Архивы

ÇALMALILAR VƏ HİCABÇILAR MİLLƏTİ ZORLAMAĞA QALXIBLAR. VƏ, DEYƏSƏN, BU, QAÇILMAZDIR…

1990-cı ildə Texasda respublikaçılar partiyasından qubernatorluğa namizəd Kleyton Uilyams pis havanı zorlama ilə müqayisə edərək deyib: “Əgər bu, qaçılmazdırsa, özünüzü rahatlayın və həzz alın”.
Bu deyim Kleytona baha başa gəlir, çox böyük qalmaqal yaranır və o, seçkiləri uduzur…

Ancaq indi İnternetdə hicabçıların gündən-günə həndəsi silsilə ilə artan videolarını gördükcə mənə elə gəlir ki, məktəbli qızları qabağa vermiş aqressiv dayılar, əmilər, xalalar, bibilər ölkəni və milləti zorlamağa başlayıblar, bu zorlama qaçılmazdır və millətə qalan əlini-qolunu yanına salıb yerini rahatlamaqdır ki, bu işdən həzz alsın…

Hicabçılar çox yaxşı təşkil olunublar və hazırlaşıblar. Topsuz, tüfəngsiz, təyyarəsiz, dronsuz, raketsiz, demək olar ki, itki vermədən irəliləyirlər…

Qarabağı qaytarmaqda bizə türk generalları yardım etdilər. İndi türklər hicabın tərəfindədirlər. (internetdə Azərbaycan hicabçılarını müdafiə edən türklərə mən hörmətlə «Osman Osmanoviç» deyirəm: Osman Osmanoviç, get öz işinlə məşğul ol…) Türklərsiz bizim hakimiyyət, deyəsən, nə edəcəyini bilmir. Müxalifətçiləri şərləyib dama basmaq necə asanmış…

Azərbaycan doğrudan da ölkə deyilmiş. Azərbaycan, Dostoyevskinin bir əsərində Rusiya haqqında deyildiyi kimi, təbiətin oyunu imiş…

“Yaşıl taun” qapını alıb…

İndi  süni intellektlə İran barədə söhbətimin qalanını təqdim edirəm. Məni maraqlandıran İrandakı çalma rejimini kimin daha çox dəstəkləməsi idi – azərbaycanlılar ya farslar. Deyəsən, azərbaycanlılar çalmalıları daha çox dəstəkləyirlər. Hicaba qarşı da ən fəal mübarizlər şəhərli farslardır.  Çünki onların mədəniyyəti var, mədəniyyətli adam öz xoşuyla mövhumata, cahilliyə tabe olmaz. İndi siz bizim dilindən “əhli-beyt” düşməyən qadınlara baxın – bunlar mədəniyyətlə heç epizodik  təmasda da olmamış primitiv insanlardır, dövlət də əhalinin maarifləndirilməsi üçün heç nə etməyib, dövlətin məktəbini dövlət baxa-baxa yağmalayıb evlərə daşıyıblar, şagirdlərin hansı, necə müəllimlərin təsiri altında düşdüyündən dövlətin xəbəri olmayıb. Xalqın bu otuz beş ildə nə kinosu, nə teatrı, nə konsert zalları olub. 16 teatr 1900 məscidə qarşı! Qələbənin kimin tərəfində olacağını bilmək üçün ekstrasens olmaq lazım deyildi…

 ++++++++++++++++++++++++++++++++++++++++++++=

++++++++++++++++++++++++++++++++++++++++++++++++

İranda 2025-ci ilin dekabrında başlayıb 2026-cı ildə davam edən miqyaslı etirazlarda, 2022-ci il etirazlarından fərqli olaraq,  heç bir etnik qrup dominant və ya “daha fəal” adlandırıla biləcək qədər seçilməyib. Ötməkdə olan ilin hərəkətverici qüvvəsi rolunda sosial və iqtisadi siniflər, həmçinin gənclik çıxış edib.

Bu etiraz dalğalarında etnik fəallığın özəllikləri:

Ümummilli olmağı və sosial-iqtisadi xarakter daşımağı.

Etirazlar Tehranın Böyük bazarında alverçilərin tətili ilə başlanıb. Alov tezliklə ölkənin 31 vilayətinin hamısına yayılıb və ən müxtəlif əhali qruplarını iqtisadi tələblər və rejim əleyhinə şüarlar ətrafında birləşdirib.

Etnik faktor əvəzinə nəsil faktoru: Analitiklər və hüquq müdafiəçiləri qeyd edirlər ki, ən gözəçarpan və fəal qüvvəni “Z nəsli” hərəkatı nümayiş etdirmişdir. Bu hərəkat etnik mənsubiyyətindən n asılı olmayaraq tələbələri və gəncləri birləşdirmişdir.

 Klerikal rejimi farslarınmı, azərbaycanlılarınmı daha çox dəstəklədiyi barədə sual İran siyasətinin ən mürəkkəb laylarından birinə toxunur. Məsələ burasındadır ki, İranda rejimə loyallıq etnik mənsubiyyətlə yox, dini faktorla, sosial siniflə və dövlət sisteminə inteqrasiya dərəcəsi ilə müəyyən edilir.

Əgər analitiklərin mövqeləeini və sosioloji trendləri ümumiləşdirsək, sitüasiya belə görünür:

  1. Azərbaycanlılar niyə rejimin dayağı sayılırlar?

İran azərbaycanlıları — ən böyük etnik azlıqdır. Kürdlərdən, ərəblərdən , beluclardan fərqli olaraq, onlara klassik “əzilən azlıq” kimi baxılmır. Səbəblər isə bunlardır:

Ümumi məzhəb – şiizm.Tarixən məhz azərbaycanlı sülalələri şiizmi İranın dövlət dini etmişlər. Ümumi din əsrlərlə azərbaycanlıları və farsları möhkəmcə bir-birinə bağlamışdır.

Elitaya dərin inteqrasiya: azərbaycanlılar qeyri-proporsional şəkildə hakimiyyətin ən yüksək zirvələrində geniş təmsil olunublar. Keçmiş ali dini rəhbər Əli Xamanei, onun oğlu və varisi Moctəbə Xamanei, prezident Pezeşkian – bunlar azərbaycanlıdırlar.

İqtisadi çəki: Təbrizin və Tehranın bazarlarındakı alverçilər, iri sahibkarlar və İslam keşikçiləri korpusunun generallarının mühüm hissəsi azərbaycanlılardır.

Buna görə uzun müddət konsensus mövcud idi: azərbaycanlıların ənənəvi, dini və varlı təbəqələri status-kvonu və rejimi farsların sekulyar şəhər təbəqəsindən daha güclü dəstəkləyirdilər.

  1. Fars çoxluğunun tərkibində ikitirəlik

Farslar dövlətqurucu millətdir, amma məhz fars əhalisində (xüsusən Tehrandaa. İsfahanda, Şirazda)  sekulyarizmin ən yüksək səviyyəsi və teokratiyadan yorğunluq müşahidə edilir.

Məhz savadlı fars şəhər təbəqəsi mühacirətdə müxalifətin nüvəsini  təşkil edir və islam respublikasının demontajını  və dünyəvi respublikaya və ya konstitusiyalı monarxiyaya keçidi ən fəal tələb edən də odur. Əhalinin bu təbəqəsi üçün fars identikliyi islam identikliyindən vacibdir.

  1. Əks tərəf: niyə azərbaycanlılar da etiraz edirlər?

Bütün azərbaycanlıların rejimə loyal olduğunu düşünmək səhv olardı. İcmanın tərkibində bir neçə faktorun qızışdırdığı ciddi narazılıq var:

  1. Mədəni assimilyasiya: Ölkə liderlərinin azərbaycanlı olduqlarına baxmayaraq, rejim azərbaycanca təhsili həyata keçirmək cəhdlərinin qarşısını çox sərt şəkildə alır. Azərbaycanlı fəallar mədəni hüquqlarının tələbinə görə müntəzəm olaraq həbslərə məruz qalırlar.

Ekoloji triggerlər: İran Azərbaycanında Urmiya gölünün quruması mərkəzi hökumətin səhlənkarlığına qarşı yönələn kütləvi etirazlara səbəb oldu.

Liderlərin etnik praqmatizmi: İran azərbaycanlılarınınb özləri Xamaneidə “öz müdafiəçilərini” görmürlər. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Xamanei həmişə özünü islam rəhbəri və şiə lideri kimi aparmış, azərbaycanlı millətçiliyini hər hansı başqa biri kimi çox sərt şəkildə yatırtmışdır.

