Архив тегов | sevgi şeirləri

FRANÇESKO PETRARKA. «ELƏ Kİ, HAÇANSA FEBİN SEVDİYİ…»

Elə ki, haçansa Febin sevdiyi,

İnsan cildli ağac köç edib gedər,

Vulkan həm ah çəkər, həm axıdar tər,

Yupiterə oxlar yonaraq yeni.

 

Gah qarlı tufandır, gah da sel gedir

Yanvara qüdrətdə iyun bərabər;

Yer ağlar, günəşsə uzaq nə qədər! –

Çünki əziz dostu ayrı yerdədir.

 

Saturn da, Mars da hiddətə gələr,
Hərbə Orionda ulduzlar hazır.

Məhv olar gəmilər, həm gəmiçilər.

 

Bizi, Yunonanı, Neptunu üzür

Eol harayıyla; çünki tərk  elər

Mələklər gözləyən gözəl üz bizi.

 

Saturnun və Marsın hiddəti kükrər,
Hərbə Orionda ulduzlar hazır.

Məhv olar gəmilər, həm gəmiçilər.

 

Bizi, Yunonanı, Neptunu üzür

Eol harayıyla; çünki tərk  elər

Mələklər gözləyən gözəl üz bizi.

 

italyancadan tərcümə

05-08. 09. 2026, Samara

QEYDLƏR

“İnsan cilddli ağac: Yunan mifologoyasında ninfa Dəfnəgünəş tanrısı Febin (Apollon) təqibindən qaçaraq dəfnə (Lauro) ağacına çevrilmişdir. Petrarka sevgilisinin adı ilə ağacın adındakı oxşarlığı söz oyununa çevirir.  “Köç edib gedir” – Petrarkanın sevdiyi qadın Laura öz yerini, yəni Avinyon düzənini tərk edir, bu, Lauranın ölümünə işarədir.

Feb – günəş tanrısı

Vulkan – od və dəmirçilik peşəsinin tanrısı

Eol – külək tanrısı

Neptun – dənizlərin, buludların tanrısı

+++++++++++++++++++++++++++

Françesko PETRARKA

Quando dal proprio sito si rimove
l’arbor ch’amò già Phebo in corpo humano,
sospira et suda a l’opera Vulcano,
per rinfrescar l’aspre saette a Giove:

Читать далее

FRANÇESKA PETRARKA. «QORXUDUR HƏMLƏSİ GÖZƏL GÖZLƏRİN…»

Qorxudur həmləsi gözəl gözlərin —

Onlarda həm sevgi, həm ölümüm var.

Necə uşaq qorxub çubuqdan qaçar —

Mənə o vaxtlara qayıtmaq çətin.

 

Yox əlçatmaz, uca yer indən belə,

Getməyim, qalxmayım iradəmlə mən.

Qəlibmi buzlağa döndərə bilən

Təhlükəli nəsə qarşıma gələ.

 

Tələsmədim sən tez dönüb baxam,

Qorundum canımı çünki üzəndən

Bu günah üzrlü sayıla bilər.

 

Dönmüşəm qaçdığım yerə mən hərçənd

Ürək də azaddır indi qorxudan —

Bu, sədaqət rəhni deyilmi məgər?

 

italyancadan tərcümə

08-10. 08. 2026, Samara

++++++++++++++

FRANCESKO PETRARKA

Io temo sí de’ begli occhi l’assalto
ne’ quali Amore et la mia morte alberga,
ch’i’ fuggo lor come fanciul la verga,
et gran tempo è ch’i’ presi il primier salto.

Читать далее

«VAQİF» KOMEDİYASI. «HƏR BAĞIN, HƏR BAĞÇANIN…»

 

Akademik xalq şairi, iki dəfə Stalin mükfatı laureatı Səməd Vurğun qəzəl janrında da şeirlər yazıb. Onlardan biri, “Hər bağın, hər bağçanın…” sözləri ilə başlanan  qəzəl “Vaqif” komediyasında Əlinin toyunda Vaqifin adından oxunur. Ancaq Vaqifin şeir dilinə bələd olan oxucu elə birinci misradan görər ki, Molla Pənah belə cəfəngiyatı yaza bilməzdi. Yəni ki. bərbad dilli, əruzu axsaq bi qəzəli Vaqifə şamil eləməklə Səməd Vurğun əslində böyük yerlisini görmətdən salır. İndi “qəzəl”ə baxaq. Misra-misra. Və filologiya elmləri üzrə elmlər akademiyasının həqiqi üzvü olmuş müəllifin dili nə gündədir.

