Архив | Март 2021

SELCANIN YATMIŞ QANTURALIYA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Yatma, igid,  qara başını qaldır,
Qıyma ala gözlə gör bu nə haldır.

Hələ qollarını bağlamayıblar,
Hələ dirənməyib ağ alnın yerə,
Başını kəsməyib “uf” deyilmədən,
Yerə dağılmayıb al qanın nə də.

Yağı yaxındadır, çatar indicə,

Oyan, dur hazır ol döyüşə tezcə.

Qayalar oynamır, ovuldu yersə,
Qoca bəylər sağdır, dağılıb elsə.

Qatı sıralarla enərək dağı,

İndicə üstünə yeriyər yağı.

Vaxtmı, yermi tapdın, igid, yatmağa?
Sənə nə olubdur, tez dur ayağa!

30. 03. 2021, Samara

ƏDƏBİYYAT VƏ GƏDƏBİYYAT: ANADANGƏLMƏ NOBELLİ KAMAL ABDULLA

Kamal_Abdulla

Azərbaycan ədəbiyyatı bütün dünyada ad çıxarsa da, indiyəcən bizim yazıçılardan heç birinə Nobel mükafatı verilməyib və bu fakt Laçın dəhlizinin ermənilərin əlində qalması kimi hüznlü bir faktdır. Azərbaycan ədəbiyyatı iki dəfə Nobel mükafatına yaxın olub. Bir dəfə İsveç akademiyası Nobel mükafatını Nizami Gəncəviyə vermək istəyib. Ancaq azərbaycanlılarla farslar Nizaminin üstündə elə dava salıblar ki, Nizami Gəncəvi Kral akademiyasına məktub yazıb mükafatdan imtina edib. Deyib ki, Azərbaycanla İran arasında ondan ötrü qopa biləcək müharibəyə razı deyil.  İkinci dəfə Anarın namizədliyi olub. Kral Akademiyası qərarın qaralamasını hazırlayıbmış. Son anda ermənilər akademiyaya yazıblar ki, Anarın dədəsi Lenini, Stalini, bolşevikləri tərənnüm edib, Stalin mükafatı alıb və bu qanlı mükafatla ailəsini, o cümlədən Anarı naz-nemətlə dolandırıb. Arif Yunusla Leyla Yunus da yazıblar ki, guya Anarın dədədinin yazdığı “Lenin” poemasını qırx il ərzində Azərbaycan məktəblilərinin beyninə yeridiblər, yəni Rəsul RzaNın “Lenin”i azyaşlı uşaqlarımızın beynini, rus demişkən, zad eləyib, bu zad eləmək isə ağır cinayətdir.

Allah ermənilərə və onların öz içimizdən olan havadarlarına lənət eləsin. Kral akademiysı mükafatı Anara verməyib…

Ancaq Azərbaycanda nəhəg bir yazıçı var ki, o, anadangəlmə nobellidir. Məlumdur ki, Kamal Abdullanı nəinki bütün planetdə, hətta başaa planetlərdə də oxuyurlar, çünki İlon Mask fanatı olduğu Kamal Abullanın əsərlərini öz kosmik gəmilərinə qoyub başqa planetlərə göndərir. İlon Mask arxayındır ki, başqaplanetlilər Kamal Abdullaya elə vurulacaqlar ki, özləri Yer kürəsinə gəlib onu şəxsən görmək istəyəcəklər…

İslandlar Kamal Abdullaya saqa qoşublar…

Yaponlar hokku qalmayıb Kamal Abdullanın şəninə qoşmasınlar…

Bəh-bəh!

İngiliscə Vikipediyada oxuyuruq: Abdullayev was born on 4 December 1950, in a noble family in Baku.

Abdullayev – yəni Kamal Abbdulla. Yəni ingilis yazır ki, Kamal Abdulla “noble” ailədə, yəni nəcib ailədə doğulub. İngilis indiyəcən bir köpəkoğlundan belə yazmayıb. Hətta Şekspirdən də.  İingilislərin elə böyük yazıçıları var ki, özləri onun ailəsindən yazırlar ki, məsələn, anası zad olub. Yəni o söz. Yəni dahinin anası olub ən qədim peşə sahibi.