Nəticədə rejimdə kim daha çox maraqlıdır?

Əgər hakimiyyət strukturlarına qatılmaq cəhətindən baxsaq, azərbaycanlı elitanın konservator hissəsi İran teokratiyasına sekulyar fars çoxluğundan dahə dərindən inteqrasiya edilib. İranın klerikal reşimi, sadə dillə desək, çalmalıların rejimi fars və azərbaycanlı dini isteblişmentinin və güc strukturlarının ittifaqına söykənir.

 

 

«ƏVVƏL ARVADLARI ABRA SALAQ…»HƏ? BƏLKƏ QABAQCA OĞLANLARI VƏ KİŞİLƏRİ?

“ Əvvəl biz gedək, arvadları abra salaq…”

Bu günün Azərbaycan həyatı elə bil ki, “Hacı Kərimin aya səyahəti”ni xatırladır, on minlərlə, yüz minlərlə kişi daha yaxşı tətbiqə layiq inadla qeyrət və namus asayişinə qalxaraq arvadları abra salmaq istəyirlər. Arvad deyəndə ki, əslində qadın cinsi ilə doğulmuş hər kəsi – biz çoxsaylı videolarda “könüllü” hicab əsarətini qəbul etmiş beş-altı yaşlı körpə qızları da görürük..

Qəribədir, doğrudanmı bu kişilərin əksəriyyəti və bəlkə də hamısı qadın qeyrətini qorumağa özünü layiqli bilir? Yəni bu kişilərin fikrincə qadın ibtidadan, yəni yaranışdan zəif varlıqlardır, onların içində yaşadıqları cəmiyyətin əxlaq normalarına və standartlarına uyğun yaşaya biləcəklərinə qətiyyən etibar eləmək olmaz, qadin cinsindən olanlar lap az yaşlarından kişilərin nəzarətinə götürülməli və əslində əsarətə çevrilən bu nəzarət qadın əfəlləyib əldən düşünə qədər davam etməlidir.

“Hicab bizim qeyrətimiz, namusumuzdur”, — müxtəlif yaşda, müxtəlif şəkildə olan kişilərin səsləndirdiyi şüar janrında bu iddia  sosial şəbəkələrdə minlərlə layk yığır. Ancaq bu kişilərin özlərinin kim olduğu ilə maraqlanan yoxdur. Bu kişilər qeyrət çəkməyə layiq adamlardırmı? Bəs hər birinin həyatı  diqqətlə öyrənilsə? Bəs hər birinin telefonuna, kompüterinə baxılsa? Oturub-durduğu adamlarla elədiyi söhbətlərə qulaq asılsa?  Onda arvadların qeyrətiniu çəkmək arzusunda olan bu kişilərin həyatının elə təfərrüatı üzə çıxar ki, söyləməyə, yazmağa da çətinlik çəkərsən… Əgər bizim kişilər belə ucdantutma qeyrət, namus mücahidləridirsə, onda İnternetdə pornosaytlara yüz minlərlə, milyonlarla baxış hardandır? Müxtəlif adlarla pərdələnib əslində seksual xidmət göstərən obyektlərdən çox danışırlar – onların müştəriləri kimlərdir? Yəqin ki, elə qeyrət, namus davası eləyənlərin çoxu…

Daha vacib sual: əgər bizim milləti əxlaq narahat edirsə (mən əminəm ki, belə deyil, şiəlik sektadır, sektanın öz məqsəd və məramları var, hicab – kütlələrin cəlbi və səfərbərliyi üçün görülən işdə birləşdirici rəmzdir), niyə yalnız qızların, qadınların əxlaqı? Bəs oğlanların, kişilərin?

Böyük alman filosofu İmmanuil Kand “Antropologiya praqmatik baxımdan” adlı əsərində (1798) vətəndaş yetkinliyi ilə təbii yetkinlik arasında fərqi göstərir. Oğlan uşağı, Kantın müşahidəsinə görə 10 yaşından nəsil artırmağa qadir olur.

O vaxt isə kişi yalnız 25 yaşına çatanda cəmiyyətin müstəqil üzvü olaraq ailəni saxlamağa və uşaq tərbiyə etməyə qadir ola bilərdi.

10 yaşla 25 yaş arasındakı dövrün nə ilə dolduğu barədə sual qaldıran Kant özü ona belə cavab verir: yəqin ki, bu dövr daxili ixtilafla, ayıbla və günahla doludur.

Kantın nöqteyi-nəzərindən bu dövrün əsas problemləri bunlardır:

Təbiətlə mübarizə: Gənc oğlan məcburdur ki, daim güclü təbii ehtiraslarını söndürsün, çünki cəmiyyət onların reallaşması üçün ona leqal və əxlaqi imkan vermir. Kant qeyd edir ki, bu boşluq qaçılmaz şəkildə gəncləri ayıb hərəkətlərə  ya da nizamsız əlaqələrə və fahişələrlə yaxınlığa sövq edir ki, bu da onların həm əxlaqınl, həm də fiziki gücünü zəiflədir.

Kantın bu problemllə bağlı çox maraqlı, sistemli tövsiyələri var, mən ancaq oğlan uşaqları və yeniyetmələr üçün çox problemli dövrün olduğunu nəzərə çatdırıram ki, həmin dövrdə nəzarət altında qızlar yox, bəlkə də oğlanlar olmalıdırlar. Əgər qondarma islamçılar kimi namus, qeyrət müdafiəçisi rolunu oynamaq fikrinə düşmüşüksə, gərək qızlara hicab bağlatdırmamışdan qabaq oğlanlar da xüsusi  geyim elementlərindən istifadə edələr.

Doğrudan da, niyə məktəbli  oğlanlar, hətta tələbə gənclər üçün orta əsrlərdə dərvişlərin-qələndərlərin istifadə etdiyi həlqələr məcburi olmasın? İndi sənaye üçün yüngül xəlitədən olan həlqələr buraxmaq problem deyil, Çinə sifariş eləsən, bazarı doldurar. Prezident fərman verər ki, intim orqanına həlqə salıb sıxmayan, iffət kəməri və ya iffət qəfəsi geyməyən bir oğlan belə dərsə buraxılmasın. Belə həlqədən, həmçinin iffət kəmərindən ya iffət qəfəsindən istifadə edən oğlanlarda, gənclərdə qızlara qarşı yalnız qardaş münasibəti ola bilər, qızların da özünü gizlətməyə ehtiyacı olmaz…

620 min insanı əhatə edən 211 tədqiqatın qlobal metaanalizi seksual davranışda  mühüm gender fərqlərinin olduğunu təsdiq edir.

Libido səviyyəsi: Kişilər bütün ömürləri boyu daha güclü cinsi həvəsə malikdirlər. Onlar  mühüm dərəcədə daha tez-tez seks barədə düşünür, kortəbii istəklər yaşayırlar.

Bu o deməkdir ki, nəzarətə, abra salınmağa qızlardan, qadınlardan çox oğlanların və kişilərin daha çox ehtiyacı var. Özləri üçün dörd arvad almaq normasını Allahın adı ilə bağlayıb qanunilədirilmiş, istər şənlikdə, istər yasda söhbətlətinin əsas mövzusu birbaşa ya dolayısı ilə seks olan şorgöz kişilərin “hicab! hicab!” qışqırmağı həm də öz eyiblərini örtmək üçündür. Ancaq qlobal məqsəd, əlbəttə, İŞİD dövləti qurmaq yolunda ilk böyük addım kimi qadınları əsarət altına almaqdır.

 

30. 10. 2026, Samara

İRANDA AZƏRBAYCANLILAR SAYCA FARSLARI ÖTƏ BİLƏR? KİM SÜRƏTLƏ ARTIR?

əvvəli burda: https://xeyrulla.com/2026/10/28/iranda-azerbaycanlilar-sayca-farslari-ote-biler-bu-felaket-olmazmi/

Süni İntellektlə “söhbətim” əsasında tərtib etdiyim məqalənin bu hissəsi İranda fars və azərbaycanlı əhalisinin rəqəmlərlə və faizlərlə sayı, onların artım dinamikası müzakirə edilir. Əvvəlcə farslarla azərbaycanlıların mədəniyyətlərinin, züsusən ədəbiyyatlarının bizim xeyrimizə omayan müqayisəsi üçün iki konkret misal gətiririrəm.