 

“Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var”

Bəhr rəməldir, heca sayı 15-dir, bu uzunluqda misranı doldurmaq üçün Səməd Vurğun, uyğun gəlib-gəlmədiyinə baxmayayaq, çoxlu artıq söz işlədir. “Bağ” dedinsə, “bağça” artıqdır, elə deyil?  Bağla bağça bir-birindən necə fərqlənir? Ölçü ilə? Standartları var? Bağça bağdan kiçikdirsə, niyə hər birində “bir bülbüli-şeyda” olur?
“Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.”

“Əziziim” deyəndə şair kimə müraciət edir? Mircəfər Bağırova? Stalinə? Şoferinə? Şeirdə xitab varsa, onun ünvanı olmalıdır, burda isə misra doldurur.

Dalına (misranın dalına) baxaq. “Hər duyan qəlbin gizli bir sevdası var”. “Sevda” qəyin ki, “eşq” mənasındadır. Kalassik ədəiyyat qəhramanlardan hansının sevdası gizli qalırdı? Məcnunun? Leylinin? Onların sevdasından bütün xalq xəbər tutmayıbmı? Leylini anası niyə görə danlayırdı? Məcnun paltarını da soyunub çöllərə düşməmişdimi? Bəs Kərəmlə Əsli necə? Yəni məhəbbət dastanlarının hansı qəhrəmanını götürsək, görərik ki, onlar sevdiklərini, vurulduqlarını gizlətmirlər. Bəlkə Səməd Vurğun əsl aşiqlərdən yox, arvaları ya ərləri ola-ola eşqə düşənləri nəzərdə tutur? Elələri, bəli, “sevda”larını gizlədərlər. Ancaq mənə elə gəlir ki, Səməd Vurğun nə yazdığını fərqinə varmır, onun üçün vacib misranı doldurmaq, beyti qafiyələndirməkdir.

“Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi”

Ruh nədir, qəlb nədir? Onları bir-birindən necə ayırmaq olar? İncə bir canan səsi…Canan özü incə olmalıdır, ya yalnız səsi? Özü isə ətli-canlı – Vaqif bəyənən?
“Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var.”

Başa düşdünüz? Kim ya nə gülər? Ruh? Qəlb? İncə canan? Ya cananın incə səsi?

Nəyin “hər dəmdə bir mənası var?  Yəni məna hər saniyə dəyişir, belə çıxır?  Yadınızda saxlayın və dalına (şeirn) baxın.

“Can alan hər nəğmənin mənası yalnız eşqdir”.

Yuxarıda dedi ki, məna hər saniyə dəyişir, indi deyir, məna birdir, yəni “yalnız eşqdir…”
“Göz görüb əl çatmayan ulduzlu bir dünyası var.”

Mərc gələrəm ki, bu misradan heç bir Azərbaycan akademiki, hətta Naxçıvan əslli olsa da, baş çıxarmaz. Ulduzlu dünya kimin ya nəyindir? Mənanın? Eşqin? Nəğmənin? İncə canan səsinin? Cananın incə səsinin?

“Dərdi-hicran günlərilə ömrü odlardan keçər
Hər könül bir karvandır ki, bir susuz səhrası var.”

Kimin ömrü? Subyekt yoxdur. On illərlə bu qəzəl oxunur, durub deyən yoxdur ki, “saxla, saxla, başa düşmüdim, kimin ömrü?”

İnsan qəlbi, yəni konül” nə dərəcədə və vansı parametrlərinə görə dəvə karvanına bənzədilib? Bənzəyənlə bənzədilən arasında oxşar, ümumi xassələr olmalıdır?

“Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub

Şerü-sənət adlanan nazəndə bir Leylası var.”

Niyə “belə” yox, “böylə”? Çünki “belə deyəndə, ritm pozulur. Onsuz da bu qəzəlin rəməli əsl əruz deyil….

Və, türkün məsəli, qabaqda deyirdi ki, hər qəlbin sevdası gizlidir. İndi deyir ki, Vurğunun sevdasından millət danışır…

Bu bəlkə eşq sevdası deyil? Leyla-Meyla yalandır. Biz bilirik ki, akademik şairimizin sevdası nə və kim olub: Stalin, Lenin, Şaumyan, bolşevik partiyası, “babası olmuş 26-lar”…

Və belə bir cəfəngiyatı Molla Pənafın adından teatra çıxarmaqla dahi yerlisini xacalətli eləyib…

 

02. 08. 2026, Samara

FRANÇESKO PETRARKA. «ORSO, BİL, HEÇ ZAMAN, NƏ GÖL, ÇAY NƏ DƏ…»

Orso, bil, heç zaman nə göl, çay nə də

Nə bütün bu çaylar tökülən dəniz

Divar, budaq ya da təpə kölgəsi,

Nə duman ki, yer-göy çimir nəmində,

 

Bəşər baxışına maneə olan

Ayrı nə var —  mənə gətirməz kədər,
Gözəl gözlərinin duvağı qədər.