Kamal Abdullayevin isə anası da, atası da “noble”-dır. Niyəsi sirrdir.

Burda başqa vacib bir məsələ var. “Nobel” adı  “noble” sözünün eynidir. Bu məsələ bir az dolaşıqdır, ona görə aydınlıq gətirmək lazımdır. Mən özüm də başa düşmürdüm Bir azərbaycanlı alim mənə başa saldı. Deyir ki, məşhur neft sənayeçisi Nobel Bakıda olarkən, Kamal Abdullanın babası və nənəsi ilə tanış ola bilərdi. Xüsusən nənəsi ilə. Beləliklə, Kamal Abdulla Nobelə qohum çıxır. Yəni həm Nobelin qohumudur, həm də nobel-dir, yəni nəcibir.

Kamal Abdullanın nəcib olduğuna kimin şübhəsi vardı ki! Ancaq ingilislərin bu faktı təsdiqləyib tarixi sənədə salmaqları çox mühüm hadsədir.

Ona görə də heç bir azərbaycanlı Nobel mükafatımız olmadığına görə fikir eləməsin. Bizim Kamal Abdulla kimi Nobel ailəsində,doğulan, anadangəlmə nobelli olan möhtəşəm yazıçımız var.

Bu yazını yaponların Kamal Abdullaya həsr etdikləri bir hokku ilə bitirmək istəyirəm.

Gözlərimi Vikipediyaya dikmişəm.

Kamal Abdulla Nobelin nəvəsiymiş.

Mən şokdayam.

Mirzə ƏLİL

31. 03. 2021, Samara

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

2

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri br ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu, hadisədən çox üzücü  faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etmişmi Kamal Abdulla?

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dasanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəs nə olsun “Beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

QƏDİM DOSTUM PROFESSOR HƏBİB ZƏRBƏLİYEVLƏ VİDALAŞMA

BEOVULF ÜZ QABIĞI

Anqlosakson dastanı “Beovulf”un dilimizə tərcüməsini mənə təklif etmiş, sonra mətnin redaktəsini və Bakıda nəşrini həyta keçirmiş  görkəmli dilçi alim professor Həbib Zərbəliyevlə münasibətimizin tarixinə və indiki vəziyyətinə aydınlıq gətirməyə məcburam.

Həbib müəllim mənim yerlim və məktəb yoldaşımdır. Bundan əlavə dörd il ərzində pedaqoji məktəbin xalq çalğı alətləri ancamlında birgə çıxış etmiş, çoxlu konsertlərin, müsabiqə və festivalların iştirakçısı olmuşuq. Yeri gəlmişkən deməliyəm ki, Həbib müəllimin çox nadir müğənni səsi vardı, onun, Azərbaycan dövlət filarmoniyasının səhnəsindəki iki çıxışı hamını heyrətə gətirib və gurultulu alqışlarla qarşılanıb. Təəssüf ki, o vaxt məktəbin və bilavasitə musiqi kollektivinin rəhbərlərinin eşşəkliyindən Həbibin səsi və o  vaxtlar hamının Qədir Rüstəmovun səsi ilə müqayisə etdiyi səs itirildi. İndi isə Azərbaycan elmini və ədəbiyyatını samanlığa çevirib ağnayan akademik rütbəli eşşəkər onun vətəndaş, maarifçi səsini  batırırlar. Təəssüf edirəm. Başqa heç nə edə bilmərəm…