Səməd Vurğunun “Vaqif” komediyasında şah Qacaq Vaqifə deyir ki, onu bir şərtlə öldürməz: gərək o, indən belə farsca yaza. Gülməlidir? Vaqinin s əksən ya səksənə yaxın yaşı olmalıdır. Bundan sonra farscanı öyrənib şeir yazacaq? Vaqif deyir yox, mən də öz xalqımın şairiyəm və s. Vəzir cavab olaraq deyir ki, ayağı çarıqlı kiçik bir ölkə  və s. Vaqifin cavabı elə gülməlidir ki, bir neçə belə komediyaya edər. Deyir ki, “sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yaratmış…”

Məsələ burasında olsa da, Nizami gəncəli olsa da, əsərlərini farsca yazıb, yəni Qacar deyən dildə… Həm də Gəncə fars dilli mədəniyyət mərkəzlərindən biri olub, nə çoban torpağı? O ki qaldı Füzuliyə, Füzuli ümumiyyətlə bizim yerlimiz deyil, iraqlıdır, əslində biz Nizamiyə Azərbaycan şairi deyiriksə, iraqlılar da Füzuliyə İraq şairi deyə bilərlər – bütün ömrünü Kərbəlada yaşayıb, ərəbcə divanı da var…

«Çoban torpağı» demək də də Qacar tərəfi haqlı görünür. Səməd Vurğun özü bu komediyada Qarabağ xanlığını çoban torpağı kimi təsvir edir, QAcarın qabağına çoban Eldardan başqa heç kim çıxmır, komediyada bir nəfər qarabağlı görmürük — nə əsgər, nə zabit, nə bəy… gürcü Tamara, erməni Aşot… kürd də var, qarabağlı yoxdur…

İkinci konkret misal. Baxın Azərbaycanın yazıçılar birliyinə. Orda bir neçə min üzv var. Sovet dövrü ilə işimiz yoxdur, son otuz beş ildə, yəni müstəqillik dövründə, onlardan hansısa dyərli bir ey yaradıb? O bir neçə min adamı qatıb qabağınıza qovun, yazıçıar birliyini təzədən yığın və təzə üzvlər qəbul edin. Yenə həmin hamam, həmin tas olacaq, yenə bastardlar, yəni vələdəzzinalar yığılacaq ora. Çünki prezident administrasiyasından yemlənən, əlləri uzanıqlı, belləri ikiqat, başları qapazlı və qzləri tüpürcəkli insanlardan yaxşı nə gözləmək olar? Mirzə Ələkbər Sabir belə bir ittifaqın üzvü olsaydı ondan nə qalardı? Yəni ədəbiyyatımızın nə keçmişini, nə indisini farslarla heç cür müqayisə edə bilmətik və onlar danışan yerdə başımızı aşağı sallayıb susmalıyıq…

+++++++++++++++++++++++++++++++++++

Farslarda və azərbaycanlılarda əhali artımının dinamikası İrana məxsus unikal demoqrafik fenomeni əks etdirir. Yaxın Şərqdə milli azlıqların dövlətqurucu millətdən  daha sürətlə artdığı barədə geniş yayılmış fikrə rəğmən farslar və azərbaycanlıların artım dinamikası əslində bərabərləşib, bir sıra sahələrdə Azərbaycan əhalisi hətta farslardan sürətli qocalır. Hər iki etnos  “demoqrahik şok” – doğumların kəskin azalması – yaşasa da, bu icmalardakı daxili proseslərin öz nüansları var.

1. Böyük demoqrafik düşüm

1980-ci illərdə İranda çox böyük doğuş bumu qeydə alınıb – orta hesabla hər qadına  6 – 6, 5 uşaq. Ancaq 19990-cı illərin axırında və 2000-ci illərdə ölkədə doğuş indiyəcən dünyanın heç bir yerində görünməmiş şəkildə aşağı düşdü.Bu gün İranda doğuş koeffisienti hər qadına 1,6 – 1,7 uşaq təşkil edir ki, bu da sadəcə çoxalma səviyyəsindən mühüm dərəcədə aşağıdır.

Bu enmə hməm azrəbaycanlılara, həm də farslara aiddir, lakin müxtəlif regionlard özünü müxtəlif cür göstərib.

2. Azərbaycanlılarda dinamika: “Qocalan şimal-qərb”.

Stereotiplərə rəğmən, iran Azərbaycanının əyalətləri ölkədə ən aşağı doğuş səviyyələrindən birini nümayiş etdirirlər. Ənənəvi Azərbaycan vilayətlərində (Şərqi Azərbaycan, Ərdəbil, Zəncan) doğuç koeffisientihər qadına 1,3 – 1,5 uşaq səviyyəsindədir, bu da Cənubi və Şərqi Avropanın göstəriciləri ilə müqayisə edilə biləndir.

Enmənin səbədi: Azərbaycan regionları tarixən iqtisadi cəhətdən yaxşı unkişaf etmişdiilər, şəhərləşmə və qadınlar arasında savadlılıq burda ənənəvi  olaraq yüksək idi.Yaşama xərclərinin arması, işsizlik, iqtisadi böhran  nəticəsində gənc azərbaycan ailələriuşaq doğumunu kütləvi durətdə təxirə salır ya da bir uşaqla məhdudlaşırlar.

Əhalini köçüb getməsi. İran Azəərbaycanından Tehrana vəregionun mərkəzi snaye rayonlarına gənclərin güclü miqrasiya axını var. Şimal-qərb rayonlarının özündə isə əhali çox sürətlə qocalır.

3. Farslarda dinamika: Meqapolislərlə konservativ mərkəzin polyarlığı

Fars əhalisinin dinamikası təktərkibli deyik və birbaşa olaraq coğrafiyadan və dindarlıq dərəcəsindən asılııdr:

Meqapolislərdə “Demoqqrafik qış”

Tehranda və Alborz vilayətində assimilyasiyaya uğramış miqrantlaq qarışıq fars əhalisi daha çoxdur. Burda doğuş kritik aşağı səviyyədədir – hər qadına  1, 0 – 1, 1   uşaq. Paytaxtın fars orta təta təbəqəsi əhalinin ən sekulyar təbəqəsi sayılır və ən az uşaq doğur.                                                                                                                                                                                                                        

Sabit konservativ mərkəzT yni zamanda təmiz fars, ancaq dərin dini mərkəzi vilayətlərdə (Qum, Yəzd, İsfahan) doğuş daha yüksək səviyyədə qalmaqda davam edir.

Kim daha sürətlə artır?

Əgərəmənəvi olaraq yüksək doğuş reytinqi ilə fərqlənən ətnosları çıxsaq, “farslar azərbaycanlılara qarşı” duelində farsların kiçik üstünlüyü ilə nisbi demoqrafik paritet müşahidə olunur.

Ölkə mərkəzinin konservativ fars regionlarında doğuş səviyyəsinin yüksəkliyi hesabına İran əhalisinin ümumi balansında farsların payı çox mühüm dərəcədə olmasa da, artır…

 

29. 10. 2026, Samara

İRANDA AZƏRBAYCANLILAR SAYCA FARSLARI ÖTƏ BİLƏR? BU, FƏLAKƏT OLMAZMI?

Heç kimin ağlına gərlmir ki (ağlı olanların da, olmayanların da) Azərbaycanın avtomobil sənayesini Almaniyanın və ya Yaponiyanın avtomobil sənayesi ilə müqayisə etsin. Nəinki etsin, hətta davaya dursun.

Bizim adamlar hələlik (hələlik) Azərbaycanın kosmonavtikasını və raket sənayesini Amerikanın ya Çinin bu sahələrdəki nailiyyətləri ilə də müqayisə etmirlər. Əlbəttə, deyə bilərsiniz ki, Azərbaycanda avtomobil sənayesi, raket sənayesi yoxdur, nəyi müqayisə edək. Düzdür, burası elədir. Ancaq bəs niyə biz tariximizi İran tarixi ilə müqayisə edirik, niyə ədəbiyyatımızı İran ədəbiyyatı ilə müqayisə edirik? Əlbəttə, bizim tariximiz var. Ancaq o tarixi bizim öz adamlarımız yazıblar. İranın tarixini isə bütün dünya tarixçiləri yazırlar. Ədəbiyyatımız da var. Ancaq fars ədəbiyyatı ilə müqayisə edilə biləcək ədəbiyyatımız yoxdur. Ən böyük şairimiz Nizamidir ki, onun da əsərləri fars dilindədir…

Bəs muğamlar? Bütöv adı, hissələri farsca olmayan muğam var? Bəs musiqi alətləri?

Bəs İran şəhərləri, memamarlıq abidələri?