Mənə deyir: indi ağla ya da yan.

 

Gözlər təvazödən, ya da qürurdan,
Yerə dikilərsə, sevincim ölər,
Vaxtsız, həyatımın çatar sonu da.

 

Məni dərdə salır həmçinin ağ əl —

Üz-göz gizlədəndir, məkr var onda,

Mənə göz önümdə daş kimi gələr.

 

italyancadan tərcümə

31. 07. 2026, Samara

QEYD:

Orso — Orso del Aqilyara p dövrün görkəmli Roma qrafı və hakimidir.Petrarka onunla yaxın dostluq etmiş  və 1337-ci ildə Kapranikedə onun qonağı olmuşdur.

+++++++++++++++++

FRANCESKO PETRARKA

 

Orso, e’ non furon mai fiumi né stagni,
né mare, ov’ogni rivo si disgombra,
né di muro o di poggio o di ramo ombra,
né nebbia che ’l ciel copra e ’l mondo bagni,

Читать далее

FRANÇESKO PETRARKA. «BİLSƏM Kİ, ÖLMƏKLƏ CANIM QURTARAR…»

Bilsəm ki, ölməklə canım qurtarar
Məni üzən sevgi fikirlərindən,

Ağır yükə dönmüş bədəni hökmən
Öz əlim torpağa qoyardı dərhal.

 

Qorxuram atam bu addımı ancaq:

Birdən savaş gələr savaş yerinə

Qarşımda uçurum görərəm yenə —

Yarı uçurumda yarı yoldayam.

 

Artıq yetişibdir zaman, dartıla,

Yay gərək, və eşqin axıtdığı qan

Yuyub-qızardan ox gərək atıla.

 

Eşqdir diləyim, həm o kar insan,

Ki, mənim rəngimi dəyişib belə,

Məni çağırmaqsa çıxıb yadından.

italyancadan tərcümə

30. 07. 2026, Samara

+++++++++++++++

FRANCESKO PETRARKA

 

S’io credesse per morte essere scarco
del pensiero amoroso che m’atterra,
colle mie mani avrei già posto in terra
queste membra noiose, et quello incarco;
Читать далее

FRANÇESKO PETRARKA. «ADAMSIZ BİR ÇÖLDƏ…»

Adamsız bir çöldə tələsmədən mən,

Vargəl eləyirəm fikirli, tənha.

Gözüm ayağımın baxır altına,
Görsəm, uzaqlaşım insan izindən.

 

Ayrı müdafiə varmı, nə bilim,

Məni yayındıra yad marağından.

Biləcək içimdir məni yandıran,
Üzümdə sevinci sönük görsə kim.

 

Çünki meşələrə, dağlara, çaya.
Məbin həyatımın başqalarından,
Gizli təbiəti bəllidir belə.

 

Elə yabanı yol tapmıram amma,

Sevgi izə düşüb tapmasın asan,

Yenə danışmayaq bir-birimizlə.

 

italyancadan tərcümə

29.07. 2026, Samara

+++++++++++++++++++

FRANCESKO PETRARKA

 

Solo et pensoso i piú deserti campi
vo mesurando a passi tardi et lenti,
et gli occhi porto per fuggire intenti
ove vestigio human l’arena stampi.

Читать далее

FRANÇESKO PETRARKA. «HƏLƏ YAŞAYIRSA, APOLLON, ƏGƏR…»

Hələ yaşayırsa, Apollon, əgər,
Səni Fessalyada yandıran istək,

İşıqlı saçları, illər ötərək,

Unutdurmayıbsa indiyə qədər:

 

Sən üz döndərəndə bizə üz verən

Şaxtadan, amansız, sərt havalardan

Müqəddəs dəfnəni qoru, ona bir zaman,
Sən bağlı olmusan, sonralarsa mən.

 

Bu acı həyatda dəstəyin olan,

Sevgili ümidin qüdrəti ilə

Təmizlə havanı işığa çıxaq.