Məktəbi bitirəndən sonra da Həbiblə ünsiyyətimiz davam edib. O, Leninqrad univetrsitetində oxuyarkən iki dəfə  qonağı olmuşam. Mən Moskvada aspirant olanda o da işiylə əlaqədar paytaxta gəlib-gedirdi və xeyli görüşlərimiz olub. Ancaq 1984-cü ildən sonra bir-birimizi görməmişik, hər hansı şəkildə qiyabi ünsiyətimiz olmayıb.  2017-ci ilin yayında o mənə gözlənilmədən Feysbukda dostluq göndərdi…  Həbib Zərbəliyev hələ məktəb vaxtından mənim ədəbiyyat məşğuıiyyətimə maraq və diqqətlə yanaşardı, yazdıqlarımı oxuyardı. Tərcümə ilə məşğul olduğumu da bilirdi. 2018-ci ildə Şekspirin sonetləri Bakıda mənim tərcüməmdə və Həbib müəllimin ön sözü ilə çap olunub. Kitabı mənim qohumum öz şəxsi vəsaiti ilə nəşr etdirib. Təəssüf ki, bu günə qədər Azərbaycan mətbuatında bu kitab haqqına bir cümləlik məlumat da yoxdur. Cəmi 200 nüsxədən ibarət tiraj satılmadı və mən indiyəcən qohumumun qarşısında xəcalətliyəm.

2018-ci ilin yanvarın 1-də Həbib Zərbəliyev mənə “Beovulf” dastanınıın tərcüməsi ilə mışğul olmağı təklif etdi. Mən tərcümə üzərində dörd aya yaxın çalışdım, eyni zamanda qədim ingilis dilini də öyrənirdim. Tərcümə aprelin sonlarında tam hazır oldu. Həbib müəllim dedi ki, yay məzuniyyəti vaxtı mətni redaktə edib ön söz yazar və çapa verər. Ancaq üç ilə yaxın vaxt keçdi, kitab isə çıxmırdı. 2020-ci ilin dekabrın ortalarında mən Həbib müəllimə bir az kəskin tonla məktub yazıb soruşdum ki, tərcümə çap olunmayacaqdısa, niyə mənə əziyyət verirdin. Həbib müəllim üzrxahlıq elədi və dedi ki, elə yaxın günlərdə redaktəyə başlarıq. Dekabrın ikinci, yanvarın birinci yarısında messencerlə və telefonla mətni redaktə elədik. Fevralın 4-də kitab çapdan çıxdı. Və o vaxtdan Azərbaycanda bu nəşrə hətta milçək vızıltısına olan reaksiya da yoxdur.

Mən güman eləmirəm, mən inanıram ki, Beovulf ətrafında informasiya blokadası yüksək yerdən verilən komanda ilə yaradılıb. İngilislərin mənəvi sərvəti və qüdrətli ədəbiyyat materialı olan dastanının tərcüməsi və nəşri ordinar hadisə deyil. Mən məhsulun keyfiyyətindən danışmıram. Keyiyyətin müzakirəsi, hər cür diskussiiya kitabın mütəxəssislərə, oxuculara çatdirılmağından sonra mümkündür. Kitabı mağazalar götürmür, kütləvi informasiya vasitələri özlərini görməzliyə vurublar. Bu halda tərcümənin keyfiyəti haqqında kim və nə deyə bilər?

Mən qırx idldir ki, Rusiyada yaşayıram, altı ilə yaxındır ki, Azərbaycanda olmamışam. Ancaq orda son əlli ildə heç nə dəyişməydiyindən arxayınlıqla deyə bilərəm ki, kitabın Tərtər işinin qurbanları kimi “xain qəbiristanlığında” dəfn olunmasının baisi kimlərdir. Mən o adamları qiyabi tanıyıram və bizim nəşrimiz haqqında Azərbaycan mətbuatı yazmayana qədər mən o adamların qabırğaasına döşəyəcəyəm, bütün feleyotinçuluq qabiliyyətimi səfərbər edib o eşşəklərin yeyib-içdiklərini burunlarından gətirəcəyəm.

Həbib müəllim mənim bu fikirlərimlə və niyyətimlə qətiyyən razı deyil, mən isə onunla qətiyyən razı deyiləm. Ona görə də bu gündən onunla virtual münasibətləri də kəsirəm.