İndi bizim adam gecə-gündüz İran əhalisinin hesabını aparır, necə sayırsa, hansı metodikadan istifadə edirsə,  azərbaycanlıların sayı ildırım sürəti ilə artır və bizim adam əllərini bir-birinə sürtərək sevinclə elan edir ki, İranda bu gün-sabah “bizimkilərin”(!) sayı farsları keçəcək…

Bu, əlbəttə, doğru deyil. Əgər doğru olsa… Bu, fəlakət olmazmı? İranın tarixi-mədəni irsi bütün bəşəriyyətə məxsus olmaqla bərabər bizim üçün xüsusi qiymətlidir. Çünki bizim dilimiz də, ədəbiyyatımız da, musiqimiz də bu mədəni irsdən qidalanıb, zənginləşib. Dövlətimiz də xeyli dərəcədə İranın tərkibində formalaşıb.

Yox, azərbaycanlıların İranda sayca farsları üstələməyi lazım deyil. Təsəvvür edin ki, “Real ya Barselona komandasının oyunçularından 6-7 nəfərini çıxarırlar, onların yerini İspaniyanın üçüncü, dördüncü divizionlarında oynayan futbolçular tuturlar. Sizcə, bu komandaların oyunundan nə gözləmək olar?

Müqayisəm, əlbəttə, kobuddur. Ancaq hər kəsə çata biləndir. Xüsusən əldəqayırma küt türk millətçilərinə. Baxın, 35 ildir ki, Şimali Azərbaycanda müstəqil dövlət qurulub. Mədəniyyətin hansı sahəsində bir nailiyyət qazanılıb? Dünya standartları səviyəsində bir kitab yazılıbmı, bir film çəkilibmi, bir musiqi əsəri yazılıbmı, bir teatr tamaşası oynalııbmı? Bizim zəngin tarixi, mədəni irsi olan xalq üzərində sayca və siyasi-inzibati üstünlüyümüz bu irsə dağıdıcı təsir edər. Bakıya gələn yüz minlərlə qaçqın, köçkün, başqa şeylər qalsın, paytaxt şəhərinin qarşılıqlı davranış mədəniyyətini məhv etdi…

Ümid edirəm ki, Cənub azərbaycanlıları İran çərçivəsində problemlərini həll edəcəklər, İran dövləti də, İran xalqı da, ilk növbədə farslar, çülma, hicab əsarətindən qurtarıb  bərpa və inkişaf yoluna düşəcək və gec-tez ölkə çiçəklənməyə başlayacaq.

İndi isə Süni İntellektin mənim suallarım əsasında verdiyi cavablar və təhlillərdən tərtib etdiyim yazını təqdim edirəm.

______________________________________

 

İran əhalisinin strukturunda farsların və azərbaycanlıların faizlə və rəqəmlərlə sayı

1. Rəsmi beynəlxalq qiymət

BBC, CİA, BMT daxil olmaqla nüfuzlu arayışçıların çoxu farsların sabit çoxluğunu təsdiq edən məlumatlardan istifadə edir.

Farsların sayı faizlə — 61%

Rəqəmlərlə 56-57 milyona yaxın

Bu modelə görə İran əsasən fars dövləti olaraq qalır, qalan başqa qruplar isə (azərbaycanlılar – 16%, kürdlər – 10 %, lurlar – 6 %) klassik azlıqlardır.

2. Alternativ qiymət

Bir sıra müstəqil araşdırıcılar (Ethnologue layihəsi, Minority Rights Group İnternatnational- dan olan mütəxəssislər, Yaxın ŞƏrq üzrə mütəxəssislər) 61%-i şişirtmə, “farslaşma” adlandırırlar, yəni digər etnosların şəhərliləşmiş və assimilyasiyaya uğramış nümayəndələrini avtomatik far sayırlar.

Onların verdiyi qiymətə görə real struktur ayrı cürdür:

Faizlə: Farslar əhalinin 51-%-dən 53% — ə qədərini təşkil edirlər.

Rəqəmlərlə bu, təxminən 47-49 milyon insandır.

Bu qayda ilə hesablamada türk (azərbaycanlılar, türkmənlər, qaşqaylılar) əhalinin sayı 24-28 %-ə qədər artır ki, bununla da İran faktik olaraq monoetnik yox, ikitərkibli dövlət olur.

Alimlər rəsmi məlumatlar olmadan necə keçinirlər?

Siyahıyaalmada etnik mənsubiyyətə dair suallar olmadığından, araşdırmaçılar dolayı metodlardan istifadə edirlər:

Dil markeri: Savadlılıq bə dilbilmə barədə məlumatlar təhlil edilir. Məsələn, rəsmi statistika birinci sinfə gələnlərin neçə faizi üçün fars dilinin ana dili olmadığını qeydə alır.

Coğrafi modelləşdirmə: Şəhrestanların (dairələrin) hər biri üzrə siyahıyaalma məlumatları götürülür. İsfahan, Yəzd və ya Kerman kimi əyalətlərin dairələrində əhali tarixən və indi fars olduğundan bu regionların əhalisi bütünlüklə fars etnosu kimi qeydə alınır.

Əsas nəticə: Farslar İranın ən böyük və dövlətyaradıcı qrupu olaraq qalır. (51%-dən 61%-ə qədər diapozonda). Ancaq siyahıyaalmalarda ətnolinqvistik qrafanın olmadığından dəqiq rəqəm həmişə həm Tehran, həm də müxalifət tərəfində siyasi mübahisələr və spekulyasiyalar predmeti  olacaq.

 

Eyni mənbələrdə azərbaycanlı əhalinin sayı barədə təxmini rəqəmlər

++++++++++++++++

93 milyonluq İran əhalisinin tərkibində azərbaycanlıların sayı barədə təxmini qiymətlər üç kateqoriyaya bölünə bilər:

1. Konservativ qiymət (beynəlxal arayışçılar):

Faizlə — 16%

Rəqəmlərlə: 14, 8 — 15 milyon

Bu rəqəmlərə əsasən azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi şimal-qərb (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan) əyalətlərinin sakinləri daxil edilir.

2. Mötədil-liberal qiymət

Azlıqların hüquqlarını izləyən təşkilatlar və böyük linqvistik layihələr  konservativ qiyməti aşağılanmış sayırlar, belə ki, o, daxili miqrasiyanı qeydə almır.

Faizlərdə: İran əhalisinin 2 faizindən 24 faizinə qədər

Rəqəmlərdə: 19, 5 – 22, 3 milyona qədər.

Mənbənin məntiqi: Tədqiqatçılar bura təkcə şimal-qərbin sakinlərini yox,  həm də böyük sənaye mərkəzlərinin milyonluq azərbaycan əhalisini də daxil edirlər. Müxtəlif qiymətlərə  görə, paytaxt Tehranın əhalisinin 25-dən 33 faizə qədəri azərbaycanlılardan və qarışıq-fars-azərbaycanlı ailələrində doğulanlardan ibarətdir.

3.Maksimal qiymət (siyasiləşdirilmiş və millətçi)

İran daxilindəki Azərbaycan milli hərəkatı, həmçinin Azərbaycan Respublikasında bir sıra siyasətçilər daha çox rəqəmlər işlədirlər.

Faizlərdə: əhalinin 30-33 faizi.

Rəqəmıərdə: təxminən 28- 30 milyon insan.

(ardı var)

28. 10. 2026, Samara

ZAHİD XƏLİL PROFESSOR VƏSİQƏSİNİN ARASINDA DƏLİLİK KAĞIZI GƏZDİRİR?

Filologiya elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir, Oskar və Qremmi nominantı Zahid Xəlilin Şuşa haqqında daha bir şeirinə baxaq.” ŞUŞA YENƏ NAZLANIR”

Şuşam, təzə gəlin tək
Geyinmisən darçını!

Darçını geyinmək nədir, bilən var? Adam olsaydı, deyərdik ki, paltarı darçın rəngdədir. Şəhər bu darçın rənginə necə boyanıb?

İkinci beytdən başı düşürük ki, “darçın” sözünü əməkdar müğənni Zahid Xəlil “qırçın” sözünə qafiyə kimi işlədir, yəni bu adam, moltanılar demişkən, qafiyə xatirinə … Dalını demirəm, çünki dalı (türkün məsəli) ayıbdır…
Yavaş tərpən, əzilər
Paltarının qırçını.

Şuşa tərpənirmiş? Necə, niyə? Şuşanın əynnindəki darçını paltarı, onun qırçınını yazıq oxucu necə təsəvvür eləsin? Əməkdar professor iyirmi universitetdə şeirlərini oxuyur, indi təsəvvür edin ki, 20 universitetin tələbələri bu bəndin üstündə baş sındırırlar, psixi gərginlik keçirirlər, dəlixanaya düşənlər var…

Var!

