Архив | 14.03.2021

SALUR QAZANIN QURDLA XƏBƏRLƏŞMƏYİ

U LENİ. KİNO

Qara axşam olcaq günəşi doğan,
Qar ilə yağmurda ər kimi duran,

Atları  qorxuya  salıb kişnədən,

Dəvəni hayıqrdan təşviş içində!

Ağca qoyunlara quyruq əsdirən!

Vurub arxasıyla ağılı sökən,
Qoçun yağlısını dişinə çəkən.

Qanlı quyruğunu basıb aşıran,

Səsi köpəkələri qovğalandıran!

Çobanı əlində kösöv yüyürdən!

Yurdumdan bir xəbər bilirsənsə, de!
Qara başım qurban, qurdum, tələs, de!

 

14.03. 2021, Samara

SALUR QAZANIN SU İLƏ XƏBƏRLƏŞMƏYİ

U LENİ. KİNO

Qayalar altından coşub çıxan su,

Ağac gəmiləri atıb-tutan su!

Həsənlə Hüseynin həsrətisən su!

Bağ ilə bostanın ziynətisən su!

Ayişə, Fatimə nemətisən, su!

Səni şahbaz  atlar gəlib içər, su!

Üstündən dəvələr aşıb keçər, su!

Yurdumdan bir xəbər bilirsənsə, de!

Qurban qara başım sənə, tələs, de!

13.03. 2021, Samara

SALUR QAZANIN YURDU İLƏ SORAQLAŞMAĞI

U LENİ. KİNO

Qohum-qəbiləli, günləri coşqun!

Qulana, sığına, keyikə qonşu!

Yurdum, yağı səni taladı hardan!

Boşalmış yurd qalıb uca binamdan,
Oturan yer qalıb qoca anamdan,

Qalıb burda Uruz oxundan nişan,
Bəylərin cıdıra çıxdığı meydan.

Mətbəxdən ocaqdır qalan, qaralan.

14.03. 2021, SAMARA