Xeyrulla Xəyal

29. 03. 2021, Samara, RF

ƏJDAHANI YIXAN BEOVULF AZƏRBAYCANIN KORRUPSİNER MƏTBUAT VƏ ƏDƏBİYYAT BÜROKRATİYASI QARŞISINDA ACİZDİR…

беовульф

Kitabın çıxdığı iki həftəyə yaxındır, Azərbaycanda işləyən (danışan, yazan, göstərən) yüzlərlə mətbuat orqanlarının heç birində bir sətirlə də olsun bu barədə məlumat verilmir. Yəni total boykotdur. Kitabın çıxdığından xəbər çap etmiş yeganə qəzet “Yeniavaz”dır ki, bunu da yaxın bir adamım o qəzetin redaksiyasında işləyən dostları vasitəsiylə “təşkil edib”. Mən tərcüməni havayı eləmişəm, dörd aya yaxın vaxt ərzində hər gün beş saatdan yeddi saata qədər işləmişəm. Nəşrin xərcini professor Zərbəliyev çıkib. İndi mən məcburam ki, kiçik pensiyamdan pul ayırırb bu kitab haqqında məlumatı FACEBOOK-da “irəlilədim”.  Yəni Azərbaycandakı soydaşlarıma tanıdım. Mən bu məlumatı BBC-nin və Azadlıq radiosunun Azərbaycan radosuna göndərmişəm. Bu radioda işləyən soydaşlarımız, yəni bu mazafakerlər Britaniya və ABŞ vergiverənlərinin pulunu yeyirlər, Ancaq Britaniyanın milli-mədəni sərvəti olan dastanın Azərbaycan dilinə çevrildiyi haqqında “havayı” məlumat vermək istəmirlər.

Mənim üçün sirr deyil ki, Azərbaycanda soğana, banana, pomidora inhisar olduğu kimi ədəbiyyatda da inhisar var, ədəbiyyat Azərbaycanda bazardır və bu bazara ali sanksiyasız girmək olmaz. Dövlət, əslində «dövlət — bizik» deyən adamlar milli sərvətləri əllərinə keçirib istismar etdikləri kimi ədəbiyyata da, yəni bədii sözün deyilişinə, yazılışına tam nəzarət edirlər. Sovetdən, bolşeviklərdən irs qalan Yazışılar Birliyi tam fəaliyətdədir. Belə bir absurd orqanı hər hansı demokratik ölkədə təsəvvür etmək olmaz. Yəni ədəbiyyata rəhbərləri dövlət tərəfindən təyin edilən orqan rəhbərlik edir və indi bu orqanını başına ağlını itirməsə də bütün əxlaq normalarınıdan və prinsiplərindın yadırğamş 84 yaşlı Anar başçılıq edir. Yəni Anar ədəbiyyatın rəisidir. Siz Lev Tolstoyun, Dostoyevskinin, Folknerin, Kafkanın, Prustun, Odenin, Bodlerin üstündə rəis təsəvvür edirsiniz? Anarın yanında və rəhbərliyi altında yazıçı, azad söz sahibi ola bilməz, onun yanında və rəhbərliyi altında Rəşad Mıcid kimi dövlət pulunu yeyib yağlanan sıçovullar ola bilər. Yazıçılar Birliyinin içində və ətrafınbda olanlar isə dövlətdən atılan yala tamahlanan, daim ağa qapısında dilənən, pul, ev istəyən əqidəsiz qarfomanlardır. İndi bu Yazıçılar İttifaqına tabe olan yeganə Ədəbiyyat qəzeti kənar bir adamın gördüyü vacib bir iş barıdı məlumat verməyə cəsarət edərmi?