Şair isə özünə qoyulmur, yenə şəhərin orasına-burasına əl atır. Qoca vaxtında əməlli-başlı qızışıb. Daha doğrusu, qızıb.

Yenə nazlı qız kimi
Nə özünü dartmısan?!

Mən fikirləşirəm ki, Zahid Xəlil bu şeirdə Şuşanı bəhanə edərək bəlkə də şeiri gözü düşdüyü bir arvada yazıb, yəqin Şuşada arvadlar var. Bəlkə də xarici arvad olub.

“Nə özünü dartmısan!”

Yox, yüz əlli faiz, bu şeir arvada yazılıb. Şəhər özünü dartar?


“Bu ədayla çoxunun
Gözünü çıxartmısan.”

Arvad yəqin tanınmış arvad imiş, bir görkəmli insan demişkən, “ves Bakı tanıyırmış”, çox şor gözləri çıxarıbmış…

Çoxunun gözünü çıxartmısan!

Vətəndaşlar! Bircə saniyəliyə də olsa, yaddan çıxarmayın ki, əməkdar akrobat Zahid Xəlil Şuşadadır, o Şuşa ki, minlərlə gəncin qanı, canı bahasına alınıb, mənim igid kəndçim, xüsusi təyinaatlı əsgər Şahlar Məmmədov Şuşa alınan gün həlak olub! İndi zahidxəlillər onların qanı hopmuş torpaqda mayallaq aşırlar. Bu, mətn şeir deyil, təhqirdir! Niyə buna Azərbaycanda “dur” deyən yoxdur?

Gözlərdən yuxu qaçıb
Sən mürgüdə, xumarda.

Yadınızdadırsa, yuxarıda deyirdi ki, şəhər darçını paltar geyib dingildəyir. İndi deyir şəhər “xumardadır”.
Səndən ötrü çoxunun
Qanı coşur damarda.

A kişi, o qanı coşan Azərbaycan əsgəri idi ki, sən onun xatirəsini tapdalayırsan…

Kimsədən bir qorxun yox,
Səni ərlər qoruyur.
Yumruğu dağ oynadan
Sərkərdələr qoruyur.

Burda Zahid Xəlil siyasi səhvə yol verib. “Sərkərdə” sözünü cəm halda işlədib. Azərbaycanda yumruğu dağ oynadan sərkərdə bir nəfərdir, və hər kəs bilir ki, kimdir… Eybi yox, onun səhvini bağışlayarlar, yəqin dəlilik kağızını da professor vəsiqəsinin arasında gəzdirir…

Günəşin şöləsində
Parılda şüşə kimi
Qoy desinlər dünyada
Gözəl yox Şuşa kimi!

Əynində darçını paltar… şüşə kimi parılda… Darçını paltarda necə parıldamaq olar?

Azərbaycanda hamı belə yazır. Ayrı cür yazan yoxdur. Ayrı cür yazan olsa, basarlar dəlixanaya. Çünki dəlilərin içində ağıllı özü dəli kimi görünür…

 25. 10. 2026. Samara

PROFESSOR (!) ZAHİD XƏLİL: «SONRA GEDİB DÜŞMƏNİN TUTDULAR BOĞAZINDAN…»

Bu yaxınlarda Zahid Xəlilin bir müsahibəsini oxudum, deyir ki, az vvaxtda Azərbaycanın iyirmi universitetində tələbələr qarısında çıxış edib. Çox maraqlandım. İnternetdə şeirlərini tapdım. İşğaldan azad olunmuş ərazilərə yazdığı şeirləri oxuyub Şuşaya həsr etdiyi mətnin üstündə dayanmağı lazım bildim.

Zahid XƏLİL
Filologiya elmləri doktoru, professor, Sovet İttifaqı Qəhrəmanı, SSRİ-nin əməkdar idman ustası və məşqçisi

ŞEİRİMƏ GƏLDİ BAHAR NƏFƏSİ

Otuz ildi bulaqlar
Dərd-kədər çağlayırdı.

Lüğətdə “çağlamaq” sözünün iki mənasınəı görürəm. 1. Şırıltı ilə axmaq, 2. Hasar çəkmək.  Baxın: “bulaqlar dərd-kədər çağlayırdı”. İndi “çağlayırdı”nın yerinə “şırıltı ilə axırdı”nı qoyaq. Bu alınır: “bulaqlar dərd-kədər şırıltı ilə axırdı”.

Bir şey başa düşdünüz? Mən – yox.
Yolları ot basmışdı
Dərələr ağlayırdı.

Dərələr necə ağlayırmış? Yəni dərələrin ağlamığına sübut kimi hər hansı bir əlaməti şair müşahidə edibmi? Şuşada ermənilər yaşayırdılarsa və ora Artsax parlamentini köçürməyə hazırlaşırdılarsa, yolları ot necə basardı?

Manqalların başında
Araq vururdu yağı!

Yəni bunu Zahid Xəlil Bakıdan görürmüş ya Starlinklə məlumat alırmış? Niyə çaxır yox, araq?
“Ürəyimdə yanırdı
Yüz bayatı, min ağı.”

Maraqlıdır, Zahid Xəlilin ürəyində yanan bayatların və ağıların sayı yuvarlaqdır, ağılar on dəfə çoxdur. Görəsən bayatı necə yanır? Bəs ağı? Bayatının yanması üçün gərək erməni manqal başında araq vura, hə?

Həsrətlə inləyirdi
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu
Qaçqınların göz yaşı.

Dağ, daş necə inləyirmiş? Zahid Xəlil özü eşidib? Ay professor, ay xalq artisti, sözü belə havaya atmaq olmaz. Qaçqınların göz yaşı nə vaxt, neçə ildən sonra qurumuşdu? Bütün qaçqınların və yni vaxtda? Nə bilirdin quruyub? AzTv məlumat vermişdi?

Birdən dünya diksindi
Haqqın qəfil səsindən.
«Dəmir yumruq» yarandı
Allahın sevgisindən.

Buranın təhlilə ehtiyacı yoxdur. Bu, prezident təqaüdü üçün ərizədir. Allah indiyəcən çox şeylər, çox möcüzələr yaratmışdı, ancaq birinci dəfə idi ki, dəmir yumruq yaradırdı. Ruslar deyirlər ki, “pervıy blin vıxodit komom”, bizim dilə çevirsək, təxminən belə olar: “birinci kündə həmişə kütə gedər”. Ancaq bu, Allahın yaradıcılığına aid deyil. Gördüyümüz kimi, Dəmir yumruq özünü çox yaxşı və etibarlı silah kimi göstərdi, xarici düşmənlərin başını əzəndən sonra indi daxili düşmənlərin də başını uğurla əzir… Yəni Çin mallarının tayı deyil…

Durub bir nərə çəkdi
Hay verdi xalq, səsinə.

Burda dolaşıqlıq var. Bilmək olmur nərə çəkən yumruqdur ya İlham Əliyev özü.
Sanki dünya oyandı
Bir qəfil haqq səsinə.

Burda professor və əməkdar rəqqas Zahid Xəlil təkrara yol verir. İki bənd yuxarıda demişdi ki, “birdən dünya diksindi”. İndi deyir oyandı…Adətən diksinən kimi oyanırıq. Bəzən oyananda diksinirik, çünki başımızın üstündə dayanaanı görürük…

Komandanın səsindən
Qalxdı, dağ-daş oyandı.

Yenə deyir oyandı… Yatmışdılar? Bəs demirdin “inləyirdilər”?
Yataqda xallı pələng,
Budaqda quş oyandı.

Pələng divanda ya çarpauıda yatıbmış. Belə çıxır. Quş budaqda — başa düşdük. Pələng yataqda…

İgidlər güc aldılar
O İgidin səsindən,
Daha qorxu qalmadı
Düşmənin hiyləsindən.

İgid böyük hərflədir, yəni bu igid adi igid deyil, əlahəzrət prezidentdir. “Düşmənin hiyləsindən qorxu qalmadı” – bunun gərək tərcüməsi ola…

Qalxdı, ayağa qalxdı
Boz qayalar yerindən!

Boz qayalar qalxıb!
Elə bil Yer kürəsi
Ayrıldı məhvərindən!

Vaveyla! Ya Hüseyn, sən özün Zahid Xəlilin ilhamına güc ver!

Titrətdi bu dağları
İgidlər — ildırımlar!
Kirs kükrədi yerindən,
Hayqırdı sıldırımlar.

