Архив тегов | italyancadan tərcümələr

FRANCESKO PETRARKO. «SEVGİ YA DA ÖLÜM ZƏDƏLƏMƏSƏ…»

Sevgi ya da Ölüm zədələməsə
İndi toxuduğum parçanı əgər,
Eşq əsirliyindən çıxsam birtəhər

Bu eşq elm eşqiylə uzlaşa bilsə.

 

Yarada bilərdim elə bir əsər

Üslubu müasir, məzmunu əntiq

Cürət eləyirəm bunu da deyim:

Sorağı yetişər Romaya qədər.

 

Bitirə bilmirəm fəqət işi məm,
Mübarək saplardan var çatışmayan,

Möhtərəm atada atada az deyil onlar.

 

Ovcun sıxılıbdır səninsə, nədən,

Sən belə deyildin. Ovcunu açsan,
Görərsən nə nəfis bir iş yaranar.

italyancadan tərcümə

12. 08. 2026, Samaa

QEYD:

Bu şeir sonet janrında yazılmış məktubdur, onun şairin yaxın dostu və himayədarı Covanni Kolonnaya ünvanlandığı ehtimal edilir. Bu sonetlə Petrarka dostundan üzərində işlədiyi latınca əsəri bitirmək üçün ona lazım olan kitabı göndərməyi xahiş edir. Birinci dördlükdə Petrarka elmi işini qiymətli parça toxumağa bənzədir.

Birinci üçlüyün 3-cü misrasındakı “ata” (padre) sözü də, əlbəttə, sonetin həsr olunduğu şəxsə aiddir. İngilis dilinə tərcümələrin birində “padre” sözü “müəllim” kimi tərcümə edilib.

+++++++++++++

FRANCESKO PETRARKA

 

S’Amore o Morte non dà qualche stroppio
a la tela novella ch’ora ordisco,
et s’io mi svolvo dal tenace visco,
mentre che l’un coll’altro vero accoppio,

Читать далее

FRANÇESKA PETRARKA. «QORXUDUR HƏMLƏSİ GÖZƏL GÖZLƏRİN…»

Qorxudur həmləsi gözəl gözlərin —

Onlarda həm sevgi, həm ölümüm var.

Necə uşaq qorxub çubuqdan qaçar —

Mənə o vaxtlara qayıtmaq çətin.

 

Yox əlçatmaz, uca yer indən belə,

Getməyim, qalxmayım iradəmlə mən.

Qəlibmi buzlağa döndərə bilən

Təhlükəli nəsə qarşıma gələ.

 

Tələsmədim sən tez dönüb baxam,

Qorundum canımı çünki üzəndən

Bu günah üzrlü sayıla bilər.

 

Dönmüşəm qaçdığım yerə mən hərçənd

Ürək də azaddır indi qorxudan —

Bu, sədaqət rəhni deyilmi məgər?

 

italyancadan tərcümə

08-10. 08. 2026, Samara

++++++++++++++

FRANCESKO PETRARKA

Io temo sí de’ begli occhi l’assalto
ne’ quali Amore et la mia morte alberga,
ch’i’ fuggo lor come fanciul la verga,
et gran tempo è ch’i’ presi il primier salto.

Читать далее

FRANÇESKA PETRARKA. «XEYİRDUALIYMIŞ O GÜN, AY VƏ İL…»

LXI

Xeyirdualıymış o gün, ay və il,

Fəsil də, zaman da, saat da, an da.

Və o gözəl yurd ki, orda bir anda,

Düşdüm bir cüt gözəl gözə mən əsir.

 

İlk şirin əzab da xeyirdualı —
Sevgiylə qarışıq mən onu duydum

Məni hədəf seçən oxu-yayı da,

Həm sinəmdə dərin ox yaraları.

 

Xeyirduladıır şeirlərim də,
Xanımımın adı xatırlanırsa.

Ahım, göz yaşlarım, istəyim həm də.

 

Nə qədər əsərim şəninə varsa,

Xeyirdualıdır; fikirlərim də

Tək ona məxsusdur, heç kəsə daha.

 

italyancadan tərcümə

01-02. 05. 2026, Samara

++++++++++++++++++++

Francesco Petrarca (1304-1374)

 

Benedetto sia ‘l giorno, e ‘l mese, e l’anno,
e la stagione, e ‘l tempo, e l’ora, e ‘l punto,
e ‘l bel paese, e ‘l loco ov’io fui giunto
da’ duo begli occhi, che legato m’hanno;
Читать далее