Həm də «Beovulf” kimi statuslu əsər gərək dövlət təmtərağıyla çevriləydi – bir milyon ayrılaydı, bunun çoxu ayrılan kimi ayıranlar tərəfindən yeyiləydi, sonra qalan pula 20-30 idam iki-üç il əlləşib “Şam şəhərində xeyli qoca bir kişi vardı” kimi yöndəmsiz bir şey ortaya çıxaraydılar və elə bu yöndəmsiz şeyi qoltuqlarına vurub həftə səkkiz mən doqquz xəzinə hesabına Londona uçaydılar…

Bu işi görməkdə məqsədimiz pul qazanmaq olmayıb, mən qırx ildir tərcümə ilə məşğulam, bir qəpik də qazanmamışam. Biz bu işin gərəkli və faydalı olacağını düşünüb onu gördük. Ancaq şüurlu şəkildə təşkil olunan boykot  məni xarakterizə eləmir, ölkəni xarakterizə edir, onun mədəniyyətinin, mədəniyyət siyasətinin barbarların əlində əsir olduğunu, insanlarımızda da mədəniyyət, maarifçilik eşqinin olmadığnı göstərir. Kavafisin “Barbarlar gəldilər” şeiri var, onu da tərcümə eləmişəm, bloqumdan oxuya bilərsiniz…

Məni bu işə sövq etmiş və tərcümənin başa gəlməsində çox zəhmət çəkmiş professor Həbib Zərbəliyev Azərbaycanın adlı-sanlı alimi və pedaqoqudur, Azərbaycan dilçiliyində yeni sahə yaradıb ki, bu da hər alimə nəsib olmur. Həbib Zərbəliyev səviyyəli rus alimi öz İnternet səhifəsində hansı island saqasının ilk dəfə rus dilində çap olunduğu barədə məlumat yerləşdirsə, bu postu yüzlərlə, minlərlə adam paylaşır – bu belədir, Mən Rusiyada yaşayıram və nə dediyimi bilirəm. Professor Zərbəliyev öz səhifəsində Beovulfun nəşr olunduğunu yazır, bu məlumatı bir nəfər də paylaşmır – nə tələbələri, nə pedaqoq, alim həmkarları. Çünki Azərbaycanda elmi mühitin adı elmidir, əslində ilanlar qaynaşan bir yerdir, hamı bir-birindən uğur yox, büdrəmə, gözləyir, hamı bir-birinə xəstəlik və ölüm arzulayır.

Mən Azərbaycan jurnalistikasının və ədəbi mühitin sovet dövrünü az-çox tanıyıram. Tanışın, dostun olmadan ya kimisə qonaq eləmədən iki sətirlik yazını heç yerdə çap etdirmək mümkün deyildi. 1979-cu ildə “Azərbaycan” jurnalında mənim resenziyam gedib – Elçinin tapşırığı ilə. 1981-ci ildə “Azərbaycan” jurnalında hekayəm çap olunub – Əkrəm Əylislinin göstərişi ilə, çünki nəsr şöbəsinin müdiri Mövlud Süleymanlı çoban iti kimi qapını kəsib mənim kimi kənardan gələnəri qapırdı. Mənim yazılarımın əslində dəstəyə ehtiyac yox idi. Kömək ona görə tələb olunurdu ki, redaksiyalarda əqidəsini bir qarın yeməyə satan şarlatanlar oturmuşdular. Mən yaxşı müəllif idim. Buna sübutum da var. 1984-cü ildə «Literaturnı Azerbaydjan» jurnalında mənm dissertasiyamdan bir fraqment çap olunmuşdu — yenə Elçinin köməyi ilə. Ancaq SSRİ-nin ən nufuzlu ədəbiyyatşünaslıq jurnalarından biri olan «Literaturnoye obozreniye»nin 1985-ci il oktyabr nömrəsində mənim yazıma yüksək qiymət verilmişdi. O jurnal çıxanda artıq mən Azərbaycandan birdəfəlik çıxmışdım və Kuybışevdə zavoda fəhlə düzəmişdim…

Yaxşı yadımdadır ki, jurnalistlər milisidən də pozğun idilər – çaya qonaq elə, nahar al… Otuz il keçib, nəsil dəyişməyib, heç nə dəyişməyib, korrupsiya, tamah, əqidəsizlik Azərbaycan  jurnalistikasınınnın iliyinə işləyib… Hamısı birdir: rəsmisi də, müxalifəti də…

2018-ci ilin yayında qohumum öz puluna Şekspirin sonetlərini mənim tərcüməmdə Bakıda nəşr etdirdi. İndiyəcən Azərbaycan mətbuatında bu kitab haqqlnda bir sətirlik də məlumat çap olunmayıb.