Gərək Zahid Xəlil bu Kirsi bura soxmayaydı, bilinir ki, bu söz ya farslarındır, ya da ermənilərin. Hərdən məndə elə təsəvvür yaranır ki, Zahid Xəlil qismən erməni tərəfə işləyir…

Qopub öz kamanından
Hər igid bir ox oldu.

“öz kamanından” – bu necə olur? Desəydi ki, kamanda  qopan ox kimi, dərd yarı idi. Bu olardı metafora. “Öz kamanından” — belə çıxır ki, qol, qıç kimi kaman da adamın bir üzvüdür…

Qan qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Qorxunc dərədən keçib
Qayaya dırmaşdılar

Dağ olan yerdə hökmən dərə olmalıdır, bu, Azərbaycan sovet poeziyasının qanunudur və bu qanunu kommunist partiyasının ölməz şairi Səməd Vurğun qoyub gedib. Sovet İttifaqı ölüb, Azərbaycan sovet poeziyası isə yaşayır!

Sonra gedib düşmənin
Tutdular boğazından.

Burası yumordur. O qədər gülmüşəm ki… “Boğazından…”
Aldılar göyərçini
Şahin-şonqar ağzından.

Bu da gülməlidir…

Qayıtdı sarı bülbül,
Sevincindən ağladı.

Sarı bülbül hardaymış? Binəqədidə ya Masazırda? Yataqxanada olurmuş?

Yenə də Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin
Bahar nəfəsi gəldi.

Nə deyim, vallah, deyəsən bu Zahid Xəlil çox arsız adamdır. Utanmaz-utanmaz “şeirim” də deyir… Minlərlə gənc qızıl qanlarını axıdıb, həyatlarını itirib, bu da ağsaqqal vaxtında arsız-arsız bu cəfəngiyatı qondarıb əslində onların xatirəsini təhqir edir.

Vallah, belədir…

Kül olsun o iyirmi universitetin başına ki, tələbələrinə mühazirəni Zahid Xəlil oxuyur…

 24. 10. 2026, Samara

HİCAB MÜCAHİDLƏRİ MÜSƏLMANDIRLARSA, UŞAQ PULUNU NİYƏ ALLAHDAN YOX, ƏLİYEVDƏN İSTƏYİRLƏR?

İki həftə bundan qabağa qədər azərbaycanlıların gerçək ya İnternetdəki virtual davası əsasən türkçülük üstündə idi, “türk”ü dilin və millətin adından xaincəsinə və namərdcəsinə  götürüb onu “Azərbaycan”la əvəz edən bolşeviklərə lənət və qarğışlar yağdırılırdı. İndi elə bil bir anda, bəlkə də Tale Bağırzadənin türmədən verdiyi komanda ilə millətin arvadları da, kişiləri də hicabçı oldular, hərçənd sağlam fikirli hər kəs üçün hicabçılıqla türkçülük bir araya sığan şeylər deyil.

Yaxşı, deyək ki, müsəlmansınız, hicab mücahidisiniz və hətta çoxunuz ürəklərinizin dərin guşələrində işidçisiniz də. Bəs onda niyə İslamın buyurduqlarına əməl eləmirsiniz?

Hüd surəsinin 6-cı ayəsində deyilir: «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin…»

Başa düşdünüz? Yəni ki, bunu Allah özü deyir, deyir ki, bütün canlıların – adamların, mal-qaranın, itin, pişiyin ruzisini verən odur. Aydındır?

Bu, gün kimi aydın olmalıdır, əgər insan özünü korluğa, karlığa vurmayıbsa və lallığa qoymayıbsa.

Bəs onda niyə azərbaycanlılar (keçmiş türklər) niyə ruzini Əliyevdən istəyirlər? Niyə uşaq pulu istəyə-istəyə o boyda kişinin qulaqlarını dəng eləmisiniz? Əgər uşaq pulu verilmirsə, deməli, Allah məsləhət bilmir. Əliyev də,  yardıma baxan nazir də, nədir o qurums… cənabın adı, onlar da sizin kimi və bəlkə sizdən on qat artıq müsəlmandırlar, Allah onlara buyursaydı ki, əhaliyə uşaq pulu verin, verərdilər. Deməli Allah buyurmur. Allahdan narazısınızsa, gedin yığılın məsciddə, etiraz aksiyası keçirin, ya ərizə yazın Allahşükürə, o da lazımı yerinə yollasın…

Zariyat surəsi, 58-cı ayə: «Şübhəsiz ki, ruzi verən də, güc və qüvvət sahibi olan da Allahdır!»

Bu, çox gözəl ayədir. Yuxarıdakı ayəni tamamlayır. Burda deyir ki, ruzini də Allah verir, güc və qüvvəti də. Son sözlərə xüsusi fikir verin. Görün Allah necə uzağı görür. Bilib ki, siz səhvən ruzini gedib nazirdən ya möhtərəm prezidendən istəyəcəksiniz. Polislər də haqlı olaraq, tamamilə haqlı olaraq dəyənəkərini qapıb qol-qabırğanızı əzəcəklər. Bəlkə də sındıracaqlar. Çox haqlı olaraq. Çünki siz Quran deyənə, Allahın buyurduğuna boyun qoymursunuz. Ona görə sizin boynunuz burulub sındırılmağa layiqdir.

Hələ bu harasıdır. Ənkəbut (ərəbin sözünə bax: ənkəbut! Abid Qafarovun söyüşlərini yadıma saldı. Abid Qafarov onu şəbəkədə tənqid edənləri belə söyür: «Sənin ənkə böyüyün… «- bu da azərbaycanlı müsəlman!), yəni Hörümçək surəsinin 60-cı ayəsində deyilir: «Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onların da, sizin də ruzinizi Allah verir…»

Başa düşdünüz? Sizin nazirliyin qabağına getməyinizə, nazirə müraciətlər yazmağınıza ehtiyac yoxdur. Allah məsləhət bilib sizə ruzi, pul ayırsa, bunları birbaş qapınıza gətirib sizə təqdim edəcəklər. Gətirmirlərsə, deməli, Allah buyurmur. Nazir də özbaşına deyil ki. Əlahəzrət prezident də Qurana and içib, indi Allahla ayaq-ayağa verə bilməz ki.

Ona görə də əgər özünüzü müsəlman sayırsınızsa, hicab davası eləyirsinizsə, Quranda deyilənlərə əməl edin, Quranda buyurulan kimi oturub-durun.

Bir lətifə var, rus lətifəsidir. Boynunda yekə xaç olan bir yəhudi  ümumi hamama gəlir, tam soyunub özünü verir buğa. Yanındakılar gah onun boynuna baxırlar, gah da əyilib qurşağından aşağısına. Biri dözməyib deyir: “Bura bax, sən ya xaçı boynundan çıxar, ya da tumanını (трусы) gey”…

(Послушайте, вы или крестик снимите, или трусы наденьте!

Siz də həmçinin. Müsəlmansınızsa, öz kitabınız deyən kimi oturub-durun. Möhtərəm əlahəzrət prezidentin başını ağrıtmayın…

Mİrzə ƏLİL

23. 10. 2026, Samara

«MƏN, SƏKKİZ YAŞLI KƏRBƏLAYI XƏDİCƏ, LENİN ADINA PİONER TƏŞKİLATINA QƏBUL OLARKƏN AND İÇİRƏM…»

“Mən (ad, soyadı), Lenin adına Ümumittifaq Pioner Təşkilatına daxil olarkən yoldaşlarımın qarşısında təntənəli and içirəm: Vətəni qızğın məhəmbbətlə sevəcək, böyük Leninin vəsiyyət etdiyi və Kommunist partiyasının öyrətdiyi kimi yaşayacaq, oxuyacaq və mübarizə aparacaq, Sovet İttifaqı pionerlərinin qanunlarını yerinə yetirəcəyəm”.

SSRİ dağılana qədər on yaşına çatmış bütün məktəblilər bu andı içərək pioner təşkilatına qəbul olunur və on dörd yaşa çatana qədər pioner adlanaraq qırmızı qalstuk bağlayır, döş nişanı taxırdılar.