 

Heyrət eləyərik, görüb o zaman,

Çəməndə oturub Donna səninlə

Əliylə özünə kölgə salaraq

 

italyancadan tərcümə

28. 07. 2026, Samara

++++++++++++++++

FRANCESKO PETRARKA

 

Apollo, s’anchor vive il bel desio
che t’infiammava a le thesaliche onde,
et se non ài l’amate chiome bionde,
volgendo gli anni, già poste in oblio:

Читать далее

FRANÇESKO PETRARKA. «ŞƏRQDƏ EŞQ ULDUZU ALIŞIB YANIR…»

Şərqdə eşq ulduzu alışıb yanır.

Yunonada həsəd hissi doğuran
Başqa bir uLduzsa şimalda bu an,
Yayır parlaq gözəl şüalarını.

 

Erkən durar qarı – cəhrəsi gözlər,
Tamam geyinməmiş ocağı qalar.

Sevişənlər günün bu vaxtı ağlar,
Ayrılıq gətirir açılan səhər.

 

Ümidim əriyib tamam gedəndə,

O gəldi, yuxuda olsa da ürək,

Qəmim də nəmləndi – ayrı cür ancaq.

Ah, bu nı görkəmdir, bu nə dəyişmək!

Sanki deyir: əzmi itirdin nədən?

Yenə əvvəlki tək gözlərimə bax!

 

italyancadan tərcümə

24-27. 07. 2026, Samara

++++++++++++++++++

FRANCESKO PETRARKA

 

Già fiammeggiava l’amorosa stella
per l’orïente, et l’altra che Giunone
suol far gelosa nel septentrïone,
rotava i raggi suoi lucente et bella;

Читать далее

FRANCESKO PETRARKA. «ELƏ Kİ, İNSANIN ƏZABLARINA….»

Elə ki, insanın əzablarına
Son qoyan son günə yaxınlaşıram,

Zamanın sürəti dəyişər tamam,

Aldanıb mən ümid bağladım ona.

 

Xəyalən deyirəm: İtirməyək vaxt,
Sevgi söhbətinə; yükü həyatın 

İlk qar əriyən tək əriyər yəqin.

Ruhumuz dincələr onda  nəhayət.

 

Ümid də bədən tək heçliyə keçər,

O idi xülyanı bizə sevdirən  —

Qorxu, qəzəb, sevinc, göz yaşı gedər.

 

Onda aydın olar: insan adətən,

Seçir şübhəlini, yanlışı seçir.

Önəmli məqsəddən yayınır nəzər.

italyancadan tərcümə

15-17.07. 2026, Samara

++++++++++++++++

FRANCESKO PETRARKA

 

Quanto piú m’avicino al giorno extremo
che l’umana miseria suol far breve,
piú veggio il tempo andar veloce et leve,
e ’l mio di lui sperar fallace et scemo.

Читать далее

FRANÇESKO PETRARKA. «BU İNCƏ RUH BİZİ TƏRK ELƏYƏRƏK…»

Bu incə ruh bizi tərk eləyərək,
Getdi o dünyaya vaxtından əvvəl.
Yaxşı qarşılansa orda o əgər,

Göydə ən şərəfli yer ala gərək.

 

Qalsa Venerayla Mars arasında,
Günəşin işığı bir anda solar.
Ona heyran ruhlar çünki cəm olar,
Bütün dövrəsini qapayar orda.

 

Dördüncü qübbədə, Günəşə yaxın

Yer alsa, çıraqlar həndəvərində

Sönərdi, işığı yanardı onun.

 

Qalxarsa beşinci dövrəyə birdən

İtər kölgəsində gözlliyinin.

Yupiterlə bütün ulduzlar hökmən

italyancadan tərcümə

10-11. 07. 2026, Samara

QEYD: Petrarkanın şeirlərinin əksəriyyəti kimi bu sonet də Lauraya, daha doğrusu, onun ölümünə hsr olunub. Mürəkkəb, dolğun, adekvat tərcüməsim mümkün olmayan metaforlarla şair deyir ki, Lauranın ruhu səmanın yüksək qatlarında mənzil tapacaq və bu ruhun gözəlliyi fonunda bütün ulduzlar sönük görünəcək.

+++++++++++++++++++++++++++

FRANCESKO PETRARKA

Questa anima gentil che si diparte,
anzi tempo chiamata a l’altra vita,
se lassuso è quanto esser dê gradita,
terrà del ciel la piú beata parte.

 

S’ella riman fra ’l terzo lume et Marte,
fia la vista del sole scolorita,
poi ch’a mirar sua bellezza infinita
l’anime degne intorno a lei fien sparte.

 

Se si posasse sotto al quarto nido,
ciascuna de le tre saria men bella,
et essa sola avria la fama e ’l grido;

nel quinto giro non habitrebbe ella;
ma se vola piú alto, assai mi fido
che con Giove sia vinta ogni altra stella.