Bu necə ölkədir?

Cəlil Məmmədquluzadə Tiflisdə “Molla Nəsrədiin” jurnalının nəşrini davam etdirmək istərkən rəsmilərdən rədd cavabı alanda demişdi ki, İranda erməni dilində bir neçə yüz nəşr var, onda qoyun mən də jurnalımı erməni dilində çıxarım…

Bəlkə mən də bu dastanı erməni dilinə tərcümə etməliydim? Düzdür, dili bilmirəm, ancaq dil öğyrənməyə az-çox qabiliyyətim var, bir-iki ilə öhdəsindən gələrdim. Erməni mətbuatı dillərinə qədim ingilis dastanının tərcümə olunduğunu zurna-balabanla yayardı. Buna şübhə etmirəm…

Xeyrulla Xəyal, RF Jurnalistlər İttifaqının üzvü.

16.02. 2021, Samara

ПРЕСТУПНИК, КАК И ПРЕЖДЕ, ОСТАЛСЯ НЕИЗВЕСТНЫМ: О ПЕРЕВОДЕ БЕОВУЛЬФА НА АЗЕРБАЙДЖАНСКИЙ

беовульф

В 2018 году в Баку отдельным изданием вышли сонеты Шекспира на азербайджанском языке с параллельными текстами. Перевел сонеты с английского я, а книгу издал на собственные средства мой родственник. С тех пор прошло почти три года, в Азербайджане нигде, даже одной строкой, нет информации об этом издании. В любой другой стране, ха исключением Туркмении, такого представить просто невозможно. В Туркмении возможно только потому, что там есть писатель более крупный, чем Шекспир, и этим писателем является Гурбангулы Бердымухаммедов! Тогда же, в самом начале 2018 года, по предложению одного известного в Азербайджане филолога я взялся за перевод англосаксонского эпоса Беовульф. В течение трех с половиной месяцев я завершил работу, в ходе которой я еще учил древний английский. По неизвестным мне причинам тот известный филолог, предположительно из-за отсутствия средств, древнюю поэму в моем переводе издал только недавно, в начале февраля. Если быть точным, о выходе книге мне было сообщено 4 февраля, то есть три недели назад. И вот в течение этих трех неделе в Азербайджане, где в той или иной форме существуют тысячи средств массовой информации, только в одной газете было сообщение об этом издании. И это только потому, что в редакции той газеты работают приятели того моего родственника, который издавал моего Шекспира и не смог продать и половину тиража, который составлял всего 200 экземпляров…

Может ли быть такое в любой другой стране, кроме Туркмении?  То есть выходит перевод на национальный язык уникального и статусного памятника и об этом дружно, судя по всему, по команде предпочитают не сообщать средства массовой информации. Я ничего не говорю о качестве перевода, так как я его автор. О качестве должны говорить другие – литераторы, переводчики, люди, знающие язык и текст оригинала. Но для подобного разговора надо, чтобы перевод читали. И как его читать, если о его существовании практически никто не знает?

Это обстоятельство, я должен заявить, характеризует не меня и не мою работу. Это обстоятельство характеризует государство, его отношение к культуре, то, что литература в Азербайджане – это принадлежащая определенному кругу людей сфера, куда вход посторонним воспрещен. Такой статусный текст имели бы право перевести только статусные люди, потом этот перевод в золотом с бриллиантовыми вкраплениями переплете доставила бы в Лондон целая делегация, состоящая из академиков, министров, дипломатов. Там устроили бы танцы-шманцы маленьких, больших и крупных лебедей…