Sovet Azərbaycanında əlli-altmış il ərzində hansı valideyninsə qızının ya oğlunun bu təşkilata girməyinə etdiyi barədə məlumat yoxdur. Əksinə, bütün analar  çox həvəslə uşaqlarının qalstukunu yuyur, ütüləyirdilər. Qalstuklar iki cür olurdu: ucuz çitdən olan qalstuk tez rəngini itirirdi və ucları da burulurdu. Süni ipəkdən olan qalstukun rəngi uzun müddət getmirdi, yaxşı ütü götürürdü. Baha olduğundan uşaqların çoxu çit qalstuk taxırdı…

İndi şəkli bütün dünyanın radikal islamçı mətbuatının ön səhifələrini bəzəyən Kərbəlayı Xədicənin uşaqlığı əlli il bundan qabağa düşsəydi, o da kərbəlayı Xədicə yox, pioner Xədicə olacaqdı, atası qalstukun ipəyindən alacaqdı, anası hər gün ütü çəkəcəkdi, döş nişanını diştəmizləyən tozla sürtüb parıldadacaqdı. Kərbəlayı Xədicə bəlkə də siniflərində manqa rəhbəri olacaqdı, sovet pionerinə yaraşmayan hərəkətlər edən yoldaşları barədə “yuxarıya”, yənı baş dəstə rəhbrinə və hətta direktora məlumat verəcəkdi. Pioner Xədicə səbirsizliklə komsomola keçəcəyi günü gözləyəcək, özündən böyüklərin komsomol biletinə həsədlə baxacaqdı. Atası deyəcəkdi: “qızım, sən hələ partiyaya da keçecəksən, tarix fakultəsinə girə bilsən, raykom katibi də olarsan”…

Qəribə deyilmi? Əlli-altmış il ərzində Azərbaycanda bir nəfər də deməyib ki, yox, mənim qızım ya oğlum pionerə ya komsomola keçə bilməz, çünki bu təşkilatra üzvlük mənim dni etiqadıma ziddir, mən uşağımın boğazına çatı salıb boğaram ki, bu allahsız təşkilatlara üzv olmasın…”

Yox, əsla yox. Əksinə, əgər bir uşağı dələduzluğuna ya ayrı qüsurlarına görə pionerə ya komsomola qəbul eləməsəydilər, valideynləri dəridən-qabıqdan çıxardılar ki, “uşağın işini” düzəltsinlər… Pionerdən, komsomoldan qovulan uşaqları ali məktəbə də qəbul eləməzdilər…

Əlli-altmış ildə bu xalqın dindarlığı harda imiş və ya harasında imiş? Dini hisslərini indiki həcilər, kərbəlayılar, şeyxlər gharalarına soxub gizlədiblərmiş? Niyə cınqırları çıxmırmış? Deməli, bütün xalq binamus, biqeyrət imiş? İndi arsız-arsız din azadlığından danışırlar, ancaq bu azadlığı onlara Qorbaçovun verdiyini dillərinə gətirmirlər. Onlar gərək Qorbaçovu müqəddəs sayalar, ona şeyx Qorbaçov deyələr. Azərbaycandakı 1900 məscid Qorbaçovun sayəsində yaranıb. Qorbaçov SSRİ xalqlarına azadlıq, o cümlədən inam azadlığı verməsəydi, indiki şeyxlər, döş ciblərində, ürəklərinin başında bolşevik bileti gəzdirəcəkdilər. Ancaq onlarda nə kommunist əxlaqı, nə kommunist əqidəsi olacaqdı. Necə ki, indi – bu müsəlman adları, statuslar əqidə göstəricisi deyil, bu, kütlə içində fərqlənmək üçün statusdur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” – nə təhsili var, nə peşəsi, Məkkəyə təyyarə ilə və yəqin ki, haram pulla uçub, adına “hacı” əlavə edib və özü öz gözündə böyüyüb, indi məclisə girəndə gərək hamı ayağa qalxa…

Səkkiz yaşlı Kərbəlayı Xədicə bəlkə də Kərbəlaya anasının qucağında gedib. İndi sinfə Kərbəlayı Xədicə kimi girir və şübhəsiz ki, özünü kərbəlayı olmayanlardan üstün, onları isə bəlkə də pozğun, əxlaqsız sayır. Bu kərbəlayı Xədicədən sinifdə beş nəfər olsa, qalan iyirmi beş nəfəri gözümçıxdıya salarlar – buna şübhəniz olmasın…

Azərbaycanda çox ağır siyasi rejim mövcuddur və bu rejim radikal islamçıığın dərin kök atması  üçün məsuiliyyət daşıyır. Çünki bir tərəfdən özünü islamçı göstərə-göstərə radikal islamçıları şirnikləndirib, digər tərəfdən bütün başqa siyasi-ictimai fəaliyyətləri qanundankənar elan edən ölkədə dindarlıq yeganə leqal fəaliyyət formasına çevrilir. Və 1900 məscidə qarşı cəmi 26 teatrı olan ölkədə əhalinin kütləvi şəkildə dini təbliğata uyması təəccüblüdürmü?

«Qəhvəyi taun”un nə olduğunu yaşlı nəsil yaxşı bilir. İndi Azərbaycan yavaş-yavaş “yaşıl taun”a yoluxur. Təəssüf ki, ölkədə həkimliyə, sanitarlığa yarayacaq zümrəni görmürük… Ümid əslində bu bəlanı öz vecsiz siyasəti ilə yaratmış hakimiyyətədir. Başqa ümid, təəssüf ki, yoxdur…

21. 10. 2026, Samara

MÜSƏLMAN BİZ VƏ XRİSTİAN GÜRCÜLƏR: KİMİN GÜNÜ DAHA XOŞ KEÇİR?

Şekspirin eyni adlı faciəsinin qəhrəmanı Hamlet deyir: «…for there is nothing either good or bad, but thinking makes it so» Yəni, ya yaxşı, ya pis olan heç nə yoxdur, hər şeyi yaxşı ya pis edən bizim fikrimizdir, bizim verdiyimiz qiymətdir.

Son on gün ərzində fövqəladə fəallıq göstərən islamçıların spikerləri hicabdan istifadə edərək əslində İslam təbliğatı, daha doğrusu, reklam kampaniyası aparırlar. Klassik İslam reklam, təbliğat, təşviqat tanımayıb. Ərəblər bizim ulu babalarımızın üstünə qılıncla gəliblər və onlara seçim şansı verməyiblər. İndiki islamçıların silaha sarılmaq potensialı yoxdur, hələ azdırlar, üstəlik ən zirəkləri, döyüşkənləri, radikalları zərərsizləşdiriliblər. Ona görə islamçılar onların özlərinin yox, yəhudilərin, xristianların, çinlilərin yaratdığı imkanlardan istifadə edərək, yəni İnternet və İnternetdəki sosial şəbəkələrdə səfərbər olaraq futbolun “ən yaxşı müdafiə hücumdur” prinsipindən istifadə edir, hicabın məziyyətlərini təbliğ edərək tərəfdarlarının sayını artırmağa çalışırlar. Yəni sadə desək, kişili-arvadlı İslam təbliğatçıları əhalinin dindən uzaq olan hissəsini inandırmağa çalışırlar ki, yalnız müsəlman həyatı yaşayan insan əsl xoşbəxtliyin nə olduğunu bilər.

Şekspirin dediyi kimi, hər şeyin müqayisədə tanındığı fikrini rəhbər tutsaq, islamçıların bu iddiasının doğru ya yalan olduğunu asanlıqla üzə çıxararıq.

Gəlin Cənubi Qafqazın üç böyük xalqını müqayisə edək. Yox, erməniləri çıxaq ki, artıq-əskik danışılmasın. Götürək gürcüləri və özümüzü. Əvvəl elə bugunkü günümüzü tutuşduraq. Bu iki xalqdan hansı yaxşı yaşayır? Gürcüstanın sərhədləri bağlıdır? Yox. Gürcüstanda siyasətçilər (Saakaşvilini çıxaq, o, ölkə sərhədini qanunsuz keçib, ona qarşı başqa ittihamlar da var) tutulurlar? Yox. Jurnalistlər, xüsusən qadın jurnalistlər, Gürcüstanda şərlənib uzunmüddətli həbs cəzası alırıar? Yox!

Bir az geriyə, sövet dövrünə dönək. Götürək kino və teatrı. Gürcü filmləri bütün SSRİ-də sevilib. Gürcüstanın iki dram teatrı əlli-altmış il bundan qabaq bütün Avropada tamaşalar verirdilər və həmişə anşlaq olurdu. Amerika baletinin yaradıcısı kimdir? Gürcü Balançin! Gürcü Tsiskaridze və Ananiaşvili uzun illər Bolşoy teatrın əsas rəqqasları olublar, Tsiskaridze indi balet akademiyasının rektorudur.

Gürcü mənşəli çoxlu həkim Moskvada, Peterburqda ad çıxarıb. Təkcə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Leo Bokeriyanın xatırlamaq kifayətdir.

