜMİDDƏN ƏL ÜZSÜN HƏR BURA GİRƏN…»

inf.3.9.dore

İLAHİ KOMEDİYA. CƏHƏNNƏM

3-CÜ NƏĞMƏ (FRAQMENT)

Lasciate ogne speranza, voi ch’intrate’.

1 “Yaslı şəhərə yol mənimlə gedir,

Mənimlə yol gedir əbədi dərdə

Azmış insanlara yol da məndədir.

 +

4 Rəbbim hərəkətə ədl ilə gəldi

Yarandım Qadirin qüdrətiylə mən,

Ali bilikdən, ilk sevgidən həm də.

 +

7 Yalnız əbədilər vardı mənəcən,
Yetişməz heç zaman mənim sonum da.

Ümiddən əl üzsün hər bura girən!”

 +

10 Oxuyub qapının yuxarısında

Tutqun bu sözləri, dedim: “Nə sərtdir,
Ağırdır mənası onların, ustad”.

 +

13 O da gözüaçıq şəxs tək dedi:

Burda atılmalı bütün şübhə və

Burda ölməlidir qorxular indi.

 +

16 Gedirik mən sənə dediyim yerə,

Yaslı adamlara baxarsan onda,
Ağıl nemətini itirənlərə”…

italyan dilindən tərcümə

mart 2023, Samara

 

İLAHİ KOMEDİYA. CƏHƏNNƏM

2-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Gün gedən vaxt idi, qaralan hava,

Dinclik gətirirdi yer üzərində
Yorğun heyvanlara; mənsə tək amma,

 +

4 Özümü savaşa hazır  edirdim
Yol çətin, iztirab ağırdı daha,

Yaddaşım yanlışsız deyər sizə də.

 +

7 İlham pəriləri! Ey ali düha!

Yardımçı olunuz!. Göstər, yaddaşım,

Öz nəciblyini yazılarımda.

 

 +

10  “Şair, rəhbərimsən, — belə başladım —

Səncə, məndə olan ləyaqət ilə,
Gedə bilərəmmi o həddi də aşım?

 +

13  Dedin Silvionun  atası hələ,

Öləriykən, həm də föhşə əsirkən,

Ölümsüz məkana getdi bədənlə.

 

16 Fəqət şərə düşmən kəsilən Kəsin,
Gözündə böyükdü onun xidməti,

Həm ondan törənən şərəfli nəslin;

 +

19 Ağıllı insana yaraşmaz qəti,

Buna şübhə edə; O, həm Romaya,
Həm imperiyaya ata seçildi.

 +

22 Doğrusu, şəhər də, imperiya da,
Yarandı ali taxt gələsi yerdə,

Pyotrun valisi oturur orda.

 +

25 Tərənnüm etdiyin səyahətində

Eşidib o qədər çox öyrəndi ki,

Zəfərlər qazandı, mantiya həm də

 +

28 Tərənnüm etdiyin səyahətində

Eşidib o qədər çox öyrəndi ki, qədər

Zəfərlər qazandı, mantiya həm də

 +

31 Mən niyə bəs gedim? Kim izn verər?

Mən ki, nə Paveləm, nə də Eneyəm,
Kimi inandırar məndəki dəyər?

 +

34  Getməkdən imtina etsəm əgər mən.

Qorxuram divanə məni sayarlar,

Müdriksən, bilirsən dediyimi sən.

 +

37 Arzu etdiyindən əl götürən var,
Niyyəti dəyişər yeni fikirlə,

Başlayar təzədən, onu da atar.

 +

40 Toran təpəlikdə özüm də elə

Mən o durumdaydım; fikrən başlanan

İşdən soyuyurdum görmədən belə.

 +

43 Dedi Möhtəşəmin kölgəsi olan:

“Sənin sözlərini düz anladımsa, doğru

Yaradıb qəlbində qorxu həyəcan…

italyan dilindən tərcümə

fevral 2023, Samara