Потом чартерными рейсами вновь и вновь…

Я испортил им праздник…

По правде говоря, я сам понимал, что такое статусное произведение достоин перевести только человек не просто статусный, но самый статусный. А самым статусным человеком в Азербайджане является президент Ильхам Алиев, владеющий к тому же английским языком. Но тут имеется одна проблема. Переводчик должен быть носителем языка, на который переводит. То есть владеть им как родным и как рабочим. К сожалению, у господина президента Алиева родной язык — русский. Азербайджанским владеет он как иностранным языком. Только по этой причине я осмелился приступить к этой исторической работе, совершенно не подумав, что совершаю преступление…

Да, я совершил практически преступление… И люди, против которых совершено преступление, предпочитают, чтобы мое имя осталось неизвестным…

У меня есть определенная надежда. И надежда только на наших дорогих, очень дорого нам обходящихся соседей. На армян. Теперь поясню.

Вдруг армяне, древний и культурный народ, отстав от Пашиняна, идиота и мерзавца, возьмутся дальше развивать свою культуру и переведут Беовульф на армянский. Конечно, в предисловии они обязательно напишут, что эпос первоначально создан древними армянами, но древние англичане поэму у них украли, перевели на свой древний язык, а армянский оригинал сожгли турки, совершив  невообразимый геноцид.  Вот теперь наконец-то они обратно перевели то, что изначально им принадлежало. И это первый перевод эпоса на всем Кавказе…

И тут Баку не выдержит и, как в случае с лавашем и долмой, заявит, что первый перевод на Кавказе сделан на азербайджанский язык. Армяне потребуют предъявить перевод. Баку, наступив к горлу собственной песне, один экземпляр предъявит. Тогда армяне потребуют, чтобы им предъявили и переводчика. Баку скажет, что эпос переведен без переводчика. Армяне очень удивятся и скажут, что такого не бывает. Баку скажет, что очень даже бывает. «Вот мы же воевали с вами не только без начальника Генштаба, да и вообще без Генштаба. Почему не можем перевести поэму без переводчика?» — заявит Баку армянам…

Да шут с переводчиком, то есть, со мной. Главное, чтобы книга увидела свет…

Хотя бы благодаря армянам….

Как человек, совершивший тяжкое преступление, я согласен, чтобы мое имя осталось неизвестным…

Хейрулла Хаял

24. 02. 2021, Самара

QANTURALININ QIRX YOLDAŞINA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Mənim qırx yoldaşım, arxadaşlarım!

Yarışıb ötərəm mən hər yüyrəyi,
Güclünün dalını vuraram yerə.

Əgər mənə yardım eləsə Tanrı,
Basıb öldürərəm üç canavarı,

Alsam Sarı donlu gözəl Selcanı,
Qayıtsam evinə ata-anamın,
Qırx igid yoldaşım, igid qardaşım,
Qurban qırxınıza  mənim bu başım!

30. 03. 2021, Samara

QANTURALININ ATASINA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Deyib-söylədiyin nədir, can ata?

Bu işdən qorxana ər deyilərmi?

İgidi qorxutmaq ayıb deyilmi?

Tanrı yardımını əsirgəməsə,
Dediyin yolları gecə keçərəm.

Palçığında atlı batırsa əgər,
Düşüb qum döşərəm o yollara mən.

Meşəsində ilan olursa pərçim,
Çaxmaq çəkərəm ki, yandrıb keçim.

Başları göydələn qalalarını,
Tanrı yardımıyla vurum salaram.

Cəlladsa gözəlin əgər baxışı,
Boynundan öpərəm, alıb ağuşa.

Qılınclı-qalxanlı atasınınsa,
Başını kəsərəm, Tanrı qoyarsa.

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Qara dəvə altda əzilə sinəm,
Buğa buynuzuna ilişib qalam,
Ya didə caynağı quduz aslanın,

Gedəm ya getməyəm, gələm-gəlməyəm,
Atam, salamat qal, anam qəm yemə!

29. 03. 2021, Samara

QANLI QOCANIN OĞLUNA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Oğul, indi sənin getdiyin yerin,
Dolama-dolama yolları olur.