Bəs idman? Tbilisinin “Dinamo” komandası nəinki SSRİ çempionu olub, bu komanda Avropa kubokunu da qazanıb. Bakının “Neftçi” komandasında yalnız ruslar və ermənilər oynayan vaxtlar “Dinamo”da oynayanların hamısı yalnız gürcülər idilər, tək-tük abxaz ya osetin də olurdu ki, onlar da yerli xalqların nümayəndələri idilər. Gürcülər sövet dövründə güləş üzrə dönə-dönə dünya və olimpiya çempionu olublar. Rusiyanın güləş üzrə yığmasına indi də olimpiya çempionu Mixail Mamiaşvili başçılıq edir. Gürcüstanda, iqtisadi çətinliklərə baxmayaraq, indi də yaxşı futbolçular yetişirlər. Kvaratsxeliya Qızıl topa əsas namizədlərdən biridir. Avropanın top çempionatlarında daha bir neçə gürcü oynayır – Liverpulda, Vilyarealda.

Xristianlıq gürcülərə həm də o üstünlüyü verib ki, xristianlığı qəbul edəndə İncil onların dilinə tərcümə olunub. Bu o deməkdir ki, əhali elliklə savadlanır və nə oxuduğunu başa düşür. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər əhalinin böyük əksəryyəti savadsız olub, savadlı olanlar da yalnız Quranı oxuya biliblər və nə oxuduqlarını da başa düşməyiblər. Ona görə bizdə yasini pulla oxutmaq ənənəsi yaranıb…

Gürcülər Rusiyanın tərkibinə girəndən sonra uşaqlarını onun ali məktəblərində oxudublar, çoxlu gürcü rus ordusunda yüksək rütbələr qazanıb. General Baqration Napoleona qarşı döyüşlərdə ən çox fərqlənmiş generallardan biridir.

Saymaqla qurtarmaz…

Bizə deyirlər az müsəlmanıq, gərək çox müsəlman olaq. Müsəlmanlığımız zəifdir, gərək gücləndirək ki, işlərimiz düzəlsin.

Düzəlməz. İşlərimiz düzəlsəydi, bu on üç-on dörd əsr ərzində düzələrdi. Əgər xoşbəxtlik istəyiriksə, onu İslamda axtarmağa dəyməz. İslam xoşbəxtliyi, sadə desək, kefi bizə o dünyada, cənnətdə vəd edir. Bu dünyada biz ancaq ibadət eləməliyik. Şiələr isə ilin yarısını imamlara yas tutmalıdır. İslamın bayramı yoxdur. Ən əziz bayramımız bizə atəşpərəstlikdən qalıb. İslamın bayramı Qurbandır ki, bu da bayramdan çox hərbi təlimə, baş kəsmək, qan axıtmaq təliminə bənzəyir…

Beş-altı gürcü bir yerə yığılanda yaxşı yeyir, öz əlləri ilə yetirdikləri üzüm şərabından içir və başlayırlar oxumağa — gürcülərin polifonik, yəni çoxsəsli xoru dünyada məşhurdur. Bizdə beş-altı kişi yığılanda hicabdan, qüslü necə almaqdan, amerikalıların ağamız Xamaneini necə öldürməyindən danışırlar…

İslam bizə şərab içməyi qadağan edib. Bizim içməyən kişilərimiz tiryəkçi olublar, anaşa çəkiblər. Gürcülər isə öz üzümlərinin çaxırını içib şənləniblər, oxuyublar…

Hicabsız gürcü arvadları gələcək rejissorlar, aktyorlar, müğənnilər, futbolçular doğurlar. Hicabsızları qoyaq bir qırağa, niyə bir hicablı azərbaycanlı arvad Xviça kimi futbolçu doğa bilmir?

İndi deyəcəyim sözdən heç kim inciməsin, çünki özüm lap eybəcərəm. Məktəblilərin şəkillərini görürəm İnternetdə, məyus oluram — nə qədər eybəcər uşaq var! Niyə belədir? Qadınların ağır iş görməyindən? Pis qidalanmaqdan? Suyun, torpağın zəhərli olmağından? Qohumlararası nikahlardan?

İndi gürcü uşaqlarına baxın…

Gürcülərin nefti, qazı yoxdur, ona görə Qarabağ, Sabah kimi feyk komandalar yarada bilmirlər. Ancaq yeni-yeni gürcü futbolçuları yetişir, çünki gürcülər azad xalqdır, onlara oğru idman məmurları rəhbərlik eləmirlər. Bizdə idman iqisadi, maliyə fırıldaqları zonasıdır. Alırlar, verirlər. Hamısı da müsəlman.

Soruşuram: niyə müsəlmanlıqla rüşvətxorluq, oğurluq, əyrilik, atmaqlıq bir araya sığır? Niyə azərbaycanlı müsəlmanın tərəzisi düz deyil, altna maqnit ya ayrı şey yapışdırır?

Yaşlı nəslin yadında olar: azərbaycanlılar bazarlığa Tiflisə, Yerevana gedərdilər. Azərbaycanın mağazaları tərifli yetmişinci illərdə boş idi… «Широко шагает Азербайджан по магазинам Грузии…» İnd maraqlı bir şey deyim. Elə o vaxtlar Salyana xeyli gürcü gəlirdi. Ağbalıq, kürü almağa. Salyanlıların çoxu, kürü bir yana, ağbalığı da alıb yeyə bilmirdi. Gürcülər gəlib alır, aparıb yeyir, üstündən  gözəl ev çaxırı vurur və oxuyurdular…

Bizim mollalar deyirdilər ki, ağbalığı yemək olmaz, axçası yoxdur…

 

20. 10. 2026, Samara

BƏDƏLOV ƏLİNİN XATİRƏSİNƏ

Kənddə bizim ailəyə ən yazın ailələrdən biri Bədəlovlar olub. Onlarla qohumluğumuz da var. Ailənin başçısı Həsən Bədəlov İkinci dünya müharibəsində həlak olub, canvan yaşında dul qalmış Bağda xala dörd uşağını və himayəsində olan qayınanasını gecə-gündüz çalışaraq saxlamış, müharibə dövrünün və müharibədən sonrakı ac-yalavac onilliyin bütün məşəqqətlərinə dözmüş, əyilməmiş, sınmamışdır. Tale Bağda xalanı bütün həyatı boyu fövqəladə sınaqlara məruz qoymuşdur. Kiçik oğlu Ənvər uşaqlarla birgə Kürdə çimərkən boğulmuşdu. Anam danışardı ki, Ənvərdən başqa bir uşaq da dərinə gedib boğulurmuş. Bağda xalanın böyük oğlu Şiralı qonşu uşağını çıxarmış, öz qardaşını xilas etməyə gecikmişdi… 1963-cü ilin dekabrında Bağda xalaya daha bi ağır itki üz verir. Donanmada dörd illik hərbi xidmətdən təzəcə qayıtmış ortancıl oğlu Əkbər təsadüfən atılan güllə yarasından həlak olur…Bağda xala uzun ömür yaşadı, ancaq elə bil ki, bu uzun ömür ona əzizlərinə ürəyi boşalana qədər yaş axıdıb yas saxlamaq üçün verilmişdi. Ancaq iki nakam övladın yasına onilliklər yox, əsr də bəs eləməz…

Bu gün Ərəbqardaşbəylidə əlli iki yaşında vəfat etmiş Bədəlov Əli dəfn edilib. Əli Bağda xalanın nəvəsi, Bədəlov Yavərin oğlu idi. Mən uşaq vaxtı evlərinin yanından məktəbə gedərkən Bağda xalanın ağlamağını hər gün eşidərdim. Yavərin də qardaşı Əkbər üçün necə ağladığını eşitmişəm.İndi burda Bağda xalanın da,  Yavərin də səsi qulaqlarımda səslənir və mən də onlara qoşuluram…

Əli uzun sürən ağır xəstəlikdən ölüb. Xəstəliyin adını çəkməyə ehtiyac yoxdur. O. indi ölkədə az qala hər evə girir, tədricən çevrilir ailə üzvünə, sonra olur ailənin rəhbərliyini alır əlinə, canavar kimi, nişanlayıb aparacağından başqa qalanların da hamısını zədələyir, dərdə salır…

Ölkə də elə xəstəliyə tutulmuş kimidir…

Allah Əliyə rəhmət eləsin. Allah onun arvadına, uşaqlarına kömək olsun.

Bədəlovları Allah qorusun! Bütün yaxşı adamlar kimi…

17.10. 2026, Samara