Batır at belində palçığa girən,
Meşəsində ilan dolaşıb qalır.

Başı qalasının göyləri dəlir,
Baxışı qəlb ovlar gözəllərinin.

Cəllad “hay” deməmiş orda baş kəsir,
Qılınc-qalxanlıdır qızın atası.

Bəd yerə gedirsən, oğul, dön geri,
Bax, atan qocadır, anan da qarı.

27. 03. 2021, Samara

DƏLİ DOMRULUN ARVADINDAN ÖTRÜ TANRIYA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul)

Ucalardan ucasan,
Kimsə bilməz necəsən!

Gözəl tanrı, səni cahil adamlar,
Yer üzündə istər ya  göydə arar.

Sənsə möminlərin ürəyindəsən,
Hər şeyə qadirsən, əbədisən həm.

Adına ucaldım imarətləri,
Ac görsəm, doyurum adına, Tanrım,

Əyni yalınlara don geyindirim.

Alırsan, birgə al canımızı sən,
Almırsan, can alma hər ikimizdən.

Qadirsən, tükənməz, Tanrı, kərəmin!

27.03. 2021, Samara

ARVADININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul boyu)

Nə söylərsən!

Göz açıb gördüyüm, könül verdiyim!
Nədir, qoç igidim, mənə dediyin?

Dadlı damaq verib soruşduğum bəy,
Bir yatağa girib əmişdiyim bəy!

Qarşı yatan qara dağları demə —

Səndən sonra dağlar nəyimə gərək?

Getsəm, qəbir olsun mənə o yaylaq!

Soyuq sularını mən əgər içsəm,

Qan kimi burnumdan gəlib tökülsün.

Qızılın, gümüşün gəlsə eynimə,

Xərclənə o pullar kəfən-dəfnimə.

Şahbaz bir atını minsəm əgər mən,

Nəşimi salalar onun belindən.

Səndən sonra sevsəm bir igid əgər,

Ala ilan çalıb məni öldürə.

Bil ki, yaramazdır  atan və anan,
Canı şirin bilib sənə qıymayan.

And olsun Tanrının uca adına,
Özü şahid olsun Tanrı andıma,

Mənim canım sənin canına qurban!

26. 03. 2021, Samara

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

2

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri bir ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu, hadisədən çox üzücü  faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etdi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dastanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəs nə olsun “Beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

DƏLİ DOMRULUN ARVADINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr gəlib başıma?

Alqanad Əzrayıl gəldi uçaraq,

Qonub mənim ağca sinəm üstünə,
Alırdı canımı, xırıldadaraq.

Vermədi, atamdan can istəyəndə.

Anama yalvardım, anam vermədi,
“Oğul, can şirindir, qıymaram” dedi.

İndi uca-uca qara dağlarım,
Yayın istisində yaylağın olsun,
İndi ayna üzlü soyuq sularım,

Sənindir, sərini sinənə dolsun.

Bir ilxı şahbaz at qoyuram sənə,

Hansını istəsən, indi minərsən.

Altın ban evimdə kölgələnəsən,
Bir qatar dəvəmi indi yüklə sən.
Yaylaqda bəslənən ağca qoyunum,
Bişib mətbəxində səni doyursun.

Könlün kimi sevsə, ərə get ona,
Qoy yetim qalmasın iki oğlanım.

26. 03. 2021, Samara

ANASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul)

Oğul, ay oğul!
Doqquz ay qarnımda səni daşıdım,
Bələdim, yatmadım beşik başında.

Dünyaya gətirdim onuncu ayda,
Verib ağ südümü səni doyurdum.

Ağqüllə qalada kaş tutulaydın,
Murdar kafirlərə dustaq olaydın!

Səni qurtarardım qızıl pul verib,
Ancaq indi, oğul, yamandır yerin,

Ora mənlik deyil, can da şirindir,
Yox, qıya bilmərəm sənə canı, bil!

26.03. 2021, Samara